Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Korsakov
Korsakov (rus. Корсаков) ya da Otomari (yap. 大泊) — Rusiya Federasiyasında yerləşən şəhər. Saxalin vilayətinə daxildir.
OZAKOM
Xüsusi Cənubi Qafqaz Komitəsi, Xüsusi Zaqafqaziya Komitəsi (az-əbcəd. خصوصی زاقافقاسیا قومیتسی‎; rus. Особый Закавказский Комитет), və ya qısaca OZAKOM — Cənubi Qafqazda mövcud olmuş dövlət qurumu. Rusiyada Fevral inqilabından (1917) sonra, martın 3-də Cənubi Qafqazda yaradılmış mülki hakimiyyət orqanı. Elmi ədəbiyyatda OZAKOM (Osobıy Zakavkazskiy Komitet) da adlandırılır. Fevral inqilabından sonra Rusiyada yaranmış Müvəqqəti hökumət martın 3-də Cənubi Qafqazda mülki hakimiyyəti yeni orqana — Xüsusi Zaqafqaziya Komitəsinə (XZK) verdi. Komitə regionun əsas millətlərinin 4-cü Dövlət dumasında təmsil edən deputatlarından ibarət idi. XZK-nin sədri kadet partiyasının üzvü V. A. Xarlamov, üzvləri — azərbaycanlı kadet, sonralar müsavatçı Məmməd Yusif Cəfərov, gürcü federal-sosialisti K. Abaşidze, rus kadeti P. Pereverzev və başqaları idilər. İki gündən sonra Nazirlər şurasının sədri Lvovun əmri ilə P. Pereverzev gürcü menşeviki A. Çxenkeli ilə əvəz edildi. Həmin komitədə M. Y. Cəfərova sənaye və ticarət işlərirıə rəhbərlik tapşırılmışdı.
Kosakan kəndi
Tatar — Azərbaycan Respublikasının Zəngilan rayonunun Cahangirbəyli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Tatar kəndi dağətəyi ərazidədir. Keçmış adı Kosakan Tatar olmuşdur. Əhali arasında Tatar Kosalar, Əhmədbəy Tatar da adlanır. Yaşayış məntəqəsini XIX əsrdə Qubadlı rayonunun Tatar kəndindən gəlmiş ailələr Kosakan adlı kəndin ərazisində məskunlaşaraq salmışdılar. Bu kəndin əvvəlki sakinləri isə vaxtilə Cənubi Azərbaycan ərazisinə köçərək orada məskunlaşmışlar. Oykonim qədim türk dillərindəki kosak (bağlanmış, birləşmış) sözlərindən və -an (yer, məkan) şəkilçisindən düzəlib, insanların oturaq həyata keçməsi ilə əlaqədar yaranmışdır. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 22 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Əhali == 1886 - cı ilin ailə siyahılarından çıxarılmış Zaqafqaziya vilayəti əhalisinin sayına dair statistik məlumatlara əsasən, Yelizavetpol quberniyasının Zəngəzur qəzasının 2-ci Zəngilan kənd dairəsi, Tatar kəndində 75 tüstü və 345 nəfər şiə təriqətli müsəlman azərbaycan türkü yaşayırdı (mənbədə - "tatarlar").
Mixail Kozakov
Mixail Kozakov (rus. Михаи́л Миха́йлович Козако́в; d. 14 oktyabr 1934, Leninqrad, RSFSR, SSRİ – ö. 22 aprel 2011, Ramat-Qan, İsrail) — məşhur teatr və kino aktyoru, Rusiyanın Xalq artisti (1980). Mixail Kozakov 14 oktyabr 1934-cü ildə Leninqrad şəhərində anadan olmuşdur. Atası Mixail Kozakov əslən yəhudi idi, Kozakov familiyasını sonradan qəbul etmişdi. O, yazıçı olub, anası Zoya Kozakov isə televiziyada ədəbi-dram verilişləri redaksiyasında çalışıb. Ötən əsrin 30-cu illərin repressiyası onların da ailəsindən yan keçmir, Mixailin anasını və nənəsini bir neçə il müddətinə azadlıqdan məhrum edir, atasının yazılarına qadağa qoyurlar. Mixail 1945-ci ildən Leninqrad Xoreoqrafiya Məktəbində təhsil alır. Təbiətcə tənbəl idi, orta məktəbdə yalnız ədəbiyyat fənnini sevirdi.
