Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
1958 Livan Krizisi
1958 Livan böhranı — 1958 Livan böhranı Amerika Birləşmiş Ştatlarının bu ölkəyə hərbi müdaxiləsi ilə nəticələnən siyasi və dini gərginliyin səbəb olduğu siyasi böhran. Bu müdaxilə Prezident Kamil Chamounun kömək tələb etməsi ilə başlamış və prezidentin öz vəzifə səlahiyyətlərinə bitirməsinə qədər-3ay davam etmişdir. Amerika və Livan ordusu birlikdə Beyrut limanını və Beyrut Beynəlxalq hava limanını ələ keçirtmişdi. Böhran birdikdən sonra ABŞ ordusu ölkəni tərk etmişdir. == Tarixi == 1958-ci ilin iyulunda Livan Maronet xristianları ilə Müsəlmanlar arasında ola biləcək Vətəndaş müharibəsi ilə üz-üzə idi.1956-cı ilin əvvəllərində qərb yönümlü Xristian prezident Kamil Chamounun Süveyş böhranı zamanı Misirə hücum edən qərb dövlətləri ilə əlaqəsini kəsməməsi prezident Camal Əbdül Nasir başda olmaqla Misir xalqının qəzəbinə səbəb olmuşdu. Chamonun Bağdad paktına olan sadiqliyi isə vəziyyətin daha gərginləşməsinə səbəb olmuşdu. Prezident Nasir Bagdad paktını Ərəb millətinə qarşı təhlükə kimi dəyərləndirirdi. Chamonun etdiklərinə qarşılıq olaraq Misir və Suriya Birləşmiş Ərəb Respublikasını yaratdı. Livanın Sünni Baş naziri Rəşid Kərimi 1956 və 1958 hadisələrində Nasirin tərəfində idi. Bu vaxt Ölkənin müsəlman əhalisi Livanın Birləşmiş Ərəb Respublikasina qoşulmasına, xristian əhali isə ölkənin qərb dövlətləri ilə əlaqəsinin güclənməsinə çalışırdılar.
Kodori krizisi (2001)
2001-ci il Kodori krizisi Gürcüstanın Kodori dərəsində 2001-ci ilin oktyabrında gürcü (etnik çeçen döyüşçüləri tərəfindən dəstəklənən) və abxaz qüvvələri arasındakı qarşıdurma idi. Böhran ABŞ-nin Əfqanıstana eyni vaxtda hücum etməsinə yönəlmiş dünya mediası tərəfindən əhəmiyyətli dərəcədə diqqət görmədi. Döyüş ən az 40 nəfərin ölümü ilə nəticələndi.
Moji-das-Kruzis
Moji-das-Kruzis — Braziliyanın San-Paulu ştatında yer.
Krigia
Krigia (lat. Krigia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Kritius
Trixis
Trizin
Trizin (yun. Τροιζήν ή Τροιζήνα) — Yunanıstanda kənd. Dəniz səviyyəsindən 64 metr yüksəklikdə, Peloponnes yarımadasının Arqolida bölgəsinin cənub-şərq hissəsində, Qalatasdan 8 kilometr qərbdə, Metanadan 10 kilometr cənubda, Korinfdən 62 kilometr cənub-şərqdə və Afinanın cənub-qərbindən 63 kilometr məsafədə yerləşir. 2011-ci il siyahıyaalınmasına əsasən əhalinin sayı 673 nəfərdir. Attika periferiyasının Adalar periferiya vahidinin Triziniya-Metana icmasına daxildir. 1929-cu ilə qədər Damalas (Δαμαλάς) adlanırdı. Adı qədim Trezen (q.yun. Τροιζήν, lat. Troezen) şəhərinin şərəfinə dəyişdirildi. Qədim İoniya şəhəri Trezen Saronikos körfəzinin sahilindən təxminən üç kilometr məsafədə, müasir Trizin kəndi yaxınlığında yerləşirdi.
