Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kömbə
Kömbə — İri,girdə, qalın, xüsusi üsulla hazırlanan çörək növü. Kömbənin adi sac çörəyi, təndir çörəyi kimi bişirilən halları olsa da, kömbə adi çörək deyil. Həmçinin kömbə bişirib satan şəxs isə kömbəçi adlandırılır. Kömbəni üzlü süd, çiyə və kərə yağı ilə undan yoğrulmuş xəmiri yuxa kimi iri yayır və içərisinə içlik yığıb yenidən xəmiri hər tərəfdən onun içliyin üzərinə qatlamaqla qalınlığı təndir çörəyindən də qalın olmaqla ya təndirin dibində yaxud da ocağın yerində üstünə əvvəlcə kül, sonra qor, sonda köz yığılmaqla vam odda bişirilir. Kömbəni hazırlayarkən həm onun ununa, həm südə, eləcə də onun içliyinə xüsusi ədviyyatlar vurulur. Bu da kömbəyə xüsusi dad verməsinə səbəb olur. Bəzən kömbənin ununa və ayrıca hazırlanan içliyə bal (müasir zamanda şəkər tozu) qatırlar. Belə kömbə şirin kömbə adlanır. Başqa bir halda içliyini hazırlayərkən quymaq hazırlanan qaydada hazırlanır. Belə kömbə quymaq kömbəsi adlanır.
Çarli Kombes
Çarli Kombes (ing. Charly Coombes; 27 dekabr 1980, Mauntin-Vyu, Kaliforniya) — Amerikalı musiqiçi, bəstəkar və rejissordur. 2004-cü ildə Çarli 22-20s qrupuna qoşuldu; Qrupdan 2006-cı ildə ayrılmadan öncə 2005-ci il turnesində öz adını daşıyan bir albom buraxdı və Oasis-ə dəstək verdi (qrup 2008-2013-cü illərdə Coombes olmadan fəaliyyətini davam etdirdi). 22-20s-dən ayrılmasından sonra, 2005/2006 illərində Supergrass çalan Kombes üçün Coombes Supergrass Rouen European "Charly Coombes Tourne". 2008-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-08-10. və Şimali Amerika turları hazırlandı və 2007-ci ilin sentyabrında bas ifaçısı Mick Quinnin zədələnməsi zamanı üç konsertdə o Çarli ilə əvəz olundu. Karyerasının zirvəsinə üç hit buraxan Charly Coombes və The New Breed idi (Hell Below,Jungles and Tides,Broken Glass). O, həmçinin Tumbleweed (1998 -ci ildə Polydor Records ilə imzalanan), Dörd Yollu Travma və 2006 -cı ildə Richard Walters ilə İtkin Adamlar qruplarının üzvü idi. 2008 və 2009 -cu illərdə Diamond Hoo Ha World turunda ikinci gitarada Supergrass, vokal və zərb alətləri çaldı.
Qran-Komben
Qran-Komben — İsveçrənin Vale kantonunda, Pennin Alp dağlarının qərbində yerləşən dağ massivi. 4314 metr (14.154 fut) hündürlükdə olan Komben de Grafeneir zirvəsi Alp dağlarının ən yüksək zirvələrindən biridir və Pennin Alplarının 2-ci ən yüksək zirvəsidir. Grand Kombin eyni zamanda bir neçə zirvədən ibarət böyük buzlaq massivdir. Massivdəki dörd zirvə dəniz səviyyəsindən 4000 m. yuxarıdır: Komben de Grafeneir 4,314 m (14,154 ft) Komben de Valsorey 4,183 m (13,724 ft) Komben de la Tsessett 4,134 m (13,563 ft) Massivin ən yüksək hissəsi tamamilə İsveçrədədir, baxmayaraq ki, İtaliya ilə sərhəd bir neçə km. cənubda yerləşir. Adi marşrut Korbassyèr vadisinin şimal tərəfində yerləşən Panossière Hut adlanan yerdən başlayır. Böyük çətinliklərin olmamasına baxmayaraq, şimal cinahda xüsusilə təhlükəli keçiddən keçmək lazımdır — Le Corridor. Bu üzərinə davamlı olaraq düşən seracların üstünlük təşkil etdiyi bir kuluardır. Qran-Komben massivi Vale kantonunun cənubunda, Val d'Entremont rayonunda yerləşir.
