Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sen-Krepen (Yuxarı Alplar)
Sen-Krepen (fr. Saint-Crépin, oks. Sant Crespin) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Qiyestr kantonuna daxildir. INSEE kodu — 05136. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 592 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat kənd təsərrüfatı və turizmə əsaslanır. Société de Travaux Alpes Méditerranée (STAM) və Charles Queyras TP də daxil olmaqla tikinti şirkətləri mühüm rol oynayır.
Kretey
Kretey (fr. Créteil) — Parisdən 11.5 km aralıqda , Marna çayı üzərində yerləşən şəhər. 1965-ci ildən Val-de-Marn departamentin paytaxtı, eparxiyanın mərkəzi olan Kretey rayonun subprefekturasıdır. Əhalisi — 89,845 nəfər (2012), bir neçə böyük xəstəxana mövcuddur. İlk 865-ci ildə Kristoliy olaraq tanınıb. Paris ilə əsas nəqliyyat əlaqələri Paris Metrosunun 8 nömrəli dörd stansiyasıdır və şəhərin kənarında A və D RER xətlərinin stansiyası yerləşir.. Şəhər əhalisinin 24,4% -i yəhudilərdir.
Krevet
Krevet (lat. Palaemon) — Əsl krevetlər infradəstəsinə (Palaemonidae) aid krevet cinsi.
Trepel
Trepel — kövrək və ya zəif sementləşmiş, çox yüngül, incə məsaməli ağ, boz-qonur, qırmızı və qara çökmə opal süxur Fiziki-kimyəvi xassələrinə görə diatomitə uyğundur, lakin trepel üzvi qalıqlar az olur və ya tamamilə olmur. Əsasən kiçik sferik opal və bəzən xalsedon qloblalarından (0,01–0,02 mm) təşkil olunmuşdur. Diatomea skeletlərinin iştirakından asılı olaraq diatomealı və diatomeasız (qlobulyar) trepel fərqləndirilir. Adətən tərkibində az miqdarda gilli maddə, qlaukonit, kvars, çöl şpatları dənələri olur. Təbaşirin dəniz çöküntülərində, qismən kaynazoy çöküntülərində yataqları məlumdur. Biogeokimyəvi mənşəli olması ehtimal edilir. Trepel izolyasiya, cilalama, tikinti materialı, uducu, katalizator, doldurucu, adsorbent kimi və dinamit hazırlamaq üçün istifadə edilir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.
Kəpək
Kәpәk — dәrinin әn kәnar üzündәn tökülәn hüceyrәlәrdәn yaranır. Adәtәn tüklәrin olduğu yerdәn tökülür. Kəpək başın tüklü hissəsində laylı yağlı və ya kiçik quru ağımtıl-sarımtıl rəngli pulcuqların əmələ gəlməsidir. Başın qaşınması ilə müşayiət olunur; saçlar cansız, quru , tez qırılan, yağlı və ya parlaq olur. Seboreya, psoriaz, dərinin göbələk xəstəlikləri , sinir gərginliyi, A və ya B qrup vitaminlərinin defisiti, saçlara qeyri-düzgün qulluq nəticəsi , mədə-bağırsaq traktının fəaliyyətinin pozulmasının təzahürü ola bilər. Kəpək saç tökülməsinin geniş yayılmış səbəbidir; o, nəzərə çarpan kosmetik problem yaradır. == Yaranma səbəbləri == Kəpəyin əsas yaranma səbəbi Malassezia Furfur göbələklərinin həddən artıq inkişafı nəticəsində baş dərisinin vəziyyətinin dəyişməsidir . Bu göbələk baş dərisində yaşayan fakultativ mikrofloraya aiddir və normal şəraitdə onun həyat fəaliyyəti simptomsuz gedir. Stress, piy vəzilərinin fəaliyyətinin pozulması, qidalanmanın pozulması; hamiləlik, cinsi yetişkənlik dövrü , menopauza kimi hormonal dəyişikliklər M. furfur — un aktivləşməsini təşviq edə bilər. Kəpək çox tez — tez saçlara düzgün qulluq olunmadıqda meydana çıxır.
