Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Köləlik
Quldarlıq — İctimai-iqtisadi formasiya. Quldarlar sinfinin qullar sinfini istismar etməsinə əsaslanmışdı. Qullar nəinki istehsal vasitələri üzərində hakimiyyətdən məhrum idilər, onlar hətta özləri istehsalın bir şərti, "danışan əmək aləti" kimi öz ağalarına məxsus idilər. Quldarlıq quruluşu ilk sinfi antaqonist formasiyadır. Bu quruluş özünün ən yüksək inkişaf pilləsinə Qədim Yunanıstan və Qədim Romada çatmışdır. O zamanlar Yunanıstan və Roma antik fəlsəfənin və demokratiyanın ən çox inkişaf etdiyi ölkələr idi. Buna baxmayaraq demokratiya qullara şamil edilmirdi. Nəticədə baş verən böyük üsyanlar (Qədim Romada Spartak üsyanı) və xaricdən olan müdaxilələr tezliklə quldarlığın başqa bir ictimai formasiya — Feodalizm ilə əvəz olunmasına gətirib çıxartdı. == Qul əməyi == Qul — bir insanın başqa birinin malı və mülkü olmasıdır. Başqa bir adamın malı və mülkü olan adama kölə və ya qul ; kölə sahibinə isə əfəndi və ya himayədar deyilir.
Alyona Kolesnik
Alyona Kolesnik (29 yanvar 1995, Krivoy Roq) — Azərbaycanı təmsil edən qadın güləşçi. == Karyerası == Alyona Kolesnik 2012-ci ildə Polşada yeniyetmələr arasında Avropa Çempionatını və Azərbaycanda yeniyetmələr arasında Dünya Çempionatını beşinci pillələrdə başa vurdu. 2013-cü ildə Bolqarıstanda D. Kolov - N. Petrov Turnirinin bürünc medalına sahib olan Alyona Kolesnik 2015-ci il ərzində Paris şəhərində Paris Qran-Prisini, Sofiya şəhərində D. Kolov - N. Petrov Turnirini və İstanbul şəhərində gənclər arasında Avropa Çempionatını gümüş medallarla başa vurdu. Həmin il Alyona Kolesnik həm də Polşada U23 Avropa Çempionatının qalibi oldu. Alyona Kolesnik 2016-cı ildə martda Bolqarıstanda U23 Avropa Çempionatının gümüş medalına sahib oldu, noyabrda isə Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turniri bürünc medalla başa vurdu. 2017-ci ildə Alyona Kolesnik martda Macarıstanda U23 Avropa Çempionatını və mayda Serbiyada Avropa Çempionatını bürünc medallarla başa vurdu. Həmin il Alyona Kolesnik həm də IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu. 2018-ci ildə Alyona Kolesnik Kiyev və İstanbul şəhərlərində baş tutan beynəlxalq turnirləri bürünc medallarla başa vurdu. Apreldə Rusiyada baş tutan Avropa Çempionatında isə Alyona Kolesnik bürünc medalın sahibi oldu. Karyerasının ən uğurlu mövsümü 2019-cu ilə təsadüf edən Alyona Kolesnik Fransada Henri Deglane Turnirinin qalibi oldu, Rumıniyada Avropa Çempionatının və Belarusda Avropa Oyunlarının isə bürünc medallarına sahib oldu.
Andrey Kolesnikov
Andrey Kolesnikov (Андрей Колеснико) - futbol məşqçisi. == Həyatı == 2000-ci ildə Donesk Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirmişdir. 2002-ci ildən 2005-ci ilədək "Metallurq" Futbol Klubunda fiziki hazırlıq üzrə məşqçi vəzifəsində çalışmışdır. 2005-ci ildən 2006-cı ilədək "Krivbass" Futbol Klubunda məşqçi-metodist vəzifəsində işləmişdir. 2007-ci ildən "İnter" PİK-də çalışır.
Boris Kolesnikov
Boris Kolesnikov (17 (30) may 1909 və ya 1909, Sankt-Peterburq – 31 iyul 1980, 7 dekabr 1980 və ya 1980, Simferopol, SSRİ və ya Praqa) — Sovet alimi, geobotanikçi və meşə alimi, SSRİ Elmlər Akademiyasının müxbir üzvü. == Bioqrafiyası == Boris Pavloviç Kolesnikov Sankt-Peterburqda anadan olub. 1911-ci ildə o, Uzaq Şərqə köçür. 1931-ci ildə Uzaq Şərq Meşə Təsərrüfatı İnstitutunu bitirmişdir. 1931-ci ildə Evron-Qovrinski ekspedisiyasında tədqiqat dəstəsinin rəhbəri kimi iştirak etmişdir. Bu ekspedisiya zamanı toplanan materiallar əsasında Kolesnikov 1935-ci ildə "Çay hövzəsində bitki örtüyünün inkişaf tarixi ilə əlaqəli maraqlı floristik tapıntılar" adlanan ilk elmi məqaləsini "SSRİ Elmlər Akademiyası Uzaq Şərq Bölməsinin Vestnik" jurnalında dərc etdirir. 1932-ci ildə Uzaq Şərq Meşəçilik İnstitutunda aspiranturaya daxil olur. 1939-cu ildə biologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiyasını müdafiə edir. 1945-ci ildə Kommunist Partiyasına qatılır. 1951-1954-cü illərdə SSRİ Elmlər Akademiyasının Uzaq Şərq bölməsi Rəyasət Heyətinin sədr müavini olmuşdur.
