Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kolçak
Aleksandr Vasilyeviç Kolçak (rus. Алекса́ндр Васи́льевич Колча́к; 4 (16) noyabr 1874 – 7 fevral 1920[…], İrkutsk) — admiral, Rusiyanın ali rəhbəri (1918 −1920), Rus ordusunun baş komandanı. == Əsli-nəcabəti == Ulu babası İlyas Kolçak paşa 1735–1739-cu illər rus-türk müharibəsi zamanı Moldova cəbhəsində vuruşan türk qoşunlarının komandanı, sonra isə Xotin (Xatın) qalasının komendantı olmuşdu. İlyas Kolçak paşa ruslara əsir düşür, müharibə başa çatdıqdan sonra Polşada məskunlaşır. 1794-cü ildə onun övladları Rusiyaya köçürlər. Onlar pravoslav təriqəti üzrə xristianlığı qəbul edərək Rusiyada yaşamağa başlayırlar. Atası Vasili İvanoviç Kolçak (1837–1913) rus ordusunda ilk zabit rütbəsini Krım müharibəsində (1853–1856) Sevastopolun müdafiəsi zamanı qazanmışdır: o, Malaxov Kurqanın daş bürcünün müdafiəçilərindən yeganə sağ qalmış şəxs idi, hansı ki fransızlar onu ölülərin arasından tapmışdılar. Bu müharibədən sonra Vasili İvanoviç Kolçak Sankt-Peterburqda dağ-mədən institutunda təhsil almağa başlayır. Anası Olqa İliniçna Kolçak tacir ailəsində anadan olmuşdu. Aleksandr Vasilyeviç Kolçak 4 noyabr 1874-cü ildə Peterburq ətrafındakı Aleksandrovsk kəndində anadan olmuşdur.
Molukka dənizi
Molukka dənizi (ing. Molucca Sea) — Sakit okeanında adalar arası dəniz olaraq Sulavesi, Mindanao, Sanqixe, Sula, Molukka və Talaud adaları arasın yerləşir. Sahəsi 291,000 km², dərinliyi 4180 m təşkil edir. Temperatur il ərzində 27-28 s arası dəyişir. Duzluğu 34 ‰ təşkil edir. Filippin arxipelaqı ilə İndoneziya adaları arasında yerləşir. Əsas limanı Davaodur ki, oda Mindanao adasında yerləşir.
Aleksandr Kolçak
Aleksandr Vasilyeviç Kolçak (rus. Алекса́ндр Васи́льевич Колча́к; 4 (16) noyabr 1874 – 7 fevral 1920[…], İrkutsk) — admiral, Rusiyanın ali rəhbəri (1918 −1920), Rus ordusunun baş komandanı. == Əsli-nəcabəti == Ulu babası İlyas Kolçak paşa 1735–1739-cu illər rus-türk müharibəsi zamanı Moldova cəbhəsində vuruşan türk qoşunlarının komandanı, sonra isə Xotin (Xatın) qalasının komendantı olmuşdu. İlyas Kolçak paşa ruslara əsir düşür, müharibə başa çatdıqdan sonra Polşada məskunlaşır. 1794-cü ildə onun övladları Rusiyaya köçürlər. Onlar pravoslav təriqəti üzrə xristianlığı qəbul edərək Rusiyada yaşamağa başlayırlar. Atası Vasili İvanoviç Kolçak (1837–1913) rus ordusunda ilk zabit rütbəsini Krım müharibəsində (1853–1856) Sevastopolun müdafiəsi zamanı qazanmışdır: o, Malaxov Kurqanın daş bürcünün müdafiəçilərindən yeganə sağ qalmış şəxs idi, hansı ki fransızlar onu ölülərin arasından tapmışdılar. Bu müharibədən sonra Vasili İvanoviç Kolçak Sankt-Peterburqda dağ-mədən institutunda təhsil almağa başlayır. Anası Olqa İliniçna Kolçak tacir ailəsində anadan olmuşdu. Aleksandr Vasilyeviç Kolçak 4 noyabr 1874-cü ildə Peterburq ətrafındakı Aleksandrovsk kəndində anadan olmuşdur.
