Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kopra
Kopra (malayalam dili koppara) — kokos palmaları qozlarının qurudulmuş yağlı növü.
Kobra
Kobra (XTD) — Azərbaycan Respublikası Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsi. Kobra (ilan) — sürünənlər fəsiləsinə aid heyvan. Kobra (film, 1986) — Silvestr Stallonenin baş rolda çəkildiyi filmlərindən biridir. Kobra (Mortal Kombat) — Mortal Kombat oyun seriyasının personajlarından biridir.
Korra
Avatar Korra (ing. Korra) - Korra əfsanəsi cizgi serialın əsas personajı. Cənub qütbdə anadan olub. == Yaradılması və konsepsiyası == Brayan Konietzko qarışıq döyüş sənətləri marağlındığına görə, o Korranı MMA qadın idmançılarıdan, xüsusilə Cina Karanodan ilhamlanaraq yaradıb. Konietzkonu onun öz bacıları da ilhamlandırmışdı. Başqa tərəfdən, Korra Aanqın inversiyası olmalı idi. Daha cavan və daha ruhani Aanqdan fərqli olaraq, Korra üçün öz Avatar rolunun ruhani tərəfini yerinə yetirmək çətindir. Eyni zamanda, o dörd elementin üçünü çox cavan yaşda öyrənmşdi.
Aditya Çopra
Aditya Çopra (ing. Aditya Chopra; 21 may 1971, Bombey) — Hindistan kinorejissoru, ssenarist və prodüseri. == Həyatı == Aditya Çopra 21 may 1971-ci ildə məşhur kino xadimi Yaş Çopra və Pamela Çopranın ailəsində anadan olmuşdur. Uşaqlıq dövründə Aditya həddindən artıq utancaq olmuşdur. O zaman onun əsas maraqları müxtəlif filmlərə baxmaq və bəzən də hekayələr yazmaq idi. Aditya Bombey Şotland Məktəbini bitirmişdir. Bundan sonra o, bütün uşaqlığı boyu Karan Cohar və Uday Çopra ilə bir yerdə böyümüşdür. Aditya Çopra kino yaradıcılığına 18 yaşından başlayaraq daha çox atasının filmlərində rejissor assistenti kimi çalışmışdır. 24 yaşından isə Aditya artıq müstəqil olaraq rejissor və ssenarist kimi fəaliyyət göstərməyə başlayır. Şəxsi həyatına gəldikdə isə Aditya Çopra məktəb yoldaşı 2001-ci ildə Payal Xanna ilə ailə həyatı qurmuşdur.
Bonate Sopra
Bonate Sopra (it. Bonate Sopra) — İtaliyada, Lombardiya regionunun Berqamo vilayətində yerləşən kommuna. Əhalisi 7537 nəfərdir (2008), əhalinin sıxlığı 1269 nəfər / km²-dir. Sahəsi 6 km² ərazini əhatə edir. Poçt kodu — 24040. Telefon kodu — 035. Kommunanın hamisi Theotokos Dormition hesab olunur.
Jolanda Kodra
Jolanda Kodra (alb. Jolanda Kodra; 1910 — 1963) — Alban yazıçısı və tərcüməçisi. Alban dilində ilk yazan qadınlardan biri idi (Selfice Çiu, Musine Kokalari). Jolanda Kobra bir çox tanınmış alban yazıçılarının əsərlərini italyan dilinə tərcümə etmişdir. == Bioqrafiyası == Jolanda 1910-cu ildə, Roma şəhərində, italyan ailəsində anadan olub. O, ssenarist və rejissor Enrico Guazzoninin qardaşı idi. Jolanda liseydə oxuduğu zamanı idman müəllimi Malo Kodra ilə tanış oldu. Malo Kodra Girokastrodan (Albaniya) olan tələbə idi. Malo Kodra Jolandanı tezliklə Albaniyaya aparır. O qısa zamanda alban dilini öyrəndi və eyni zamanda məşhur alban jurnallarında (Hylli i Dritës, Përpjekja shqiptare, Fryma və s.) şeir və məqalələrini yazmağa başladı.
Kobra (XTD)
"Kobra" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. == Yaradılması == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Kobra" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Kobra" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri Vətən Müharibəsi Qəhrəmanı Füzuli İmrəliyevdir. == Tarixi == "Kobra" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl şəhərinin, Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 9 nəfər (baş leytenant Kamran Kazımov, baş çavuşlar Əsgər Əhmədov və Vüqar Cəfərov, çavuşlar Ceyhun Rzayev, Elvin Məmmədov, Hilal İmanzadə, Mikayıl Mikayılzadə, Orxan Ömərov və Tərlan Eyniyev) şəhid olmuşdur, 30 nəfər isə yaralanmışdır.