Kombe strofantı
Kombe strofantı (lat. Strophanthus kombe) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin strofant cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yarpaqları qarşı-qarşıya, ellips formalı olub, itiuclu zirvəyə malikdir. Çiçəkləri yarımçətir, çiçək tacı yaşıl, düzgün, boruşəkilli, 5 ləşəkli olmaqla, lentşəkilli sonluğu həddindən artıq burulmuşdur. Meyvəsi mürəkkəb, uzununa kəsilmiş, üfüqi istiqamətdə aralanmış, yetişdikdə açılan, sərbəst olub, çoxsaylı kəkilli toxumlara malikdir. Toxumları uzunsov, yastılaşmış olub, aşağı sonluğu itiucludur. Uzunluğu 12-18 mm, eni 3-6 mm, qalınlığı isə 2-3 mm-ə bərabərdir. Tükcüklü olub, sıxılaraq itiuclu sonluqla qurtarır. Çiçəkləri zəif iyli, gümüşü-sarı və ya yaşılımtıl-sarıdır. Yuyulduqdan sonra tükcüklü toxumları istifadə edilir.
Strophanthus kombe
Kombe strofantı (lat. Strophanthus kombe) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin strofant cinsinə aid bitki növü. Yarpaqları qarşı-qarşıya, ellips formalı olub, itiuclu zirvəyə malikdir. Çiçəkləri yarımçətir, çiçək tacı yaşıl, düzgün, boruşəkilli, 5 ləşəkli olmaqla, lentşəkilli sonluğu həddindən artıq burulmuşdur. Meyvəsi mürəkkəb, uzununa kəsilmiş, üfüqi istiqamətdə aralanmış, yetişdikdə açılan, sərbəst olub, çoxsaylı kəkilli toxumlara malikdir. Toxumları uzunsov, yastılaşmış olub, aşağı sonluğu itiucludur. Uzunluğu 12-18 mm, eni 3-6 mm, qalınlığı isə 2-3 mm-ə bərabərdir. Tükcüklü olub, sıxılaraq itiuclu sonluqla qurtarır. Çiçəkləri zəif iyli, gümüşü-sarı və ya yaşılımtıl-sarıdır. Yuyulduqdan sonra tükcüklü toxumları istifadə edilir.
Bombey
Mumbay -(mumbəi; marathi मुंबई, Mumbaī; 1995-ci ilə qədər Bombey बॉम्बे və ya बंबई Bambaī) Hindistanda Maharashtra əyalətinin paytaxtı və Cənub subkontinentinin əsas liman şəhəridir. O Salsette yarımadasında yerləşir. Şəhərin mərkəzi yarımadadan Ərəbistan dənizinə tərəf uzanan nazik tormaq sahələri üzərində yerləşmişdir. Şəhər Hindistanın iqtisadi mərkəzi hesab edilir və dünyada məşhur fil studiyası olan Bollivudun vətənidir. Mumbay nəqliyyat xətlərinin kəsişdiyi şəhər olub, özündə çoxlu sayda universitet, muzey, teatr və qalereyaları cəmləşdirir. Mumbay öz 13,7 milyon əhalisi ilə dünyanın ən çox əhalisi olan şəhərlərindən biridir. Ətraf sahəsində yerləşən metropol reionu ilə birlikdə onun əhalisi 20 milyindan artıqdır, bu da dünya üzrə 5-ci yer demədkir. Hindistanda əhalinin qeydiyyat məsləsi ilə məşğul olan idarələrin olmaması ucundan burada verilən rəqəmlər yalnız təxmini götürülə bilər. Mumbay böyük beynəlxalq nəqliyyat şəbəkəsinin düyümündə yerləşdiyindən hər il Hindistanın sərnişinlərinin yarısı yarısı keçir. Böyük iqtisadi rəngarənglik şəhərin kontrastında da özünü göstərir.
Gömbər
Gömbər (gür.: g.ə. გომბორი, l.ə. qombori) – Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 2014-ci il siyahıyaalınmasına əsasən kənddə 50,5%-i gürcülərdən, 44,6%-i isə tatlardan ibarət olan 681 nəfər (334 nəfəri kişilər, 347 nəfəri qadınlar) əhali yaşayır.
