Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Koriski burnu
Koriski burnu (yap. カモイワッカ岬) — İturup adasında yerləşən burun (Kuril adaları). İturup adasının şimalında yerləşən Medveji yarımadasının sonucunu təşkil edir. Öz növbəsində bir sıldırımlı qayadır. Burun yaxınlığında su üstü və su altı daşlar müşahidə edilir. Burada hündürlüyü 51 metr olan bir ada vardır. Sahillərində orta qabarma 1 metrdir. İnzibati baxımından Rusiyanın Saxalin vilayəti, Kuril şəhər dairəsinə daxildir. Yaponiya isə əraziyə iddia edir və buranı Hokkaydo qubernatorluğunun Nemuro dairəsi Sibetoro qəzasına daxil edir. Yaponiyada bəzən Koriski burnunu Yaponiyanın ucqar şimal nöqtəsi olaraq göstərirlər.
Leonid Koretski
Leonid Vladimiroviç Koretski (5 noyabr 1905 – 1967) — Azərbaycan kinooperatoru. == Həyatı == Leonid Vladimiroviç Koretski 5 noyabr 1905-ci ildə anadan olmuşdur. 1928-ci ildən kinoda operator köməkçisi, operator assistenti, operator, quraşdırılmış səhnə operatoru və operator kimi 30-a yaxın filmdə çalışmışdır. Kinojurnallar üçün yüzlərlə süjet çəkmişdir. Azərbaycan kinosunda fəaliyyət göstərmişdir. Müharibə illərində cəbhədə digər operatorlarla birgə süjetlər çəkmişdir.15 dekabr 1967-ci ildə vəfat etmişdir.
Vlado Goreski
Vlado Goreski (21 aprel 1958, Bitola) — Makedoniyalı rəssam. == Həyatı == Lyublyana, Sloveniya Rəssamlıq Akademiyasını, va Skopye İncəsənət Tarixini bitirib,,,,.. Beynəlxalq Qrafik Triennalının bədii rəhbəri - Monastır.. == Sərgilər == 100-dən çox qrup sənət sərgisində iştirak edib və iyirmi solo sərginin müəllifidir:Sloveniya, Xorvatiya, Fransa, İngiltərə, İtaliya, Meksika, Polşa, Rusiya, Yaponiya... == Mükafatları == Bədii uğurlarına görə iyirmidən çox mükafat qazandı. == Qalereya == == Ədəbiyyat == Vlado Goreski, Drypoint I, Galerie Jan SENNY, 2019. Vlado Goreski, Nocturne, variationer, Galerie Van Gis, 2018. Vlado Goreski, Cathedral – 2. Vlado Goreski, Drypoint I, 2019.
Kokeşi
Kokeşi (yap. 小芥子) — taxtadan hazırlanan Yaponiya gəlincikləri. Silindrik bədəndən və ona bərkidilmiş başcıqdan ibarətdir. Əvvəllər kokeşini bütöv bir ağac parçasından hazırlayırdılar. Kokeşinin xarakterik xüsusiyyəti bu gəlinciklərin əl və ayaqlarının olmamasıdır. Material kimi müxtəlif ağac gövdələrindən — albalı, zoğal, ağcaqayın və ya tozağacından istifadə olunur. Bəzədilməsi zamanı isə, müxtəlif gül, bitki və digər ənənəvi motivlərə müraciət olunur. Kokeşilərin rənglənməsində daha çox qırmızı, qara, sarı və tünd qırmızı rənglər üstünlük təşkil edir. == Tarixi == Belə hesab olunur ki, Kokeşilər ilk dəfə Edo dövrünün ortasında (1603–1867) Yaponiyanın şimal-şərqində yerləşən Tohokuda yaradılıb. Ev üçün taxta əşyalar hazırlayan xarratlar kokeşiləri bu əraziyə Onzen`ə (Onsen — müalicəvi isti su mənbələri) gələn qonaqlara suvenir kimi satırdılar.
