Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karotaj
Karotaj - geoloji kəsilişdə faydalı qazıntıların (neft, qaz, kömür, müxtəlif filiz və b.) müəyyən edilməsi, quyu kəsilişlərinin öyrənilməsi və başqa geoloji məsələlərin həlli üçün aparılan geofiziki quyu tədqiqatları == Haqqında == Kəsilişdə hansı fiziki və ya kimyəvi parametrlərin öyrənilməsindən asılı olaraq elektrik, radioaktiv, akustik, qaz və b. karotaj növlərindən və onların kompleksindən istifadə olunur. Kompleks karotaj isə kəşfiyyatın hansı faydalı qazıntıya aparılmasından, rayonun geoloji quruluşundan, qazımanın texniki şəraitindən və b. asılı olaraq seçilir. Karotaj prosesində alınmış məlumatlar karotaj stansiyası kompleksinə daxil olan aparaturanın köməyi ilə qeydə alınır. Karotaj dioqramı öyrənilən parametrlərin verilmiş miqyasda quyu kəsilişi üzrə fasiləsiz dəyişməsini əks etdirir. Bəzi tədqiqatçılar karotaj termini əvəzinə "üsul", "-metriya" (məsələn: radiometriya, qamma-üsul) və "Quyuların geofiziki tədqiqatları" terminlərindən istifadə olunmasını məqsədəuyğun hesab edirlər. == Elektrik karotajı == Elektrik karotajı (elektrokarotaj) quyu tədqiqatlarının geofiziki üsullarından biridir, süxurların və faydalı qazıntıların xüsusi elektrik müqavimətinə (r), polyarizasion potensiala və ya dielektrik keçiriciliyinə əsaslanır. Müqavimət karotajı (MK) və təbii elektrik sahələrinin karotaj üsulları (xüsusi polyarizasion potensial üsulla, SP, PÜ) daha geniş tətbiq olunurlar. Neft quyularında əsasən süxurların xüsusi elektrik müqavimətini təyin etmək üçün yan karotaj zondlaşdırılmasından, kömür və filiz yataqlarına qazılan quyuların tədqiqində isə süni partlayış potensiallarının (PP) karotajı və cərəyan qeydiyyatı üsullarından (TK, TKÜ) istifadə olunur.
Sororat
Sororat (lat. “soror” - bacı) — nigahın qədim kəbin formalarından biri, arvadı vəfat etmiş kişinin öz subay baldızı ilə evlənməsi. Sororat adəti arvadı vəfat etmiş cavan kişinin subay baldızı ilə evlənməsinə icazə verirdi. Sororat adəti anasız qalmış uşaqların qayğısına qalmaq zərurətilə bağlı idi. Belə hesab olunurdu ki, vəfat etmiş bacının uşaqlarına hamıdan yaxşı ana onların xalası ola bilər.
Koroça
Koroça — Rusiya Federasiyasında yerləşən şəhər, Belqorod vilayətinə daxildir.
Akustik karotaj
Akustik karotaj — duyulan səs və ultrasəs diapazonunda tədqiqi üsulu. Neft-qaz quyuları kəsilişlərində müxtəlif litoloji tərkibli layların ayrılması, perspektivli kollektor layların seçilməsi və onların məsaməliyinin müəyyən edilməsi, boruarxası boşluğun sementlənmə keyfiyyətinə nəzarət məqsədilə aparılır. Akustik karotaj dərin quyularda səs (5-20 kHs) və ultrasəs (25-30 kHs) tezlikli akustik şüalandırıcı cihazlar vasitəsilə süni yaradılmış və mühitdə yayılmış elastiki dalğaların kinematik və dinamik xarakteristikalarının öyrənilməsinə əsaslanır.
Koronar stent
Koronar stent — ürəyin işemik xəstəliyinin müalicəsində damarları açıq saxlamaq üçün ürəyi qanla təmin edən koronar arteriyalara yerləşdirilən boru formasında olan cihaz. Perkutan koronar müdaxilə (PKM) adlanan prosedurda istifadə olunur. Hazırda, koronar stentlər PKM prosedurlarının 90% -dan çoxunda istifadə olunur. Stentlər stenokardiyanı (sinə ağrısını) azaldır və kəskin miokard infarktı zamanı sağ qalmaq ehtimalıni çoxaldır və yan təsirləri azaldır. Oxşar stentlər və prosedurlar koronar olmayan damarlarda (məsələn, periferik arteriya xəstəliyi üçün ayaqlarda) istifadə olunur. == Tibbi istifadə == Stentli arteriya digər angioplastika prosedurları ilə eyni mərhələlərdən keçir, lakin bir neçə mühüm fərqi də var. Müdaxilə edən kardioloq, bələdçi kateter vasitəsilə kontrast maddə yeritməklə və əsas koronar arteriyalardan qan axını müşahidə etməklə tıxanmanın yerini müəyyən etmək və ölçüsünü qiymətləndirmək üçün angioqrafiyadan istifadə edir. Kardioloq bu məlumatdan istifadə edərək tıxanmanın stentlə müalicə edilməli olub-olmadığını, əgər varsa, hansı növ və ölçüdə olduğuna qərar verir. Ən çox satılan dərman tərkibli stentlərdir, stent yuvarlanmış formada balon kateterinin kənarına yapışdırılır. Qan laxtalanması kimi fəsadları minimuma endirmək üçün stent çərçivəsinin damar divarları ilə birbaşa təmasda olması vacibdir.