Sergey Kolesnikov
Sergey İvanoviç Kolesnikov (1 iyun 1950, Qusanagyuğ, Ağin rayonu) — sovet və rus embrioloqu, ümumi patoloq, tibb elmləri doktoru, Rusiya Elmlər Akademiyasının (əvval RTEA) akademiki, Rusiya Elmlər Akademiyasının müşaviri. Tibb elmləri doktoru, professor, Rusiya Federasiyasının əməkdar elm xadimi (2002). == Tərcümeyi halı == İvan Nikolayeviç Kolesnikov və Valentina İvanovna Serebrennikovanın oğlu. Novosibirsk Dövlət Tibb İnstitutunu 1972-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1973-cü ildə namizədlik ("İnsan plasentasının periferik sitotrofoblastı: morfologiya, histokimya və regenerasiya üzrə materiallar"), 1982-ci ildə isə doktorluq dissertasiyası ("Müxtəlif immunoloji mənşəli embriondankənar orqanların morfo-funksional xüsusiyyətləri") müdafiə etmişdir. SSRİ Tibb Elmləri Akademiyasının Sibir Bölməsinin Kliniki və Eksperimental Tibb İnstitutunda — kiçik elmi işçi, laboratoriya müdiri, elmi katib, direktor müavini vəzifələrində çalışmışdır. 1999–2003-cü illərdə — Rusiya Federasiyası Federal Məclisinin 3-cü çağırış Dövlət Dumasının Səhiyyə və İdman Komitəsi üzrə deputatı. 2003–2007-ci illərdə — 4-cü çağırış Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının deputatı (Xalq deputatı fraksiyası), Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Təhsil və Elm Komitəsi sədrinin müavini. 2007–2011-ci illərdə — 5-ci çağırış Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının deputatı, Sağlamlığın Mühafizəsi Komitəsi sədrinin müavini (Vahid Rusiya fraksiyası). İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin professoru (2003–2008) və eləcə də Rusiya Dövlət Tibb Universiteti (2005–2011).
Azərbaycanda köləlik
Azərbaycan mühitində köləlik — tarixən Azərbaycan linqvistik və mədəni mühitində və ondan kənarda türk və Azərbaycan mənşəli kölələrin istifadəsi. == Tarixi == === Türk və qıpçaq kölələri === Fələki Şirvani Şirvanda hökm sürən hərc-mərcliyi, ehtimal ki 1123–1125-ci il müharibələrini nəzərdə tutaraq, III Böyük Mənuçöhrün sülh dövrü ilə müqayisə aparırdı. Onun fikrincə, III Mənuçöhr Şirvanı gülüzlü türk və türkman qızları ilə bəzəmişdir. Səlcuqların Şirvan və Arranı işğal etməsi nəticəsində türk kölə və kənizləri bu ərazilərdə ucuz qiymətə satılırdı. XII əsrdə Dərbənd hakimi Nizami Gəncəviyə hədiyyə olaraq qıpçaq kənizi Afaqı göndərmişdir. Nizami onunla ailə qurmuşdur. Kölə türk qızları gözəllikləri ilə məşhur idilər. XII əsr ərəb həkimi Samuil əbu Nəsr ibn Abbas sevdikləri ilə yaxın münasibətdə olan dostlar üçün əyləncə bağı əsərini yazmışdır. Erotik mövzulu əsərdir. Samuilin bu əsərdə gözə çarpan, türk kölələri ilə bağlı biliyi ola bilsin ki, İran Azərbaycanındakı kölə bazarlarından irəli gəlir.
El Klasiko
El Klasiko (isp. El Clásico) — İspaniyanın "Barselona" və "Real Madrid" klubları arasında keçirilən oyunlara verilən ad. Real Madrid "Barselona"ya qarşı ümumilikdə 104 rəsmi matçda qalib gəlib, "Barselona" isə 100 matçda qalib gəlib. 14 yanvar 2024-cü il tarixində keçirilmiş oyuna kimi iki komanda arasında 52 heç-heçə qeydə alınıb. == Tarixi == Daim prinsipiallığı ilə seçilən matçda komandalar arasında ölüm-dirim mübarizəsi dərəcəsində rəqabətin olması həm də siyasi xarakter daşıyır. Səbəbi "Real"ın "Kral klubu", "Barselona"nın isə krala boyun əyməyən katalonların komandası olmasıdır. İki komanda arasındakı ilk oyun 17 fevral 1902-ci ilə təsadüf edir. Hansı ki, həmin vaxt bu matç "El Klasiko" adlanmırdı. İndiyədək ümumilikdə 235 dəfə qarşılaşan komandalardan Barsanın 102, Realın isə 104 qələbəsi var. Qalan 42 oyun bərabərliklə başa çatıb.