Kobra Pərviz
Pərviz Abdullayev (ləqəbi: Kobra Pərviz; 5 yanvar 1986, Qiyaslı, Ağdam rayonu) – peşəkar kikboksinq üzrə 6 qat Dünya çempionu, əməkdar idman ustası. == Həyatı == Kobra ləqəbli Pərviz Amil oğlu Abdullayev 1986-cı il yanvarın 5-i Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Orta məktəbin ilk illərini Qiyaslı kənd orta məktəbində oxusa da, 1994-cü ildən təhsilini Bakı şəhəri Nizami rayonu 250 saylı orta məktəbdə davam etdirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 12 yaşında (1997-ci ildən) Kunq-fu idman növüylə məşğul olmağa başlayıb. 2007 və 2008-ci illərdə Uşu-sanda idman növü üzrə Azərbaycan çempionu olub. 2007-ci ildə eyni idman növü üzrə Çində keçirilən dünya kubokunda ikinci yerin sahibi olub. Pərviz Abdullayev həmin illərdə paralel olaraq kikboksinq döyüşlərində də iştirak etməyə başlayıb. Bu zamana qədər peşəkar karyerasında 49 qələbə, 6 məğlubiyyət, 26 nakautla nəticələnən 55 döyüş keçirib. Peşəkar kikboksinq üzrə 6 qat Dünya Çempionudur.
Kobra effekti
Kobra effekti bir vəziyyətin xarakteristikası üçün tətbiq edilən idiomatik ifadədir, hansı ki, hər hansısa bir problemin həll edilməsi üçün qəbul edilmiş qərar bu problemi həll etmir, və birbaşa əksinə hədəflərə nəticəyə tez-tez aparır. "Kobra effekti" termini Hindistanda, ingilis müstəmləkə dövründə yaranıb. İngilislər, həddindən artıq kobra çoxalmasını aşkar etmişdilər. Qubernator zəhərli heyvanlardan qurtulmaq üçün, hər ilan başına görə mükafat təyin etmişdi. Əvvəlcə, onları məhv etməsindən sonra, ilanların miqdarı tez azaldı. Ancaq sonra hindlilər tez uyğunlaşdılar: mükafat almaq üçün, kobraları yetişdirməyə (saxlamağa) başladılar. Sonda, öldürülmüş kobra üçün mükafat ləğv ediləndən sonra, ilan saxlayanlar, qiymətdən düşmüş ilanları iradəyə buraxmışdılar, və məlum oldu ki, zəhərli kobraların miqdarı yalnız azalmadı, hətta artdı. Analoji vəziyyət Vyetnamda, fransız müstəmləkə idarəsi dövründə, Hanoy şəhərində yaranmışdı. Onda müstəmləkə hakimiyyəti, hər öldürülmüş siçovula görə mükafat ödəyərək, siçovulların məhv edilməsi proqramını hazırladı. Nəticədə, əhali, qazanmaq üçün, siçovulları yetişdirməyə (saxlamağa) başladı.
Kobra manevri
Kobra manevri — təyyarənin sürətini azaltmaq məqsədilə həyata keçirilən manevr == Tarixi == İlk dəfə olaraq 1960-cı illərin əvvəllərində İsveç Hərbi Hava Qüvvələrinə məxsus Saab 35 Draken təyyarələri ilə təlim uçuşları zamanı ortaya çıxıb. Bu manevrin uçuş sürətinə əhəmiyyətli təsiri nəzərə çarpdı və pilotlar sürəti tez azaltmaq üçün lazım olduqda bu manevrdən istifadə etməyə başladılar. İsveçlilər manevri qılıncoynatmada qılıncın oxşar hərəkətinə görə Kort parad adlandırdılar. Avstriyalı tədqiqatçı Tom Kuperin sözlərinə görə, belə bir manevr ilk dəfə 1967-ci ildə Suriya Hərbi Hava Qüvvələrinin pilotu tərəfindən MiQ-21 qırıcısında təsadüfən həyata keçirilib və 1973-cü ildə Ərəb-İsrail müharibəsi zamanı ərəb pilotları tərəfindən hava döyüşlərində istifadə edilib. İqor Volkun bəyanatına görə, o, təsadüfən sonra "kobra" adlandırılan fiqurun ilk icrasına müvəffəq olub. Kobranı Le Burje Aviasiya Sərgisində ictimaiyyətə nümayiş etdirən ilk sovet pilotu 1989-cu ildə aerobatika üzrə Suxoy Dizayn Bürosunun sınaq pilotu Viktor Puqaçov olmuşdur. Bu səbəbdən manevr çox vaxt "Puqaçov kobrası" (rus.