Xrizip
Xrizip (lat. Danais chrysippus) — Pulcuqqanadlılar fəsiləsinin nimfalidlər fəsiləsinə aid kəpənək növü. Qanadları açıq halda 66–88 mm-dir. Ön qanadın uzunluğu 33–43 mm-dir. Başı və döşü qara olub, parlaq dairəvi ağ ləkələrlədir. Ön qanadların zirvəsindən çoxsaylı ağ dairəvi ləkələrdən ibarət çəpinə enli zolaq keçir. Alt səthdə də anoloji naxış vardır, lakin ağ zolaqla qanadın zirvəsi arasında sarı və ya kərpici-sarı zolaq yerləşir. Qanadın qalan hissəsi şabalıdı-qəhvəyi rəngdədir. Arxa qanadlar dairəvi formada və kərpici-sarı rəngdədir. Dişi fərdin arxa qanadları üzrində 3, erkək fərddə isə 4 qara ləkə vardır.
İrimis
İrimis, Ərəmis — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. Dərəbas kəndinin yaxınlığında yerləşmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində kəndin Aramis, Yeremiz, Göranis kimi də adlandığı göstərilir. Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 1946-cı il qərarı ilə kənd ermənicə Artaşat adlandırılmışdır. Əsli Urumis. Urumis isə Rum (Bizans) toponimindən və qədim türk dillərində "s" cəm şəkilçisindən ibarətdir. Bax: Hərom və Xurma. Ola bilər toponim Ahuramazda adının təhrifidir. Bax:Aramaz, Armaz, Armus və Ərəmis.
Kozis
Kozis — alban hökmdarı Oroysun qardaşı və Qafqaz Albaniyası çarı. Qafqaz Albaniyasını tutmaq istəyən Pompeyin Roma legionlarına qarşı ikinci savaşda Kozis alban qoşunlarına başçılıq edirdi. Kozisin qoşunlarının romalılarla döyüşü e.ə. 65-ci ildə Kürün sol sahilindəki qollarından birinin sahilində baş vermişdir. Kozisin başçılıq etdiyi alban qoşunları 60 min piyada və 12 min süvaridən ibarət idi. Albanların süvari qüvvəsi güclü olduğu halda, romalıların əsas zərbə qüvvəsini yaxşı təlim görmüş intizamlı piyada qoşunu təşkil edirdi. Buna görə də döyüşün başlanmasınadək Pompey piyadalarını süvarilərin arxasında gizlətmişdi. Albanlar təkcə Roma süvariləri ilə savaşacaqlarını zənn etdiklərindən onlara hücuma keçdilər. Bu zaman Roma piyadaları döyüşə qoşuldular və amansız savaş başlandı. Antik müəlliflərin məlumatına görə, döyüşün qızğın çağında Kozis bir neçə alban döyüşçüsü ilə Roma legionerlərinin sırasını yarıb Pompeyin müşayiətçilərinədək çatdı.
Kızıl
Kızıl — Rusiya Federasiyasında yerləşən şəhər. Tıva Respublikasına daxildir.
Kilis
Kilis (türk. Kilis) — Türkiyənin Cənub-şərqi Anadolu regionunda yerləşən və Kilis ilinin mərkəzi olan şəhər. == Coğrafiyası == Kilis şəhəri Qaziantep şəhərindən 55 km, Türkiyə-Suriya sərhədindən 10 km məsafədədir. Şəhərin dəniz səviyyəsindən orta yüksəkliyi 680 metrdir. == Tarixi == Şəhərin tarixinin miladdan 3 min il əvvələ qədər getdiyi hesab olunur. Şəhər müxtəlif dövrlərdə aşşurlar, hetlər, əhəmənilər, romalılar, bizanslılar, məmlüklər və osmanlıların hakimiyyəti altında olmuşdur. 636-cı ildə xəlifə Ömər bin Xəttab tərəfindən xilafətin torpaqlarına qatılmış Kilis bu dövrdə Bizans İmperiyasına qarşı sərhəd məntəqəsi rolunu oynayırdı. Şəhər sonralar Məmlük idarəsində olmuş, 1516-cı ildə isə Mərcidabık döyüşü nəticəsində I Səlim tərəfindən Osmanlı ərazilərinə birləşdirilərək Hələb vilayətinə daxil edilmişdir. Birinci Dünya müharibəsindən sonra ingilislər, ardınca isə fransızlar tərəfindən işğal olunmuş Kilis 1921-ci ilin 7 dekabrında işğaldan azad edilərək Türkiyə Cümhuriyyətinin inzibati bölgəsinə çevrilmişdir. Kilis əvvəllər Qaziantep ilinin bir ilçəsi idi.