ABŞ-da köləlik
ABŞ-də köləlik— ABŞ-də kölələrin, qulların əməyindən istifadə. == Tarixi == Avropa ticarətinin Afrika sahillərinin çevrəsindən keçməsi Amerikada qullaşdırılmış afrikalıların məskunlaşması ilə nəticələnmişdi. 1859-cu ildə Virciniya ştatında Con Braunun başçılığı ilə köləliyin ləğv edilməsi uğrunda üsyan başladı. ABŞ-də 1861–1865-ci illəri əhatə edən vətəndaş müharibəsi başa çatdıqdan sonra hüquqi cəhətdən köləlik ləğv edildi. Köləliyin ləğvində XVI ABŞ prezidenti Avraam Linkolnun əhəmiyyətli rolu olmuşdur.
ABŞ-də köləlik
ABŞ-də köləlik— ABŞ-də kölələrin, qulların əməyindən istifadə. == Tarixi == Avropa ticarətinin Afrika sahillərinin çevrəsindən keçməsi Amerikada qullaşdırılmış afrikalıların məskunlaşması ilə nəticələnmişdi. 1859-cu ildə Virciniya ştatında Con Braunun başçılığı ilə köləliyin ləğv edilməsi uğrunda üsyan başladı. ABŞ-də 1861–1865-ci illəri əhatə edən vətəndaş müharibəsi başa çatdıqdan sonra hüquqi cəhətdən köləlik ləğv edildi. Köləliyin ləğvində XVI ABŞ prezidenti Avraam Linkolnun əhəmiyyətli rolu olmuşdur.
Azərbaycan mühitində köləlik
Azərbaycan mühitində köləlik — tarixən Azərbaycan linqvistik və mədəni mühitində və ondan kənarda türk və Azərbaycan mənşəli kölələrin istifadəsi. == Tarixi == === Türk və qıpçaq kölələri === Fələki Şirvani Şirvanda hökm sürən hərc-mərcliyi, ehtimal ki 1123–1125-ci il müharibələrini nəzərdə tutaraq, III Böyük Mənuçöhrün sülh dövrü ilə müqayisə aparırdı. Onun fikrincə, III Mənuçöhr Şirvanı gülüzlü türk və türkman qızları ilə bəzəmişdir. Səlcuqların Şirvan və Arranı işğal etməsi nəticəsində türk kölə və kənizləri bu ərazilərdə ucuz qiymətə satılırdı. XII əsrdə Dərbənd hakimi Nizami Gəncəviyə hədiyyə olaraq qıpçaq kənizi Afaqı göndərmişdir. Nizami onunla ailə qurmuşdur. Kölə türk qızları gözəllikləri ilə məşhur idilər. XII əsr ərəb həkimi Samuil əbu Nəsr ibn Abbas sevdikləri ilə yaxın münasibətdə olan dostlar üçün əyləncə bağı əsərini yazmışdır. Erotik mövzulu əsərdir. Samuilin bu əsərdə gözə çarpan, türk kölələri ilə bağlı biliyi ola bilsin ki, İran Azərbaycanındakı kölə bazarlarından irəli gəlir.
Köləlik və Transatlantik Qul Ticarəti Qurbanlarının Beynəlxalq Anma Günü
Köləlik və Transatlantik Qul Ticarəti Qurbanlarının Beynəlxalq Anma Günü hər il martın 25-də köləlik və transatlantik qul ticarəti nəticəsində əziyyət çəkən və həlak olan milyonlarla insanın xatirəsini ehtiramla yad etmək üçün qeyd edilir. Bu gün həm də irqçilik və qərəzli münasibətin təhlükələri haqqında məlumatlılığı artırmaq, bərabərlik və insan hüquqlarına hörmət dəyərlərinə təşviq etmək məqsədi daşıyır. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2007-ci ildə bu günü elan edərək, "tarixdə insan hüquqlarının ən pis pozulması" kimi adlandırılan transatlantik qul ticarətinin cəmiyyət, iqtisadiyyat, siyasət və mədəniyyətə geniş təsirləri olan bəşər tarixində faciəli nəticələrini önə çıxarır və transatlantik qul ticarətinin 4 əsrdən çox davam etdiyini və milyonlarla afrikalının Amerikaya, Karib dənizinə və dünyanın digər hissələrinə məcburi daşınması, burada qeyri-insani şəraitə və qəddar rəftara məruz qalması ilə nəticələnməsi ilə bağlı məlumat yaydı.