NƏCABƏT
NƏCİB
OBASTAN VİKİ
Elmin Nəcəfov
Elmir Nəcəfov
Etibar Nəcəfov
Etibar Nəcəfov (əsgər)
Etibar Mehman oğlu Nəcəfov (14 noyabr 1998, Aran, Ağcabədi rayonu – 2020, Qubadlı rayonu) — əsgər, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Etibar Nəcəfov 14 noyabr 1998-ci ildə Ağcabədi rayonunun Aran kəndində anadan olub. Əslən Laçın rayonunun Şeylanlı kəndindəndir. Aran kəndində Laçın rayon Aran kənd ümumi orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 9 illik məktəbi bitirdikdən sonra Ağcabədi rayon Aran kənd 1 saylı tam orta məktəbinə daxil olub və oradan 2016-cı ildə 11-ci sinifi bitirərək məzun olmuşdur. == Hərbi xidməti == 2017-2018-ci illərdə hərbi xidmət zamanı Xüsusi Təyinatlı Kəşfiyyat Bölmələrində təlimlər keçib. 2020-ci il 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsində iştirak etmək üçün könüllü olaraq orduya yazılıb. Oktyabrın 1-dən Cəbrayıl, Füzuli, Zəngilan, və Qubadlı rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Qubadlıda gedən döyüşlərdə şəhid olub.
Fariz Nəcəfov
Fariz Abdulla oğlu Nəcəfov (1 iyun 1978, Kəngərli, Ağdam rayonu) — Azərbaycanı təmsil edən karateçi, "Qəbələ" İdman Klubunun prezidenti (2019-ci ildən) və keçmiş vitze-prezidenti (2008–2019), Azərbaycan Silahlı Qüvvələrinin zabiti, İkinci Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Fariz Abdulla oğlu Nəcəfov 1 iyun 1978-ci il tarixində SSRİ respublikalarından olan Azərbaycan SSR-in Ağdam rayonuna ərazisində yerləşən Kəngərli kəndində anadan olmuşdur. O, Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayevin tələbəsi olmuş, karate üzrə dəfələrlə dünya və Avropa çempionu olmuşdur. Fariz Nəcəfov 2008-ci ildə "Qəbələ" İdman Klubunun vitze-prezidenti postuna təyin olunmuşdur. "Qəbələ" İK Nəcəfovun vitze-prezidentliyi dövründə müxtəlif uğurlara imza atmışdır. "Qəbələ" FK onun vitze-prezidentliyi dövründə, 2015–2016 UEFA Avropa Liqası mövsümündə "Neftçi" PFK və "Qarabağ" FK-dan sonra UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparmağa vəsiqə qazanan üçüncü Azərbaycan futbol klubu olmuşdur. Həmçinin, Azərbaycandaxili turnirlərdə, 2013–2014, 2014–2015, 2015–2016-cı illər mövsümlərində çempionatın bürünc mükafatını əldə edən "Qəbələ", 2016–2017 və 2017–2018-ci illər mövsümlərində gümüş medal qazanmışdır. Nəcəfov 18 aprel 2019-cu il tarixində Kəmaləddin Heydərovun oğlu Tale Heydərovu əvəz edərək "Qəbələ" İK-nun prezidenti postuna təyin olunmuşdur. O, 11 iyul 2019-cu il tarixində "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmişdir. Fariz Nəcəfov 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsi zamanı ehtiyatda olan zabit kimi könüllü olaraq ordu sıralarına qoşulmuş, müharibə zamanı cəbhə bölgəsində hərbi xidmətini davam etdirmişdir.