Krias
Krias (q.yun. Κρίασος) — qədim yunan mifologiyasında Arqosun oğlu, Arqos padşahı. Arqos padşahıdır.
Krisia Todorova
Krisia Marinova Todorova (Bolqarca: Крисия Маринова Тодорова; 1 iyun 2004, Varna) — Bolqarıstanlı müğənni və bəstəkar. Krisia Todorova İqnatov qardaşları ilə birgə Bolqarıstanı 2014 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Planet of the Children" mahnısı ilə təmsil etdi. Todorova həmin müsabiqəni ikinci yeridə başa vurdu, lakin mətbuatın səsverməsində birinci yerdə qərarlaşdı. Ertəsi il isə o, 2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Discover" mahnısını ifa etdi. Bununla yanaşı Krisia Todorova 2015-ci ildə Bolqarıstanın sosial inkişafında xidmətinə görə "NASO Qran-Pri" mükafatına layiq görülüb. == Həyatı == Krisia Todorova 1 iyun 2004-cü ildə Bolqarıstanın Varna şəhərində Marin Todorov və Angelina Popovanın ailəsində dünyaya gəlib. Krisianın Marina və Tifani adında iki bacısı var. Krisia birinci dəfə səhnəyə 3 yaşında Razqradda bayram tədbirlərinin birində çıxdı. Krisia Todorova musiqi ilə doğma şəhərində Svilena Deçevanın rəhbərliyi altında məşğul olmağa başladı. O, səhnədə birinci uğurunu "Разсмей Слави" layihəsində qalibi olaraq qazandı.
Krissi Moran
Krissi Moran (22 dekabr 1975, Ceksonvill, Florida) — ABŞ pornoaktrisası. == Həyatı == Krissi Moran 22 dekabr 1975-ci ildə ABŞ-nin Florida ştatında anadan olub. İlk dəfə 18 yaşında hamilə qalmış, lakin sevgilisi bunu istəmədiyi üçün abort etmişdir. Bu zaman dostları onu porno karyeraya həvəsləndirirlər. 1999-cu ildə ilk dəfə olaraq model karyerasına başlayır və bir sıra porqnorafik filmlərə çəkilir. 2006-cı ildə rəsmi olaraq pornoqrafik janrda çəkilən film sənətini tərk edir və normal janrda istehsal olunan filmlərə çəkilir. İsa Məsihin pak həyatını sevən Krissi Moran onun etdiyi səhvləri heç bir qadına arzulamadığını bildirir. Bu andan başlayaraq, Krissi Moran dostlarının pornoqrafik janrda çəkilən filmlərdən imtina etməsi üçün kilsədə dua edir.
Kritik infrastrukturlar
Kritik infrastrukturlar — 2001-ci ildə ABŞ-də qəbul edilmiş Vətənpərvərlik Qanununda "kritik infrastruktur" anlayışı aşağıdakı kritik infrastruktur sektorlarını və resurslarını əhatə edir: kimya sənayesi fövqəladə xidmətlər informasiya texnologiyaları; poçt; telekommunikasiya; nəqliyyat sistemləri (avtobus, təyyarə, gəmi, avtomobil sistemləri, dəmiryolu sistemləri və boru kəməri sistemləri daxil olmaqla). == Regional kritik infrastrukturun qorunması proqramları == Avropa Birliyi – kritik infrastrukturun qorunması üzrə Avropa Proqramı Komissiya tərəfindən hazırlanmışdır. Üzv Dövlətlər tərəfindən təkliflərə əsaslanan Avropa kritik infrastrukturların siyahısı təklif edilmişdir. Almaniya – alman kritik infrastrukturun qorunması proqramı Federal Daxili İşlər Nazirliyi tərəfindən koordinasiya edilir. Həmin proqrama Alman Federal İnformasiya Təhlükəsizliyi İdarəsi və ya Vətəndaş Müdafiəsi və Fəlakətə Yardım Federal İdarəsi kimi xüsusi qurumlarından bəziləri müvafiq məzmun verir, məsələn, İT sistemləri. Birləşmiş Krallıq – Böyük Britaniyada Milli İnfrastrukturun Müdafiəsi Mərkəzi Böyük Britaniyanın milli infrastrukturunu təşkil edən, terrorizm və digər təhlükələrə qarşı zəifliyini azaltmağa kömək edən müəssisələrə və təşkilatlara məlumat, personal və fiziki təhlükəsizlik məsləhətləri verir. Amerika Birləşmiş Ştatları – ABŞ 1996-cı ildən etibarən Kritik İnfrastruktur Müdafiə Proqramına malikdir. 2014-cü ildə NIST Cybersecurity Framework ilk dəfə nəşr edilib və tezliklə məşhur təlimat dəstinə çevrilmişdir. == Ədəbiyyat == İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