Kəpəz
Kəpəz dağı — Azərbaycanda, Göygöl rayonu ərazisində və Gəncə şəhəri yaxınlığında yerləşən dağ. Kəpəz rayonu — Gəncə şəhərinin rayonlarından biri. Kəpəz bələdiyyəsi — Gəncə şəhərinin Kəpəz rayonuna bağlı bələdiyyə. Kəpəz — keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Ermənistanın Sünik mərzinin Gorus rayonunda dağ. Bu dağ Zəngəzurun Şurnuxu və (hazırda tərk edilmiş) Ağbulaq kəndləri yaxınlığında yerləşir. Kəpəz (Mahnişan) — Zəncan ostanındakı Mahnişan şəhristanının Ənquran bəxşinin Ənquran dehistanında yerləşən kənd. "Kəpəz" Peşəkar Futbol Klubu (Kəpəz PFK) — Gəncə şəhərini təmsil edən futbol komandası. Kəpəz (film, 1972) — film. ARB Kəpəz (2016-cı ilədək olan keçmiş adı Kəpəz Televiziyası) — Gəncə şəhərindən yayımlanan telekanal.
Reper
Rep — repçi tərəfindən ifa edilən danışılan və ya oxunan qafiyələşmiş lirikadır. == Tarixi == "Rep" musiqisi 1970-ci illərdə Amerikada yaranmışdır. Ağdərililər tərəfindən qəbul edilməyən bu musiqi növü sıxışdırılıraq tənqid olunurdu. O vaxtın musiqi mütəxəssisləri repin zəncilərin öz içlərində böyüyüb elə öz içlərində də məhv olacağını söyləyirdilər. Lakin bütün bunlara baxmayaraq, qısa bir zaman çərçivəsində rep bütün Avropada yayılmağa başladı.
Alfred Kreber
Аlfrеd Luis Krеbеr (11 iyun 1876[…] – 5 oktyabr 1960[…], Paris) — Amerikalı antropoloq. == Həyatı == Alfred Kreber XX əsrin, Amerikanin böyük antropoloqlarindan biridir. O, 1876-cı ildə alman mühaciri ailəsində anadan olmuşdur. 1896-cı ildə Kolumbiya kollecində (Columbia College) ingilis dilindən bakalavr təhsili alib,1897-ci ildə isə incəsənət üzrə magistr təhsili alib.Ömrünün çoxunu Kaliforniya universitetində çalişib.Antropologiya üzrə professor rütbəsinəcən yüksəlib, Antropologiya muzeyinin direktoru olmuşdur. Doktorluq müdafiəsi isə 1901-ci ildə olub. Elmi rəhbəri Frans Boas idi. Onun müdafiə etdiyi disertasiya Amerikadakı hindular olan "arapaho" tayfalarından bəhs edir. Bu da Kaliforniya universitetində ilk işdir. Alfred Kreber antropologiya ilə o eyni vaxtda arxeologiya ilə də dərindən maraqlanib.Meksikada,Peruda buna aid çoxlu qazıntılar aparib. Öz tələbələri ilə birlikdə hinduların mədəniyyəti haqqında bir çox dəlillər əldə edib.
Filip Kreven
Filip Kreven - üzgüçülük və əlil arabasında basketbol üzrə beşqat dünya çempionu, Beynəlxalq Paralimpiya Komitəsinin (İPC) rəhbəri. 2001-ci ildən Beynəlxalq Paralimpiya Komitəsinə rəhbərlik edən Kraven 2003-cü ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvüdür. Filip Kreven Azərbaycan Respublikasının Prezidentinin 2 fevral 2016-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə" "Dostluq" ordeni ilə təltif edilib.
Kremer burnu
Kremer burnu (norv. Kræmerpynten) — Belı adasında yerləşən, Şpitsbergen arxipelaqının və Norveçin ucqar şərq nöqtəsini təkil edir. Burun adı Valdemar Hilbert Kramerin (norv. Waldemar Hilbert Kræmer, 1884—1947) şərəfinə verilmişdir. O, 1925-ci ildə bu regionun dəniz dibini ölçmüşdür.