Koreka
Koreka (Koraka və ya yerli dialektdə Korika) — İtaliyanın Kalabriya regionunun Kozentsa vilayətinin Amanteya kommunasında fraksiya. == Coğrafiyası == === Sərhədləri və ərazisi === Korekanın qərbində Tirren dənizinin cənub hissəsi, cənubunda, Kampora San Covanni fraksiyası ilə sərhəddin başldığı yerdə isə Amanteya şəhəri yerləşir. Ərazisi əsasən qayalı burundan ibarətdir və şəhərin mərkəzi hissəsi düzənlikdə yerləşir. Fraksiyanın ərazisinə həm də dağlıq sahə və geniş çimərliklər daxildir. İqlim yumşaq və rütubətli qışla və günəşli günləri çox olan isti, quru və küləkli yayla xarakterizə olunan tipik Aralıq dənizi iqlimidir. == İqtisadiyyatı == Korekada və yaxınlıqdakı Kampora San Covannidə əsas gəlir mənbəyi 1960-cı illərdən populyar olan gözəl mənzərəli sahil xəttinin hesabına formalaşmış turizm və mehmanxana sektorudur. Həmçinin, ərzaq, mebel və avadanlıqlar istehsal edilən bəzi kiçik sex və fabriklər də fəaliyyət göstərir. == Kəndləri == 2017-ci ildən bəri Korekanın ərazisinə aşağıdakı kəndlər daxildir: == Abidələri və görməli yerləri == === Bizim mələklər anası kilsəsi === 1964-cü il oktyabrın 1-də Bizim mələklər anasına həsr edilmiş Koreka kilsəsinin tikintisinə başlanmış və 1965-ci ildə başa çatdırılmışdır. Kilsə müasir, lakin mülayim tərzdədir və 65 nəfər yerləşə bilir. Hər il 22 avqustda, şəhərin qoruyucu müqəddəsinin anım günündə mərkəzi küçələrə gedən yürüş keçirilir.
Korenk
Korenk (fr. Corenc) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Melan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38126. Kommunanın 2012-ci il üçün əhalisi 3944 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 4 km şimal-qərbdə yerləşir.
Kreşi
Kreşi (fr. Créchy) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03091. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 473 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 303 nəfərin (15-64 yaş arasında) 231 nəfəri iqtisadi cəhətdən fəal, 72 nəfər hərəkətsiz (fəaliyyət göstərici 76,2%, 1999-cu ildə 67.9%) olmuşdur. Fəal 231 nəfərdən 213 nəfəri (117 kişi və 96 qadın), 18 nəfəri işsizdir (7 kişi və 11 qadın). Fəal olmayan 72 nəfər arasında şagird və ya tələbə, 25 nəfər təqaüdçü, 22 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Kəski
Kəski - materialların torna dəzgahında kəsmə ilə emalında tətbiq olunan alətdir. Kəski normal halda üzərində möhkəm və ya hərkətli bərkidilmiş kəsici lövhələr olan tutqacdan ibarətdir. Tutqacın en kəsiyi dördbucaqlı və dairəvi olur. Kəski ən geniş yayılmış metalkəsən alətdir. O metal qatını əsas tilinin köməyi ilə kəsir. Əsas til düz və ya fasonlu ola bilərlər. Veriş həmişə kəsmə hərəkətinə perpendikulyar aparılır. Kəaskilər torna, yonma dəzgahlarında tətbiq olunurlar. ==== Kəsici materialı ==== Kəsici material kimi dəyişiləbilən lövhələrdən istifadə edilir. Bu lövhələr üzərinə örtük çəkilmiş bər xəlitədən, keramikadan, almazdan və ya polikristal bornitriddən hazırlanır.
Aleksandr Kerenski
Aleksandr Fyodoroviç Kerenski (rus. Алекса́ндр Фёдорович Ке́ренский; 22 aprel (4 may) 1881 və ya 2 may 1881, Simbirsk – 11 iyun 1970[…], Nyu-York, Nyu-York ştatı) — Rusiya siyasətçisi, Fevral İnqilabının öndərlərindən biri, müvəqqəti hökumətin baş naziri. Rusiya Sosialist İnqilabçı Partiyanın üzvü olub.
Franko Korelli
Franko Korelli (it. Franco Corelli, əsl adı Dario Korelli; 8 aprel 1921[…], Ankona, Marke – 29 oktyabr 2003[…], Milan) — İtaliya opera müğənnisi (tenor).