Fazil Nəcəfov
Fazil İmamverdi oğlu Nəcəfov (16 fevral 1935, Bakı – 11 iyul 2023, Bakı) — heykəltaraş-rəssam, Azərbaycan Respublikasının xalq rəssamı (2002), Azərbaycan heykəltaraşlığında avanqard üslubunun banilərindən biri. == Həyatı == Nəcəfov Fazil İmamverdi oğlu 1935-ci ildə Bakıda dünyaya göz açıb. 1955-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. Burada Fuad Əbdürrəhmanov və Səlim Quliyev kimi sənətkarlardan heykəltaraşlığın sirlərini öyrənib. Fazil Nəcəfov 1961-ci ildə V. İ. Surikov adına Moskva Ali Rəssamlıq İnstitutundan məzun olub. 1960-cı illərdən sərgilərdə iştirak edən rəssamın "İzahat" adlı heykəl kompozisiyası, daha sonra isə "Neftçi" əsəri ictimaiyyətin diqqətini cəlb edib. Heykəltəraşın emalatxanasında "Qara ay", "Korlar", "Mələk", "Həyatın mərtəbələri", "Zamanın sədası", "Söhbət", "İstirahət edən qoca", "Minillik insan", "İbadət", "Əkizlər", "Fontan" kimi nümunələr var. 2014-cü ildə Nəcəfov Bakının mərkəzində quraşdırılmış görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin abidəsini yaratmışdır. Hazırda Bakıda Müasir İncəsənət Muzeyinin toplusunun əhəmiyyətli hissəsi Fazil Nəcəfovun əsərlərindən ibarətdir. 2019-cu ilin yanvarında Fazil Nəcəfovun yaradıcılığına həsr olunmuş "Göyə baxan daşlar" sənədli filminin təqdimatı keçirilmişdir.
Fuad Nəcəfli
Fuad Vahid oğlu Nəcəfli (1975, Kolanı, Şahbuz rayonu) – Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi. Bu vəzifəyə 22 dekabr 2022-ci ildə təyin olunmuşdur. == Həyatı == Fuad Nəcəfli 1975-ci ildə Şahbuz rayonunda anadan olub. Bakı Dövlət Universitetini Beynəlxalq münasibətlər ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2000-ci ildə Bakı şəhərində 1 saylı yeri İqtisad Məhkəməsində başlayıb. Beynəlxalq Sığorta Şirkətində, "Star Alyans" Sığorta Şirkətində, "Texnikabank"da, "Paşa Holdinq" MMC-də və digər qurumlarda müxtəlif vəzifələrdə işləyib. 2019-cu ildən "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin Müşahidə Şurasının üzvüdür.
Fuad Nəcəfov
Fuad Taleh oğlu Nəcəfov (1 oktyabr 1990; İsmayıllı rayonu, Azərbaycan SSR — 7 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin miçmanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fuad Nəcəfov 1990-cı il oktyabrın 1-də İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı olan Fuad Nəcəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fuad Nəcəfov oktyabrın 7-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. İsmayıllı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Nəcəfov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Nəcəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Nəcəfov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Fərid Nəcəfov
Fəxrəddin Nəcəfov
Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov (10 yanvar 1968, Bakı – 4 sentyabr 1992, Çıldıran, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov 1967-ci il mart ayının 31-də Bakı şəhərində doğulmuşdur. 1984-cü ildə Bakı şəhərinin Nəsimi rayonundakı 19 nömrəli orta məktəbi bitirmişdir. 1985–1987-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur. == Döyüşlərdə iştirakı == 1991-ci ildə könüllü olaraq Qarabağ cəbhəsinə yollanmış, 1992-ci ildə Ağdam cəbhəsində hərbi hissələrdən birinin komandiri təyin edilmişdir. 1992-ci il sentyabr ayının 4-də Ağdərənin Çıldıran kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. == Milli Qəhrəman == Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 1992-ci il fərmanı ilə Fəxrəddin Vəliəddin oğlu Nəcəfova "Azərbaycan Milli Qəhrəmanı" adı verilmişdir. Azərbaycanın qəhrəman oğlu Şəhidlər Xiyabanında dəfn edilmişdir. Bakı şəhəri 266 nömrəli tam orta məktəb onun adını daşıyır. == Ədəbiyyat == Vüqar Əsgərov.
