BƏH

межд. ах, ай (употребляется в начале фразы, выражает радость, восхищение. Bəh, nə gözəldir! Ах, как красиво!
BƏDZATLIQ
BƏHAİ
OBASTAN VİKİ
Hakim mərkəzi göstərir... Tofiq Bəhramov
== Məzmunu == Film ilk Azərbaycanlı FİFA futbol referesi Tofiq Bəhramova həsr olunub. İngilis futbol mütəxəssisi Ramseyin bu fikrini həmişə özünə aid edərdi Tofiq Bəhramov: "Futbol mənim həyatımdır. Mən isə yaşamaq istəyirəm..." Adı Azərbaycan futbol hakimləri məktəbinin baniləri sırasında çəkilən, Tofiq Bəhramov özündən sonra gələn futbil hakimlərinin mənəvu ustadıdır... Əlbəttə, ilk Azərbaycanlı FİFA referisinin fəaliyyəti gələcək nəsillər üçün əsl örnək mənbəyidir. Tofiq Bəhramovun adı Müstəqil Azərbaycanın ən iri futbol meydanının ünvan göstəricisidir. Tofiq Bəhramovun adı zirvədə dayanan mayak kimi həmişə ucalıqlara aparan yolu nişan verir.... 1966-cı il, iyulun 30-u, Londonun "Uembli" stadionunda 100 min tamaşaçının izlədiyi, 7-ci dünya çempionatının İngiltərə — AFR yığma komandaları arasında keçirilən final oyununun 100-cü, əlavə vaxtın 10-cu dəqiqəsi. İngilislər qol deyib əllərini havaya qaldırır... Almanlar heç nə baş verməmiş kimi sakitdirlər.... Stadion sukut içindədir...
Hasi-Bəhbəh
Hasi-Bəhbəh (ərəb. حاسي بحبح‎) — Əlcəzairin şimalında, Cəlfa vilayətinin ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Atlas dağlıq ərazisində, dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşir. Hasi-Bəhbəh ölkənin paytaxtı Əlcəzairdən təxminən 185 kilometr cənubda yerləşir. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 86,421 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Transsəhra magistralı şəhərdən keçir. Ən yaxın mülki hava limanı Bu-Sadə şəhərində yerləşir.
Hisar-i Bəhramxan (Urmiya)
Hisar-i Bəhramxan (fars. حصاربهرام خان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 262 nəfər yaşayır (65 ailə).
Həməd (Bəhreyn)
Mədinət-Həməd və ya Həməd-Taun (ərəb. مدينة حمد‎) — Şimali Bəhreyndə yerləşən rayondur. Daha əvvəl burada ölkənin mərkəzi hissəsi olan Bəhreyn bələdiyyəsi yerləşirdi. Bələdiyyə 1991-ci ildə Rifa'va əl Mintaka al Canubiya bələdiyyəsindən ayrı fəaliyyət göstərirdi. Onun ərazisi indi Şimal əyalətinə aiddir. Ad Bəhreynin indiki kralı olan Həməd ibn İsa Əl-Xəlifənin şərəfinə verilmişdir. Şəhər müxtəlif ictimai-iqtisadi qatların şiə-sünni əhalisiylə qarışdırılmış mədəni müxtəliflikliyi ilə fərqlənir. Bu gün Həməd Bəhreyn multikulturalizmasını təcəssüm edir. Bir etnik qrup və dini qruplar tərəfindən deyil, bir çoxu tərəfindən idarə olunur. == Tarixi == Həməd şəhəri yaşayış şəhəri kimi 1984-cü ildə yaradılmışdır.
II Bəhram
II Bəhram — 276–293 illər arasında Sasani dövlətinin şahı. I Bəhramın (273–276) oğludur.
I Bəhram
I Bəhram (h.: 273–276) — Sasani dövlətinin dördüncü hökmdarıydı. Sadəcə bir il taxtda qalan qardaşı I Hörmüzdən (272–273) sonra şah oldu.