Krepin Diatta
Krepin Diatta (25 fevral 1999-cu ildə anadan olub) — Belçika Pro Liqası təmsilçilərindən olan Brügge klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Seneqallı futbolçudur. == Karyerası == === Klub === 26 fevral 2017-ci ildə Diatta Norveç təmsilçilərindən olan Sarpsburq 08 klubu ilə dörd illik müqavilə imzalamışdır.3 yanvar 2018-ci ildə Diatta Belçika Pro Liqası təmsilçilərindən olan Brügge klubu ilə dörd üstəgəl bir illik müqavilə imzalamışdır.
Krespen (Averon)
Krespen (fr. Crespin, oks. Crespinh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Salveta-Peyrale kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12085. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 95 km şimal-şərqdə, Rodezdən isə 33 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 268 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 160 nəfər arasında (15-64 yaş arasında) 118 nəfər iqtisadi fəal, 42 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,8%, 1999-cu ildə 64.9%).
Kretey (rayon)
Kretey (fr. Créteil) — Il-de-Frans regionun rayonlarından biri ( fr. Arrondissement). Departamenti - Val-de-Marn. Suprefektura - Kretey. Rayonun əhalisi 2006-cı ildə 667.405 nəfər idi. Əhalinin sıxlığı 4571 nəfər / kv.kmdir. Rayonun sahəsi 146 km²dir.
Peter Kremer
Peter Kremer (18 fevral 1958) — alman aktyor.
Qidon Kremer
Qidon Kremer (d. 27 fevral 1947) — məşhur skripka ifaçısı. Qidon Kremer P.İ.Çaykovski adına Beynəlxalq musiqi müsabiqəsinin, habelə "Qremmi" mükafatlarının laureatıdır.
İsa Kremer
İzabella Yakovlevna Kremer (daha çox İsa Kremer kimi tanınır, 21 oktyabr 1887, Belsı, Bessarabiya quberniyası[d] – 7 iyul 1956, Kordova) — müğənni, opera və operetta sənətçisi. == Bioqrafiya == Kremer, 1882-ci il 8 oktyabrda Belsı şəhərində, Yankel Leyboviç Kremer Və Hana Moşkovna Kremerin ailəsində doğulmuşdur. Erkən yaşlarından İzabella musiqi qabiliyyətini ortaya çıxardı. Yəhudi dilində ilk mahnını anasının ağzından beşikdə eşitmişdir. Beş yaşında, o, yəhudi toy musiqisi ilə maraqlanırdı və gəncliyində öz xalqının yoxsulluğu haqqında şeirlər yazırdı. Otuz ildən sonra İsa Kremer səhnədə Yəhudi dilində mahnı oxuyan ilk müğənni oldu.Ailə çətinliyinə baxmayaraq, valideynləri qızının musiqi sahəsində inkişafına xüsusi yanaşırdılar. 1912-ci ildən başlayaraq iki il müddətində Milanda məşhur müəllim Luidji Ronzidən ifa dərsi alır, kiçik teatrlarda çıxış edir və sonra vətəninə qayıdır. O, Puççininin "Boheme " operasında debüt etmək üçün Odessa şəhərinə dəvət olunur. Odessa, Sankt-Peterburq, Moskva – hər yerdə böyük uğurlar qazanır. O, iştirak etdiyi operettalara "Dilənçi tələbə", "İdeal Arvad", "Nəhayət Bir", "Polşa Qanı" daxil idi.
İzabella Kremer

Krep
Krep - səhər yeməyi və ya desert kimi sevilir. Bütün millətlərin krep variasiyası var. Həmin millətlərin də krepləri özünəməxsus şəkildə, müxtəlif ərzaqlarla, şirin və ya qeyri-şirin, günün və ya ilin müəyyən vaxtında yemək adətləri var. == Pənkeyk == İngilislər və amerikalılar krepə pənkeyk deyirlər. Amerika pənkeykləri adətən qalın olur və xəmiri acıtmaqla hazırlanır. İngilis pənyekləri isə nazik olur və fransız krepinə bənzəyir. Şotlandların pənyekləri amerikan pənyrkləri kimidir. Amerikada bu pənyeklər əsasən səhər yeməyində yeyilir. İngilis və Amerika pənyekləri müxtəlif cemlər, siroplar, bal və başqa maye şirniyyatlarla yeyilir. == Blin == Rusların və bir sıra başqa slavyanların krepləridir.
