Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Koraça kuboku
Koraç kuboku - FİBA-nın rəhbərliyi ilə 1972-2002-ci illərdə keçirilmiş Avropanın kişi basketbol klublarının turniri. Nüfuzuna görə Avropada "Avropa çempionlar kuboku" (sonralar basketbol üzrə "Avroliqa" kuboku) və "Kubok çempionlarının kuboku" (sonralar Saporta kuboku) turnirlərindən sonra üçüncü yeri tuturdu. Turnir Sarayevo yaxınlığında avtomobil qəzasında həlak olmuş əfsanəvi Yuqoslav oyunçusu Radivoy Koraçın şərəfinə adlandırılmışdır. 2002-ci ildə bu turnir Saporta Kuboku adlandırılmış Avropa turniri ilə birləşdirildikdən sonra Avropa kuboku turniri kimi tanınmışdır. 2003-cü ildən bu yarış Serbiyada və Çernoqoriyada Padivoy Koraç turniri, ölkə parçalandıqdan sonra isə Serbiya kuboku adlandırılmışdır. "Winners of FIBA Korac Cup (from 1971/72 to 2001/02)" (ingilis). bravepages.com. 2009-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-28.
Koraoba
Koraoba — Astara rayonunun, Kijəbə qəsəbəsinin, Tüləküvan kəndinin mərkəzində yerləşən, yaşayış məntəqələrindən biri. Uzun müddət Azərbaycan SSR, Astara rayonu, inzibati ərazi vahidində Koroba kəndi kimi adlandırılıb. Müstəqillik dövründə bir neçə kəndlə birlikdə, Tüləgüvan kəndinə birləşdirilib. SSRİ dövründə kəndin adı təhrif edilərək rus dilinə uyğunlaşdırılıb və Koroba (rus. Kороба) adlandırılıb. Bu təhrif sonradan kəndin etimalogiyasına təsir edib. Yaşayış məskəni kimi tunc dövrünə aiddir. Bunu təsdiq edən, kəndin ərazisindəki tunc dövrünə aid üç ədəd "Koraoba kurqanlar"ıdır. Eyni zamanda yaşayış məskənində dəmir dövrünə aid "Koraoba daş qutu nekropolu" da var. Çar I Nikolayın dövründə (1825–1855) həyata keçirilmiş 1840-cı il 10 aprel qanunu ilə Talış əyalətinin əsasında, Lənkəran qəzasının tərkibində olub.
Korsika
Korsika (fr. Corse [kɔʀs], korsikaca. Corsica) — Aralıq dənizinin şimal hissəsində ada. Fransa ərazisidir. Sah. 8,7 min km². Şimal sahili hamar, qərb sahili rias tiplidir, körfəzlərlə kəskin parçalanmışdır. Maksimal hündürlüyü – 2710 m (Mon-Sento dağı). Qranit və gilli şistlərdən təşkil olunmuşdur. Adanı Apenin yarımadasından Korsika boğazı, Sardiniya adasından isə Bonifaco boğazı ayırır.
Koreka
Koreka (Koraka və ya yerli dialektdə Korika) — İtaliyanın Kalabriya regionunun Kozentsa vilayətinin Amanteya kommunasında fraksiya. Korekanın qərbində Tirren dənizinin cənub hissəsi, cənubunda, Kampora San Covanni fraksiyası ilə sərhəddin başldığı yerdə isə Amanteya şəhəri yerləşir. Ərazisi əsasən qayalı burundan ibarətdir və şəhərin mərkəzi hissəsi düzənlikdə yerləşir. Fraksiyanın ərazisinə həm də dağlıq sahə və geniş çimərliklər daxildir. İqlim yumşaq və rütubətli qışla və günəşli günləri çox olan isti, quru və küləkli yayla xarakterizə olunan tipik Aralıq dənizi iqlimidir. Korekada və yaxınlıqdakı Kampora San Covannidə əsas gəlir mənbəyi 1960-cı illərdən populyar olan gözəl mənzərəli sahil xəttinin hesabına formalaşmış turizm və mehmanxana sektorudur. Həmçinin, ərzaq, mebel və avadanlıqlar istehsal edilən bəzi kiçik sex və fabriklər də fəaliyyət göstərir. 2017-ci ildən bəri Korekanın ərazisinə aşağıdakı kəndlər daxildir: 1964-cü il oktyabrın 1-də Bizim mələklər anasına həsr edilmiş Koreka kilsəsinin tikintisinə başlanmış və 1965-ci ildə başa çatdırılmışdır. Kilsə müasir, lakin mülayim tərzdədir və 65 nəfər yerləşə bilir. Hər il 22 avqustda, şəhərin qoruyucu müqəddəsinin anım günündə mərkəzi küçələrə gedən yürüş keçirilir.