Korra əfsanəsi
Korra əfsanəsi (ing. The Legend of Korra) — ABŞ-də anime elementləri ilə istehsal olunan cizgi serial. Avatar: Aanq haqqında əfsanə cizgi serialının davamı. 2012-ci ilin aprelin 14-ündə Nickelodeon kanalında yayımlanmağa başladı. == Süjet == Braun Conson, Nickelodeon prezidentı: Yüz illik müharibədən sonra 70 il keçib. Korra — Cənub Su tayfasında doğulan su maqı yeni Avatardır.O artıq yer və od magiyalarının incəsənətini öyrənib.Öyrənəcəyi son elementin incəsənəti qalmışdır-hava magiyasının incəsənəti. Ona Aanq ilə Kataranın oğlu Tenzin kömək edə bilər. == Personajlar == Avatar Korra — Cənub su tayfasında doğulmuşdur. Qızdır. İsyankar və cəsur biridir.
Otokar Kobra
Otokar Cobra Otokarın araşdırma və inkişaf etdirmə qrupu tərəfindən silahlı qüvvələrin zirehli təkərli vasitə ehtiyacı istiqamətində ən uyğun həlli təmin etmək üzrə inkişaf etdirilmişdir. Cobra, yaxşı bir ballistik qoruma ilə yanaşı, eyni platformanın fərqli vəzifələrə adaptiv olması ilə tanınır. Oxşar gövdə və infrastruktur üzərinə hazırlandığı üçün bir çox model və tip üçün baxım və xidmətdə böyük asanlıq təmin etməkdədir. Fərqli istifadə məqsədləri üçün çıxarılmış fərqli maşınlarlarda belə ana quruluşun eyni qalması baxım, təmir və ehtiyat hissədə də böyük qənaət təmin etməsi, Cobranı bir çox ordunun seçim etdiyi zirehli nəqliyyat vasitəsi etməkdədir. İlk dəfə 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsində Gürcüstan Silahlı Qüvvələri tərəfindən istifadə edilmişdir. Mövcud Cobra-nın daha da inkişafı olan Cobra II (türk. Kobra II) Türkiyənin Otokar şirkəti tərəfindən dizayn edilmiş və istehsal edilmiş həvəskar taktiki avtomobildir. Cobra II 4x4 təkərli zirehli avtomobildir və sürücü və komandir daxil olmaqla doqquz personal üçün tutumuna malikdir. O, əldəqayırma partlayıcı qurğular və minalardan gələn təhlükələrə qarşı yüksək səviyyədə qorunma xüsusiyyətinə malikdir. Onun müxtəlif funksiyaları arasında təhlükəsizlik və sülhməramlı əməliyyatlar və sərhəd mühafizəsi var.
Prem Çopra
Prem Çopra (23 sentyabr 1935, Lahor, Britaniya Hindistanı) — 1935-ci ildə Hindistanda anadan olub. Hindistan kinematoqrafiyasında yaratdığı antoqonist obrazlarla öz sözünü demiş aktyorlardandır. Post-sovet məkanında rejissor Rac Kapurun "Bobbi" romantik komediyasında oynadığı rolu ilə yadda qalmışdır. "Roket sinqh: İlin satıcısı" filmində Çopra Rac Kapurun nəvəsi Ranbir Kapurla birlikdə baş rolları ifa edib. Filmoqrafiyasına "Bacı və qardaş" (1971), "Nəfs" (1971), "Sevimli Raca" (1972), "Qəlbdəki daş" (1973), "Bobbi" (1973), "Xəyanət" (1973), "Sevi şəhəri" (1974), "İki xəfiyyə" (1975), "Sevgili" (1976), "Şərəf və inam" (1977), "İki yolçu" (1978), "Böyük oyun" (1979), "Yuxarıdan baxış" (1980), "Taley" (1981), "Vətənpərvər" (1982), "Üç qardaş" (1983), "Fələyin dalınca" (1984), "Raca" (1985), "Səhər qatarı" (1986), "Qisasçılar" (1988), "Keşikçi" (1989), "Alovlu şar" (1990), "Raca Babu" (1994), "Ögey qız" (1995), "Filin qisası" (1997) kimi məşhur hind filmləri daxildir.
