Koraoba

KoraobaAstara rayonunun, Kijəbə qəsəbəsinin, Tüləküvan kəndinin mərkəzində yerləşən, yaşayış məntəqələrindən biri. Uzun müddət Azərbaycan SSR, Astara rayonu, inzibati ərazi vahidində Koroba kəndi kimi adlandırılıb. Müstəqillik dövründə bir neçə kəndlə birlikdə, Tüləgüvan kəndinə birləşdirilib. SSRİ dövründə kəndin adı təhrif edilərək rus dilinə uyğunlaşdırılıb və Koroba (rus. Kороба) adlandırılıb. Bu təhrif sonradan kəndin etimalogiyasına təsir edib.

Koraoba
38°32′00″ şm. e. 48°46′24″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Astara rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0718
Koraoba xəritədə
Koraoba
Koraoba
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaşayış məskəni kimi tunc dövrünə aiddir. Bunu təsdiq edən, kəndin ərazisindəki tunc dövrünə aid üç ədəd "Koraoba kurqanlar"ıdır. Eyni zamanda yaşayış məskənində dəmir dövrünə aid "Koraoba daş qutu nekropolu" da var.[1][2][3][4][5]

Çar I Nikolayın dövründə (1825–1855) həyata keçirilmiş 1840-cı il 10 aprel qanunu ilə Talış əyalətinin əsasında, Lənkəran qəzasının tərkibində olub. Lənkəran qəzası isə 1841–46 illərdə Kaspi vilayətinin tərkibinə daxil idi. 1846-cı il 14 dekabr tarixli fərmanla Şamaxı quberniyası təşkil edildikdə, kənd Şamaxı quberniyasının tərkibinə qatılıb. 1859-cu ildə Şamaxı zəlzələsindən sonra, mərkəzi Bakıya köçürüldüyündən quberniya Bakı quberniyası adlandırılmışdır.

22 aprel 1918 və 26 may 1918-ci illəri arasında Zaqafqaziya Demokratik Federativ Respublikası tərkibində, 1918-ci il mayın 28-dən Azərbaycan Demokratik Respublikasının tərkibində, respublikasının süqutandan sonra isə 5 fevral 1991-ci ilə qədər Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində ayrıca kənd kimi statusu olub. Müstəqillik dövründən sonra, Astara royununda ayrıca kənd statusuna malik olsa da bir müddət sonra, bir neçə kəndlə birgə Tüləgüvan kəndinə birləşdirilib.

Kənddə ilk evləri tikmiş qardaşlardan, Osmanın evi indiyədək qalır.

Eşitmə qüsurlu olanların, danışıq qabiliyyətlərini itirməsi ilə əlaqədar olaraq, kənddə hal-hazırda da eşiqtmə və danışma qüsurlu uşaqlar doğulmaqdadır.

Talış dilindəki "kor" (kar) və "oba" (oba) sözlərindəndir. Mənası "kar obası" deməkdir.

Etimoloji tarix

[redaktə | mənbəni redaktə et]

Ərazinin, "Koraoba" kimi adlandırılması təxminən, 1800-cü illərin əvvələrinə, bəzi mənbələrdən daha əvvələ təsadüf edir. Kənd əhalisinin dediklərinə görə, bir zamanlar kənddə məskunlaşan altı qardaşın: Mahmud, Cümşüdəli (Cümşüəli, Cümşüd), Allahverdi, Mikayıl, Osman və Həsənverdi (Həsən)[6] qardaşlarının adıyla bağlıdır. Qardaşlardan beşi: Mahmud, Cümşüdəli, Allahverdi, Osman, Həsənverdi anadangəlmə eşitmə qüsurlu, Mikayıl adlı qardaş isə az eşitmə qabiliyyətinə malik olub. Sonralar əhali çoxaldıqca əraziyə kənd statusu verilmiş, Azərbaycan SSR-nin Astara rayonunun, inzibati ərazi vahidində, "Koroba" kəndi adlandırılmışdır.

Bu təhrif, sonradan, etimoloji təhrifə çevrilmiş və "kar" deyil "kor" obası kimi yanlış etimologiyaya səbəb olmuşdur. Kəndin, Koraoba adı altında ilk müəssisəsi, 1963-cü ildə, kar qardaşlardan Osmanın oğlu, Ömər Əliyevin başlıca təşəbbüsü ilə tikilmiş "Koroba kənd orta məktəbi" olmuşdur.[7][8][9][10] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il qərarı ilə məktəbin adı, kəndin şəhid övladı, Xanlar Mirəli oğlu Şəkərovun[11] adına verilmişdir.[12][13]

Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş normativ sənəddə Astara rayonunda yerləşən abidələrin yerləşdiyi bəzi coğrafı adlar tamamilə təhrif olunur. Kəndlərə, ərazilərə, yerli əhaliyə tamamilə yad olan adlar verilir. "Əxicəbol" deyilən ərazizi — "Ağcabəl", "Xolabın" deyilən yer "Xolabin", "Çəpinətıbə" türbəsi "Çıraqtürbə", "Piyəçinəpard"-"Piyacənəpar", Sipyət kəndi-"Sipnəd", "Sərək" kəndi-"Saraq", "Səpəştə" kəndi-"Pəştə", "Əzərüd" kəndi-"Azarud", "Sipyəpard"-"Sipyəpart" kimi, "Aspahiz"-"Əspaşhiz", "Deqədi"-"Diqədi", "Səncərədi"-"Səngərədi", "Ruədılə" "Rüvəndıla", "Şahağağ"-"Şıxaqədi" və s. etnoqrafik adlar təhrif edilir. "Koraoba"(Karlar obası) kəndinə isə "Kürdoba"(Kürd obası) adı verilərək təkcə kəndin deyil, əhalinin də adı və soy kökü təhrif edilir.

  1. "Описание курорта Астаринский район". azerbaijan.tury.ru (rus). 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 Yanvar 2022.
  2. "Города и регионы Азербайджана-Астара". zen.yandex.ru (rus). 12 Aprel 2021. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 Yanvar 2022.
  3. "Астара-Путешествия Без Ценок". limandra.ru (rus). 2022-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 Yanvar 2022.
  4. "Astara, Memarlıq abidələri". 2022-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-01.
  5. Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı Arxivləşdirilib 2019-10-22 at the Wayback Machine (sənəddə ad təhrif edilmişdir)
  6. "Ömər Əliyev, (istinadlar)". 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-01.
  7. ""Rabitənin daha çox inkişaf etməsi üçün təhsilə çox böyük önəm verilməlidir..." - Fəzail Əliyev". 04 Yanvar 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04 Yanvar 2022.
  8. "Ömər Əliyev". 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-01.
  9. "Tüləküvan kəndi". 2022-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-01.
  10. "Arxivlənmiş surət". 2021-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-01.
  11. "Qarabağ müharibəsi şəhidi". 2022-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-01.
  12. "Arxivlənmiş surət". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-01.
  13. "Arxivlənmiş surət". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-28.