Hays kodeksi
Film İstehsalı Aktı, Hays Qanunu, Hays kodeksi və ya Hays Qaydaları Hollivudda 1924-1966-cı illər arasında qüvvədə olmuş özünüsenzura tətbiqi idi. Filmlərin gənclərə əxlaqsızlıq aşıladığı ilə bağlı mühafizəkar dairələrin illərdir apardığı qarayaxma kampaniyası nəhayət Hollivudu ehtiyat tədbirləri görməyə vadar etmişdir. 1922-ci ildə MPPDA (Motion Picture Producers and Distributors of America/Amerika Kino Filmləri İstehsalçıları və Distribyutorları) yaradılmışdır. Təşkilatı yaradanlar kino aləmindən kənar bir adamı təşkilatın rəhbərliyinə gətirmək qərarına gəlirlər. Bu şəxs dindar, vətənini sevən, siyasətçilərlə yaxşı münasibətlərdə olan biri olmalı idi. William Harrison Hays ildə 150 ​​min dollar kimi çox yüksək bir maaşla bu vəzifəyə təyin edilir. Ştatdan ştata dəyişən və bir çox filmin qadağan edilməsinə səbəb olan senzuradan qaçmaq üçün o, “özünüsenzura”ya əl atdı. 1924-cü ildə kinoprodüserlər çəkəcəkləri filmlərin mövzu xülasəsini Haysın Ofisinə (Hays Office) göndərmək məcburiyyətində buraxıldılar. İki ildən sonra isə Studiya ilə əlaqələr departamenti (Studio Relations Department) yaradılmışdır. Bu departamentdə studiyaların nələrə diqqət etməli olduğuna dair əsasnamə hazırlanmışdır.
Kerəşke (Baymak)
Kerəşke (başq. Кәрешкә, rus. Галеево) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Tatlıbay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 42 km, kənd sovetliyindən (Tatlıbay): 6 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 32 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Komenski Universiteti
Komenski Universiteti (slovak. Univerzita Komenského v Bratislave) — Slovakiyanın paytaxtı Bratislava şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitet XVII əsrin məşhur müəllim və filosofu Jan Amos Comeniusin şərəfinə adlandırılıb. == Tarixi == Universitetin əsası 1919-cu ildə Qədim Praqa Universitetinin dəstəyi ilə qoyulmuşdur. == Kontingenti == 2006-cı ildə Komenski Universiteti 30 000-dən çox tələbə və 2000-ə yaxın akademik heyəti ilə fəaliyyət göstərmişdir. == Fakültələri == Fakültələrinin böyük bir qismi paytaxt Bratislavada yerləşir. == Maliyyələşməsi == Slovakiyadakı bir çox ali təhsil müəssisələri kimi universitet də əsasən dövlət tərəfindən maliyyələşdirilir. Slovakiyada fəaliyyət göstərən Universitetlərə tələbələrin illik təhsil haqqı ödəməsi üçün plan tərtib edilsə də, 2005-ci il May ayında Parlamentdə lazımi dəstəyi almadığı üçün qəbul edilməmişdir. == Xarici əlaqələri == Utrext Şəbəkəsinin üzvüdür.
Konevski adası
Konevski adası — Xəzər dənizinin şimal-qərbində, Volqa çayının deltasında yerləşən ada. İbzibati cəhətdən Rusiyanın Həştərxan vilayəti ərazisinə qərarlaşır. Konevski adası akkulmyativ xüsusiyyət daşıyır. Volqa çayının deltasında dəniz suyunun enməsi sayəsində yaranmışdır. Konevski adasının ən hündür nöqtəsi şimal-şərq hissədə yerləşir. Maksimal hündürlük 60 sm-dir (−27,6 m). Quru sahəsinin böyük qismi qamışlıqlarla örtülüdür. 1979-cu il məlumatına görə adanı. Şimal-şərqində kiçik meşə sahəsi olmuşdur. Bataqlaşım sahələrlə hərəkət edərkən adanın daxilində dərin quyu vardır ki, burada Karp balıqları qışlayır.