Manaf Bəhmanlı
Murtuza ağa Bəhmənli
Məhəmmədbağır Bəhbəhani
Məhəmmədbağır Behbahani — (fars. محمدباقر وحید بهبهانی‎;(1706–1791) (1118 –1207 Hicri) — İslam alimi. Böyük fəqih Əllamə Məhəmmədbaqir Vəhid Behbəhani hicri-qəməri 1118-ci ildə dünyaya göz açıb. Şəhərin adlı-sanlı müctəhidlərindən sayılan atası Məhəmməd Əkməl Şeyx Müfidin, anası Əllamə Məhəmmədtəqi Məclisinin kürəkəni Molla Salih Mazandaraninin nəvələrindən olub. Bu Əhli-beyt (ə) elm dəryasının mirvarisi belə bir ailədə boya-başa çataraq təqvalı atasının təlim-tərbiyəsi altında inkişaf etməyə başladı. Yetkinlik çağına təzə qədəm qoyan zaman böyük təqva və din maarifi müəllimini itirdi. Məhəmməd Əkməl dünya ilə vidalaşdı, pak qəlbli oğlunu ən ağır ictimai durumda tənha qoydu: Paytaxt İsfəhan süqut etmiş, əfqanlar qələbə çalmışdılar. İsfahanda baş qaldıran hərc-mərclik, təhsil almaqda çətinliklər Məhəmməd Əkməl ailəsinin elm axtarışında olan gəncini mühacirət etmək fikrinə qərq etmişdi. Ona görə də 1135-ci ildə Nəcəf şəhərinə yollandı. O, Əmirəlmöminin Əlinin (ə) müqəddəs ziyarətgahı kanarında Seyid Məhəmməd Təbatəbai Bürucerdi, Seyid Sədrəddin Qumi kimi tanınmış alimlərin yanında təhsil almağa başladı.
Məhəmmədbağır Bəhrami
Məhəmmədbağır Bəhrami (1955, Əsədabad)— İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012-ci ilə qədər)
Məlik Bəhram bəy
Məlik Bəhram bəy (?–?) – dövlət хadimi. XV əsrin 2-ci yarısı – XVI əsrin 1-ci yarısında yaşamışdır. Nəsirəddin Tusinin nəslindəndir. Mənbələrin verdiyi məlumata görə, uzun illər Ordubadın kələntəri (şəhər inzibati və mülki idarələrinin başçısı) olmuşdur. Ölümündən sonra yerinə oğlu Hatəm bəy Ordubadi təyin olunmuşdu.
Nadir Bəhrəmov
Nadir Bəhrəmov (tam adı:Bəhrəmov Nadir Rəhim oğlu) — tarixçi, tarix elmləri doktoru, professor Bəhrəmov Nadir Rəhim oğlu 15 mart 1929-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1947-ci ildə Naxçıvan Müəllimlər İnstitutunu qurtardıqdan sonra Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş, ikinci kursdan M. V. Lomonosov adına MDU-ya köçürülmüşdür. 1952-ci ildə həmin universiteti, 1953-cü ildə isə Moskvada ictimai elmlər üzrə müəllimlər hazırlayan kursları bitirmişdir. 14 iyul 2000-ci ildə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Sənaye İnsititutunda (indiki Neft Akademiyası) müəllim, baş müəllim, dosent və xarici tələbələrlə iş üzrə dekan müavini olmuşdur. 1965-ci ildən Azərbaycan Texniki Universitetinin (keçmiş Politexnik İnstitutu) fəlsəfə və politologiya kaferasında çalışmışdır. Azərbaycan neft sənayesinin tarixinə və inkişaf perspektivlərinə, texniki tərəqqiyə, Azərbaycan alim və mütəxəssislərinin keçmiş SSRİ-nin müxtəlif bölgələrində neftin kəşf edilməsində xidmətlərinə dair tədqiqatların, o cümlədən 6 kitab və elmi metodik əsərin müəllifidir.
Nihad Bəhram
Nihad Bəhram (18 noyabr 1946, Qars, Qars ili), Türk şairi, yazar və qəzetçi. Əsl adı Mustafa Nihad Bəhramoğludur. Evli olan Nihadın Mavi adında bir qız övladı vardır. Qəzetçilik üzrə ali təhsil almışdır. İlk şeiri 1967-ci ildə dərc olunmuşdur. Qəzetçilik həyatına 1970-ci ilin Mart ayında başlamış və "Xalqın Dostları" dərgisindəki Aprel, 1971-ci il tarixli 13-cü sayından etibarən yazı işlərindən məsul olmuşdur. 1975-ci ildə qardaşı Ataol Bəhramoğlu ilə birlikdə Militan dərgisini buraxmışdır. 1972-ci ildə nəşr etdiyi ilk şeir kitabı "Həyatımız Üstünə Şeirlər"ə qadağa qoyulmuş və yazılarına görə 12 Mart tarixində hərbi həbsxanasında iki il azadlıqdan məhrum olmuşduru. Həpsxanadan çıxdıqdan sonra bir müddət qəzetçiliklə məşğul oldu. Vətən qəzetində ələ aldığı Dəniz Gəzmiş, Yusif Aslan və Hüseyn İnanın həyat və mücadilələrindən bəhs edən yazıları "Darağacında Üç Fidan" adı altında kitablaşdırıldı.
