Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kombinasiya (şahmat)
Kombinasiya — Şahmat termini Bu və ya digər məqsədə çatmaq üçün nəzəri elementlərin uyğunlaşaraq xüsusi mövqedən istifadə olunması.
Naxçıvan Xalça Kombinatı
Naxçıvan Xalça Kombinatı — yüngül sənaye müəssisəsi. == Haqqında == Azərbaycan Respublikası "Xalq üçün mallar" Dövlət konserinə daxildir. Tikintisinə 1979-cu ildə başlanmışdır. Ümumi sahəsi 50000 m², istehsal sahəsi 3000 m²,yadımçı bina və tikililərin sahəsi isə 10000 m²-ə yaxındır. Layihə gücü ildə 2,5 mln. m² xalça və xalça məlumatları istehsalı olacaq kombinatda üçnönvbəli iş rejimində 2500 nəfərdən artıq fəhlə və qulluqçunun çalışması nəzərdə tutulur. Kombinat, əsasən, iki fabrikdən — əyirici (sahəsi 15000) və toxucu (sahəsi 15000) fabrikdən ibarətdir. 1998-ci ilin yanvar ayında Boyxana,hazırlayıcı, aparat-darayıcı, əyirici sexlərindən ibarət əyirici fabrik istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikasının blokada vəziyyətilə əlaqədar toxucu fabrikinin tikintisi hələlik tamamlanmamışdır. == Mənbə == Naxçıvan Ensiklopediyası.
Ordubad ipək kombinatı
Yusif Məmmədəliyev adına Ordubad ipək kombinatı — Ordubadda yerləşən yüngül sənaye müəssisəsi. Fabrik baramadan xam ipək və cod ipək parça istehsal edir. Ordubadda Avropa tipli baramaaçan fabriklərinin tikintisinə 1870-ci ildə başlanılmışdı. İndiki fabrik 1883-cü ildə istifadəyə verilmişdir. 1893-cü ildə 12 kiçik fabrik fəaliyyət göstərirdi. 1910-cu ildə onlar 7 fabrikdə birləşdirilmişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra həmin fabriklər 1929-cu ildə həmin fabrikdə cəmləşdirilmişdir. Fabrikdə 1935 və 1969-cu illərdə yenidənqurma işləri aparılmış, müasir avadanlıqlar tətbiq edilmiş, çeşmələrin sayı 1935-ci ildə 320, 1969-cu ildə 1860 ədədə çatdırılmışdır. 1970-ci ildə toxucu sexi istifadəyə verilmişdir. İstehsal olunan xam ipəyin bir hissəsindən cod parça hazırlanır, digər hissəsi Şəki, Şamaxı, İsmayıllı, Moskva, Kiyev, Leninqrad (indiki Sankt-Peterburq), Düşənbə və s.
Qarabağ İpək Kombinatı
26 Bakı komissarı adına Qarabağ İpək Kombinatı (azərb-kiril. 26 Бакы комиссары адына Гарабағ Ипәк Комбинаты) — Azərbaycan SSR-də yüngül sənayesi müəssisəsi. Dağlıq Qarabağ Muxtar Vilayətinin paytaxtı olan Xankəndi şəhərində yerləşirdi. Kombinat baramaaçma, eşmə və toxuma sahələrini birləşdirmiş, xam ipək, eşmə ipək, cod ipək parça buraxırdı. 1926–1928 illərdə işə salınmışdır. 1934-cü ildə ipəktoxuma istehsalına başlanılmışdır. 1954-cü ildə yeni toxuculuq fabriki işə salınmındır. 1955-ci ildə bunların əsasında Qarabağ ipək kombinatı təşkil edilmişdir. Kombinatın baramaaçma istehsalatı 196 baramaaçma teşti və 48 avtomat baramaaçma dəzgahı ilə təchiz edilmişdir. 1977-ci ilin məlumatına görə, bir baramaaçma teştinin illik istehsalı 571 kq-dır.
Zəngəzur Mis-Molibden Kombinatı
Zəngəzur Mis-Molibden Kombinatı (erm. Զանգեզուրի պղնձամոլիբդենային կոմբինատ) — Ermənistanın ən böyük mədən şirkəti və dünyanın 10 ən böyük molibden istehsalçısından biridir. ZMMK-nin fəaliyyəti SSRİ dövründə başlamışdır. 1952-ci ilin yazında zavod kütləvi istehsala start vermişdir. Əvvəlcə mədən yeraltı və açıq mədən üsullarının kombinasiyası ilə, 1957–1959-cu illərdə isə yalnız açıq mədən üsulları ilə istismar edilmişdir. Zəngəzur Mis-Molibden Kombinatı Ermənistan Respublikasının şimal-şərqində, Sünik mərzinin Qacaran şəhərində, Qafan rayon mərkəzindən 30 kilometr qərbdə və paytaxt İrəvandan təxminən 350 km məsafədə yerləşir. İllik hasilatı ildə 22,0 milyon ton filizdir. 2000-ci illərdən başlayaraq ZMMK Ermənistanda ilk ən böyük vergi ödəyicisi, Sünik mərzində ən böyük işəgötürən olmuşdur. 2023-cü ilin məlumatına görə, onun 4,500-ə yaxın işçisi var.
Azərbaycan Kağız və Karton İstehsal Kombinatı