Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
DruGOY
DruGOY (rus. ДруGOY) – Filipp Kirkorovun sonuncu studia albomu. Albom promo versiyası 2010-cu ildə OK! jurnalına əlavə olaraq verilmişdir. Tam versiya 3 cd-dən ibarət olacaq və 2011-ci ilin aprel ayında çıxacağı gözlənilir. == OK ! ==
Ruqon
Ruqon (fr. Rougon, oks. Rogon) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Kastellan kantonuna daxildir. Kommunanın dairəsi — Kastellan. INSEE kodu — 04171. 2008-ci ildə əhalinin sayı 114 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 78 nəfər (15-64 yaş) arasında 37 nəfər iqtisadi fəal, 41 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 47.4%, 1999-cu ildə 66.0%). Fəal olan 37 nəfərdən 33 nəfəri (16 kişi və 17 qadın), 4 nəfər işsiz (2 kişi və 2 qadın) idi.
Arkadiy Kruqlov
Arkadi Konstantinoviç Kruqlov (4 sentyabr 1926 – 1998, Moskva) — rus mühəndisi, alim, SSRİ Dövlət mükafatı laureatı (1980). == Həyatı == 1926-cı il sentyabrın 4-də Smolensk vilayətinin Jornovski kənd Sovetinin Sıçevski rayonunun Rojevo kəndində kəndli ailəsində anadan olmuşdur. Atası — Konstantin Nikolaeviç Kruqlov (1897–1941?) Kotovski G.İ. süvarilərinin tərkibində vətəndaş müharibəsində döyüşmüşdür. Anası — Yevdakiya Andreyevna Kruqlova (doğularkən — Qromova), (1895–1989) qalan uşaqlar (Gennadiy, Zinaida, Mixail, İvan və daha ikisi) ilə, kəndin və onların rayonlarının bütün sakinləri kimi 1941-ci ildə Qərbi Belorus ərazisindəki həbs düşərgəsinə aparılmışdır. 1940-cı ildən (14 yaşından) fabrik-zavod məktəbinin — FZM-nin şagirdi olarkən Leninqradda Kirov zavodunda işləməyə başlamışdı. FZM üzrə ixtisası: modelçi. 1942-ci ildə o, həyat yolu ilə Böyük Rostova, oradan isə Luqanska evakuasiya edilmiş və burada orta məktəbi bitirmişdi. 1946–1951-ci illərdə V. İ. Ulyanov (Lenin) adına Leninqrad Elektrotexnika İnstitutunun xüsusi elektrofizika fakültəsində oxumuş, təhsilini bitirdikdən sonra 817 nömrəli zavoda göndərilmişdir. 1968-ci ildə Moskvada SSRİ Orta maşınqayırma nazirliyinin mərkəzi aparatına köçürülmüş, burada əvvəlcə elmi-texniki idarənin (ETİ) fizika-texniki şöbəsinin müdiri, elmi-texniki idarənin rəis müavini, sonra isə rəisi vəzifələrində çalışmışdır (1991-ci ilə qədər). 1972-ci ildə Xalq Təsərrüfatının İdarə edilməsi İnstitutunu bitirmişdir.
Dmitri Kruqlov
Dmitri Kruqlov (est. Dmitri Kruglov; doğ. 24 may 1984, Tapa, Estoniya SSR, SSRİ) — Estoniya futbolçusu, "Levadiya Tallin" klubunun və Estoniya milli futbol komandasının müdafiəçisi. == Həyatı == === Klub karyerası === Kqurlov karyerasının ilk illərini Estoniyanın "TJK-83 Tallin" "HÜJK Emmaste" "Tallin" və "Levadiya Tallin" komandalarında keçirib. 2005-ci ildə Moskvanın "Lokomotiv" klubuna keçib. 2006-cı ildə icarə əsasında Krasnodarın "Kuban" klubuna keçib, lakin burada əsas heyətdə möhkəmlənə bilməyib. O, klubun heyətində yeganə görüşünü Rusiya kubokunun 1/16 mərhələsi çərçivəsində "Krılya Sovetov" komandasına qarşı keçirib. 2007-ci ildə yenə də icarə əsasında Moskvanın "Torpedo" komandasına keçib. 2010-cu ildə icarə əsasında Bakının "Neftçi" komandasına keçib. Neftçinin heyətində 3 mövsüm keçirdikdən sonra Bakının başqa təmsilçisi "İnter"ə keçib.
