Azərbaycanda köləlik
Azərbaycanda köləlik— Azərbaycanda tarixən kölələrin (qulların) əməyindən istifadə.
== Tarixi ==
=== Alban çarlığı ===
Qafqaz Albaniyası məbədlərində məbəd qulları işlədilirdi. Strabon məlumat verir ki, Selena ilahəsinə həsr edilmiş Alban məbədində "kahin vəzifəsini basilevsdən sonra ən böyük hörmət sahibi olan, geniş müqəddəs məbəd torpağının və hiyerodulların (müqəddəs qullar) başında duran xadim icra edir".
=== Məsqət (Maskut) ===
"Hüdud əl-aləm"də verilən məlumatlara görə müstəqil şəhər olan Məsqətdən islam ölkələrinə çoxlu qul gətirilirdi.
=== Şirvanşahlar dövləti ===
IX əsrin ikinci yarısından Abbasilər xilafətinin zəifləməsi və tənəzzülə uğramağa başlaması, habelə onda mərkəzdənqaçma meyllərinin güclənməsilə əlaqədar bəzi vilayətlər ayrılaraq müstəqil məlikliklər yaratmağa başladılar. Şirvanın əhalisi feodal zadəganlardan, neftverən və şumluq torpaq, duzlu göl, bağ və üzümlük sahiblərindən, şəhər məmurları, tacir və ruhanilərdən, sənətkarlardan, şəhər rəiyyətindən, kəndlilərdən və qullardan ibarət idi.X əsrin ortalarında Şirvanşah Salar Mərzuban ibn Məhəmməd ibn Müsafirə ildə 1000 000 dirhəm xərac ödəyirdi.64 İbn Havqəlin yazdığına görə, vergi kimi qul, pul, təsərrüfat ləvazimatı, qatır, yük heyvanları və bəzək əşyaları alınırdı.Məhəmməd ibn Yəzid çiçək xəstəliyindən ölüm ayağında olarkən hakimiyyət hərisliyi onun vəziri İbn əl-Mərağini başqa yolla hasilə gətirilə bilməyəcək bir işə sövq etmişdir. O, Məhəmmədin iki qulunu Əhməd ibn Yəzidin işgəncə çəkdiyi həbsxanaya göndərib, onu öldürmək əmri vermişdir. Onlar əmri yerinə yetirmiş və cənazəni gizlətmişlər.Şirvanın və Arranın səlcuqlar tərəfindən istila olunması türk tayfalarının bu ölkələrə axınını artırdı. Həmin ölkələrdə türk qul və kənizləri ucuz qiymətə satılırdı.
X əsrin farsca anonim coğrafiyasında xəbər verilir ki, Şirvanşahın möhkəmləndirilmiş iqamətgahının yaxınlığındakı dörd kəndinin əkinçiliklə məşğul olan bütün azad edilmiş rəiyyəti (mövlayan) - kişilər və qadınlar - bir dağdakı qalada yaşayırdılar.