Koronar şuntlama
Aorta koronar şuntlama, koronar şuntlama (ing. Coronary-Artery-Bypass) cərrahi müdaxilə, ürəyin tac damarlarında qanın axınını və ürək əzələsinin qan təchizatını adekvat təmin etmək məqsədilə daralmış hissədən yan keçməklə körpü şuntunun qoyulması əməliyyatının adı. Ürəyin işemik xəstəliyundə tac damarların mənfəzinin daralması, ürək əzələsinin qan eləcə də oksigen təchizatının pozulmasına gətirib çıxardır. Bu zaman xəstələr döş qəfəsinin sol nahiyəsində olan ağrəlardan – döş inağından ağrıların sol kürək və qol, boyun nahiyələrinə irradiasiyasından şikayət edirlər. Bu zaman xəstədə diaqnozu dəqiqləşdirmək üçün EKQ, qanda ürək enzimlərinin təyin edilməsindən başqa koronaroqrafiya müayinəsi aparılmalıdır. Koronaroqrafiya zamanı tac damarlarda mövcud daralmalar aşkar edilərək ballon angioplastik əməliyyatı icra eilməklə genişləndirilir. Bəzən bu mümkün olmadıqda xəstədə aorta koronar şuntlama əməliyyatı icra edilməlidir. Müasir koronar cərrahiyyəsi nəinki miokardda baş verə biləcək geridönməz orqanik dəyişikliklərin qarşısını almaq, hətta onun yığılma qabiliyyətini artırmaq və xəstənin həyat tərzi keyfiyyətini qaldırmaqla ömrünün uzadılmasına imkan verir. == Tarix == İlk dəfə olaraq aorta koronar şuntlama əməliyyatı 2 may 1960 ildə ABŞda, Albert Enşteyn Tibb kolleci-Bronks şəhər bələdiyyə mərkəzi xəstəxanasında doktor Robert Götz və döş qəfəsi cərrahı doktor Maykl Romanşn başçılığı altında doktorlar Yordan Haller və Ronald Dinin köməkliyi ilə icra edilmişdir. Sovetlər İttifaqında indiki Rusiyada ürək cərrahı Vasili Kolesov 1964 ildə lat.
Koronas-Foton
Koronas-Foton (rus. Коронас-Фотон), CORONAS-Photon (Complex Orbital Observations Near-Earth of Activity of the Sun) —Rusiyanın süni peyki. Rusiyanın "Koronas-Foton" peyki Günəşin şəklini çəkib. Rusiya Elmlər Akademiyasının Lebedev adına Fizika institutunun Günəşin rentgen astronomiyası laboratoriyasının saytında bildirilib. Şəkillər 2009-cu il fevralın 20-də peykdəki cihazların sınaq yoxlanışı zamanı alınıb. TESİS teleskopları Günəşin aşağı tacını, keçid təbəqəsini və yuxarı tacını çəkiblər. Bütün şəkillər rentgen diapazonunda alınıb. Belə şəkillər Yerdən çəkmək mümkün deyil. Çünki rentgen şüaları atmosfer tərəfindən udulur. Mütəxəssislər bildirirlər ki, Günəşin şəkli bu planetdə hərarətin necə dəyişdiyini öyrənmək üçün lazımdır.
Radioaktiv karotaj
Radioaktiv karotaj - süxurların təbii və süni yaradılmış radioaktivliyinin ölçülməsinə əsaslanan quyuların geofiziki tədqiqat üsulları. Radioaktiv karotaj neft-mədən geofizikasında tətbiq olunan əsas növləri bunlardır: süxurların təbii qamma aktivliyinin intensivliyinin ölçülməsinə əsaslanan qamma-karotaj (QK); süxurların qamma-kvant mənbələri ilə şüalanmasından baş verən səpinti qamma-şüalanma intensivliyinin ölçülməsinə əsaslanan qamma-qamma-karotaj (QQK); süxur maddəsi ilə neytroan axınlarının qarşılıqlı effektinin öyrənməsinə əsaslanan neytron karotaj (NK). Radioaktiv karotaj məlumatlarından neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı ilə bağlı olan geoloji məsələrin həllində, neft-qaz yataqlarının istismarına nəzarətdə, quyuların qazılma prosesində bəzi texniki məsələlərin həllində və b. sahələrdə geniş istifadə olunur. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Dorota Rabçevska
Dorota Aqualiteja Rabczewska (d. 15 fevral 1984, Polşa) — Polşa caz müğənnisi.