Kritik mach
Aerodinamikada, bir təyyarənin kritik Mach sürəti, qanadın kiçik bir hissəsi üzərindəki axının səs sürətinə çatdığı ən kiçik Mach sürətidir. Uçuşda olan bütün avianəqliyyat vasitələri üçün, nəqliyyat vasitəsinin ətrafında dövran edən havanın sürətinin artmasından və ya azalmasından, nəqliyyat vasitəsinin ətrafındakı hava axını nəqliyyat vasitəsinin hava sürəti ilə eyni deyildir. Kritik Mach sürətində, təyyarənin özü 1,0 Mach sürətindən daha az bir hava sürətinə malik olmasına baxmayaraq gövdə yaxınlığındakı bəzi bölgələrdə yerli hava axını səs sürətinə çatır. Bu vəziyyət zəif bir şok dalğası yaradır. Kritik Mach sayından yüksək sürətlərdə: Sürüklənmə əmsalı birdən-birə artaraq yüksək təsirli sürüklənməyə səbəb olar. Transonik və supersonik sürətlər üçün nəzərdə tutulmayan təyyarələrdə idarəetmə səthlərindəki hava axını nəqliyyat vasitəsinin idarəetməsində pozğunluqlara səbəb olar. Kritik Mach sayında uçmaq üçün dizayn edilməyən nəqliyyat vasitələrində, qanad və quyruq qanadı üstündəki axıntıda olan şok dalğaları qanaddakı hündürlüyü itirmək üçün kifayətdir. Kritik Mach sayındakı problemlərlə əlaqəli bu fenomen sıxışdırılma olaraq bilinir. Sıxışdırılma 1930-40-cı illərdə yüksək sürətli hərbi və eksperimental təyyarələrdə bir çox qəzaya səbəb olmuşdur. O vaxt bilinməsə də, sıxışdırılma səs divarı kimi tanınan fenomenin səbəbi idi.
Kırzas (Əbyəlil)
Kırzas kəndi (başq. Ҡырҙас) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Kırzas kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Kırzas kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 24 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk stansiyası): 72 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Kıyzış (Uçalı)
Kıyzış (başq. Ҡыйҙыш, rus. Кидыш) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Axun kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 32 km, kənd sovetliyindən (Axun): 7 km. ən yaxın dəmiryol stansiyasından (Uçalı stansiyası): 32 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (57%), başqırdlar (35%) üstünlük təşkil edir.
Prisis Ruiz
Cek Qriliş
Cek Qriliş (10 sentyabr 1995, Birminhem, Qərbi Mildlend[d]) — İngiltərə Premyer Liqasında çıxış edən Mançester Sitinin ingiltərəli futbolçusu.
Qerq Kriazi
Qerq Kiriazi (alb. Gjergj Qiriazi;1868, Bitola – 30 dekabr 1912, Bitola) — alban vətənpərvər, müəllif, pedaqoq, tərcüməçi, protestant, İncil təbliğatçısı, Monastir I Konqresinin təşkilatçısı (1908), Alban Milli Oyanışının fəalı. Qerq Kiriazi Osmanlı imperiyasının (indiki Şimali Makedoniya) Monastır (müasir Bitola) şəhərində anadan olub. O, ilk təhsilini də burada almışdır. Qardaşı Gerasim kimi də o, Bolqarıstanın Samokov şəhərindəki protestant İlahiyyat İnstitutunda təhsilinin davam etdirmişdir. Onun təhsili üçün maliyyə dəstəyini Aleksandr Tomson vermişdir. O, 1885-1889-cu illərdə təhsil aldığı məktəbdən, Bolqarıstan ordusuna məcburi çağırışdan yayınmaq üçün məzun olmadan uzaqlaşmalı, Bolqarıstanı tərk etməli olub. Salonikdəki Amerika İncil Cəmiyyətində, sonra isə Britaniya və Xarici İncil Cəmiyyətində çalışmışdır. Qardaşının ölümündən sonra Korçada ilk alban qızlar məktəbinə rəhbərlik etdi. 1908-ci ildə Monastırda Alban Başkimi klubunun prezidenti, sonra isə vitse-prezident olub.