Kormesi xan
Kormesi xan (bolq. Кормесий) (?-738)— Dulo sülaləsindən Böyük Bolqar xanlığının xanı. == Həyatı == Kormesi xan haqqında tarixi məlumat olduqca azdır. 716-cı ildə salnaməçi Feofan onun barəsində söhbət açır. Bəzən onu Tervel xanın oğlu kimi də göstərirlər.. "Madara atlısı" abidəsinin altında Kormesi xanın hakimiyyəti haqqında məlumat var. Amma vandallar tərəfindən qəsdən pozulub. Kormesi xanın 738-ci ilədək hakimiyyətdə olduğu bilinir. == Toponimlər == Antarktikanın Qrinviç adasında Kormesi təpəsi xanın şərəfinə adlanıb.
Lester kodeksi
Lester kodeksi — Leonardo da Vinçi tərəfindən yazılmış elmi əsərlərin toplusudur. Bu indiyə kimi dünyada satılmış ən bahalı kitabdır. 1994-cü ildə Bill Geyts "Lester kodeksi"ni 30 802 500 ABŞ dollarına almışdır. Kitabda intibah dövrünün düşüncə tərzi, elm və incəsənət arasında əlaqə, elm adamlarının yaradıcıllığı və s. öz əksini tapmışdır.
Ramiz Karaeski
Ramiz Karaeski və ya Ramiz dayı — Türk istehsalı olan Ezel teleserialında uydurma bir obraz. Tuncəl Kurtiz tərəfindən yetişkin halı, Ufuq Bayraqdar tərəfindən isə gəncliyi canlandırıldı. Ramiz dayı ilk dəfə 12 oktyabr 2009-cu ildə serialın 3-cü bölümündə göründü və 61-ci bölümdə ayrıldı.
Toşe Proeski
Toşe Proeski (mak. Тодор "Тоше" Проески, 25 yanvar 1981 - 16 oktyabr 2007) — makedon musiqiçi. 2004-cü ilin "Avroviziya" mahnı müsabiqəsinin finalında Life is mahnısı ilə çıxış etmiş müğənni nəinki doğma ölkəsində, bütün Balkan ölkələrində geniş tanınmışdır. Xeyirxahçı kimi tanınan Toşe Proeski YUNESKO-nun xoşməramlı səfiri olub. 16 oktyabr 2007-ci il tarixində Xorvatiyada qəzaya uğrayıb vəfat etmişdir. Toşe Proeskinin vəfatından sonra Makedoniyada üç günlük matəm elan olunmuş, mərhum isə "Makedoniyanın fəxri vətəndaşı" tituluna layiq görülmuşdür.
Yan Komenski
Yan Amos Komenski (28 mart 1592, Nivnise, Cənubi Moraviya — 15 noyabr 1670, Amsterdam) — çex pedaqoqu, humanist, ictimai xadim, pedaqogika elminin banisi. == Həyat və fəaliyyəti == Yan Komenski 1592-ci il mart ayının 28-də çex qardaşları protestant icması üzvünün ailəsində anadan olub. İbtidai təhsilini həmin icma məktəbində alıb. 1608-1610-cu illərdə latın məktəbində, daha sonra Herborn akademiyasında, Heydelberq universiteti ndə oxuyub. Bu universitetdə "Bütün əşyaların teatrı" adlı özünəməxsus ensiklopediya yaratmağa başlayıb (1614-1627). Eyni vaxtda "Çex dilinin xəzinəsi" adlı çex dili lüğəti üzrə iş aparıb (1612-1656). 1614-cü ildə Komenski — Prşerovda icmanın müəllimi işləyib. 1618-1621-ci ilərdə Fulnekdə yaşayaraq İntibah dövrünün humanistlərinin – T. Kampanellanın, H. Vivesin və b.-əsərlərini öyrənib. 1627-ci ildə Komenski çex dilində didaktikaya həsr olunmuş elmi əsər yazmağa başlayır. Katolik kilsənin təqiblərindən qaçaraq Komenski Polşaya (Leşno şəhərinə) emiqrasiya edir.