Nizami Bəhmənov
Nizami Bəhmənov (4 aprel 1948, Şuşa, DQMV – 13 sentyabr 2008, Bakı) — Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin keçmiş rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin keçmiş başçısı. Nizami Bəhmənov 4 aprel 1948-ci ildə anadan olub. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 92 saylı Şuşa Tikinti İdarəsində fəhlə kimi başlamışdır. 1970-ci ildən fəhlə, usta, iş icraçısı, baş mühəndis, 1979-cu ildən Şuşa Təmir-Tikinti İdarəsinin rəisi, 1981-ci ildən 92 saylı Şuşa Tikinti İdarəsinin rəisi, 1989-cu ildən Dağlıq Qarabağ Layihə Sənaye-Tikinti Birliyinin müdiri, 1992-ci ildən isə Şuşa rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. O, həmçinin Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri olub. Nizami Bəhmənov 2008-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub. Nizami Bəhmənov 13 sentyabr 2008-ci ildə vəfat edib. "Azərbaycanda Kim Kimdir" ensiklopedik məlumat kitabı.
Omanın Bəhreyni işğalı (1717)
Omanın Bəhreyni işğalı (1717) — Bəhreyndəki 115 illik Səfəvi sülaləsi hakimiyyətinə son qoyan Oman müdaxiləsi nəzərdə tutulur. Əsrin əvvəllərindən başlayan əfqan və digər üsyanlar Səfəvi imperiyasının zəifləməsinə səbəb oldu. Bundan istifadə edən Oman dövləti Bəhreyndəki Səfəvi hakimiyyətini devirməyi və oraları öz hakimiyyəti altına almağı bacardı. Bu zaman Omanı Yaruba sülaləsi idarə etməkdə idi. Bu sülalədən olan II Sultan ibn Seyf Bəhreyni ələ keçirdi və əkbərilərin nümayəndəsini taxta çıxardı. Bəhreynli teoloq Şeyx Yusif əl-Bəhreyni hazırladığı şiə alimlərin bioqrafik lüğətində - Lu’lu’at al-Baḥrayn (Bəhreyn incisi) - işğalı öz nöqtey-nəzərindən belə izah edir: Sultan ibn Seyfin qüvvələrinin Bəhreyndən geri çəkilməsindən sonra orada hakimiyətini qoruya bilmədi, lakin Omanlıların getməsindən sonra da Bəhreyndə sabitlik yaranmadı. Səfəvi imperiyasının ziyasi zəifliyi ona gətirib çıxardı ki, tez bir zamanda Bəhreyn adaları Huvala tayfası tərəfindən işğal edildi. Bu işğalı əl-Bəhrəni dağıdılma kimi təsvir edir.. Demək olar ki, durmadan davam edən müxtəlif sünni dəniz qüvvələrinin, Omanlıların və Səfəvilərdən sonra Nadir şahla Kərim xan Zəndin müdaxilələri Bəhreynin getdikcə zəifləməsinə və geridə qalmasına səbəb oldu. Həmçiniin, omanlılar tərəfindən inci tacirlərinə və toplayıcılarını tətbiq edilən yüksək vergilər bu sahələrin də tənəzzül etməsinə yol açdı.
Patimat Bəhəmmədova
Patimat Aydəmirməhəmmədovna Bəhəmmədova (6 avqust 1993, Mahaçqala) — Azərbaycanı təmsil edən qadın güləşçi. Patimat Bəhəmmədova 2008-ci ildə Latviyanın Dauqavpils şəhərində yeniyetmələr arasında Avropa Çempionatını gümüş medalla başa vurdu. 2010-cu ildə Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən Patimat Bəhəmmədova qadın güləşi üzrə Azərbaycan yığmasının heyətinə cəlb edildi. Patimat Bəhəmmədova 2010-cu ildə Bolqarıstanda yeniyetmələr arasında Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin ilin avqustunda isə Patimat Bəhəmmədova Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında mübarizə apardı. -52 Kq. turnirində mübarizə aparan Patimat Bəhəmmədova qrup mərhələsinin birinci görüşdə Əlcəzair nümayəndəsi Sabrina Azzuz ilə üz-üzə gəldi. Həmin görüşdə Patimat Bəhəmmədova rəqibinə qalib gəldi — 2:0 (7:0, 6:0). Növbəti görüşdə isə onun rəqibi Özbəkistan nümayəndəsi Nilüfər Qadayeva oldu. Bu görüşdə Patimat Bəhəmmədova rəqibi üzərində təmiz qələbə qazandı.