Qyerq Kriazi
Qerq Kiriazi (alb. Gjergj Qiriazi;1868, Bitola – 30 dekabr 1912, Bitola) — alban vətənpərvər, müəllif, pedaqoq, tərcüməçi, protestant, İncil təbliğatçısı, Monastir I Konqresinin təşkilatçısı (1908), Alban Milli Oyanışının fəalı. Qerq Kiriazi Osmanlı imperiyasının (indiki Şimali Makedoniya) Monastır (müasir Bitola) şəhərində anadan olub. O, ilk təhsilini də burada almışdır. Qardaşı Gerasim kimi də o, Bolqarıstanın Samokov şəhərindəki protestant İlahiyyat İnstitutunda təhsilinin davam etdirmişdir. Onun təhsili üçün maliyyə dəstəyini Aleksandr Tomson vermişdir. O, 1885-1889-cu illərdə təhsil aldığı məktəbdən, Bolqarıstan ordusuna məcburi çağırışdan yayınmaq üçün məzun olmadan uzaqlaşmalı, Bolqarıstanı tərk etməli olub. Salonikdəki Amerika İncil Cəmiyyətində, sonra isə Britaniya və Xarici İncil Cəmiyyətində çalışmışdır. Qardaşının ölümündən sonra Korçada ilk alban qızlar məktəbinə rəhbərlik etdi. 1908-ci ildə Monastırda Alban Başkimi klubunun prezidenti, sonra isə vitse-prezident olub.
Kritik düşüncə
Tənqidi düşüncə və ya tənqidi təfəkkür — rasional, skeptik və qərəzsiz təhlil və qiymətləndirmənin tətbiqi ilə mühakimə yürütmək üçün mövcud faktların, sübutların, müşahidələrin və arqumentlərin təhlili. Tənqidi düşüncənin tətbiqi zehnin özünü idarə etmə, özünə intizam, özünə nəzarət və özünü islah etmə vərdişlərini əhatə edir. Beləliklə, tənqidi düşünən, tənqidi düşünmə bacarıqlarını tətbiq edən və ya onun fənləri üzrə təlim keçmiş və təhsil almış şəxsdir. Riçard V. Pol demişdir ki, tənqidi düşünən insanın zehni onun intellektual qabiliyyətləri və şəxsiyyət xüsusiyyətləri ilə məşğul olur. Tənqidi düşüncə ciddi mükəmməllik standartlarına razılıq verməyi və onlardan effektiv ünsiyyətdə və problemlərin həllində istifadəsinin şüurlu şəkildə mənimsənilməsini, eqosentrizm və sosiosentrizmi dəf etmək öhdəliyini nəzərdə tutur. == Tarixi == Qədim Yunanıstanın klassik dövründə (e.ə. V–IV əsrlər) filosof Platon (e.ə. 428–347) Sokratın (e.ə. 470–399) təlimlərinin tənqidi düşüncənin ən erkən qeydləri olduğunu bildirmişdir. Platonun ilk dialoqunda filosof Sokrat bir neçə natiqlə Sokratın həbsdən qaçmasının doğru və ya yanlış olması ilə bağlı etik məsələni müzakirə etmişdir.
Treffor-Küizia
Treffor-Küizia (fr. Treffort-Cuisiat) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Treffor-Küizia kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01426. Kommuna Paris şəhərinin 370 km cənub-şərqində, Lion şəhərindən 70 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 14 km şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 2204 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 1423 nəfər (15-64 yaş) arasında 1119 nəfər iqtisadi fəal, 304 nəfər hərəkətsiz (fəaliyyət göstərici 78.6%, 1999-cu ildə 76.6%) idi. Fəal 1119 sakindən 1041 nəfəri (561 kişi və 480 qadın), 78 nəfəri işsizdir (34 kişi və 44 qadın).