Güntəkin Nəcəfli
Hökümə Nəcəfova
Hökümə Nəcəfova — bəstəkar, ilk azərbaycan qadın tarzən. Müğənni Brilliant Dadaşovanın atasının və aktyor Məlik Dadaşovun xalası idi. == Həyatı == Hökümə Yusif qızı Nəcəfova 19 noyabr 1915-ci ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur.Hələ uşaq yaşlarında Əbilov adına Mədəniyyət Evində Səid Rüstəmovun rəhbərliyi ilə fəaliyyət göstərən tar dərnəyində Qızbəs Əsədova və Ağabacı Rzayeva ilə birgə dərs alan H.Nəcəfovanı Üzeyir bəy Hacıbəyovla tanışlıq Asəf Zeynallı adına Musiqi Məktəbinə gətirir. Sonralar Dövlət Konservatoriyasında həm bəstəkarlıq, həm də tar bölmələrində təhsil alan Hökumə Nəcəfova Üzeyir bəyin sevimli tələbələrindən olub. Hətta dahi bəstəkarımız Hökumə xanıma və bir neçə imkansız qıza guya "dövlətin əli" ilə təqaüd də verirmiş. Üzeyir bəy rəhmətə gedən günə qədər onlar bu təqaüdünün onun tərəfindən verildiyini bilməyiblər. Üzeyir Hacıbəyov Hökumə xanım Nəcəfovanın istedadını, qabiliyyətini, bəstələrini və ifalarını yüksək qiymətləndirir, onun ictimai fəallığını, mədəniyyətimizin inkişafı işində fədakarlıq əzmini çox bəyənirdi. Hökumə Nəcəfova Azərbaycanın ilk qadın bəstəkarlarından biri olmaqla yanaşı, eyni zamanda ilk tarzən qadın idi. == Əsərləri == Bir çox məşhur mahnıların müəllifidir: "Kaş ki, gözəl olmayaydım", "Həliməcan", "Səninləyəm", "Qaça bilməzsən məndən, ey yar", "Xalidəcan", "Ceyran balası" və s. Bir zamanlar bu mahnılar görkəmli sənətkarlarımız - Şövkət Ələkbərova, Sara Qədlmova, Zeynəb Xanlarova və Elmira Rəhimovanın ifasında da tez-tez səslənirdi.
Hüseyn Nəcəfov
Hüseyn Hümmət (Hümbət) oğlu Nəcəfov (Nəcəfbəyli) (1 yanvar 1907, Kolanlı, İrəvan qəzası – 16 iyul 1967, Bakı) — Azərbaycan partiya və dövlət xadimi, Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin birinci katibi (1940–1948), Azərbaycan SSR meşə və kağız sənayesi naziri (1948–1950). == Həyatı == Hüseyn Nəcəfov 1907-ci ildə İrəvan quberniyasının Kolanlı kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. 19 yaşında olarkən Gəncəyə köçmüş və toxucu-əyirici fabrikində fəhləlik etmişdir. 1928-ci ildə ÜİK(b)P (Sov.İKP) üzvlüyünə qəbul edilmiş, bir qədər sonra fabrikin həmkarlar ittifaqının katibi seçilmişdir. 1930-cu ildən Azərbaycan LKGİ Gəncə Şəhər Komitəsinin üzvü, sonra isə katibi seçilmiş, Azərbaycan LKGİ Mərkəzi Komitəsinin mədəni-maarif şöbəsinin müdiri olmuşdur. 1933-cü ildə Kommunist Partiyasının çağırışı ilə MTS-lər yanında yaradılan siyasi şöbələrdən birində işləməyə getmişdir. 1934-cü ilədək Naxçıvanın maşın-traktor stansiyalarından birində siyasi şöbənin rəisinin müavini işləmişdir. 1937-ci ildən Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin partiya kadrları şöbəsinin müdiri olmuşdur. 1939-cu ildə Azərbaycan LKGİ MK-nın birinci katibi seçilmiş, 1940–1948-ci illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi işləmişdir. 1948-ci ildən Azərbaycan SSR meşə sənayesi naziri olmuşdur.