Freddi Krüger
Frederik «Freddi» Çarlz Krüger (ing. Frederick «Freddy» Charles Krueger) — Qarağac küçəsində qarabasma film seriyaları üçün uydurulmuş obrazdır. Personajın müəllifi Ues Kreyvendir. == Həyatı == Freddi Krüger yuxu monyakıdır. Onun kəsici əlləri, qorxunc üzü və çirkli şlyapası vardır. Onun üzündən onlarla uşaq qətlə yetirilmişdir. Onun anası Amanda Krüger rahibə olan zaman monyaklar tərəfindən təcavüzə məruz qalır. Bir müddət keçdikdən sonra onun övladı dünyaya gəlir. Oğlunun adı Freddi Krüger olur. Freddi böyüdükcə qəddarlaşır.
Kreqor Zirk
Kreqor Zirk (d. 3 iyul 1999) — Estoniyalı üzgüçü. Kreqor Zirk Estoniyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Kreqor Zirk birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 51.00 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 56-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi. Sepp 7 dəfə uzun və 14 dəfə qısa məsafəyə üzgüçülük yarışları üzrə Estoniya çempionu olmuşdur. O, 22 Estoniya üzgüçülük rekordunun müəllifidir..
Kruzov adası
Kruzov adası (ing. Kruzov Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Ada 1804-cü ildə Yuri Lisyanski tərəfindən kəşf edilmişdir və rus admiralı Aleksandr Kruzun adını daşıyır. Baranov adasının qərbində, Sitka şəhəri ilə üzbəüz ərazidə yerləşir. Uzunluğu təxminən 37 km, eni isə 13 km-dir. Adanın sahəsi 433,7 km²-dir. Buda onu ABŞ-da 41-ci ən böyük ada edir. Kruzov adasının cənub ucunda konusunun hündürlüyü dəniz səviyyəsindən 976 m (adanın ən yüksək nöqtəsi) olan Eckom adlı sönmüş vulkan vardır. Daimi əhalisi yoxdur.
Lukas Krüger
Lukas Feliks Krüger (20 yanvar 2000-ci ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan RB Leypziq klubunda hücumçu kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Leypziq === Krüger Sankt-Pauli akademiyası vasitəsilə inkişaf etmişdir. Krüger öz peşəkar karyerasında debütünü 2 avqust 2018-ci ildə Allsvenskan təmsilçisi olan Hakken klubuna qarşı oyunda etmişdir. O, 70-ci dəqiqədə Mateus Kunyanı əvəz etmişdir. UEFA Avropa Liqasının təsnifat mərhələsi görüşündə Leypziq rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 2 avqust 2018 tarixində yenilənib 1UEFA Avropa Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Nectandra krugii
Nectandra krugii (lat. Nectandra krugii) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin nectandra cinsinə aid bitki növü.
Stiven Kruqer
Stiven Kruqer (ing. Steven Krueger) — Amerikalı aktyor. Coşua Rossa rolu ilə İlk Doğulmuşlar serialı və Devidson rolu ilə Qusebumps filmi ilə tanınır.
Sülli-Prüdom
Rene Sülli-Prüdom (fr. Sully-Prudhomme; əsl adı Rene Fransua Arman Prüdom, fr. René François Armand Prudhomme; 16 mart 1839[…], X arondisman (Paris) – 7 sentyabr 1907) — fransız şair, "Parnas" qrupunun üzvü, Ədəbiyyat üzrə Nobel mükafatının ilk laureatı (1901). Ədəbiyyat sahəsində ilk Nobel laureatı Rene Fransua Arman Prüdomun adı indi fransız ədəbiyyatı mütəxəssisləri istisna olunmaqla çox az adama məlumdur. O, Parisdə doğulmuşdu. İki yaşında atasını itirdiyindən əmisinin himayəsində böyümüşdü. İlk təhsilini Bonapart litseyində almışdı. Dəqiq elmlərə, xüsusən də riyaziyyata marağı böyük idi. Litseyi bitirdikdən sonra mühəndis ixtisasına yiyələnmək üçün məşhur Politexnik məktəbə daxil olmaq istəsə də, gözlərində yaranan problem buna imkan verməmişdi. Erkən gəncliyindən "həyat universitetləri" keçən Rene ilk poetik məcmuəsini – "Stanslar və şeirlər" kitabını 1865-ci ildə çap etdirmişdi.