Priyanka Çopra
Priyanka Çopra (18 iyul 1982, Cəmşidpur, Bihar) — Dünya şöhrətli Hindistanlı kinoaktrisa, müğənni və model. 2000-ci ildə Dünya Gözəllik (Miss World-2000) yarışmasının qalibi olmuşdur. 18 iyul 1982-ci ildə Hindistanın Cəmşidpur şəhərində ixtisasca həkim olan Aşok Çopra və Madhu Axaurinin ailəsində anadan olmuşdur. Ailədə 2 uşaqdırlar. Özündən 7 yaş kiçik olan Siddharth adında bir qardaşı var. 13 yaşında Amerikaya köçür və orta məktəbi orada bitirir. Boyu : 1,68 metr Karyera: Kino aləmində ilk dəfə "Thamizhan" adlı tamil filmində çəkilir. Musiqi : 2012 ildə "In My City" adlı ilk mahnısı ilə debüt edir. 2013 ilin aprel ayında "Exotic" adlı ikinci sinqlı üçün Amerikalı repçi Pitbull ilə duet oxuduğu klipə çəkilir. Bu klip Şimali Amerikada çox böyük maraq yaradır və Canadian Hot 100-ə daxil olur.
Puca Çopra
Puca Çopra — Hindistan kino aktrisası və modeli.
Uday Çopra
Uday Çopra (5 yanvar 1973, Bombey) — Bollivud aktyoru, prodüseri və rejissor köməkçisi. O mərhum Yaş Çopranın oğlu və Aditya Çopranın qardaşıdır. Atası və qardaşı kimi o da filmlərdə Yash Raj Films şirkətinin adı altında rol alıb və fəaliyyət göstərib. 1994-cü ildə Akşay Kumar, Kacol və Saif Əli Xanın rol aldığı Sevgiylə zarafat etmirlər (Yeh Dillagi) adlı filmdə prodüserlik edən Uday Çopra aktyorluq karyerasında isə "Aşiqlər" filmi ilə debüt etmişdir.
Yaş Çopra
Yaş Ray Çopra (hind. यश चोपड़ा; 27 sentyabr 1932, Lahor, Britaniya Hindistanı – 21 oktyabr 2012, Mumbay) — Hindistan kino aktyoru, prodüser və ssenari müəllifi. Yaş Çopra 27 sentyabr 1932-ci ildə Lahorda anadan olub. Film çəkmək üçün 1973-cü ildə "Yash Raj Films" kino şirkətini yaratmışdır, hansı ki, bu şirkət Hindistanın ən böyük kino şirkəti idi. Həmin şirkət 20-dən çox film çəkmişdir. Ona görə də Yaş Çopra hind kino tarixinin ən böyük rəhbərlərindən biri hesab edilir və onu Bollivudun "Romantika kralı" adlandırırlar. O, 2005-ci ildə Padma Bhuşan ordeni ilə təltif olunmuşdur. Yaş Çopra 21 oktyabr 2012-ci ildə Hindistanın Maxaraştra ştatının Mumbay şəhərində vəfat etmişdir.
Cenate Sopra
Cenate Sopra (it. Cenate Sopra) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 60 kilometr (37 mil) şimal-şərqində və Berqamodan təxminən 12 kilometr (7,5 mil) şərqdə yerləşir. Əhalisi 2348 nəfərdir (2005-ci ilə görə), əhalinin sıxlığı 347 nəfər/km²-dir. Sahəsi 6 km² ərazini tutur. Poçt kodu — 24069. Telefon kodu — 035. Kommunanın himayədarı San Leone Manyodur. Bayram hər il noyabrın 10-da qeyd olunur.
Ehtiyat kopya
Yedəkləmə və ya ehtiyat nüsxə (ing. backup) — arxivləşdirmə üçün, yaxud zədələnmə və ya yoxolma halında qiymətli faylların saxlanması məqsədilə proqramın, diskin və ya bəzi verilənlərin ehtiyat surətidir. Bəzi tətbiqi proqramlar faylların eyni zamanda həm cari versiyasını, həm də əvvəlki variantını diskdə saxlamaqla, onların yedək kopiyasını avtomatik yaradır. == Yedəkləmə üsulları == İnformasiyalar 3 fərqli üsulla yedəklənə bilər: Tam yedəkləmə (Full backup)- Bu üsulla yedəkləmə zamanı bütün qaynaqlar yedəklənir. Ən etibarlı üsuldur, lakin zaman və əlavə yaddaş ehtiyacı yaranır Addımlı yedəkləmə (Incremental backup) Bu tip yedəkləmədə sadəcə son yedəkdən bu yana yedəklənməmiş sənəndlər yedəklənir. Differensial yedəkləmə (Differential backup) Bu tip yedəkləmədə son tam yedəkdən bu yana yedəklənməmiş olaraq seçilən sənədlər yedəklənir.
