Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alyona Kolesnik
Alyona Kolesnik (29 yanvar 1995, Krivoy Roq) — Azərbaycanı təmsil edən qadın güləşçi. Alyona Kolesnik 2012-ci ildə Polşada yeniyetmələr arasında Avropa Çempionatını və Azərbaycanda yeniyetmələr arasında Dünya Çempionatını beşinci pillələrdə başa vurdu. 2013-cü ildə Bolqarıstanda D. Kolov - N. Petrov Turnirinin bürünc medalına sahib olan Alyona Kolesnik 2015-ci il ərzində Paris şəhərində Paris Qran-Prisini, Sofiya şəhərində D. Kolov - N. Petrov Turnirini və İstanbul şəhərində gənclər arasında Avropa Çempionatını gümüş medallarla başa vurdu. Həmin il Alyona Kolesnik həm də Polşada U23 Avropa Çempionatının qalibi oldu. Alyona Kolesnik 2016-cı ildə martda Bolqarıstanda U23 Avropa Çempionatının gümüş medalına sahib oldu, noyabrda isə Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turniri bürünc medalla başa vurdu. 2017-ci ildə Alyona Kolesnik martda Macarıstanda U23 Avropa Çempionatını və mayda Serbiyada Avropa Çempionatını bürünc medallarla başa vurdu. Həmin il Alyona Kolesnik həm də IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu. 2018-ci ildə Alyona Kolesnik Kiyev və İstanbul şəhərlərində baş tutan beynəlxalq turnirləri bürünc medallarla başa vurdu. Apreldə Rusiyada baş tutan Avropa Çempionatında isə Alyona Kolesnik bürünc medalın sahibi oldu. Karyerasının ən uğurlu mövsümü 2019-cu ilə təsadüf edən Alyona Kolesnik Fransada Henri Deglane Turnirinin qalibi oldu, Rumıniyada Avropa Çempionatının və Belarusda Avropa Oyunlarının isə bürünc medallarına sahib oldu.
Kopernik (krater)
Kopernik krateri (lat. Copernicus)-orta ölçülü, polşalı astronom Nikolay Kopernikin(1473–1543) şərəfinə adlandırılan Ay krateridir. Krater Fırtına Okeanının şərq hissəsində yerləşir. Kraterin yaşı təxminən 800 milyona bərabərdi, yəni krater, Ayın geoloji tarixinin kopernik dovrundə yaranmışdır. Yaşı kiçik olduguna görə kraterin strukturu aydındir. Kraterin dərinliyi- 3800 metirdir. Kraterə bu adı yezuit Djovanni Ricioli tərəfindən verilmişdir və 1935-ci ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq olunmuşdur. Eyniadlı krater Mars planetində də var. Krater şimalda Qey-Lüssak, şərqdə Stadiy krateri, cənubda Faut krateri, qərb-cənub-qərbdə Qortenziy krateri ilə sərhəddir. Kraterin cənubunda Adalar dənizi, şimalında Karpat dağları, şimal-şərqdə Apennin dağları, şərqde isə Znoy körfəzi yerləşir.
Nikolay Kopernik
Nikolay Kopernik (19 fevral 1473[…], Torun, Krallıq Prussiyası[…] – 24 may 1543[…]) — polyak astronomu, riyaziyyatçı və iqtisadçısı, Günəş sisteminin heliosentrik modelini irəli sürmüşdür. Onun "Səma cisimlərinin hərəkətinə dair" kitabındakı hipotezlər müasir astronomiya elminin əsası kimi qəbul edilir. Milliyətcə polyak olan Nikolay Kopernik astronom, riyaziyyatçı, mexanik, iqtisadçı və ilahiyyatçı olmaqla yanaşı, daha çox ilk elmi inqilabın əsası hesab edilən Günəş sisteminin heliosentrik modelinin müəllifi kimi tanınır. Nikolay Kopernik 1473-cü il fevralın 19-da Polşanın Toruni şəhərində Almaniyadan gəlmiş tacir ailəsində anadan olub. 9 yaşında atasını itirən Kopernik 1491-ci ildə Krakov universitetinə daxil olmuş, burada riyaziyyat, tibb və ilahiyyat elmlərinə dərindən yiyələnmişdir, amma o daha çox astronomiya elmi ilə maraqlanırdı. 1497-ci ildə Kopernik təhsilini davam etdirmək üçün İtaliya gedərək Bolonya universitetinə daxil olur. Burada o, ilahiyyat, hüquq və digər qədim elmlərlə yanaşı astronomiyanı da öyrənmək imkanı əldə edir. Kopernik Padua universitetində tibb elmini öyrənmiş və Ferrara universitetində ilahiyyat üzrə elmi dərəcə almışdı. 1497-ci il martın 9-da Kopernik astronom Domeniko Maria Novara ilə birgə ilk elmi təcrübəsini həyata keçirdi. 1503-cü ilin sonunda Kopernik hərtərəfli elmi biliyə malik bir şəxs kimi vətəninə qayıdır.