Yanda Koçeska
Yanda Koçeska (17 Fevral 1937 – 15 Dekabr 2008) — Polşalı aktrisa. O, 1959-cu il ilə 2008-ci il arasında 21-dən çox film və televiziya şousunda rol oynamışdır.
Karesi vilayəti
Karesi vilayəti — Osmanlı İmperiyası tərkibində, 1881–1888–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Karesi idi.
Karəsi Bəyliyi
Karəsi bəyliyi (türk. Karesi Beyliği) — Egey dənizinin sahillərində 1296-1363-cü illərdə qurulmuş Anadolu bəyliyi. Bəyliyin paytaxtı hazırkı Balıkəsir ilinin ərazində yerləşən Karəsi olmuşdur. Bəylik öz adını banisi, səlcuqlu uc-bəyi Karəsi bəyin adından almışdır.
Koroşi dialekti
Koroşi dialekti (Bəlucca: کوروشی)—Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərindən və Bəluc dilinin dialektlərindəndir ki fars ostanının cənubunda yaşayan bəluclar tərəfindən danışılır. Koroşi dialektində danışanların sayı 2006-cı ildə 1000 nəfər olduğu təxmin edilib.
Kresli Koul
Kresli Koul (ing. Kresley Cole) — Amerikalı yazıçı. Paranormal romans və gənc-fantastik janrlı kitabları bestseller olmuşdur. Üç Amerikanın Romantik Yazıçıları mükafatı almış və bu mükafatın Şöhrət Siyahısına daxil olmuşdur. == Bioqrafiya == Kresli Koul Zülmətdən Sonrakı Ölümsüzlər paranormal seriasının, gənc-fantaziya janrli Arsana Xronologiyası seriyasının, Oyun Ustaları erotik seriasının eləcədə 5 dəfə mükafat qazanmış tarixi janrlı romanların müəllifidir. Magistatura dərəcəli və atlet olan Koul, unudulmaz obrazlar və hekayələr yarada bilmək üçün çoxlu səyahət edərək bu təcrübələrdən istifadə etmişdir. Onun Zülmətdən Sonrakı Ölümsüzlər romanlar seriası dünya üzrə 20-dən artıq dilə tərcümə edilmiş, 3 RITA mükafatına layiq görülmüş vləcədə ABŞ-da bestseller olaraq ölkədə və ölkədən kənarda populyarlıq qazanmışdır. Koul ailəsi ilə birlikdə Floridada yaşayır. == Biblioqrafiya == === Zülmətdən Sonrakı Ölümsüzlər seriyası (Paranormal Romans) === Sərkərdə Əbədiyyət İstəyir. Pocket.
Naxçıvan kökəsi
Naxçıvan kökəsi və ya çöçəsi - Naxçıvan mətbəxi, bayram kökəsi. == Naxçıvan mətbəxi == Naxçıvan mətbəxinin özünəməxsus yeməkləri də vardır. Naxçıvan mətbəxi öz zənginliyi, heyrətamiz dadı ilə qonşu xalqların mətbəxinə də təsir edib. Naxçıvan mətbəxində parça bozbaş, küftə- bozbaş, çölmək pitisi, bozartma, çığırtma, dolma, kabab, xaş, əriştə, umac və s. geniş rast gəlinir. Burada yeməklərin şahı plov hesab edilir. Plovun qarası isə növbənöv olur və qoyun, mal, toyuq ətindən, çərəzdən (qoz, fındıq, şabalıd), meyvə qurularından(ərik, gavalı, alça və s.), göyərtilərdən və sair istifadə etməklə hazırlanır. Naxçıvan mətbəxi xəmir xörəkləri ilə də məşhurdur: əriştə aşı, umac aşı, buğda unu və düyü unundan hazırlanmış halvalar, xəşil, quymaq və sair. Süd və süd məhsullarından hazırlanan südaşı, bulama, qatıqaşı, qatıqlama,dovğa, ayranaşı, qurutaşı və sairənin Naxçıvan mətbəxində xüsusi yeri var. Azərbaycanda kabablar geniş yayılıb.Naxçıvanda lülə kabab, tikə kabab, basdırma kabab, tava kabab, saciçi və sair kabab növləri bişirilir.