Yoel Armuqom
Yoel Armuqom (5 iyun 1998-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Stad Malerbe Kann klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransalı futbolçudur. Armuqom 2016-cı ildə Sen-Deni klubundan ayrıldıqdan sonra Kann klubuna transfer olmuşdur. Armoqum peşəkar karyerasında debütünü 24 oktyabr 2017-ci ildə Liqa Kuboku görüşündə Loryan klubuna qarşı etmiş və komandası 1-0 hesabı ilə qalib gəlmişdir. O, Liqa 1-də debütünü 28 oktyabr 2017-ci ildə Troya klubuna qarşı oyunda etmiş və komandası 1-0 hesabı ilə qalib gəlmişdir.
İohann Krüger
İohann Krüger (alm. Johann Crüger‎; 9 aprel 1598[…], Quben[d], Brandenburq – 23 fevral 1662[…], Berlin) ― tanınmış Almaniya bəstəkarı və musiqişünas. O, bir çox məşhur himnlərin müəllifidir. O, serb mənşəli idi və xaç adı Yan Kriqar idi. Eyni zamanda o, "Praxis pietatis melica" adlı ən çox istifadə edilən 17-ci əsr lüteran himnləri toplusunun redaktoru idi. Krüger Qros Breesendə (indiki Quben şəhərinin bir hissəsi) aşxana sahibi Georq Krügerin ailəsində anadan olmuşdur. O, 1613-cü ilə qədər yaxınlıqdakı Latın məkətblərinin birində (o vaxtı Qubendə yerləşən) təhsil alırdı və həmin məktəbin tədris proqramına musiqi və mahnı da daxil idi. Daha sonra o, əlavə təhsil almaq üçün Sorau və Breslauya və nəhayət Regensburqa yollandı, orada o, Paulus Homberger (1560–1634) onun musiqi müəllimi olmuşdur. 1615-ci ildə Berlinə köçdü və orada "Berlinisches Gymnasium zum Grauen Kloster" məktəbində teologiya üzrə təhsil aldı. 1616-cı ildə fon Blumental ailəsində ev müəllimi olaraq işə götürüldü; onun şagirdləri arasında İoaxim Fridrix fon Blumental da yer alır.
Ocotea krugii
Nectandra krugii (lat. Nectandra krugii) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin nectandra cinsinə aid bitki növü.
Persicaria krugii
Persicaria lapathifolia (lat. Persicaria lapathifolia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin persicaria cinsinə aid bitki növü. Polygonum lapathifolium L. Polygonum persicaria var. lapathifolium (L.) Meisn.
Robinzon Kruzo
Robinzon Kruzo— Daniel Defonun 1719-cu ildə yazdığı romanı. Əsərdə adam yaşamayan adaya düşən insanın təbiət qüvvələrinə qarşı mübarizə əzmi, iradə möhkəmliyi, dözümlülüyü, yaradıcı əməyi təsvir edilir. O adada 28 il yaşayır və kömək ettiyi insanların köməyi ilə 28 il qaldığı adadan xilas olur. Roman bir çox dilə, o cümlədən 1909-cu ildə Abdulla Şaiq tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir. Roman 1958-ci ildə Bakıda "Robinzon Kruzonun həyatı" kimi də nəşr olunmuşdur. Bəzi iddialara görə Daniel Defo Aleksandr Selkirk adlı şotland bir dənizçinin Robinzon Kruzo adasında 4 il 4 ay tək və tənha yaşamasından təsirlənmiş və daha sonra bu əsəri yazmışdır. Robinzon Kruzo Daniel Defonun ən məşhur əsəridir. Robinzon Kruzo Qutenberq layihəsində.