Kolçak adası
Kolçak adası (1937–2005 illərdə Rastoquev adası) — Kara dənizinin Taymır körfəzində yerləşən ada. Ada Taymır yarımadasında yerləşən Təyyarəçilər yarımadası sahilində Zeeberq közfəzi yaxənlığında qərar tutur. Materikdən Rastorquev boğazı ilə ayrılır. Adanın uzunluğu 20 km, eni isə 6 km, maksimal hündürlüyü 50 m təşkil edir. == Tarixi == Ada ilk dəfə 1901-ci ildə İmperator Elmlər akademiyasının təşkil etdiyi Rusiya Qütb ekspedisiyası zamanı kəşf edilmişdir. Bu ekspedisiyaya Eduard Vasileviç Toll rəhbərlik etmişdir. Tollun fikri ilə adanın şimalı Kolçaq burnu olaraq qeydə alınmışdır. Aleksadr Vasiliviç Kolçak ekspedisiyanın hidroqrafı olmuşdur. Bir müddət sonra ada bütünlüklə Kolçak adlandırılır. Burun idə Rusiya Coğrafiya cəmiyyətinin üzvü olan şair Konstantin Konstatinoviç Sluçevskinin (1873–1905) şərəfinə adlandırılır.
Kolçak hökuməti
Kolçak hökuməti (18 noyabr 1918-5 yanvar 1920, paytaxtı Omsk) — 1918-ci ilin noyabrında, Rusiya vətəndaş müharibəsi gedişində, Omskda müttəfiqlərinin yardımı və admiral Kolçakın başçılığı ilə fəaliyyət göstərən hökumət. == Aparıcı dövlətlərin mövqeyi == İngiltərə və Fransa Kolçaka malliyə və hərbi yardım göstərirdilər. Amerikanın Sibirdəki konsulu Harris bundan dərhal sonra Dövlət Departamentinə teleqram vuraraq, Kolçaka onun bolşevikləri devirmək yolunda güclü ordu yaratmaq niyyətinə, yardımları gücləndirməyi xahiş edirdi. ABŞ hökuməti Kolçakın maliyyə təminatı və hərbi təchizatı üçün bütün lazımı ölçüləri götürdü. Lakin, öz növbəsində başqa ağ generallara arxalanan və nəhəng əraziləri işğal etmiş Yaponiya Kolçakın Uzaq Şərqdə və Sibirdə güclənməsində maraqlı deyildi. Bununla da qismən onun Kolçaka yardımlarının gecikdirlməsi izah olunur. Yaponlar Kolçaka ancaq onun tərəfindən üç tələbin yerinə yetirilməsi şərti ilə yardım etmək fikrində idilər: 1)Vladivostokun azad liman olmasını elan etməsi; 2) Amur və Sunqari çaylarında azad ticarət etmək və üzmək icazəsi; 3) yaponlara Sibir dəmir yolu üzərində nəzarətin və Çançun - Harbin hissəsinin verilməsi; 4) yaponlara bütün Uzaq Şərqdə balıq tutmaq icazəsinin verilməsi; 5) Yaponiyaya Şimali Saxalinin satılması.1919-cu ilin yanvarının əvvəlində müttəfiqlər Kolçakla interventlərin və ağ-qavardiyaçıların ordularının hərəkətlərinin koordinasiyası haqqında anlaşdılar. Müttəfiqlər Omska öz nümayəndələrini göndərdilər. Fransız hökuməti Kolçakın yanına qeneral Janeni göndərdilər. Kolçakla razılaşmaya görə qeneral Janen Uzaq Şərqdə və Sibirdə Baykaldan şərqdə olan müttəfiq qoşunların baş komandanı təyin edildi.
Sulo Kolkka
Sulo Kolka (fin Sulo Kolka; 20 dekabr 1904, Finlandiya – 1 avqust 1988, Finlandiya) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş fin snayper.
Vasili Kolçak
Vasili Kolçak (17 (29) aprel 1837, Odessa, Xerson quberniyası[d] – 4 (17) aprel 1913, Sankt-Peterburq) —Rusiya hərbçisi, Krım müharibəsi iştirakçısı. == Həyatı == İlyas paşanın nəvəsi ştabs-kapitan Vasili Kolçak Kırım müharibəsində iştirak edir. Sevastopolun (keçmiş adı Aktıyar) müdafiəsində dayanır. 1893-cü ildə general-mayor rütbəsində istefaya çıxır. Əslən kazak olan Olqa İlina adlı qızla evlənir. Gələcəyin admiralı Aleksandr Kolçak onların yeganə oğlu idi. Kolçaka bəlkə də hərb işinə sevgi ulu babası olan türk qalasının rəisi İlyas paşadan keçmişdi. Hər kəs onda şərq qanı qaynadığını xüsusilə göstərirdi. Sonralar isə düşmənləri onun Sibir diktatoru seçilərkən əslən türk olduğunu birdən-birə yada salıb qabardırdılar.
Zoluşka (film, 2015)
Sindirella (ing. Cinderella) — 2015-ci ildə çəkilən ABŞ filmidir. == Həmçinin bax == Küllücə == İstinadlar == == Xarici keçidlər == «Robot-polis» — Internet Movie Database saytında.
