QƏŞƏNG

1. красивый, хорошенький, изящный, прекрасный, грациозный, прелестный, шикарный, дивный, элегантный; 2. красиво, изящно, прекрасно, прелестно, шикарно;
QƏSSABLIQ
QƏŞƏNGCƏ
OBASTAN VİKİ
Qəşəng alma
Qəşəng alma (lat. Malus spectabilis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. Qəşəng alma dekorativ bitki kimi Yaponiya və Çində çox qədimdən becərilir. Hündürlüyü 8-9 m-ə çatan ağacdır. Budaqları qırmızımtıl-qəhvəyidir. Yarpaqları enli yumurtaşəkilli, oval və ya uzunsov-yumurtaşəkillidir, ucu sivriləşmişdir, göyümtül-yaşıl rəngdədir, əsası enli pazşəkillidir, kənarı xırda mişardişlidir. Yarpağın uzunluğu 8 sm-dir. Vegetasiya dövrü aprelin axırından sentyabrın əvvəllərinə qədər davam edir. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri ağımtıl-çəhrayı və ya açıq-qırmızıdır, 5-8 ədədi çətir çiçək qrupuna yığılmışdır.
Qəşəng böcək
Qəşəng böcək (lat. Calosoma sycophanta) — sərtqanadlılar dəstəsinə, karabidlər fəsiləsinə aid növ. Təhlükə həddinə yaxınlaşır, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Azsaylı növdür. Böcəyin bədənin uzunluğu 21 – 35 mm-dir; qanadüstlükləri qızılı yaşıl rəngdə olub metal parıltısına malikdir. Bığcıqları, ağız orqanlar, baldırları və pəncərələri qara rəngdə olub parlaqdır; ətrafları nadir hallarda qırmızımtıl rəngdə ola bilər. Avropa, Asiya və Qafqaz meşələrində yayılmışlar. Azərbaycanda düzən və dağətəyi meşə sahələrində rast gəlinir. 2000-ci ildə İ.Q.Kərimova tərəfindən Şabran rayonunda 1 fərd, 2004-cü ildə İ.A.Nuriyeva tərəfindən Şabran rayonunda 15 fərd, 2012-ci ildə 1 fərd qeydə alınmışdır. Tək ipəksarıyanın kütləvi artdığı illərdə böcəyin sayında da yüksəliş nəzərə çarpır.
Qəşəng deysiya
Qəşəng deysiya (lat. Deutzia gracilis) — hortenziyakimilər fəsiləsinin deysiya cinsinə aid bitki növü. Yabanı halda Yaponiyada dağlıq ərazidə bitir. Hündürlüyü 40-80 sm-ə çatan koldur. Qarşı-qarşıya yarpaqları uzunsov-neştərvari, kənarları dişli, bir az sallaq, uzunluğu 6 sm-dir. Çiçəkləri ağdır. Uzunluğu 9 sm-ə qədər olan salxımşəkilli çiçək qrupuna 50-yə qədər çiçək yığılmışdır. Kasayarpaqları 5 ədəd, üçbucaqlı və ya xətvari, meyvə ilə qalan və ya töküləndir. Xaricdən çox vaxt ulduz formalı, tüklüdür. Ləçəkləri 5 ədəd, ağ, nadir hallarda narıncı və ya qırmızımtıl-qonur rəngdədir.
Qəşəng durna
Qəşəng durna (lat. Anthropoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinə aid heyvan cinsi. Hazırda 2 növə ayrılır: Adi qəşəng durna (Anthropoides virgo) — durnaların ən kiçik növü olub, Asiya, Avropa və Şimali Afrikanın geniş ərazilərində yaşayır. Afrika qəşəng durnası (Anthropoides paradisea) — Cənubi Afrika Respublikası və Namibiyada yaşayır.
Qəşəng ilansoğanı
Qəşəng ilansoğanı (lat. Muscari elegantulum), hiasintkimilər (Hyacinthaceae) fəsiləsindən bitki növü. Nadir, məhdud areallı endemik hirkan növüdür. 2 yerdə olması məlumdur: Lerik rayonunun Orand və Şinabad kəndləri ətrafında Sibardu və Talış dağlarında. Orta dağlıq qurşağın stepli yamaclarında tək-tək rast gəlinir. Toxumla və vegetativ yolla çoxalır. Mal-qara otarılması, ot çalınması. Azərbaycanın Botanika İnstitutunun Botanika bağında becərilir. Mühafizəsi üçün xüsusi tədbirlər hazırlanmamışdır.
Qəşəng qayışləcək
Qəşəng qayışləçək (lat. Himantoglossum formosum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin qayışləçək cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –EN A2acd + 3bc; C1. Bitki aləmində nadir, relikt Qafqaz üçün endemik növdür. Cinsi formalaşmasında mərkəzi rol oynayan növdür. Çoxillik ot bitkisidir. Gövdəsi 30-70 sm hündürlükdədir. Aşağı hissədən uzunsov-neştərşəkilli, küt-itiləşmiş yarpaqlıdır. Çiçəkqrupu salxıma bənzərdir, seyrək, çoxçiçəklidir, 30 sm uzunluqğunadır. Çiçəkləri fır-fır, yana əyilmiş, 12-25 ədəddir.