Kopa Amerika
Amerika Kuboku (isp. Copa América) — CONMEBOL tərəfindən təşkil olununan futbol turniri.
Kopa gölü
Kopa gölü (qaz. Қопа́) — Akmolla vilayəti ərazisində yerləşən Kökşetau şəhərində yerləşən göl. == Yerləşməsi == Kopa gölü Kökçetav yükşəkliyindən aşağıda, Kökşetau şəhərinin şimal-qərbində yerləşir. Göl ortalama 14 km² əraziyə və 2,0–3,0 m dərinliyə sahibdir. Ümumi su toplayıcı sahəsi 3860 km² təşkil edir. Göl axarlıdır və qurumur. Cənub və qərb sahilləri hündürdür, şimal və şərq sahilləri isə alçaqdır. Hamar hissəni sıx kolluqlar basmışdır. Gölün səthi isə təmizdir. Ancaq qərb və şimal hissələrdə qamışlıqlar vardır.
Kora (xalq)
Kora (isp. Cora) — Nayarit ştatının şərqindəki El-Nayar bələdiyyəsində, eləcə də qonşu Xalisko ştatının bəzi yaşayış məntəqələrində yaşayan qərbi-mərkəzi Meksikanın yerli etnik qrupudur. Koralar özlərini cəm halda náayarite adlandırırlar, náayari isə tək haldadır. Əslində Nayarit ştatının adı da buradan gəlir. 2000-ci il siyahıyaalınması göstərdi ki, bu gün bu xalqın təxminən 24.390 nümayəndəsi var. Valideynlərindən ən azı birinin Kora dilin daşıyıcısı olan bütün ailə üzvləri daxildir. Bu 24.000-dən bir az çox adamın 67%-i (təxminən 16357 nəfər) dilin daşıyıcılarıdır, 17%-i bu dildə danışmır, 16%-i isə ümumiyyətlə dil biliyi ilə bağlı məlumat verməkdən imtina edib. == Tarixi == Kora Nayarit ştatının çətinkeçilən dağlıq ərazilərində və dərin yarğanlarında, həmçinin Xalisko, Duranqo və Zakatekas ştatları ilə sərhədboyunca yaşayırlar. 18-ci əsrin əvvəllərində onlar katolik missionerlərə öz ərazilərində yaşamasına icazə verməməklə bir növ məntiqsizlik nümayiş etdirirdilər. Kora onları əhatə edən çoxlu xristian-hinduları və İspan mədəniyyətinin yeganə dinsiz xalqlardan biri idi.
Kora Kempbel
Kora Kempbel (d. 28 may 1974) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == Kora Kempbel, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu. Daha sonra Kora Kempbel, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Opra Uinfri
Opra Uinfri 1954-cü ildə Missisipidə anadan olub. Onun anası xidmətçi, atası isə fəhlə idi. O, dünyaya gəldikdən sonra valideynləri ayrılıb. 6 yaşına kimi nənəsi ona himayədarlıq edib. Anası iş tapdıqdan sonra Opranı yanına aparır. Opra 9 yaşı olanda qohumları tərəfindən zorlanır. 14 yaşında bir uşaq dünyaya gətirir, lakin körpə sağ qalmır. Bundan sonra anası Opranı atasının yanına göndərir. Opra atasının yanında bütün pisliklərdən uzaqlaşır və narkotikadan istifadəni dayandırır. Litseyi uğurla bitirən Opra müxtəlif müsabiqələrin qalibi olur.
Kora (heykəl)
Kora (yun. κόρη, hərf. qız; cəm koray) — gənc yaşda olan qadın fiqurlarını təsvir edən və Arxaika dövrünə aid müstəqil qədim Yunanıstan heykəltəraşlıq növünə verilən müasir termin. Kuros kora heykəllərinin gənc kişi ekvivalentidir. Koralar emosiyasız təmkinli "arxaik təbəssüm" nümayiş etdirir. Bu, dünyanın çətinliklərini aşan idealın simvolu idi. Çılpaq kuroslardan fərqli olaraq, koralar qalın və bəzən mükəmməl işlənmiş geyimlərlə təsvir edilmişdir. Dəb dəyişdikcə onların üzərində təsvir edilən geyim növü də dəyişdi. Vaxt keçdikcə koralar ağır peplosdan xiton kimi daha yüngül geyimlərə keçmişdir. Onların duruşu bəzən uzadılmış qol ilə təsvir edilir, sərt və sütuna bənzəyən formadadır. Bəzi koralar geyimlərin vizual təsirini artırmaq və narrativ məqsədləri üçün rəngarəng rəngə boyanmışdır.
«Кара-коюнлу» (ковёр)