Koroça
Koroça — Rusiya Federasiyasında yerləşən şəhər, Belqorod vilayətinə daxildir.
Karaka
Firmiana (lat. Firmiana) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Erythropsis Lindl. Karaka Raf.
Korça
Korça — Albaniyanın cənub-şərqində yerləşən şəhər. Eyniadlı vilayətinin inzibati mərkəzidir.Əhalisi- 86 min nəfərdir. Bu şəhər ən azı XV əsrdən mövcuddur. Korçada aqrar sənayesi ciddi şəkildə inkişaf oldu.Habelə burada bir neçə təhsil ocağı var. Yerli futbol klubu ''Skanderbeu'' artıq dalbadal üçüncü dəfədir ki, Albaniya çempionudur- (2011, 2012, 2013).
Cənubi Korsika
Cənubi Korsika (fr. Corse-du-Sud, kors. Corsica suttana) — Fransa departamenti, Korsika regionunun departamentlərindən biri. Sıra nömrəsi — 2A. İnzibati mərkəzi — Ayaçço. Əhalisi — 145 998 nəfər. Sahəsi — 4014 km². Departament 3 tərəfdən Aralıq dənizilə yuyulur, şimal-şərqdə Yuxarı Korsika departamenti ilə sərhəddir. Cənubi Korsika departamenti 1975-ci il 15 may tarixində, 1975-ci il 15 sentyabr tarixində, 1793-cü ildən 1811-ci ilə qədər mövcud olan Liamonun tarixi rayonunda yaradılmışdır. Layihəyə görə Sarten, 20 kanton və 124 kommuna şəhərlərində mərkəzləri olan departamentdə 2 rayon mövcüd idi. 2015-ci ildən Cənubi Korsikanın ərazisi 2 rayon (Sarten və Ayaçço), 11 kanton və 124 kommuna bölünmüşdür .
Korsika boğazı
Korsika boğazı - Korsika adasını Toskan arxipelaqı arasında yerləşir. Aralıq dənizi akvatoriyasına daxil olan Tirren dənizini Liquriya dənizi ilə birləşdirir. Uzunluğu 70 km, eni 60 – 120 km, dərinliyi 500 m təşkil edir. Axınlar şimala istiqamətlənir və sürəti 1 km/s təşkil edir.
Yuxarı Korsika
Yuxarı Korsika (fr. Haute-Corse, kors. Corsica suprana) — Fransa departamenti, Korsika regionunun departamentlərindən biri. Sıra nömrəsi — 2B. İnzibati mərkəzi — Bastiya. Əhalisi — 168 869 nəfər. Sahəsi — 4666 km². Departament 3 tərəfdən Aralıq dənizilə yuyulur, cənub-qərbdə Cənubi Korsika departamenti ilə sərhəddir. 1793-cü ildən 1811-ci ilə qədər Qolo departamenti günümüzdəki Yuxarı Korsika ərazisində yerləşirdi. Sonra Korsika adasında Korsikanın vahid bir departamenti kimi yaradıldı. 15 sentyabr 1975-ci ildə ada iki departamentə ayrıldı.
Koreçika Anami
Koreçika Anami (阿南 惟幾, Anami Koreçika, 21 fevral 1887 – 15 avqust 1945, Tokio[d]) – İkinci Dünya müharibəsi illərində Yaponiya ordusunun generalı. Yaponiya təslim olarkən ölkənin müharibə naziri idi. == Həyatı == 1887-ci ildə Yaponiyanın Oyta prefekturasında doğulmuşdur. 1905-ci ildə Hərbi Akademiyasından məzun olmuş və piyada qoşunların ikinci leytenantı təyin olunmuşdur. Daha sonra Hərbi Heyət Kollecindən məzun olmuşdur. Anami 45-ci piyada alayında xidmət göstərmiş, Ali Hərbi Şuranın katibi, Tokio Hərbi Hazırlıq Məktəbinin direktoru (1934–1936), 2-ci İmperator Mühafizə Piyada Alayının komandiri (1932–1934), Müharibə Nazirliyinin Hərbi Xidmət Bürosunun direktoru olmuşdur. 1937-ci ildə Müharibə Nazirliyinin Şəxsi Heyət Əlaqələri Bürosunun direktoru təyin olunmuşdur. 1935-ci ilin martında general-mayor, 1943-cü mayında general rütbəsinə yüksəlmişdir. == Fəaliyyəti == Anami hərbi təhsildə "kamikaze ruhu"nu, Mancuriyanın işğalını və Kanci İşivaranın Şərqi Asiya Liqası təşkilatını dəstəkləmişdir. O, 26 fevral 1936-cı ildə baş vermiş hərbi çevriliş cəhdinin iştirakçılarına qarşı olmuşdur.