Kommel
Kommel (fr. Commelle) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kont-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38121. Kommunanın 1999-cu il üçün əhalisi 598 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 396 ilə 587 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Kommod
Kommod (lat. Commodus; 31 avqust 161, Lanuvi — 31 dekabr 192, Roma) — eramızın 180–192-ci illərində Roma imperatoru. == Adı == Lusi Avreli Kommod (Lucius Aurelius Commodus) adı altında dünyaya gəlmişdir. 180-ci ilin martında hakimiyyətə gəldikdən sonra özünü Antonin adlandırmış, həmin ilin oktyabr ayından atasının adını (Mark Avreli) ad önlüyü (lat. praenomen) kimi qəbul etmişdir. Belə ki, tam adı — Mark Avreli Kommod Antonin (Marcus Aurelius Commodus Antoninus) olmuşdur. Sonradan hakimiyyəti dövründə çaldığı qələbələri adına əlavə etmişdir — 172-ci ildə Germanikus, 175-ci ildə atası ilə bərabər Sarmatikus, 182-ci ildə Böyük Germanikus (Germanicus Maximus), 183-cü ildə Piy, 184-cü ildə Britannikus, 185-ci ildə Feliks. 191-ci ildə atasının adından imtina edərək əvəzinə Aeli adını əlavə etmişdir. Sonuncu adı Sezar Lusi Aeli Avreli Kommod Avqust Piy Feliks (lat. Caesar Lucius Aelius Aurelius Commodus Augustus Pius Felix) olmuşdur.
Komper
Komper (fr. Compeyre, oks. Compèire) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Şərqi Miyo kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12070. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 50 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 527 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 163 nəfər arasında (15-64 yaş arasında) 117 nəfər iqtisadi fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71,8%, 1999-cu ildə 67,6%).
Köçbək
Köçbək — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Culçayın sağ qolu olan Köçbəyçayın sahilində, Paşalı (Əzizbəyov) - Sisyan yolunun üstündə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Qoçubəy kimi qeyd edilmişdir. Toponim türk dilində «düşərgə, çobanların müvəqqəti yaşayış yeri, yurd» mənasında işlənən koş (> koç) sözü ilə qədim türk dilində «təpə» mənasında işlənən bək (bak sözünün) birləşməsindən əmələ gəlib «təpəlikdə yerləşən köç, düşərgə, çobanların yaşayış yeri» mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə adı dəyişdirilib Hedzor qpyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 25 nəfər, 1873 - cü ildə 226 nəfər, 1886-cı ildə 312 nəfər, 1897-ci ildə 417 nəfər, 1904 - cü ildə 425 nəfər, 1914 - cü ildə 470 nəfər, 1916-cı ildə 537 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalmış və sakinləri - azərbaycanlılar qırğınlarla qovulmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edənlər ata-baba yurdlarına dönə bilmişdir.
Komet
Kometa və ya Quyruqlu ulduz (q.yun. κομήτης, komḗtēs, tərc. uzun saçlı) — Günəş Sisteminin kiçik cisimlərindən biri. Kosmik fəzada təsadüf edilən müxtəlif ölçülü cisimlər olub, toz və qazdan ibarət "quyruğa" malikdirlər. Çox zaman Günəş ətrafında fırlanırlar. Kometalar Günəş sisteminin kiçik cisimləridir. Onlar olduqca sıxılmış orbit boyunca hərəkət edirlər və Günəşə yaxınlaşdıqca formalarını kəskin dəyişirlər. Kometalar Günəşdən uzaq məsafədə olduqca dumanlı, zəif işıqlanan obyekt kimi görünürlər. Günəşə yaxınlaşdıqca əks tərəfə yönəlmiş "quyruğu" yaranır. Kometa yunanca "kometos" sözündən olub, "quyruqlu ulduz" deməkdir.
