Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kaşiva
Kaşiva (yap. 柏市) — Yaponiyanın Kanto regionunda yerləşən Çiba prefekturasının şimal-qərbində şəhər.
El Klasiko
El Klasiko (isp. El Clásico) — İspaniyanın "Barselona" və "Real Madrid" klubları arasında keçirilən oyunlara verilən ad. Real Madrid "Barselona"ya qarşı ümumilikdə 104 rəsmi matçda qalib gəlib, "Barselona" isə 100 matçda qalib gəlib. 14 yanvar 2024-cü il tarixində keçirilmiş oyuna kimi iki komanda arasında 52 heç-heçə qeydə alınıb. Daim prinsipiallığı ilə seçilən matçda komandalar arasında ölüm-dirim mübarizəsi dərəcəsində rəqabətin olması həm də siyasi xarakter daşıyır. Səbəbi "Real"ın "Kral klubu", "Barselona"nın isə krala boyun əyməyən katalonların komandası olmasıdır. İki komanda arasındakı ilk oyun 17 fevral 1902-ci ilə təsadüf edir. Hansı ki, həmin vaxt bu matç "El Klasiko" adlanmırdı. İndiyədək ümumilikdə 235 dəfə qarşılaşan komandalardan Barsanın 102, Realın isə 104 qələbəsi var. Qalan 42 oyun bərabərliklə başa çatıb.
Krasava burnu
Krasava burnu (bolq. нос Красава, ‘Nos Krasava’ \'nos kra-'sa-va\) — Antarktidanın Antarktik yarımadasının Qreyam sahilinin Finayeus buxtası sahillərindən cənub-şərqdə yerləşən burundur. Burun Orbel zirvəsinin qolunu əmələ gətirir. Burun qərbi Bolqarıstanda yerləşən Krasava şəhərinin adını daşıyır. Vartop burnundan 3.8 km cənub-şərqdə, Eiykman burnundan 7 km cənubda yerləşmişdir. Britaniya xəritəsinə 1976-cı ildə daxil edilmişdir. British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 66 64. Directorate of Overseas Surveys, Tolworth, UK, 1976.
Krasnov qargülü
Krasnov xədicəgülü (lat. Galanthus krasnovii) - xədicəgülü cinsinə aid bitki növü.
Krasnov xədicəgülü
Krasnov xədicəgülü (lat. Galanthus krasnovii) - xədicəgülü cinsinə aid bitki növü.
Kruşevo Respublikası
Kruşevo Respublikası (mak. Крушевска република) — Balkanlarda qurulan ilk respublikalardan biri. İliden qiyamı zamanı qurulur. Respublikanın mövcudluğu 10 gün davam edir - 1903-cü il avqustun 3-dən 13-dək. Nikola Karevin başçılıq etdiyi 750 üsyançı tərəfindən kazarma, poçt şöbəsi və bələdiyyəyə edilən hücum zamanı osmanlı qoşunları Kruşevo şəhərindən çıxarılır. Dərhal şəhərdə özünüidarəetmə qurulur. Şəhərin hər etnik-dini icmasından 20 nəfər olmaqla 60 üzvdən ibarət Respublika Şurası toplanır. Respublika Müvəqqəti İnqilab Hökümətinin başçısı, etnik azlıqların millətçiliyini rədd edən və Balkan Federasiyasının ideyasını dəstəkləyən sosial demokrat Nikola Karev idi. Hökumətə qanunu və qaydaları qorumağa, ərzaq və dərman təminatını və maliyyə dövriyyəsini təşkil etməyə çağıran 6 nəfər (hər icmadan 2 nəfər) daxil idi. Kruşevo Respublikası hökumətinin dərc etdiyi ən məşhur sənəd Kruşevski manifestidir.
Krasin adası
Krasin adası — Nordenşeld arxipelaqına daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Nordenşeld arxipelaqının mərkəzi hissəsində qərarlaşır. Həmcinin Şivolki adaları qrupuna daxildir. Öz qrupunun ucqar şərq qutaracağını təşkil edir. Şimaldan, qərbdən və cənub-qərbdən qrupun digər adaları ilə əgatələnmişdir: Ukromnıy adası, Vitte adası, Kovalevski adası, Brandvaxta adası, Savvı Loşkin adası (Melkiy boğazı ilə), Ledokol adası və Oktyabr adası. Şərqində Paxtusov adaları: Dobrınya Nikitin adası, Truvor adası və Silaç adası, cənub-şərqində Vilkis adaları: Novıy adası və Çabak adası (Radzeevski boğazı ilə ayrılır). Qərbdən şərqə uzadılmış formaya malikdir. Mərkəzi və şərq hissələrində şimala uzanan iki yarımadası vardır.