Qəşəng qızılçətir
Qəşəng qızılçətir (lat. Centaurium pulchellum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin qızılçətir cinsinə aid bitki növü.
Qəşəng süsən
Qəşəng süsən (lat. Iris elegantissima) — süsənkimilər (Iridaceae) fəsiləsindən bitki növü. Elmi adı - Iris elegantissima D. Sosn. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünən, gövdə 20 sm hündürlükdədir, 1 iri təpə çiçəyi var. Yarpaqları boz-göyümtül, dar-xətvari, bəzən oraqvari əyilmiş, gövdədən qısadır. Təpə yarpaqları otşəkilli-pərdəlidir, gövdədən qısadır. Çiçəkyanlığının borucuğu uzun, silindrvaridir.
Qəşəng sığırquyruğu
Qəşəng sığırquyruğu (lat. Verbascum formosum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin sığırquyruğu cinsinə aid bitki növü. Hündürlüyü 35–80 sm olan, gövdəsi düz, silindrik, yarpaqla örtülmüş, əvvəlcə boz keçə tüklü, daha sonar isə çılpaq, tünd-qonur rəngli, sadə, seyrək budaqlı ikiillik, boz və ya ağımtıl yun kimi keçə tüklü bitkidir. Kökətrafı və aşağı yarpaqları yarpaq ayasından qısa olan saplaq üzərindədir, yumurtaşəkilli və ya yumurtaşəkilli-uzunsov, kütdür, qaidə hissədə azacıq ürəkşəkilli və ya demək olar ki, kütdür, kənarları iri dairəvi-dişli və ya az lələkvari bölümlü və ya aşağı yarısında bir neçə bölümlüdür, yarpaq ayasının qaidə hissəsinin aşağısı, bəzən yan hissədən 1–2 ədəd kiçik sərbəst enli dilimlidir; sonrakı yarpaqlar qısa saplaqlı və ya oturaqdır, yumurtaşəkilliuzunsov, elliptik və ya yumurtaşəkillidir, sivritəhər, sivri və ya qəfil sivriləşəndir, kənarları xırda dişlidir. Çiçəkləri çiçəkaltlığı yarpaqlarının qoltuğunda yerləşmiş, təkdir, oturaqdır, sıx, ağ və ya boz keçə tüklü düz sünbül əmələ gətirir. Tac sünbülşəkillidir, diametri 30–60 mm-dir, aşağı hissədə parlaq, qarabənövşəyi, qalanı isə sarı rəngdədir, çiçəkləmədən sonra uzun müddət qalandır, xaricdən keçə tüklü, daxildən isə çılpaqdır. Qutucuq şarşəkillidir, qısa sivri ucludur, uzunluğu 7–8 mm-dir, sıx keçə tüklüdür. May-iyun aylarında çiçəkləyir, iyun-iyul aylarında emeyvə verir. BQ (Quba), Xəzəryanı, (Beşbarmaq), BQ şərq, BQ qərb, Kür düz. Ovalıqdan orta dağ qurşağına qədər, əsasən aşağı dağ qurşağında.
Kiçik qəşəng böcək
Kiçik qəşəng böcək (lat. Calosoma(Acalosoma)inquisitor) — sərtqanadlılar dəstəsinə, karabidlər fəsiləsinə aid növ. Təhlükə həddinə yaxınlaşır, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Azsaylı növdür. == Təsviri == Bədəni tünd bürüncü və ya yaşılımtıl qara, nadir hallarda göy, qanadüstlükləri çox zaman parlaq yaşılımtıl, kənarları qırmızı və ya yaşıl rəngdə olan böcəkdir. Uzunluğu 15–28 mm-dir. Ətrafları qara rəngli, uzun və nazikdir. == Yayılması və Sayı == İran, Mərkəzi Avropa, Qafqaz, Orta Asiya, Uzaq Şərq, Azərbaycanda Şabran və İsmayıllı meşələrində rast gəlinmişdir. 2004-cü ildə İ.A.Nuriyeva tərəfindən Şabran rayonunda 4 ədəd, 2006-cı ildə 3 ədəd, 2010-cu ildə 3 ədəd qeydə alınmışdır (4,5,6). == Həyat tərzi == Enliyarpaqlı meşə ağaclarının gövdə və budaqları üzərində, torpaq üzərində yaşayırlar.
Qəşəng durna (cins)
Qəşəng gəmirici soğanı
Qəşəng yaşıl sovka
Adi qəşəng durna
Adi qəşəng durna (lat. Anthropoides virgo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin qəşəng durna cinsinə aid heyvan növü. == Təsviri == Ümumi rəngi göyümtül. Başının yanları, boğazı və boynunun ön hissəsi qaradır. Boynunun qara lələkləri döşünə sallanır. Gözlərinin arxasından bir topa ağ lələk boyununun yanlarına sallanır. Ayaqları qara, dimdiyi sarımtıldır. Diri kütləsi 2-3 kq-dır. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Afrikanın şimalında, Şimali Qafqazda, Qazaxıstanda, Sibibirin cənubunda yuvalayır, Şimali Qərbi Afrikada, Fələstin, İraq, Pakistan, Hindistanda, Birmada qışlayır.

Значение слова в других словарях