Hüseyn Nəcəfzadə
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Hədis Nəcəfi
Hədis Nəcəfinin öldürülməsi (5 yanvar 2000, Kərəc, Tehran ostanı – 21 sentyabr 2022, Kərəc) — Məhsa Əminin öldürülməsindən sonra İranda başlayan etirazlarda iştirak edən 22 yaşlı azərbaycanlı Hədis Nəcəfinin İranın təhlükəsizlik qüvvələri tərəfindən 6 güllə ilə güllələnməsi. == Haqqında == Hədis Nəcəfi 5 yanvar 2000-ci ildə Kərəc şəhərində anadan olub. Anası və atası Miyanədən olan azərbaycanlılardır. Ailədə özündən böyük 3 bacısı və bir kiçik qardaşı var. Valideynləri Şərqi Azərbaycan ostanının Miyanə şəhərində anadan olublar. Hədis Nəcəfi dizayn üzrə təhsil alsa da Kərəcdə Mehrşəhr bölgəsində bir restoranda kassir kimi işləyib. Bəzi mənbələrə görə şairə və ədəbiyyatçı kimi tanınıb Şəxsi instaqram səhifəsində yerləşdirdiyi son videosunda "Hazırda etirazlara gedirəm ki, bir neçə il keçdikdən sonra sevinəm ki, etiraz aksiyalarında iştirak etmişəm və artıq indi hər şey dəyişib" deyib. Ölümündən əvvəl etiraz aksiyasında hicabsız dayanaraq sarı saçlarını yığıb önə atıldığını göstərən video ilə məşhurlaşıb. == Ölümü == 21 sentyabr 2022-ci ildə Kərəc şəhərində baş vermiş etiraz aksiyasında iştirak edən Hədis Nəcəfi sinəsindən, üzündən və boynundan 6 güllə yarası aldıqdan sonra yerindəcə keçinib 25 sentyabr 2022-ci ildə dəfn edilib. Ölümündən sonra İranda davam edən etiraz aksiyalarının simvollarından birinə çevrilib.
Hədis Nəcəfinin öldürülməsi
Hədis Nəcəfinin öldürülməsi (5 yanvar 2000, Kərəc, Tehran ostanı – 21 sentyabr 2022, Kərəc) — Məhsa Əminin öldürülməsindən sonra İranda başlayan etirazlarda iştirak edən 22 yaşlı azərbaycanlı Hədis Nəcəfinin İranın təhlükəsizlik qüvvələri tərəfindən 6 güllə ilə güllələnməsi. == Haqqında == Hədis Nəcəfi 5 yanvar 2000-ci ildə Kərəc şəhərində anadan olub. Anası və atası Miyanədən olan azərbaycanlılardır. Ailədə özündən böyük 3 bacısı və bir kiçik qardaşı var. Valideynləri Şərqi Azərbaycan ostanının Miyanə şəhərində anadan olublar. Hədis Nəcəfi dizayn üzrə təhsil alsa da Kərəcdə Mehrşəhr bölgəsində bir restoranda kassir kimi işləyib. Bəzi mənbələrə görə şairə və ədəbiyyatçı kimi tanınıb Şəxsi instaqram səhifəsində yerləşdirdiyi son videosunda "Hazırda etirazlara gedirəm ki, bir neçə il keçdikdən sonra sevinəm ki, etiraz aksiyalarında iştirak etmişəm və artıq indi hər şey dəyişib" deyib. Ölümündən əvvəl etiraz aksiyasında hicabsız dayanaraq sarı saçlarını yığıb önə atıldığını göstərən video ilə məşhurlaşıb. == Ölümü == 21 sentyabr 2022-ci ildə Kərəc şəhərində baş vermiş etiraz aksiyasında iştirak edən Hədis Nəcəfi sinəsindən, üzündən və boynundan 6 güllə yarası aldıqdan sonra yerindəcə keçinib 25 sentyabr 2022-ci ildə dəfn edilib. Ölümündən sonra İranda davam edən etiraz aksiyalarının simvollarından birinə çevrilib.