Kosaku Hamada
Kosaku Hamada (濱田 耕作, Hamada Kosaku, 22 fevral 1881 – 25 iyul 1938, Kioto) və ya Seyryo Hamada (濱田 青陵, Hamada Seyryo) – Yaponiya arxeoloqu və sənətşünası. == Həyatı == Kosaku Hamada 1881-ci ildə Yaponiyanın Osaka şəhərində doğulmuşdur. 1905-ci ildə Tokio Universitetindən məzun olaraq sənətşünaslıq sahəsində ixtisaslaşmışdır. 1909-cu ildə Kioto Universitetində yapon sənətşünaslıq və arxeologiya mövzularında mühazirələr verməyə başlamışdır. 1913–16-cı illərdə Britaniyada təhsil aldıqdan sonra 1917-ci ildə Kioto Universitetinin professoru olmuşdur. O, Yaponiyada arxeologiya üzrə universitet professoru olan ilk şəxs olmuşdur. Hamada 1937-ci ildə Kioto Universitetinin prezidenti seçilmiş, 1938-ci ildəki ölümünə qədər bu vəzifəni tutmuşdur. == Elmi töhfələri == Hamada Yaponiyada arxeologiyanın elmi metodlarından istifadə edən ilk şəxs olmuşdur. Onun tədqiqat qrupu 1917–27-ci illərdə 14 cildlik tədqiqat işi yayımlamışdır. Bu tədqiqat işinin böyük hissəsi onun Yaponiya, Koreya və Çində apardığı qazıntı işlərinə həsr olunmuşdur.
Çu Kosaka
Çu Kosaka (小坂 忠, Kosaka Çu, 8 iyul 1948, Nerima, Tokio, Yaponiya – 29 aprel 2022, Saytama prefekturası, Yaponiya) və ya doğum adı ilə Masayuki Kosaka (小坂 正行, Kosaka Masayuki) – Yaponiya rok-musiqiçisi. "Apryl Fool" qrupunun baş vokalisti olmuşdur. Çu Kosaka 1968-ci ildə "The Floral" rok-qrupunda debüt etmişdir. 1969-cu ildə Haruomi Hosono və Takaşi Matsumoto ilə birlikdə "Apryl Fool" rok-qrupunu yaratmış və Yaponiyada rok-n-roll tarixinin bünövrəsini qoymuşdur. "Apryl Fool" qrupu dağılandan sonra Kosaka 1975-ci ildə Masataka Matsutoya da daxil olmaqla "Tin Pan Alley" qrupunun üzvləri ilə birlikdə "Horo" albomunu buraxmışdır. Soul janrında olan bu albom Yaponiyada uğur qazanmışdır. Kosaka xristian olmuş və protestant kilsəsi pastoru kimi fəaliyyə göstərmişdir. Rusiya–Ukrayna münaqişəsində Ukraynanı dəstəklədiyini bildirmişdir. 2022-ci ilin martında ona bağırsaq xərçəngi diaqnozu qoyulduğunu açıqlamışdır. Kosaka 29 aprel 2022-ci ildə ölmüşdür.
Komarom-Esterqom (medye)
Komarom-Esterqom (mac. Komárom-Esztergom) — Macarıstanın şimalında yerləşən medye. İnzibati mərkəzi — Tatabanya. Şimalda Komarom-Esterqom medyesi Slovakiya (Nitra diyarı) ilə həmçinin Feyer, Vesprem, Dyör-Moşom-Şopron və Peşt medyeləri ilə sərhəddir. == Tarixi == Komarom-Esterqom medyesi Birinci Dünya müharibəsindən sonra Komarom və Esterqom bölgələrinin birləşməsi nəticəsində yaradılmışdır. İkinci Dünya müharibəsi dövründən 1990-cı ilə qədər medye Komarom adlanırdı. == Şəhərlər == Tatabanya Esterqom Tata Komarom == İnzibati-ərazi bölgüsü == === Yaraşlara bölünməsi === 2013-cü il iyulun 15-dən Macarıstanda medyenin köhnəlmiş ərazilərin əvəzinə yaraşlara bölünməsi qüvvəyə mindi. === Rayonlara bölünmə === Medyenin rayonlara bölünməsi (kistershegi) 2013-cü il iyulun 15-dən etibarən köhnəlmişdir. Bu cədvəldə verilən məlumat yalnız tarixi maraqlara malikdir. == Tanınmışlar == Yanoş Laslo Aldor (1895-1944) — macar rəssam.
