Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
I Vologez
I Vologez (parf 𐭅𐭋𐭂𐭔; Valaqaş; 25 – 78) — eramızdan əvvəl 51–78-ci illərdə hakimiyyətdə olmuş Parfiya çarı. Parfiya çarı II Vononun yunan konkubinasından olan oğlu idi və atasının ölümündən sonra, 51-ci ildə taxta çıxmışdır. Atropat Midiyasının hakimiyyətini qardaşı II Pakora verdikdən sonra o, digər qardaşı I Trdat üçün Ermənistanı işğal etmişdir. Bu, Roma ilə Parfiya arasında uzun illər müharibələrə səbəb olmuş (54–63) və Roma sərkərdəsi Korbulonun Ermənistanı fəth etməsi ilə nəticələnmişdir. Vologezin gücü daki və sak tayfalarının hücumu, hirkanlıların üsyanı və oğlu II Vardanın taxta olan iddiaları ilə zəifləmişdir. İosif Flavi qeyd edir ki, onu şərq tayfalarının işğalından Adiabena vassal kralı xilas etmişdir. Trdatın Ermənistan çarı kimi tanınmasından sonra sülh bərpa olunmuş, lakin razılaşmaya görə, Trdat Romanın vassal kralı olmalı idi. O, imperator Neronun dövründə Romaya getmiş və ondan kral diademini təntənəli şəkildə almışdır. Həmin andan etibarən arşakunilər sülaləsi Ermənistanın yeni hakim sülaləsi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == === Qədim === Korneli Tasit, Annallar === Müasir === Alemany, Agustí.
Polonez RYAS
Polonez 300 mm kalibrli Belarus istehsalı reaktiv yaylım atəş sistemidir. Bir döyüş maşınında 8 raket olur. Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Bundan başqa, kompleks vasitəsilə dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələri dağıdılır və onun döyüş gəmiləri məhv edilir. “Polonez”in istehsalına 2014-cü ildə başlanıb. Bir maşın üzərində döyüşə hazır 8 raket var. “Polonez”-in bir maşını raketlərlə eyni zamanda səkkiz hədəfə dəqiq zərbə endirməyə imkan verir. Maksimal məsafədə koordinatdan sapma 30 metrdən çox deyil. Dəqiq Elektromexanika Zavodunda hazırlanmış raketin atış məsafəsi 280 km təşkil edir. 300 mm çaplı raket 480 kq çəkidə döyüş başlığına malikdir.
Kamilla Klodel
Kamilla Klodel (fr. Camille Claudel, 8 dekabr 1864[…], Fer-an-Tardenua[d] – 19 oktyabr 1943[…], Montfavet[d], Voklüz departamenti) — Fransa heykəltaraşı, fransız şair və diplomat Pol Klodelin bacısıdır. == Həyatı == Kamilla Klodel Şimali Fransada Aisnedə, Louise Athanaïse Cécile Cerveaux ilə Louis Prosperin ikinci uşağı olaraq doğulub. Ailə Kamilla uşaq ikən Vilnyöv-Syur-Ferə köçür. Qardaşı Pol 1868-ci ildə doğulub. 1870-ci ildə ailə Bar-le-Duc-ə, 1876-cı ildə Nogent-sur-Seine-ə və 1879-cu ildə Wassy-sur-Blaise-ə köçür. Kamilla anası və digər uşaqlar ilə birgə 1881-ci ildə Parisin Montparnasse bölgəsində məskunlaşır. Kamilla hələ uşaq yaşlarından evlərinin bağçasında palçıqdan və gildən cürbəcür fiqurlar düzəltməyi xoşlasa da, düzəltdiyi fiqurları günün altında qurudub evə gətirəndə anasının ciddi tənqidi ilə üzləşirdi. Kamilla böyüdükcə heykəllərə olan marağı daha da ciddiləşməyə başlayır. Həmin dövrlərdə Fransada qadın rəssam və heykəltaraşlar o qədər azlıq təşkil edirdilər ki, ailə qızlarının incəsənətə olan marağına o qədər də əhəmiyyət vermirdi.