Hədis Nəcəfinin ölümü
Hədis Nəcəfinin öldürülməsi (5 yanvar 2000, Kərəc, Tehran ostanı – 21 sentyabr 2022, Kərəc) — Məhsa Əminin öldürülməsindən sonra İranda başlayan etirazlarda iştirak edən 22 yaşlı azərbaycanlı Hədis Nəcəfinin İranın təhlükəsizlik qüvvələri tərəfindən 6 güllə ilə güllələnməsi. == Haqqında == Hədis Nəcəfi 5 yanvar 2000-ci ildə Kərəc şəhərində anadan olub. Anası və atası Miyanədən olan azərbaycanlılardır. Ailədə özündən böyük 3 bacısı və bir kiçik qardaşı var. Valideynləri Şərqi Azərbaycan ostanının Miyanə şəhərində anadan olublar. Hədis Nəcəfi dizayn üzrə təhsil alsa da Kərəcdə Mehrşəhr bölgəsində bir restoranda kassir kimi işləyib. Bəzi mənbələrə görə şairə və ədəbiyyatçı kimi tanınıb Şəxsi instaqram səhifəsində yerləşdirdiyi son videosunda "Hazırda etirazlara gedirəm ki, bir neçə il keçdikdən sonra sevinəm ki, etiraz aksiyalarında iştirak etmişəm və artıq indi hər şey dəyişib" deyib. Ölümündən əvvəl etiraz aksiyasında hicabsız dayanaraq sarı saçlarını yığıb önə atıldığını göstərən video ilə məşhurlaşıb. == Ölümü == 21 sentyabr 2022-ci ildə Kərəc şəhərində baş vermiş etiraz aksiyasında iştirak edən Hədis Nəcəfi sinəsindən, üzündən və boynundan 6 güllə yarası aldıqdan sonra yerindəcə keçinib 25 sentyabr 2022-ci ildə dəfn edilib. Ölümündən sonra İranda davam edən etiraz aksiyalarının simvollarından birinə çevrilib.
Kamil Nəcəfzadə
Kamil Nəcəf oğlu Nəcəfzadə (29 dekabr 1929, Lənkəran – 29 iyun 2011) — Azərbaycan rəssamı, Azərbaycan SSR xalq rəssamı (1989), iki dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1980, 1986), "Şöhrət" ordeni laureatı, Azərbaycan Kinematoqrafçılar İttifaqının və Rəssamlar İttifaqının üzvü. == Həyatı == Kamil Nəcəf oğlu Nəcəfzadə 29 dekabr 1929-cu ildə Lənkəran şəhərində doğulub. 1948-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirir. 1955-ci ildən təhsilini bitirərək Bakıya qayıdır və "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayır. Kamil Nəcəfzadə kinofilmlərə verdiyi tərtibatlarla yanaşı, rəngkarlıq, qrafika və eləcə də teatr sənətində də öz sözünü demişdir. 1964-cü ildə Azərbaycan Milli Dram Teatrının səhnəsində Hüseyn Cavidin "Knyaz", 1974-cü ildə S. Vurğun adına Rus Dram Teatrının səhnəsində Səməd Vurğunun "Fərhad və Şirin" tamaşalarını göstərmək olar. O, respublikamızda və xaricdə keçirilən bir çox rəssamlıq sərgilərinin iştirakçısı, fərdi sərgilərin müəllifidir. Kamil Nəcəf oğlu Nəcəfzadə 29 iyun 2011-ci ildə vəfat etmişdir. Kinorejossor Şamil Nəcəfzadənin atasıdır. Azərbaycan Televiziyası tərəfindən Kamil Nəcəfzadənin yaradıcılığına həsr edilmiş "Rənglərdə yaşayan kino" adlı 38 dəqiqəlik veriliş istehsal edilmiş və 6 yanvar 2009-cu ildə AzTV-də efirə getmişdir.