Köbər
Köbər (əvvəlki adı: Lüksemburq) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Samux rayonunun Yenikənd kənd Sovetinin Lüksemburq kəndi Qırmızı Samux kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Samux rayonunun Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Lüksemburq kəndi Köbər kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi 1918-1920-ci illərdə milli qırğın zamam Ermənistandan didərgin salın­mış azərbaycanlı ailələrin məskunlaşması nəticə­sində yaranmışdır. Sonralar sovet dövründə kəndə beynəl­xalq sosial-demokrat hərəkatının fəalı, polşalı yəhudi inqilabçı sosialist Roza Lüksemburqun (1871-1919) soyadı verilərək, kəndin adı Lüksemburq olaraq təyin edildi (bu adı 1959-1990-cı illər arası həmçinin indiki Ağstafa şəhəri də daşıyırdı). == Coğrafiyası və iqlimi == Kənd Ceyrançöldə yerləşir. == Əhalisi == Əhalisinin sayı 947 nəfərdir. Əhalinin əsası azərbaycanlılardır.
Mobəd
Mobəd (pəhl. 𐭬𐭢𐭥𐭯𐭲) — Sasanilər dövründə İranda ali rütbəli zərdüşti kahin. Dövlətin siyasi həyatında mühüm rol oynayan və geniş nüfuz sahibi olan mobədlər hər cür vergi və mükəlləfiyyətdən azad idilər. Rapp, Stephen H. The Sasanian World through Georgian Eyes: Caucasia and the Iranian Commonwealth in Late Antique Georgian Literature. Ashgate Publishing, Ltd. 2014. səh. 58. ISBN 978-1472425522. Nigosian, Solomon Alexander, The Zoroastrian Faith: Tradition and Modern Research, Montreal, Quebec: McGill-Queen's University Press, 1993, səh.
Köməc
Köməc və ya Göməc — qədim türk mətbəxinə aid çörək və şirniyyat növüdür. Hazırda bu çörək növü əsasən İranın Həmədan şəhərində hazırlanır. == Köməcin tarixi == Qədim türklərdə küldə bişirilən çörək növlərinə köməc deyilirdi. Anadoluda hal hazırda bu çörək növlərinə gömme , gömeç və kömeç adları verilir. Anadoluda iki növ köməc mövcuddur: 1- Böyük şənlik və mərasim köməcləri 2- Küldə bişirilən kiçik çörəklər . Türkiyədə görülən Böyük şənlik köməcləri dərin və önəmli bir sosiyal məna daşıyırlar. Əksəriyyət 50 və ya daha çox kiloya yaxın olaraq hazırlanmış bir xəmir topası isti külün altına basdırılaraq bişirilir. Köməc qayka şəklində qabardıqdan sonra qabıqları ayrılır və içi yaxşıca parçalanır. Bundan sonra yağ ilə qarışdırılaraq qonaqlara dağıdılır. Anadoluda şənlikdə iştirak edənlərin hamısının qarnını doyuzdura biləcək böyük köməclərə belə rast gəlmək mümkündür.
Kambey körfəzi
Kambey körfəzi (hind. खंभात की खाड़ी )— Ərəbistan dənizində Hindistanın şimal-qərb sahillərində körfəz. Körfəz Hindistanın Qucarat ştatı ilə sərhədlənir. == Ümumi məlumat == Kambey körfəzinin uzunluğu təxminən 200 kilometrdir. Körfəzin eni şimalda təxminən 20 km-ə (12 mil), cənubda isə təxminən 70 km-ə (43 mil) çatır. Körfəzə tökülən əsas çaylar Narmada, Sabarmati, Mahi və Tapti çaylarıdır. Çaylar mənsəbdə estuari forması yaradır. Səthin dərinliyi dalğalanmalara səbəb olur. Bu xüsusilə yerli tərsanələrdə istifadə olunur. Kambey körfəzi Kathiyavar yarımadasını Qucaratın cənub-şərq hissəsindən ayırır.
Klodett Kolber
Klodett Kolber (ing. Claudette Colbert; 13 sentyabr 1903[…], Sen-Mande, Fransa – 30 iyul 1996[…], Spaytstaun, Barbados) — amerika aktrisası.
Kolbek burnu
Kolbek burnu — Meri Berd Torpağında, VII Eduard yarımadasının şimal-qərb qutaracağında yerləşən burun. Burun 1902-ci ilin yanvarında "Diskaveri" gəmisi tərəfindən kəşf edilir. Burun Robert Skottun SY Morning gəmisinin kapitanı Vilyam Kolbekin şərəfinə adlandırılmışdır.