Korona virus
Koronavirus — məməlilərdə və quşlarda xəstəliklərə səbəb olan RNT virus qrupudur. İnsanlarda və quşlarda yüngüldən ölümcülə qədər nəticəsi ola bilən tənəffüs yolu infeksiyasına səbəb olur. İnsanlarda yüngül formasına zökəmin bəzi halları daxildir (buna digər viruslar, əsasən rhinoviruslar səbəb olur). Daha ölümcül növləri SARS, MERS və COVID-19 xəstəliyinə səbəb ola bilir. Bu virus inək və donuzlarda diareyaya, siçanlarda isə hepatit və ensefalomiyelitə səbəb olur. Hazırda insanları koronavirus infeksiyasına qarşı qoruyan və ya müalicə edən dərman və ya vaksin yoxdur. Koronavirus koronaviruslar ailəsinə aiddir. Tam olaraq orthocoronavirinae fəsiləsinin nidovirales dəstəsinin koronaviruslar sinifinə aiddirlər. Koronaviruslar superkapsid viruslardır. (+)ssRNA virus və RNT genomuyla kapsid spiral simmetriyaya malikdirlər.
Korona (Kaliforniya)
Korona (ing. Corona) — ABŞ-nin Kaliforniya ştatının Riversayd qraflığında yerləşən şəhər.
Aorta koronar şuntlama
Aorta koronar şuntlama, koronar şuntlama (ing. Coronary-Artery-Bypass) cərrahi müdaxilə, ürəyin tac damarlarında qanın axınını və ürək əzələsinin qan təchizatını adekvat təmin etmək məqsədilə daralmış hissədən yan keçməklə körpü şuntunun qoyulması əməliyyatının adı. Ürəyin işemik xəstəliyundə tac damarların mənfəzinin daralması, ürək əzələsinin qan eləcə də oksigen təchizatının pozulmasına gətirib çıxardır. Bu zaman xəstələr döş qəfəsinin sol nahiyəsində olan ağrəlardan – döş inağından ağrıların sol kürək və qol, boyun nahiyələrinə irradiasiyasından şikayət edirlər. Bu zaman xəstədə diaqnozu dəqiqləşdirmək üçün EKQ, qanda ürək enzimlərinin təyin edilməsindən başqa koronaroqrafiya müayinəsi aparılmalıdır. Koronaroqrafiya zamanı tac damarlarda mövcud daralmalar aşkar edilərək ballon angioplastik əməliyyatı icra eilməklə genişləndirilir. Bəzən bu mümkün olmadıqda xəstədə aorta koronar şuntlama əməliyyatı icra edilməlidir. Müasir koronar cərrahiyyəsi nəinki miokardda baş verə biləcək geridönməz orqanik dəyişikliklərin qarşısını almaq, hətta onun yığılma qabiliyyətini artırmaq və xəstənin həyat tərzi keyfiyyətini qaldırmaqla ömrünün uzadılmasına imkan verir. == Tarix == İlk dəfə olaraq aorta koronar şuntlama əməliyyatı 2 may 1960 ildə ABŞda, Albert Enşteyn Tibb kolleci-Bronks şəhər bələdiyyə mərkəzi xəstəxanasında doktor Robert Götz və döş qəfəsi cərrahı doktor Maykl Romanşn başçılığı altında doktorlar Yordan Haller və Ronald Dinin köməkliyi ilə icra edilmişdir. Sovetlər İttifaqında indiki Rusiyada ürək cərrahı Vasili Kolesov 1964 ildə lat.
Zolotıe vorota metrostansiyası
«Zolotıe vorota» (ukr. «Золоті́ воро́та», ; azərb. Qızıl darvaza‎) — Kiev metropoliteninin 29-cu stansiyası. Stansiya Sresko-Peçerski xəttində, «Lukyanovskaya» və «Dvores sporta» stansiyaları arasında yerləşir. Stansiya 31 dekabr 1989-cu ildə istismara verilib. Stansiya öz adını yaxınlıqda yerləşən şəhərin tarixi ərazisindən almışdır. Ümumi sərnişin istifadəsi — 19,9 min adam/sutka. 2011-ci ildən stansiya "mədəni irs yeri", memarlıq və şəhərsalma abidəsi, monumental sənət abidəsi statusunu əldə etmişdir. == Dizayn == Zolotıe vorota stansıyasının ilkin layihəsi daha sadə və bəsit idi. Sonradan həm dərinlik artırıldı, həm də həcmi genişləndirildi.