Maisə Nəcəfova
Maisə Nəcəfova (tam adı: Maisə Aşum qızı Nəcəfova) — AMEA-nın akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Spektroskopik analizi” laboratoriyasının kimya üzrə elmlər doktoru, baş elmi işçisi. == Həyatı == Maisə Aşum qizi Nəcəfova 1943-cü ildə mayın 11-də Bakida ziyalı ailəsində anadan olmuşdur. 1959-ci ildə Bakı şəhəri 26 saylı rus orta məktəbinə daxil olmuş və oranı 1960-ci ildə əla qiymətlərlə bitirmişdir. 1960-65-ci illərdə S.M.Kirov adına Dövlət Universitetinin fizika fakultəsinin tələbəsi olmuş və oranıda əla qiymətlərlə bitirmişdir. Təyinatı Azərbaycan EA-nın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutuna verilmişdir. 1965-1968-ci illərdə orada böyük mühəndis vəzifəsində işləmişdir. 1969-1971-ci illərdə Moskva şəhəri SSRİ EA-nın N.N.Semyonov adına Kimyəvi Fizika İnstitutunun (N.M.Emanuelin şöbəsində ) aspiranturasında çalışmışdır. 1978-ci ildə “Qlükozamin, onun törəmələri və qlikoproteidin qamma şüalandırılması zamanı alınan radikalların fiziki-kimyəvi tədqiqi “(02.00.04 – fiziki kimya) mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2010–cu ildə AAK-nın qərarı ilə M.A.Nəcəfovaya kimya elmləri doktoru alimlik dərəcəsi verilmişdir.
Maqsud Nəcəfov
Maqsud Ağaqulu oğlu Nəcəfov (25 oktyabr 1948; Ağdü, Zəngəzur, Ermənistan SSR – 22 aprel 2021; Bakı, Azərbaycan) — Azərbaycan Respublikasının əməkdar müəllimi (2012), Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika fakültəsinin dekanı (1998–2019), riyaziyyat üzrə elmlər doktoru, professor. Maqsud Nəcəvfov 91-lər siyahısına daxil olan ziyalılardan biri olmuş, həmçinin 1999, 2004, 2009 və 2014-cü illərdə keçirilən bələdiyyə seçkilərində Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir. == Həyatı == Maqsud Nəcəfov 1948-ci il oktyabrın 25-də Ermənistan SSR Qarakilsə rayonunun Ağdü kəndində anadan olmuşdur. 1966-cı ildə Ağdü kənd orta məktəbini bitirərək, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş,1971-ci ildə təhsilini əla qiymətlərlə başa vurmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasına daxil olmuşdur. 1975-ci ildə aspiranturanı fərqlənmə diplomu ilə bitirmişdir. 22 aprel 2021-ci ildə vəfat etmişdir. === Ailəsi === Ailəli idi. 3 övladı var. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 1975-ci ildən 1981-ci ilə qədər ADPU-da laborant, baş laborant, müəllim, baş müəllim vəzifələrində işləmişdir.
Mirzə Nəcəfəli Zunuzi
Mirzə Nəcəfəlixan Daniş
Mirzə Nəcəfəlixan Daniş (tam adı:Mirzə Nəcəfəlixan Daniş Həsənəli oğlu) — XIX əsr Azərbaycan şairi, "Əxtər qəzeti"nin təsisçilərindən biri olmuşdur. Mirzə Nəcəfəlixan Daniş Həsənəli oğlu Təbrizdə anadan olmuşdur. Fiqh, üsul, hədsiz, əxbar və ədəbiyyatı dərindən bilmişdir. istabulda şəhərində vəfat etmişdir. 1885-ci ildə İstanbulda İran dövlətinin konsulu olmuşdur. İstanbulda konsul olarkən məşhur xəttat, alim və səyyah, "Təzkirət ül-xəttatin" əsərinin müəllifi Mirzə Sənqulaxla tanış olmuş, müasirlərinin Sənqulaxa həsr olunmuş mədhlərini toplayaraq "Məcmuəül-övsaf" (Mədhlər məcmuəsi) adı ilə çap etdirmişdir. "Əxtər qəzeti"nin (1875-96) təsisçilərindən biri olmuşdur. "Mizanül-məvazin fi əmrid-din" (Din işində yeganə ölçü; 1870-ci ildə İstanbulda çap edilmişdir) adlı əsəri var. Mirzə Mülküxan, Mirzə Fətəli Axundzadə, Mirzə Ağaxan Kirmani, Məhəmmədəli Tərbiyət və başqaları ilə dost və həmfikir olmuşdur. Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan».
