Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anna Kolarova
Maral Poladova
Maral Bahadur qızı Poladova (18 sentyabr 1949, Qasım İsmayılov) — "Elm və həyat" jurnalının məsul katibi. == Həyatı == Maral Poladova 1949-cu ildə Goranboy rayonunda doğulub. 1966-cı ildə 1 saylı orta məktəbi bitirərək 1966–68-ci illərdə rayonda çıxan "Mübariz" qəzeti redaksiyasında korrektor vəzifəsində çalışıb. 1968–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. 1980–1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmaları Fondunda baş laborant vəzifəsində çalışıb və həmin vaxtdan "Elm və həyat" jurnalı redaksiyası ilə əməkdaşlığa başlayıb. 1983-cü ilin iyul ayından jurnala müxbir vəzifəsinə işə qəbul olunub. 1995-ci ilədək ədəbi işçi, baş ədəbi işçi vəzifələrində çalışıb. 1995-ci ildən jurnalın məsul katibidir. M.Poladovanın 2004-cü ildə nəşr olunmuş "Ömrün izləri" adlı kitabında "Elm və həyat" jurnalında çap edilmiş yazılarının bir hissəsi toplanmışdır. O, "Elm və həyat" nəşriyyatında çapa hazırlanan onlarla kitabın redaktoru olub.