Cem Karaca
Cem Karaca (5 aprel 1945, Bakırköy, İstanbul ili – 8 fevral 2004, İstanbul) — Türkiyə rok musiqiçisi və Anadolu roku hərəkatının əsas üzvlərindən biri. 1945-ci il aprelin 5-də əslən azərbaycanlı olan Türkiyə teatr aktyoru Məmməd Karaca və əslən erməni olan Türkiyə aktrisası İrma Feleqyanın (Toto Karaca) ailəsində doğulub.
Gizem Karaca
Gizem Karaca (7 sentyabr 1992, İstanbul) — Miss Turkey 2011 ikincisi, model və aktrisadır. Aktrisa kimi debütü 2011-ci ildə "Eve Düşen Yıldırım" serialında baş rolu canlandırıb. Gizem Karaca 7 sentyabr 1992-ci ildə İstanbulda doğulmuşdur. Kiçik yaşlarından ailəsi ilə bərabər Amerikaya köçüb. İbtidai məktəbi ABŞ-də, orta məktəbi Kanadada bitirdikdən sonra, lise illərində Türkiyə'yə dönmüşdür. Daha sonra İstanbul Universitetinin fransız dili və ədəbiyyatı fakültəsinə daxil olmuşdur. İngilis və orta səviyyədə fransız dillərini bilir. Universitet illərində çətin keçən dərslərdən qaçmaq üçün Miss Turkey 2011 gözəllik müsabiqəsinə qatılmağa qərar verir və ikinci yeri tutur. Müsabiqə bitdikdən dərhal sonra Eve Düşen Yıldırım adlı serial ilə aktrisa kimi debütünü edir. 2012-ci ildə Emirin Yolu adlı serialda da baş rol oynayır, lakin reytinqlərin aşağı düşməsi səbəbindən serialın çəkilişləri 13.bölümdən sonra dayandırılır.
Korama (Uçalı)
Korama (başq. Ҡорама, rus. Курама) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Tunqatar kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 50 km, kənd sovetliyindən (Komsomolsk): 5 km. ən yaxın dəmiryol stansiyasından (Korama stansiyası): 0 km.
Mehmet Karaca
Mehmet Karaca — əslən azərbaycanlı olan Türkiyə teatr aktyoru. Türkiyənin tanınmış rok ifaçısı Cem Karacanın atasıdır. Həyat yoldaşı erməni əsilli Toto Karacadır (İrma Feleqyan). 1934-cü ildən İstanbul Şəhər Teatrında çalışıb. 1964-cü ilədək fəaliyyət göstərib. Beynində baş verən problemlərə görə sənətdən aralanıb.
Reyhan Karaca
Reyhan Karaca (8 noyabr 1970, İstanbul) — türk müğənnisidir.
Xeyrəddin Karaca
Xeyrəddin Karaca (4 aprel 1922 – 20 yanvar 2020, İstanbul) — bir Türk sənayeçi və ətraf mühit fəalıydı. Atası Xocazadə Xəlil Əfəndi və anası Zəhra Xanım, hər ikisi Krımdan mühacir idilər. Orta məktəbi bitirdikdən sonra ailənin trikotaj ticarətini götürərək ölkənin ən uğurlu sənaye müəssisələrindən birinə çevirdi. Karaca firması Türkiyədə ixracatın lideri olub, üstəlik bunu digər müəssisələrdən təxminən 20 il əvvəl həyata keçirmişdir. Xeyrəddin Karaca bu mövzuda belə danışır: " Mən sənayeçi olmaq istəmirdim. İstədiyim ədəbiyyatla məşğul olub qalan vaxtımı təbiətlə iç-içə keçirmək idi. Lakin o vaxtlar atamıza qarşı çıxmaqdan söhbət belə gedə bilməzdi." Əlli yaşlarında Türkiyənin ilk özəl dendrarisini qurdu. Ölkə daxili və xaricində gəzdiyi hər yerdən toxum topladı , botanika bağlarını gəzdi və əlaqələr qurdu. Bu gün Yalovadakı Karaca Arboretumu bütün dünyada botaniklər tərəfindən tanınır. İldə iki dəfə nəşr olunan Arboretum Magazine, alimlərin araşdırmalarının və fikirlərinin dərc olunduğu bir forumdur.