Danninq-Krüger effekti
Danninq-Krüger effekti — ixtisas səviyyəsi aşağı olan insanların səhv nəticələr çıxarması, səhv qərarlar qəbul etməsi və eyni zamanda ixtisas səviyyəsinin aşağı olması səbəbindən səhvlərini dərk edə bilməməsini nəzərdə tutan metakoqnitiv təhrifdir. Nəticədə bu onların öz bacarıqları haqqında şişirdilmiş təsəvvürə gəlmələrinə səbəb olur. Onlardan fərqli olaraq, yüksək ixtisaslı insanlar, əksinə, öz bacarıqlarını kiçiltməyə meyillidirlər — öz güclərinə inamsızlıqdan əziyyət çəkirlər və digər insanları daha ixtisaslı hesab edirlər. Eyni zamanda, qabiliyyətlərinin digər insanlar tərəfindən də eyni şəkildə aşağı qiymətləndirildiyini düşünürlər. Beləliklə, az səriştəli insanlar öz qabiliyyətləri barədə daha yüksək, yüksək səriştələrə sahib olanlar isə daha aşağı qiymətləndirmə aparırlar. == Fərziyyə və eksperimental yoxlama == Bu fenomenin mövcudluğu barədə fərziyyə 1999-cu ildə Castin Krüger və Devid Danninq tərəfindən irəli sürülüb və Çarlz Darvinin "Əminlik bilikdən çox cəhalətdən yaranır" və Bertran Rasselin "Dövrümüzün xoşagəlməz xüsusiyyətlərindən biri odur ki, özünə arxayın olanlar axmaqdır, az da olsa təxəyyülü və anlayışı olanlar isə şübhə və qərarsızlıqla doludur.". Fərziyyəni yoxlamaq üçün Krüger və Danninq Kornell Universitetinin psixologiya kursunun tələbələrinin iştirakı ilə bir sıra eksperimentlər keçirmişdilər. Fərziyyəyə görə az səriştəli insanlar aşağıdakı ilə xarakterizə olunur: Öz bacarıqlarını həddindən artıq şişirdirlər; Başqalarının həqiqətən yüksək olan səviyyələrini adekvat qiymətləndirməyə qadir deyillər; Öz səriştəsizliklərinin dərinliyini dərk edə bilmirlər; Təlimlərdən sonra sahib olduqları səriştəsizliklərin fərqinə varsalar da, bunu düzəltmək üçün hər hansı addım atmırlar. Fərziyyəni təsdiq edən eksperimentin nəticələri 1999-cu ilin dekabrında "Şəxsiyyət və sosial psixologiya" jurnalında dərc olunmuşdur Bu araşdırmaya görə 2000-ci ildə müəlliflərə Şnobel mükafatı təqdim olunmuşdur. Oxşar araşdırmaların nəticələri 2003-cü və 2008-ci ildə dərc olunmuşdur.
Krutoy Loq (Əbyəlil)
Krutoy Loq kəndi (başq. Крутой Лог) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Həmid kənd sovetliyinə daxil olan kənd. == Əhali == == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 43 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk): 90 km, kənd sovetliyindən (Həmid): 18 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Simen Heqstad Krüger
Simen Heqstad Krüger (13 mart 1993) — Norveçli xizək yürüşçüsü. O, FİS Xizək Dünya Kubokunda iştirak etmişdir. Krüger Lin klubunun üzvüdür. O, Norveçi 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etmiş və qızıl medal əldə etmişdir.
Robinzon Kruzo adası
Robinzon Kruzo adası (isp. Isla Robinsón Crusoe) — Çilinin Xuan Fernandez adalarına daxil Sakit okeanın cənubunda, Cənubi Amerika sahillərinin 674 km qərbində yerləşən ada. Adanın adı Çili dövləti tərəfindən 1966-cı ildə dəyişdirilmişdir. Bu dövrə qədər Isla Más a Tierra (azərb. Sahilə daha yaxın olan ada‎) şəklində adlanan ada, bu ildən etibarən Robinzon Kruzo olaraq adlandırılmışdır. 1704-cü ildə etibarən Şotland dənizçisi Aleksandr Selkirk bu adada 4 il 4 ay boyunca tək və tənha yaşamışdır. Daniel Defonun məşhur Robinzon Kruzo əsərini Aleksandr Selkirkin başına gəlmiş bu hadisə əsasında yazdığı ehtimal olunur. Adada 500 nəfər əhalisi olan San Xuan Bautista adlı qəsəbə yerləşir. Demək olar ki, ada əhalisinin hamısı burada yaşayır. Yerli əhali dəniz xərçənginin ovlanması və turizm ilə gündəlik gəlirlərini əldə edirlər.