Kiki Kogelnik
Kiki Kogelnik (alm. Kiki Kogelnik‎; 22 yanvar 1935, Qrats – 1 fevral 1997, Vyana) — Avstriyalı rəssam, heykəltaraş, qrafika rəssamı. Avstriyanın cənubunda anadan olub, Vyana İncəsənət Akademiyasında təhsil alıb və 1961-ci ildə Nyu-Yorka köçüb. Kogelnik pop-art hərəkatının bir hissəsi olmasına baxmayaraq, Avstriyanın ən mühüm qadın rəssamı hesab olunur. Kiki Kogelnik karyerasına 1961-ci ildə Vyanada "Nächst St. Stephan" qalereyasında abstrakt rəsmlərini nümayiş etdirməklə başlamışdır. Onun yaradacılığına Paris məktəbi nümayəndəsi Serj Polyakov ciddi təsir göstərmişdir. Lakin sonradan Kiki Nyu-Yorkda o zaman populyar olan pop-art hərəkatının təsiri ilə özünəməxsus janrını yarada bildi. Kiki Kogelnik avstriyalı abstrakt ekspressionist rəssam Arnulf Raynerlə nişanlı olub. Buna baxmayaraq, Kogelnik başqa bir mücərrəd ekspressionist amerikalı rəssam Sem Frensislə də yaxın münasibətlərdə olub.
Köpenik sarayı
Köpenik sarayı (alm. Schloss Köpenick‎) — Almaniyanın paytaxtı Berlin şəhərində, Köpenik rayonunda yerləşən barokko tərzində su sarayı. Bu tikili Brandenburqun Hohenzollern seçiciləri tərəfindən saray kimi istifadə olunmuşdur. Saray Dame çayı üzərindəki bir adada yerləşmiş olub, ətrafı ingilis üslubundakı parkla əhatə olunmuşdur. Saray adını yerləşdiyi bölgədə — Köpenikdən alır. Saray 1558-ci ildə II Yoahim Hektor tərəfindən VI əsrdən qalma slavyan qalasının bünövrəsi üzərində ov köşkü kimi tikildi. İntibah memarlığı üslubunda olan saray Dame çayının bir adasında — dağılmış orta əsrlər qəsrinin ərazisində yerləşirdi. II Yoahim Hektor 1571-ci ildə burada vəfat etdi. 1631-ci ildə saray İsveç kralı Qostavus Adolfusun qərargahı kimi fəaliyyət göstərməyə başladı. Prussiya kralı I Frederik sarayı 1677-ci ildə genişlətdirməyə və bərpa etdirməyə başladı.
Kopernik — Qreşem qanunu
Qreşem qanunu (Kopernik — Qreşem qanunu kimi də tanınır) — iqtisadi qanun, əsas fikri odur ki: "Ən pis pullar ən yaxşı pulları dövriyyədən çıxardılar". Qanun 1526-cı ildə Polşa astronomu, iqtisadçısı və riyaziyyatçısı Nikolay Kopernik (1473—1543) tərəfindən "Monetae cudendae ratio" (Sikkələrin zərb edilməsi haqqında) traktatında təsvir olunmuşdur və 1560-cı ildə İngiltərə maliyyəçisi Tomas Qreşem (1519—1579) tərəfindən tamamlanmışdır. "Dövlət tərəfindən süni şəkildə yüksək qiymətləndirilən pullar onun tərəfindən süni şəkildə aşağı qiymətləndirilən pulları dövriyyədən çıxardılar". "Ucuz pullar bahalı pulları dövriyyədən çıxardacaqlar". "Mübadilə məzənnəsi qanun tərəfindən quraşdırılanda, ən pis pullar ən yaxşı pulları dövriyyədən çıxardılar". Bir çox ölkə hökümətləri sikkələri korlayırdılar. Korlama sikkənin nominal dəyərini dəyişmədən onun tərkibindəki qızıl və ya gümüş miqdarının azaldılmasından ibarət idi. Pulları "korlayaraq" dövlət tez-tez ortaya çıxan maliyyə çətinlikləri həll etməyə çalışırdı. Bu cür hərəkətlərin nəticələri bahalaşma və əhalidə "tam çəkili pulların" toplanması idi. Gündəlik həyatdan "tam çəkili pulların" yox olmas; və onların "qeyri-tam çəkili pullar" ilə əvəzlənməsi faktını erkən merkantilistlərdən biri və İngiltərə kraliçası I Elizabetin maliyyə müşaviri Tomas Qreşem qeyd etmişdir.
Kopernik. Tanrı ilə söhbət
"Kopernik. Tanrı ilə söhbət" (pol. Astronom Kopernik, czyli rozmowa z Bogiem) — polyak rəssam Yan Mateykonun 1873-cü ildə tamamladığı rəsm. Rəsmdə məşhur astronom Nikolay Kopernikin Fromborq şəhərində kilsənin yanındakı qüllədən müşahidələr aparma səhnəsi təsvir olunmuşdur. Hal-hazırda rəsm Krakov şəhərində Yagellon Universitetinin kolleksiyasına daxildir. Bu rəsmi Polşa ictimaiyyəti pul ilə alaraq Yagellon Universitetinə bağışlamışdır. Yan Mateyko rəsmin üzərində işləməyə 1871-ci ildə Kopernikin 400 illik yubileyinin qeyd edilməsi üçün görülən hazırlıqlar ərəfəsində başlamışdır. Onun digər rəsmlərində olduğu kimi bu rəsm də Polşa tarixinin önəmli hadisəsinə həsr olunmuşdur. Bu rəsm əsərində Nikolay Kopernik dünyanın heliosentrik nizamının tərəfdarı və elmi inqilabın yaradıcısı kimi təsvir olunmuşdur. Rəsmin çəkilməsi üçün Mateyko Yagellon Universitetində əlçatan olan tarixi sənədləri araşdırmış, bir neçə karandaş eskiz və daha sonra rəsmin yekun variantının bitməsinə qədər yağlı boya ilə çəkilmiş daha 2 eskiz yaratmışdır.