ARB Kəpəz
== Tarixi == "Kəpəz Müstəqil Teleradio Şirkəti" 1993-cü ildə yaradılıb və Gəncə şəhərində 6-cı kanalla yayımlanıb. 2002-ci ildə 46 kanalda yayımı davam edib. 2008-ci ilin iyunun 4-də "Kəpəz TV"-də yeni dövr başlanıb. Təşkilati-hüquqi forması dəyişdirilən televiziyaya yeni kadrlar cəlb olundu, yeni verilişlər hazırlandı. Bu gün “Kəpəz”in efirində cəmiyyətdə aktuallığını saxlayan mövzularla yanaşı, mədəniyyət və tariximizlə bağlı maarifləndirici xarakterli verilişlər də yayımlanır. Hazırda 24 saat efirdə olmaqla telekanalda 20-dən artıq veriliş yayımlanır. “Bu səhər” informasiya kanalı, “Tac şou” əyləncəli veriliş, “Piyada” intellektual proqramı, “Zirvə” bilik yarışı, “Duyğulu könüllər” kimi verilişlər tamaşaçıların ixtiyarındadır. Xəbərlər Xidmətinin istehsalı olan “Kəpəz xəbər”, “İdman xətti”, “Kapital”, “Aqronom”, “Hadisə”, “Bu həftə” isə birbaşa insanların informasiya tələbatını ödəməyə xidmət edir. Televiziyanın nəzdində Dublyaj redaksiyası da fəaliyyət göstərir ki, bununla da ən son kinoların, cizgi və sənədli filmlərin öz ana dilimizdə səsləndirilməsi həyata keçirilir. 2009-cu ilin 4 iyun tarixindən etibarən telekanalın www.kepeztv.az saytı da istifadəyə verilib ki, izləyicilər həmin vebsayta daxil olaraq istədikləri verilişləri izləyə bilərlər.
Kəpəz (1972)
== Məzmun == Film güclü zəlzələ nəticəsində yaranmış, 3030 metr hündürlüyü olan, Ağsu çayının mənbəyində yerləşən şairlərin sevə-sevə vəsf etdiyi Kəpəz dağından, dağ gölləri — Göygöl, Maralgöl və s.-dən bəhs edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Eyvaz Borçalı, Arif Qazıyev Rejissor: Arif Qazıyev Operator: Veys Həsənov Bəstəkar: Tofiq Babayev Səs rejissoru: İsgəndər Kərimov Rejissor assistenti: R.İsmayılov Operator assistenti: N.Məhərrəmov Montaj: Svetlana Məmmədova Redaktor: F.Ağayev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 298.
Kəpəz (nəşriyyat)
Kəpəz Nəşriyyatı (fr. Les Éditions Kapaz) - Fransanın Strasburq şəhərində yerləşən və əsasən Azərbaycan Ədəbiyyatı ilə bağlı kitabların çap edilməsi ilə məşğul olan nəşriyyat. Bu nəşriyyatın təsisçiləri: Dilbadi Qasımov, Jan-Emmanuel Medina və Nicat Kasimov. Nəşriyyatın loqosu əsasən Qərbi Azərbaycanda, Kiçik Qafqazda, Gəncə şəhəri yaxınlığında yerləşən Kəpəz dağından ilhamlanıb. == Nəşriyyat haqqında == Kəpəz Nəşriyyatı 2018-ci ilin avqust ayında Fransanın Strasburq şəhərində yaradılmışdır. Nəşriyyatın üç əsas təsisçisi mövcuddur ki, bunlar Nicat Kazımov, Dilbadi Qasımov və Jan Emmanuel Medinadır. Nəşriyyat tərəfindən bu günə qədər Azərbaycan ədəbiyyatının bir çox nümunəsi fransız dilinə tərcümə edilərək, çap olunmuşdur. Bu kitablardan Əhməd bəy Ağaoğlunun Müsəlman dünyasında islahatlar (fr. La Réfome du Monde Musulman) və Nəriman Nərimanovun Bahadır və Sona (fr. Bahadir et Sona) əsərlərini göstərmək mümkündür.