Leonid Krasin
Leonid Borisoviç Krasin (rus. Леони́д Бори́сович Кра́син); (15 (27) iyul 1870, Kurqan, Qərbi Sibir general-qubernatorluğu[d] – 24 noyabr 1926[…], London) — sovet mühəndisi, diplomat. Bakıda işə başlarkən R. E. Klasson sonralar görkəmli sovet diplomatı olan Leonid Borisoviç Krasini özünə baş köməkçi vəzifəsinə təyin etdi. L. B. Krasin Bakıda elektrik stansiyalarının tikintisində 4 il ərzində — 1 iyul 1904-cü ilə qədər işlədi. O, faktiki olaraq, bütün tikinti, quraidırma və montaj işlərinə rəhbərlik edirdi, hərçənd ki, peşəsi mühəndis-kimyaçı idi, tikinti sahəsindəki bilik və təcrübəsini Orta Sibir, Zabaykalski və Kruqlobaykalski dəmir yollarının tikintisində qazanmışdı. İşlər dayanmadan, R. E. Klasson və L. B. Krasin tərəfindən tərtib olunmuş cədvələ əsasən aparıldı. Hər şeydə bir qayda var idi. Korpuslar, maşın zalları, istehsalın inkişafını nəzərə alaraq, gələcəkdə daha güclü aqreqatların quraşdırılması perspektivi ilə tikilirdi. Leonid Borisoviç Krasin! O Krasin ki, bir vaxtlar Bakı neft mədənlərində mühəndis işləyirdi.
Miloş Krasiç
Miloş Krasiç (serb. Милош Красић; 1 noyabr 1984[…], Mitroviça[d], Yuqoslaviya) – Serbiyalı Futbolçu Türkiyə'nin Fənərbaxça klubunun və Serbiya milli yığmasının yarımmüdafiəçisi Miloş Krasiçin futbolçu karyerası keçmiş Yuqoslaviyanın Rudar klubunda başlamışdır. Öz oyunu ilə Krasiç Voyvodina klubunun maraqına səbəb olmuşdur. 1999-cu ildə isə artıq Voyvodina klubu ilə müqavilə bağlayır. 2004-cü ilin yayında Miloş Krasiç Rusiyanın ÇSKA Moskva klubu ilə müqavilə imzalayır. 2004–05-ci illərdə Krasiç ÇŞKA-nın tərkibində Çempionlar liqasının qalibi olur 28 dekabr 2009-cu ildə Serbiyanın ən yaxşı futbolçusu seçilir 19 avqust 2010-cu ildə Yuventus klubuna keçir. Krasiçlə 4 illik müqavilə Yuventusa 15 milyon avroya başa gəlir. 2 avqust 2012-ci ildə Fənərbaxça klubuna keçir. Fənərbaxça Krasiçlə 4 illik müqavilə imzalayıb. 2008-ci ilin dekabrında Miloş Miryana ilə evlənir.
Orasio Kiroqa
Orasio Silvestre Kiroqa Fortesa (isp.: Horacio Silvestre Quiroga Forteza; 31 dekabr 1878[…], Salto – 19 fevral 1937[…], Buenos-Ayres) ─ Uruqvay yazıçısı, 31 dekabr 1878 ildə Salto şəhərində anadan olub. 19 fevral 1937 Buenos Ayresdə vəfat edib. Orasio Kiroqanın atası argentinalı diplomat Prudensio Kiroqadır. Oğlunun doğumundan iki ay yarım sonra təsadüfi tüfəng atəşindən vəfat etdi. Montevideoda təhsil alan Orasio ədəbiyyat və eksperimental elmlərə (mexanika, fizika, kimya) meyl göstərirdi. 1899-cu ildə Parisi ziyarət edir. Uruqvaya qayıdaraq ispan dilini tədris edir, jurnalistika ilə məşğul olur və fotoqraflığa meyl göstərir. İlk çıxışını 1901-ci ildə ispan dilli modernizmin (Ruben Dario) təsiri ilə yazılmış şeir və poetik nəsr kitabı ilə etdi. 1902-ci ildən əsasən Argentinada yaşayırdı. Bir fotoqraf olaraq, Təhsil Nazirliyinin dəstəyi ilə Leopoldo Lugones tərəfindən təşkil edilən Çako vilayətinə bir ekspedisiyada iştirak etmişdir.
Orasio Vekki
Orа́sio (Tibе́rio) Vе́kki (it. Orazio Vecchi; 6 dekabr 1550, Modena – 19 fevral 1605, Modena) — italyan bəstəkarı.