Qışlaq-i Bəhlulə (Maku)
Qışlaq-i Bəhlulə (fars. قشلاق بهلوله‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 238 nəfər yaşayır (50 ailə).
Qışlaq-i Bəhmənşir (Pərsabad)
Qışlaq-i Bəhmənşir (fars. قشلاق بهمن شير‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 9 nəfər yaşayır (4 ailə).
Qışlaqağdaş-i Bəhram (Biləsuvar)
Qışlaqağdaş-i Bəhram (fars. قشلاق اغداش بهرام‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 40 nəfər yaşayır (9 ailə).
Salman ibn Rəbiə əl-Bəhili
Salman ibn Rabiə al-Bəxili (ərəb. سلمان بن ربيعة الباهلي‎‎) (doğ.:naməlum - 650-ci ildə ölüb) Azərbaycanı işğal edən ərəb qoşunlarından birinə başçılıq edib. Xəlifə Ömərin dövründə, 633–644-ci illərdə Xilafətin Azərbaycan və Ərməniyyədəki qoşunlarının hərbi komandanı. Bələncər döyüşündə xəzərlər tərəfindən öldürülən qardaşı Əbdürrəhman ibn Rəbiə ilə birlikdə Şimali Qafqaz və Xəzər çöllərində ərəblərin hərbi əməliyatlarında iştirak edir. Rəbiə tayfasının nümayəndəsidir.
Alay Bəhramov
Alay Bəhramov (11 dekabr 1966, Masallı) — Keçmiş azərbaycanlı futbolçu. Futbol üzrə Azərbaycan Liqasının 1997–98 və 2001–02 mövsümunun bombardiri. Azərbaycan çempionatları tarixində eyni komandada ən çox qol vuran oyunçular sıralamasında, "Viləş" klubunun heyətində vurduğu 93 qolla, siyahıda futbolçu Nazim Əliyevlə birlikdə 3–4-cü yerləri böluşdurur. == Karyerası == Karyerasına Lənkəranın "Xəzər" komandasında başlayıb. 1989-cu ildə futbol üzrə SSRİ çempionaının ikinci dvizionun 9-cu qrupunda yarışan "Xəzər"in heyətində 32 oyunda meydana çıxaraq 2 qol vurur. 1990-cı ildə Masallının "Viləş" komandasına keçir. "Viləş"in heyəində 11 il çıxış edir. Bu müddətdə 250-dən çox oyunda meydana çıxır və 112 qol vurur. 1997–98 mövsümundə Azərbaycan Çempionatının bombardiri olur. 2001-ci ilin yayında "Şəmkir" klubuna keçir.
Adi və qeyri-adi Səttar Bəhlulzadə
Adi və qeyri-adi Səttar Bəhlulzadə qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Elnurə Kazımova tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan xalq rəssamı, Azərbaycan SSR Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin adi və qeyri-adi həyat və yaradıcılığını əks etdirir. Filmdə Səttar rolunda Bəxtiyar Məmmədov çəkilmişdir. == Məzmun == Film Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan xalq rəssamı, Azərbaycan SSR Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin adi və qeyri-adi həyat və yaradıcılığını əks etdirir. Onun mənzərə-peyzajlarında, intim-lirik natürmortlarında, incə xalça ornamentlərinin düzülüşünü əks etdirən ənənəvi xalq yaradıcılığı motivləri hiss edilir. Bəhlulzadənin fərdi sərgiləri dünyanın bir sıra ölkələrində nümayiş etdirilmişdir. Dünyanın onlarla muzeylərində Səttar Bəhlulzadənin əsərləri daimi eksponatlar sırasındadır. Film rəssamın ölümünün 40 illiyinə həsr edilmişdir. == Filmin üzərində işləyənlər == Ssenarist: Möhbəddin Səməd Rejissor: Elnurə Kazımova Operator: Adil Abbasov == Rolda == Bəxtiyar Məmmədov — Səttar Bəhlulzadə == İstinadlar == == Mənbə == Allahverdiyev, E. “Adi və qeyri-adi Səttar Bəhlulzadə”: [AzTV-nin görkəmli rəssama həst etdiyi eyniadlı film haqqında] //Ekran-efir.- 2014.- 7 mart.- S.4.