Pol Klodel
Pol Klodel (6 avqust 1868[…], Vilnöv-Sür-Fer, İkinci Fransa İmperiyası – 23 fevral 1955[…], Paris, Dördüncü Fransa Respublikası) – Fransa şairi, dramaturqu və diplomatı. Fransada müasir dövrün ən böyük şairlərindən və dini dramaturqlarından biri hesab olunur. Kamilla Klodelin balaca qardaşıdır. Fransa–Yaponiya münasibətlərinin inkişafına töhfələr vermişdir. 1890-cı ildə Fransa Xarici İşlər Nazirliyinin imtahanlarında birinci yeri tutduqdan sonra diplomat karyerası başlamışdır. Otuz il boyunca ABŞ, Çin, Avropa və Cənubi Amerikada müxtəlif diplomatik missiyalarda iştirak etmişdir. 1921-ci ilin dekabrından 1927-ci ilin fevralına qədər Tokioda Fransanın Yaponiyadakı səfiri kimi fəaliyyət göstərmişdir. Yaponiyadakı fəaliyyəti boyunca iki ölkə arasındakı mədəni əlaqələrin gücləndirilməsi üçün işlər görmüş, Fransa-Yaponiya Cəmiyyətini qurmuşdur. 1923-cü ildə baş vermiş Böyük Kanto zəlzələsindən sonra göstərdiyi xeyriyyə fəaliyyətləri onun Yaponiyadakı reputasiyasını artırmışdır. Klodel Yaponiya mədəniyyətini və ruhunu öyrənməyə çalışmış, Yaponiya haqqındakı mühazirələrini və yazılarını "Yüksələn günəşdəki qara quş" (fr.
Klodet Mukasakindi
Klodet Mukasakindi (25 dekabr 1982, Nyarungenge, Ruanda) — Ruandanı təmsil edən marafonçu. Klodet Mukasakindi Ruandanı 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Klodet Mukasakindi birinci dəfə Olimpiadaya 2012-ci ildə qatıldı. O, Londonda baş tutan Olimpiya Oyunlarında yarışdı və məsafəni 2 saat 51 dəqiqə 7 saniyəyə qət edərək 118 marafonçu sırasında 101-ci yeri tutdu.. Klodet Mukasakindi növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 3 saat 5 dəqiqə 57 saniyəyə qət edərək 157 marafonçu sırasında 126-cı yeri tutdu.
Aleksandr Kolder
Aleksandr Kolder (23 avqust 1846[…], Aberdin – 4 iyun 1923, Pensilvaniya) — Amerikalı heykəltəraş. == Həyatı == Kolder 1846-cı il 24 avqustda Şotlandiyanın Aberdin şəhərində anadan olub. O, Edinburqdakı Kral Akademiyasında oxuduğu müddətdə heykəltəraş Con Rayndın yanında işləyib. Daha sonra Kolder Londona köçüb. 1868-ci ildə ABŞ-yə geri qayıdıb və Filadelfiyada məskunlaşıb. == Karyerası == 1873-cü ildə o memar Con Mark Arturun yanında işə başlayıb. 1875-ci ildə Siti Holu qülləsində Vilyam Penin bürünc heykəlini hazırlayıb. Hazırladığı bu əsərlə müsabiqəyə qatılıb və qalib gəlib. Bu heykəl dünyada bugünə qədər bina üzərində hazırlanan ən böyük əsər olaraq bilinir.
Polonez əməliyyat taktiki raket kompleksi
Polonez 300 mm kalibrli Belarus istehsalı reaktiv yaylım atəş sistemidir. Bir döyüş maşınında 8 raket olur. Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Bundan başqa, kompleks vasitəsilə dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələri dağıdılır və onun döyüş gəmiləri məhv edilir. “Polonez”in istehsalına 2014-cü ildə başlanıb. Bir maşın üzərində döyüşə hazır 8 raket var. “Polonez”-in bir maşını raketlərlə eyni zamanda səkkiz hədəfə dəqiq zərbə endirməyə imkan verir. Maksimal məsafədə koordinatdan sapma 30 metrdən çox deyil. Dəqiq Elektromexanika Zavodunda hazırlanmış raketin atış məsafəsi 280 km təşkil edir. 300 mm çaplı raket 480 kq çəkidə döyüş başlığına malikdir.