Mürsəl Nəcəfov
Nəcəfov Mürsəl Nəcəfqulu oğlu (20 sentyabr 1918, Bakı – 1997) — Azərbaycan sənətşünası, sənətşünaslıq doktoru (1969), professor (1972), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1982). 1946–1948-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının sədri, 1977–1982-ci illərdə isə katibi olmuşdur. Mürsəl Nəcəfov 20 sentyabr 1918-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Rəssamlıq Texnikumunda oxumuş, oranı fərqlənmə diplomu ilə başa vurmuşdur. 1936-cı ildən əmək fəaliyyətinə başlamış, Azərbaycan SSR Nazirlər Sovetində Təsviri sənət bölməsinə rəhbərlik etmişdir. İki ildən sonra Rəssamlıq Texnikumunun direktoru təyin olunmuş və Azərbaycan Rəssamlar İttifaqının məsul katibi seçilmişdi. O, sərgilərdən aldığı təəssüratlarını dövri mətbuatda obyektiv şəkildə dərc etdirirdi. İkinci Dünya müharibəsi zamanı könüllü olaraq cəbhəyə getmiş, Yuqoslaviyaya qədər döyüş yolu keçmişdir. "Qırmızı ulduz" ordeni və müxtəlif medallara layiq görülmüşdür. 1946-cı ildə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilmiş, eyni zamanda Bakı Rəssamlıq Texnikumunun direktoru vəzifəsinə təyin olunmuşdur.
Məhəmməd Nəcəfi Badkubeyi
Ayətullah Seyid Məhəmməd Nəcəfi Badkubeyi — Azərbaycanlı İslam alimi. Seyyid Hüseynin oğlu Ayətullah Seyyid Məhəmməd Nəcəfi Badkubeyi də din alimi idi. O, ibtidai təhsilini atasından və digər alimlərdən almışdı. Seyyid Məhəmməd 30 yaşında ikən əmisi (Seyyid Hüseyn Badkubeyinin qardaşı) ailəsi ilə birlikdə Bakıdan Nəcəfə, qardaşı ilə görüşməyə gəlir. O özü ilə iki qızını da gətirmişdi. Qızlardan birini Seyyid Məhəmmədə, o birini isə qardaşı Seyyid Həsənə nişanlayırlar. Əmisi öz arvadını və iki qızını Nəcəfdə qoyub Bakıya qayıdır. Seyyid Məhəmməd əmisi qızı ilə evlənir, qardaşı isə o biri bacı ilə ailə qurmağa razı olmur. Seyyid Məhəmmədin əmisi qızı ilə izdivacından bir neçə övladı doğulur, amma hamısı kiçik yaşında ikən tələf olur. Axırda uşaqların anası da xəstələnib dünyasını dəyişir.
Mərziyyə Nəcəfova
Mərziyyə Nəcəfova (tam adı: Mərziyyə Allahyar qızı Nəcəfova; d. 1970, Bakı, Azərbaycan SSR) — ədəbiyyatşünas, filologiya elmləri doktoru. Mərziyyə Nəcəfova 1970-ci il martın 18-i Beyləqan rayonu İkinci Şahsevən kəndində dünyaya gəlmişdir. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. 1997-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunda çalışır, hal hazırda filologiya elmlər doktoru, baş elmi işçidir. Azərbaycan Yazıçılar birliyinin, AMEA-nın Ədəbiyyat İnstitutunun Seminar Şurasının və Sumqayıt Dövlət Universitetinin Müdafiə Şurasının üzvüdür. Ailəlidir. 2 övladı var. 2015-ci ildə “Xurşid Banu Natəvan” mükafatçısıdır. 2018-ci ildə “Avropa Nəşr Mətbuat Evi”nin qızıl medalı ilə təltif olunub.