Kombat (qəzet)
Kombat — İkinci Dünya müharibəsində Almaniyanın Fransanı işğalına qarşı başladılan Fransa Müqavimət Hərəkatı tərəfindən 1941-ci ildə yaradılan qəzet. == Tarixi == Kombat 1944-cü ilin avqustunda Güzəştsiz qəzetinin ofisini ələ keçirdi. 1943–1947-ci illər aralığında qəzetin baş redaktorluq vəzifəsi Alber Kamüyə verildi. Fransa azad edildikdən sonra Albert Olivier, Jan Pol de Dadelsen kimi naşirlər qəzetdə aktiv rol oynamağa başladılar. Qəzetə öz töhfəsini verənlər arasında Jan Pol Sartr və Raymon Aron da var idi. Kombat 1946-cı il ərzində Fransanın yenidən qurulmasında iştirak etmək istəyən "tərəflərin oyunu"na qarşı çıxdı və beləliklə, Şarl de Qoll qeyri-rəsmi şəkildə qəzetin əsas şəxsinə çevrildi. Qəzet 1974-cü ilin avqustunda Henri Smadyanın intiharından sonra fəaliyyətini dayandırdı.
Kombre (Averon)
Kombre (fr. və oks. Combret) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Sernen-syur-Rans kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12069. Kommuna təxminən Parisdən 560 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 60 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 297 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 163 nəfər arasında (15-64 yaş arasında) 117 nəfər iqtisadi fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71,8%, 1999-cu ildə 67,6%).
Komedi Dükkanı
Komedi Dükkanı — Tolga Çevik'in, Fırat Doğu Parlak'ın iştirakıyla yaradılmış bədahətən əyləncəli komedik tamaşa. İlk dəfə TV8 kanalında yayımlanan proqram sonradan TRT1 kanalına keçmiş . Uzun müddət sonraysa Star TV-də yayımlanmışdır. Proqramın əsas karakterləri Arkadaşım (Tolqa Çevik), Rejissor - Yönetmen (Fırat Parlak) və Minik - Müzisyen (Özer Atik)-dir. Sonralarsa, proqram bağlanmış və hal hazırda Kanal D kanalında "Arkadaşım Hoşgeldin" adıyla yayımlanır.
Korben Şarrah
Korben Şarrah (20 aprel 1992) — ABŞ-lı peşəkar kişi BMX velosipedçisi. Korben Şarrah ABŞ-ni beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Korben Şarrah 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 31.876 saniyəlik nəticəsi ilə 10-cu yeri tutdu və super finala vəsiqə qazandı. Bu mərhələdə 1:05.902 saniyəlik nəticəsi ilə 16-cı yeri tutdu.
Mitsuru Komaeda
Mitsuru Komaeda (d. 14 aprel 1950) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 2 qol vurub.
Mortal Kombat
Mortal Kombat (azərb. Ölümcül döyüş‎, qısa variantı: MK) – "Action" (ing. Hərəkətli) janrında hazırlanan oyunlardan biridir. "Midway Games" kompaniyası tərəfindən yaradılmışdır. "Mortal Kombat" oyunu rəngarəng döyüş fəndləri ilə seçilir. Bu döyüş fəndlərində qəddarlıq müşahidə olunur. "Mortal Kombat" videooyunu 1991-ci ildə Ed Bun, Con Tobias, Con Vogel və Den Forden tərəfindən hazırlanmağa başlanır. İlk vaxtlarda Ed Bun və Con Tobias videooyun qəhrəmanının Jan-Klod Van Dammın olacağını düşünürdülər. Lakin yeni hazırlanacaq videooyun, janrındakı qəddarlıq xüsusiyyətinə görə "Street Fighter II" kimi döyüş janrlı oyunlardan fərqlənməli idi. Bu səbəbdən oyunun məzmunu dəyişdirilir.
Petr Korbel
Petr Korbel (6 iyun 1971) — Çexoslovakiyanı və Çexiyanı təmsil edən stolüstü tennisçi. Petr Korbel Çexoslovakiyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Petr Korbel Çexiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 4-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Petr Korbel Çexiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Daha sonra Petr Korbel Çexiyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Petr Korbel Çexiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.