Yanuş Korçak
Yanuş Korçak , əslində ''Henrik Qoldşmit, həmçinin Qoca Həkim və ya Cənab Həkim kimi tanınan (22 iyul 1878 və ya 1879-cu ildə Varşavada, 5 avqust və ya 6 avqust 1942-ci ildə Treblinkada alman ölüm düşərgəsində vəfat etmişdir) – həkim, pedaqoq, yazıçı, publisist, ictimai xadim, Polşa Ordusunun zabiti. Yenilik gətirən pedaqoq, tərbiyənin nəzəriyyə və təcrübəsi haqqında nəşrlərin müəllifidir. Uşaqların hüquqlarına və tam hüquq bərabərliyinə dair fəaliyyətin müjdəçisi idi. Uşaq evinin direktoru olaraq uşaq dostyana məhkəməsini təşkil etdi. Burada uşaqlar özləri tərəfindən irəli sürülmüş məsələləri müzakirə edirdilər. Onların, həmçinin öz tərbiyəçilərini də məhkəmə qarşısına gətirmək imkanları var idi. “Gözəl insan, məşğul olduğu uşaq və gənclərə inanan, intizam, həmçinin böyük məsuliyyət tələb edən ən çətin məsələləri belə onlara etibar edəcək qədər cəsarətli idi” – Korçak tərəfindən təsis və idarə olunan Uşaq Evini tez -tez ziyarət edən məşhur İsveçrə pedaqoqu, Jean Piaget Korçak haqqında deyirdi. Korçak uşaqlar tərəfindən göndərilən materiallar əsasında hazırlanan və əsasən, uşaq oxucusuna yönəldilən ilk “Qısa xülasə” adlı jurnalını yaratmışdır. Uşaq psixologiyası və inkişafı, həmçinin tərbiyə diaqnostikası sahəsində araşdırmalarının təşəbbüsçülərindən biri di. Bütün həyatı boyu iki xalqa da mənsubiyyətini elan edən polyak yəhudisi idi.
İşın Karaca
İşın Karaca (7 mart 1973, London, Böyük Britaniya) - türk musiqiçi. Anadilim Aşk (2001) İçinde Aşk Var (2004) Başka 33/3 (2006) Uyanış (2009) Arabesque: Geçmiş, Geçmemiş Hiç...
Karaca Dağ
Karaca dağ— təqribən Cənub-Şərqi Anadolu bölgəsinin ortasında yerləşən, Diyarbəkir hövzəsi ilə Şanlıurfa yaylasını şimal-cənub istiqamətində ayıran sönmüş vulkandır. Ən yüksək nöqtəsi 1952 m-dir. Karaca dağ vulkanı maye lavanın əmələ gətirdiyi qalxan vulkan quruluşuna malikdir. Onun diametri 120 km, sahəsi 8000 km²-dir. Onun çox aşağı 2% maililiyi olan yamacı var. Bazaltik lavadan ibarətdir. Püskürmələr üç fərqli dövrdə baş vermişdir. Karaca dağ Diyarbəkir, Şanlıurfa və Mardin illərinin torpaqlarına yayılır. Vulkan yuxarı miosendə fəaliyyətə başlamış və dövrümüzdən 100.000 il əvvələ qədər lava püskürmüşdür. Karaca dağın yaranmasının əsas səbəbi Ərəbistan plitəsinin Anadolu plitəsi üzərindəki təzyiqidir.
Çu Kosaka
Çu Kosaka (小坂 忠, Kosaka Çu, 8 iyul 1948, Nerima, Tokio, Yaponiya – 29 aprel 2022, Saytama prefekturası, Yaponiya) və ya doğum adı ilə Masayuki Kosaka (小坂 正行, Kosaka Masayuki) – Yaponiya rok-musiqiçisi. "Apryl Fool" qrupunun baş vokalisti olmuşdur. Çu Kosaka 1968-ci ildə "The Floral" rok-qrupunda debüt etmişdir. 1969-cu ildə Haruomi Hosono və Takaşi Matsumoto ilə birlikdə "Apryl Fool" rok-qrupunu yaratmış və Yaponiyada rok-n-roll tarixinin bünövrəsini qoymuşdur. "Apryl Fool" qrupu dağılandan sonra Kosaka 1975-ci ildə Masataka Matsutoya da daxil olmaqla "Tin Pan Alley" qrupunun üzvləri ilə birlikdə "Horo" albomunu buraxmışdır. Soul janrında olan bu albom Yaponiyada uğur qazanmışdır. Kosaka xristian olmuş və protestant kilsəsi pastoru kimi fəaliyyə göstərmişdir. Rusiya–Ukrayna münaqişəsində Ukraynanı dəstəklədiyini bildirmişdir. 2022-ci ilin martında ona bağırsaq xərçəngi diaqnozu qoyulduğunu açıqlamışdır. Kosaka 29 aprel 2022-ci ildə ölmüşdür.