Bəhailikdə Allah
Bəhailikdə Allah anlayışı monoteistikdir. Allah əbədidir, yaradılmamışdır və bütün mövcudatın mənbəyidir. O, şüurludur, dərkedilməzdir, əlçatmazdır, bütün vəhylərin qaynağıdır, əzəli və əbədidir, hər şeyi bilən, hər yeri əhatə edən və qüdrətlidir. İnsan idrakının fövqünə və birbaşa çıxış mümkün olmayan olsa da, Allah sifətləri bütün varlıq dünyasında təzahür edir. Yaradılışın məqsədi isə, yaradanı tanımaq və ona sevgi bəsləməkdir. Allah öz iradə və məqsədini, məzhərlər adlanan şəxslər vasitəsilə bəşəriyyətə çatdırır, o kəslər ki, peyğəmbərlər və elçilərdirlər və tarixin əvvəlindən indiyə kimi öz dinlərini açıqlamaqla bunu həyata keçirirlər. == Allah == Bəhai təliminə görə Allah təkdir və onun mahiyyəti fiziki dünya üçün tamamilə əlçatmazdır, odur ki, onun varlığı tamamilə dərkedilməzdir. Buna görə də, bütün tarix boyu insanlığın ortalığa çıxartdığı bütün Tanrı konsepsiyaları sırf insan ağlının təzahürüdür və Allahın mahiyyətini tamlıqla əks etdirmir. Allahın mahiyyəti dərkedilməz olsa da, insan Allahı onun məzhəri (peyğəmbəri) vasitəsilə tanıya bilər. Allahın məzhərləri ilahi sifətləri əks etdirirlər, onlar insanları hazırlayırlar ki, maddi həyat çərçivəsində öz ruhani aydınlanma məqsədinə yetişsinlər.
Qarpız bəhməzi
Qarpız bəkməzini bişirərkən nəzərə almaq lazımdır ki, qarpız şirəsində 8-10% şəkər vardır. Əgər şirə çəkilib bişirilsə qatı sirop-bəkməz alınar. Bunun üçün yaxşı yetişmiş qarpızları seçmək lazımdır. Qarpızlar yaxşı yuyulur, bir ləyəndə 2-4 parçaya bölünür. İçi dəmir qaşıqla qaşınıb çıxarılır və əzilir. Əzilmiş iç aşsüzəndən, ya da süzgəcdən keçirilir, şirə isə tənzifdən süzülür. Bişirməmişdən əvvəl şirə təmiz olmalıdır. Bişirərkən şirənin üstündə qırmızı köpük əmələ gəlir, o yığılır və həll olunmamış hissəciklərdən təmizləmək üçün şirə bir də süzülür. Bişirərkən od gur olmamalıdır və tez-tez qarışdırılmalıdır ki, dibi yanmasın. Şirə 5-6 dəfə azaldıldıqda bəkməzin hazır olub-olmamasını yoxlamaq olar.
Bəhmən Kazımov
Bəhmən İsa oğlu Kazımov (Aşıq Bəhmən Göyçəli; 30 yanvar 1960, Ardanış, Krasnoselsk rayonu) — Azərbaycan aşığı. Azərbaycan Aşıqlar Birliyinin (1989) və Dədə Ələsgər Ədəbi Məclisin (2022) üzvü. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (16.10.2021). == Həyatı == Bəhmən Kazımov 30 yanvar 1960-cı ildə Çəmbərək rayonunun Ardanış kəndində anadan olmuşdur. 1967-ci ildə Ardanış kənd orta məktəbinin I sinfinə daxil olmuş və 1977-ci ildə həmin məktəbi bitirmişdir. 1977-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya-biologiya fakültəsinə daxil olmuşdur. 1982-ci ildə coğrafiya əlavə biologiya ixtisasına yiyələnərək Ağdaş rayonu Yenicə kənd orta məktəbində coğrafiya, biologiya ilə bərabər musiqi müəllimi işləmiş, eyni vaxtda bu məktəbdə direktorun tədris işləri üzrə müavini olmuşdur. 1984-cü ildə Göyçə mahalına qayıdaraq öz doğma kəndi Ardanış və həm də eyni vaxtda Şorca kənd orta məktəblərində coğrafiya müəllimi işləmişdir. 1985-ci ildən Ardanış kənd orta məktəbində həm də biologiya və musiqi müəllimi işləmişdir. 1988-ci ildə erməni təcavüzü nəticəsində öz doğma ata-baba torpaqlarından qovularaq Bakı şəhərinə pənah gətirmişdir.

Значение слова в других словарях