Kəpəz FM
"Kəpəz" FM — mərkəzi Gəncə şəhərində olan radio kanalı. Kəpəz FM 5 fevral 2013-cü il tarixində yayıma başlamışdır. Kəpəz FM radiosu Gəncə və Gəncə ətrafı rayonlarda 93.3 MHz, Qazax, Tovuz və Ağstafa rayonlarında isə 102.7 MHz tezliyində yayımlanır. Həmçinin radionu Azerspace-1 peykindən və rəsmi saytından (www.kepezfm.az) da dinləmək olar. Peykdəki yayım tezliyi bunlardır: 11024 , Polyarizasiya: (V), FEC: 5/6, Symbol rate: 12698 Milli Televiziya və Radio Şurasının 21 dekabr 2012-ci il tarxili qərarına əsasən "Kəpəz Müstəqil Teleradio Şirkəti" MMC-yə Gəncə və ətraf ərazilərdə regional radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.
Kəpəz Nəşriyyatı
Kəpəz Nəşriyyatı (fr. Les Éditions Kapaz) - Fransanın Strasburq şəhərində yerləşən və əsasən Azərbaycan Ədəbiyyatı ilə bağlı kitabların çap edilməsi ilə məşğul olan nəşriyyat. Bu nəşriyyatın təsisçiləri: Dilbadi Qasımov, Jan-Emmanuel Medina və Nicat Kasimov. Nəşriyyatın loqosu əsasən Qərbi Azərbaycanda, Kiçik Qafqazda, Gəncə şəhəri yaxınlığında yerləşən Kəpəz dağından ilhamlanıb. == Nəşriyyat haqqında == Kəpəz Nəşriyyatı 2018-ci ilin avqust ayında Fransanın Strasburq şəhərində yaradılmışdır. Nəşriyyatın üç əsas təsisçisi mövcuddur ki, bunlar Nicat Kazımov, Dilbadi Qasımov və Jan Emmanuel Medinadır. Nəşriyyat tərəfindən bu günə qədər Azərbaycan ədəbiyyatının bir çox nümunəsi fransız dilinə tərcümə edilərək, çap olunmuşdur. Bu kitablardan Əhməd bəy Ağaoğlunun Müsəlman dünyasında islahatlar (fr. La Réfome du Monde Musulman) və Nəriman Nərimanovun Bahadır və Sona (fr. Bahadir et Sona) əsərlərini göstərmək mümkündür.
Kəpəz PFK
Kəpəz PFK — və ya tam adı ilə Kəpəz Peşəkar Futbol Klubu. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərini təmsil edən futbol klubudur. Klubun əsası 1959-cu ildə qoyulub. Sovet dönəmində Azərbaycanın ən uğurlu iki futbol klubundan biri olan "Kəpəz", 1992-ci ildən etibarən 3 dəfə Azərbaycan Premyer Liqasının, 4 dəfə isə Azərbaycan Kubokunun qalibi olub. "Kəpəz" Azərbaycanda ən böyük azarkeş ordusuna sahib futbol klublarından biridir. == Komandanın yaranması və SSRİ dövrü == "Kəpəz"in yaranması təxminən XX əsrin 50-ci illərinin sonuna təsadüf edir. Həmin illərdə SSRİ Futbol Federasiyası ikinci dəstədə Azərbaycan klublarının sayını artırmağı qərara almışdı. Beləcə Gəncədə "Toxucu" futbol klubu yarandı. 1962-ci ildə Kəpəz "Neftçi"yə və Kiyev "Dinamo"suna qalib gələrək, ölkə kubokunun 1/4 final mərhələsinə çıxmışdı. Kəpəzin bu uğuru onun nüfuzunu SSRİ məkanında daha da artırdı.
Kəpəz TV