Sulo Kolka
Sulo Kolka (fin Sulo Kolka; 20 dekabr 1904, Finlandiya – 1 avqust 1988, Finlandiya) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş fin snayper.
Yuray Kuçka
Yuray Kuçka (26 fevral 1987, Boynitse[d]) — Türkiyə Super Liqası təmsilçilərindən olan Trabzonspor klubunda çıxış edən slovakiyalı peşəkar futbolçu. == Karyerası == Kuçka əsasən yarımmüdafiəçi mövqeyində çıxış edir. 33 yaşlı futbolçu peşəkar karyerasına Slovakiyanın "Podbrezova" klubunda başlayıb, daha sonra "Rujomberok", Çexiyanın "Sparta Praqa", İtaliyanın "Cenoa" və "Milan" kimi klublarında çıxış edib. 2017-ci ilin yayında isə futbolçu Türkiyənin "Trabzonspor" klubuna transfer olunub. Slovakiya milli komandasıyla 54 oyuna çıxan Kuçka, 6 qolla yadda qalıb.
Kolusa qraflığı (Kaliforniya)
Koluza — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 21,419 nəfər olmuşdur. Mərkəzi Koluza şəhəridir.
Koluza qraflığı (Kaliforniya)
Koluza — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 21,419 nəfər olmuşdur. Mərkəzi Koluza şəhəridir.
Kolka buzlağı enməsi
Kolka buzlağı enməsi — 20 sentyabr 2002-ci ildə Şimali Osetiyada Karmadon dərəsində baş vermiş fəlakət. Onun nəticəsində "Rabitəçi" (rus. «Связной») filminin çəkiliş qrupu və onun tərkibindəki aktyor və rejissor Sergey Bodrov da daxil olmaqla 125 nəfər öldü və itkin düşdü. == Hadisələrin irəliləməsi == 20 sentyabr 2002-ci ildə Karmadon dərəsində baş verən Rusiya tarixində ən böyük buzlaq fəlakəti ən azı 125 nəfərin həyatına son qoydu. Rəsmi məlumatlara görə, qlasial selinin enməsi zamanı 19 nəfər ölüb, 106 nəfər itkin düşüb, onlar içərisində o cümlədən Şimali Osetiyada “Rabitəçi” (rus. «Связной») filmini çəkən kinorejissor kiçik Sergey Bodrovun (27.12.1971 — 20.09.2002) çəkiliş qrupundan 42 nəfər.20 sentyabr 2002-ci ildə 20:08 saatları radələrində başlayaraq buz-palçıq-daş axını Genaldon çayı vadisi boyunca 150-200 km/s sürətlə təxminən 20 km irəliləyərək binaları, istirahət mərkəzlərini və elektrik xətlərini dağıtdı. Genaldon çayının və onun qollarının bəndlənməsi nəticəsində bir neçə bəndlənmiş göl əmələ gəlmişdir. 2002-ci il fəlakəti bir çox cəhətdən mütəxəssislər və səlahiyyətlilər üçün gözlənilməz oldu, çünki bu hadisədən 33 il əvvəl baş verən buzlaq enməsi hamar və yavaş hərəkət ilə müşayət olunmuşdu və heç bir dağıdıcı nəticələr göstərməmişdir. Bundan əlavə, bəzi versiyalara görə, buzlaqların irəliləməsi Kolka buzlağının tipik pulsasiyası ilə əlaqəli deyil idi (buzlaqşünasların proqnozlarına görə, belə hadisə təxminən 2030-cu ildə baş verməli idi), həmin ehtimallara görə, buzlağın qəfil enməsi seysmik, vulkanik və meteoroloji xarakterli kompleksli səbəblərdən baş vermişdir. == Fəlakətin səbəbləri haqqında hipotezlər == 2002-ci ildə Genaldon vadisində baş vermiş buzlaq fəlakətinin səbəbləri haqqında vahid bir versiya yoxdur.
Pambıq koluna qulluq edilməsi (film, 1931)
== Məzmun == Təşviqat filmi Azərbaycanın kənd bölgələrində pambığın yeni aqrotexniki qaydalarla becərilməsindən, ziyanvericilərə qarşı mübarizə aparılmasından danışır. == Film haqqında == Film Moskva Mərkəzi Dövlət Kino-Fotofono Sənədlər Arxivində saxlanılır. Protokol № 4557. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Aleksandr Popov Ssenari müəllifi: Mədətov Operator: Boris Pumpyanski == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 57.
Kolka–Karmadon buz və qaya sürüşməsi