Birra Korça
Birra Korça — adını 1928-ci ildə Albaniyanın Korça şəhərində qurulan pivə zavodu və markasıdır. 2004-ci ildən bəri IHB Group-un tərkibində istehsala davam edir. Albaniyadakı üçüncü ən böyük pivə istehsalçısıdır. == Tarixi == Birra Korça Albaniyada çıxarılan ilk pivədir. Zavod 1928-ci ildə Korça şəhərində açılmışdır. Qurucuları İtalyan Umberto Umberti və yerli sahibkar Səlim Mboriyadır. Şirkət ilk olaraq 950,000 frank sərmayə ilə qurulmuşdur. Qurulduğu illərdə ildə 20000 hektolitr istehsal gücü olan zavod, sarı və qara pivə ilə şüşələnmiş su və buz istehsal edirdi. İkinci Dünya Müharibəsindən sonra 1946-cı ilin Yanvar ayının 11-də Albaniyada kommunist rejimin qurulması ilə zavod dövrün qanunları ilə dövlət idarəsinə keçdi. 1955, 1957 və 1965-ci illərdə edilən yeniləmə işləri ilə istehsal gücü yüksəldildi.
Koraç kuboku
Koraç kuboku - FİBA-nın rəhbərliyi ilə 1972-2002-ci illərdə keçirilmiş Avropanın kişi basketbol klublarının turniri. Nüfuzuna görə Avropada "Avropa çempionlar kuboku" (sonralar basketbol üzrə "Avroliqa" kuboku) və "Kubok çempionlarının kuboku" (sonralar Saporta kuboku) turnirlərindən sonra üçüncü yeri tuturdu. Turnir Sarayevo yaxınlığında avtomobil qəzasında həlak olmuş əfsanəvi Yuqoslav oyunçusu Radivoy Koraçın şərəfinə adlandırılmışdır. 2002-ci ildə bu turnir Saporta Kuboku adlandırılmış Avropa turniri ilə birləşdirildikdən sonra Avropa kuboku turniri kimi tanınmışdır. 2003-cü ildən bu yarış Serbiyada və Çernoqoriyada Padivoy Koraç turniri, ölkə parçalandıqdan sonra isə Serbiya kuboku adlandırılmışdır. "Winners of FIBA Korac Cup (from 1971/72 to 2001/02)" (ingilis). bravepages.com. 2009-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-28.
Sevda Karaca Dəmir
Sevda Karaca Dəmir (1984, Adana) — jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Sevda Karaca Dəmir 1984-cü ildə Adana ilində anadan olub. ODTÜ Siyasi və İctimai Elmlər Bölməsindən məzun olub. Uzun illər jurnalist olaraq çalışıb. 2007-ci ildən Evrensel qəzetində çalışır. Həmin il Hayat Televiziyasının qurucularından olub. Hayat TV Nəşr Koordinasiyasının üzvü olub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Qaziantep ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. Parlamentdə Əmək Partiyasını təmsil edib. İngiliscə, almanca və fransızca bilir.
Yuxarı Korsika departamentinin kommunaları
Yuxarı Korsika (fr. Haute-Corse) — Fransanın cənubundakı Korsika adasındakı departament, Korsika bölgəsinin departamentlərindən biridir. İnzibati mərkəzi Bastia şəhəridir. 2012-ci il siyahıyaalınmasına əsasən, departamentinin əhalisi 170,828 nəfər idi. 2015-ci ilə qədər Yuxarı Korsika ərazisi 3 rayona (Bastiya, Kalvi və Korte), 15 kanton və 236 kommunaya bölündü. Departamentin əhalisi 10000 nəfərdən çox olan 1 şəhər, 5000 nəfərdən çox olan 6 şəhər var. Sant-Antonino kommunası Fransanın ən gözəl kəndi adına layiq görülüb.