Robinzon Kruzo iqtisadiyyatı
Robinzon Kruzo iqtisadiyyatı (ing. Robinson Crusoe economy) — iqtisadiyyatda bəzi fundamental məsələləri daha dərindən tədqiq etmək üçün istifadə olunan sadə struktur. Burada bir istehlakçı, bir istehsalçı və iki əmtəənin formalaşdırdığı iqtisadiyyat təsəvvür edilir. "Robinzon Kruzo" başlığı, 1719-cu ildə Daniel Defo tərəfindən qələmə alınmış eyniadlı romanın adından götürülmüşdür. İqtisadiyyatdakı düşüncə eksperimenti kimi, bir çox beynəlxalq ticarət iqtisadçıları, sadələşdirilmiş və idealizə edilmiş bu fərziyyəni real dünyadakı mürəkkəb halları sadə formada izah etmək qabiliyyətinə sahib olması səbəbindən vacib hesab etməkdədir. Nəzərdə tutulan fərziyyə odur ki, bir agentin olduğunu iqtisadiyyatın təhlili, çoxsaylı iqtisadi agentlərin olduğu real dünya iqtisadiyyatının işləmə prinsiplərini öyrənmək üçün faydalı məlumatlar aşkara çıxarır. Bu anlayış mikroiqtisadiyyatın bir hissəsi kimi istehlakçı və istehsalçı davranışlarını, o cümlədən iqtisadi tarazlığın daha yaxından öyrənilməsi üçün münasibdir. Əslində, iqtisadiyyatın digər sahələrində də Robinzon Kruzo iqtisadiyyatı strukturu eyni məqsəd üçün istifadə olunur. Məsələn, dövlət maliyyəsində Robinzon Kruzo iqtisadiyyatı, ictimai əmtəələrin müxtəlif növlərini və həmçinin müştərək mənfəətlərin müəyyən xüsusiyyətlərini təhlil etmək məqsədi güdür. Artım iqtisadiyyatında isə bu, zəif inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrin qənaət və investisiya vasitələrindən istifadə edərək daha davamlı inkişaf yoluna qədəm qoyması məqsədilə artım modelləri təkmilləşdirmək üçün istifadə olunur.
2K11 Kruq
2K11 Kruq (Rusca: 2К11 «Круг», “dairə”; NATO kod adı: SA-4 Ganef) – Sovet istehsalı daşınabilən hava hücumundan müdafiə sistemidir.
Khmer-krom
Khmer-krom (khm. ខ្មែរក្រោម, vyet. Khơ Me Crộm) — Vyetnamda, Mekonq deltasında yaşayan xalq. Vyetnamda onlara "kho-me zıoy" (Khơ-me dưới), yəni "aşağı khmerlər" deyilir. 2006-cı il siyahıyaalınmasına görə, Vyetnamda 1,055,174 khmer-krom yaşayırdı. Mekonq deltasında khmerlər vyetnamlılardan sonra ikinci ən böyük etnik qrupdur. Çoxsaylı müstəqil ictimai təşkilatlar khmer-krom hüquqlarının Vyetnam hökuməti tərəfindən mütəmadi olaraq pozulduğunu bildirir. Khmer-kroma etnik və dini səbəblərdən ayrı-seçkilik edilir, onlar adlarını Vyetnam dilinə uyğun olaraq dəyişmək məcburiyyətində qalırlar və həm də Vyetnam dilində danışmağa məcbur edilirlər.
Krum xan
Qorxunc Krum xan (bolq. Крум Страшни; 755, Avar xaqanlığı – 13 aprel 814, Pliska) — Bulqar xanı. 803-814cü illərdə hakimiyyətdə olmuşdur. Onun dövründə mərkəzi hakimiyyət güclənmiş, qayda-qanun işlənib hazırlanmışdır. == İlk illəri == Krum xan hakimiyyətə gələndən sonra ilk işi Avar xaqanlığına qarşı hücuma keçmək oldu. Ölkənin ərazisi iki dəfə genişlənərək Bulqar dövləti Frankların qonşusu halına gəldi. == I Nikiforla münasibətlər == Krum xan işğalçılıq siyasəti yeridirdi. Buna görə 807-ci ildə, 809-cu ildə ardıcıl hücumlar edərək Sofiya şəhərini ələ keçirmişdi. 11 iyul 811-ci ildə I Nikiforla danışıqlara cəhd etsə də alınmadı, imperator tarixçi Mixailin sözləri ilə bu dərəcədə qəddar idi: Nikifor, Bizans imperatoru, Bulqarların torpağına getdi: Qalib gəldi və çoxunu öldürdü.Onların paytaxtına çatdı, ələ keçirdi və dağıtdı. Onun vəhşiliyi o dərəcəyə çatdı ki, kiçik uşaqları torpağa bərkidib başlarını daşla əzdirtdi.
Kruq ZRK
2K11 Kruq (Rusca: 2К11 «Круг», “dairə”; NATO kod adı: SA-4 Ganef) – Sovet istehsalı daşınabilən hava hücumundan müdafiə sistemidir.