Nikolay Rimski-Korsakov
Nikolay Rimski-Korsakov (6 (18) mart 1844[…], Tixvin, Novqorod quberniyası[d][…] – 21 iyun 1908, Lyubensk[d], Sankt-Peterburq quberniyası[d][…]) — rus bəstəkar, pedaqoq və dirijoru, Qüdrətli dəstənin üzvü. Rusiyanın Novqorod əyalətində, 1844-cü ilin 18 martında dünyaya gələn rus bəstəkar Nikolay Rimski-Korsakov, XIX əsrdə yaradılmış 5 nəfərdən ibarət məşhur bəstəkar qruplaşmasının (“5”) əvəzedilməz üzvü olmuşdur. 12 yaşında hərbi-dənizçilik akademiyasına yazılan Nikolay, 15 yaşında pianino dərsləri almağa başlayır. 1861-ci ildə görüşdüyü M. Balakiryev (“5”dən 1-i) onu bəstəkarlığa daha da həvəsləndirir. 18 yaşında akademiyanı bitirdikdən sonra 3 illik dəniz səyahətindən təəssüratları (1862–1865), Korsakovun yazacağı operalarda da özünü göstərir. İlk peşəkar simfonik bəstəsini edərkən onun 21 yaşı var idi. 1873də hərbi-dəniz akademiyasını tərk edən Nikolay, 1 il sonra Peterburqda “3-cü simfoniya” ilə ilk peşəkar çıxışını reallaşdırır. 1886-1890cı illərdə Rusiya simfonik konsertlərinin baş icraçılığı ilə yanaşı, Paris Dünya Sərgisindəki (1889) rəhbərliyi ilə Rimski-Korsakov, ölümlərindən sonra həm Borodin, həm də Musorqski‘nin əsərlərinin işlənilib-tamamlanmasında böyük paya malikdir. Nikolay Qoqolun əsərlərindən “May gecəsi”ni (1880-ci il), Ostrovski‘nin nağıllarından “Qar qızı” (1881-ci il) yazan Rimski-Korsakov, 1888ci ilə qədər durğunluq dövrünü yaşayır və heç bir nəzərəçarpan işə imza atmır. Çox vaxt bu periodun başlıca səbəbi kimi özünə rəqib gördüyü Çaykovskinin uğurları qeyd olunur, hansı ki, 1893cü ildə ölür və bu hadisədən sonra Nikolay ən yaxşı operalarını yazır: “Motsart və Salyeri” (1897-ci il) və “Çarın nişanlısı” (1898-ci il)… 1905-1907ci illərdə baş tutan siyasi çıxışlarda 100-ə qədər tələbəni dəstəkləmiş Rimski-Korsakov’un konservatoriya professorluğu və əsərləri bir müddət qadağan edilsə də, müəllim və tələbə heyətinin etirazlarından sonra yenidən öz vəzifəsinə qaytarılır.
Şəhrizadə (Rimski-Korsakov)
Şəhrizadə (rus. "Шехерезада") – Nikolay Rimski-Korskov tərəfindən 1888-ci ildə bəstələnmiş op. 35 simfonik süita. Əsər daha sonra balet üçün uyğunlaşdırılmışdır. Əsər qədim ərəb nağılları toplusu olan "Min bir gecə"nin motivləri əsasında yazılmışdır və bəzən "Ərəb Gecələri" də adlandırılır. Əsər iki növ musiqi elementinin kombinasiyası – rus musiqisinin əsas elementləri və Rimski – Korsakovun xüsusi əlavələri – heyranedici əlvan orkestrasiya və Çar Rusiyasında Şərqşünaslığın inkişafının əsasını təşkil edən bütün sahələrdə Şərqə qarşı böyük maraqdan doğan şərq musiqisi elementləri – şəklində yazılmışdır. Şəhrizadə Rimski – Korsakovun ən məşhur əsəridir. 1887-ci ilin qışında Rimski – Korsakov Aleksandr Borodinin yarımçıq qalmış "Şahzadə İqor" operasını tamamladıqdan sonra, Min bir gecə nağıllarının motivləri əsasında orkestral bir əsər yazmaq qərarına gəlmişdi. İşləyəcəyi əsərin strukturunu hazırladıqdan sonra o ailəsi ilə birlikdə Çeryemenyetskoye gölü yaxınlığındakı Nejqovitsidə yerləşən Qlinki-Mavrini daçasına köçdü. Burada keçirdiyi yay boyunca o, Şəhrizadəni və Rus Şərq Fetivalı Üvertürasını tamamladı.
Yuya Osako
Yuya Osako (18 may 1990) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 15 oyun keçirib, 3 qol vurub.