Böyük Kolatan
Böyük Kolatan — Azərbaycan Respublikasının Masallı rayonunun Böyük Kolatan kənd inzibati ərazi dairəsində kənd.
Böyük Kolatan kəndi Azərbaycan Respublikasının Masallı rayonunun cənub qərbində, Talış dağlarının şərq ətəyində, rayon mərkəzindən 13 km. məsafədə yerləşir. Kəndin relyefi dərə və hamardır. Ərazinin suları şirin və içməlidir. Kəndin ərazisindən üç dağ çayı keçir. Bu çaylardan ən böyüyü Kolatançaydır.[mənbə göstərin]
== Tarixi ==
Kəndin yaranma tarixi XVII əsrin ortalarına təsadüf edir. İlk sakinləri Qarabağdan və Lerik rayonundan gələn insanlar olmuşlar. Bu ərazidə küp qəbirlərin, hündür kurqan təpələrinin mövcudluğu, Qanqal qalası, Çolabil qala şəhəri, Peşkə dəlion kulət, Dəli ru, Osyo kut kimi tarixi yerlərin olması Böyük Kolatan ərazisinin qədim insan məskəni olmasına əyani sübutdur. Deyilənlərə görə Kolatan ərazisi qədimdə kol-kos və sıx meşəlik olmuşdur.