Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Krişna
Krişna (sanskr. कृष्ण, kṛṣṇaIAST) — Hinduizmdəki Tanrı formalarından biri olan Vişnunun səkkizinci avatarası, ən məşhur hind tanrılarından biri kimi təsvir olunur. Monoteist ənənədə Krişnaizm bütün avatarların mənbəyi olan Tanrının ali və orijinal forması kimi qəbul edilir. Hinduistlərin müqəddəs mətnlərinə görə, eramızdan əvvəl dördüncü minilliyin sonunda Krişna Matura şəhərində anadan olandan sonra mənəvi dünyadan yer üzünə gəlmişdir.
Adrian Krişan
Adrian Krişan (7 may 1980) — Rumıniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Adrian Krişan Rumıniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Daha sonra Adrian Krişan Rumıniyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Adrian Krişan Rumıniyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Adrian Krişan Rumıniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin sahibi olub. Adrian Krişan Rumıniyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub.
Arisa Yaqi
Alissa Yaqi (八木 アリサ, Yaqi Arisa, 31 iyul 1995, Sapporo) və ya Arisa Yaqi – Yaponiya modeli və aktrisası. 2008-2012-ci illərdə "Nicola" jurnalının ekslüsiv modeli olmuşdur. 2012-ci ildən "Vivi" dəb jurnalının ekslüsiv modelidir. 2013-cü ildə "De ki, səni sevirəm" filmində Mequmi Kitaqava rolunda çıxış edərək aktrisa kimi debüt etmişdir. == İlk illəri == Alissa Yaqi 31 iyul 1995-ci ildə Yaponiyanın Hokkaydo prefekturasında anadan olmuşdur. Atası fransız, anası yapondur. İngilis və yapon dillərində səlis danışır, koreya və çin dillərini də öyrənib. == Karyerası == Yaqi Hokkaydoda qurulmuş Actors Studio agentliyi ilə əməkdaşlıq edərək Teardrops qız qrupunda debüt etsə də, 2006-cı ilin oktyabrında oranı tərk etmişdir. "Qızıl kompas" filminin yaponca dublajı üçün sınaqlara qatılmış və müsabiqənin finalçısı olmuşdur. Bu zaman "Nicola" jurnalı tərəfindən kəşf edilmişdir.
Har Krişan
Har Krişan - pənc. ਸ੍ਰੀ ਗੁਰੂ ਹਰਿ ਕ੍ਰਿਸ਼ਨ ਜੀ. (1556-1664). Siqhlərin səkkizinci qurusudur. yaşında ikən atası Quru Har Rayın vəfatından sonra quru elan edilmişdir. Az sonra Dehliyə köçmüş, səkkiz yaşında ikən burada vəfat etmişdir.
Krisia Todorova
Krisia Marinova Todorova (Bolqarca: Крисия Маринова Тодорова; d. 1 iyun 2004, Varna, Bolqarıstan) — Bolqarıstanlı müğənni və bəstəkar. Krisia Todorova İqnatov qardaşları ilə birgə Bolqarıstanı 2014 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Planet of the Children" mahnısı ilə təmsil etdi. Todorova həmin müsabiqəni ikinci yeridə başa vurdu, lakin mətbuatın səsverməsində birinci yerdə qərarlaşdı. Ertəsi il isə o, 2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Discover" mahnısını ifa etdi. Bununla yanaşı Krisia Todorova 2015-ci ildə Bolqarıstanın sosial inkişafında xidmətinə görə "NASO Qran-Pri" mükafatına layiq görülüb. == Həyatı == Krisia Todorova 1 iyun 2004-cü ildə Bolqarıstanın Varna şəhərində Marin Todorov və Angelina Popovanın ailəsində dünyaya gəlib. Krisianın Marina və Tifani adında iki bacısı var. Krisia birinci dəfə səhnəyə 3 yaşında Razqradda bayram tədbirlərinin birində çıxdı. Krisia Todorova musiqi ilə doğma şəhərində Svilena Deçevanın rəhbərliyi altında məşğul olmağa başladı.
Krista Sieqfrids
Krista Sieqfrids — 4 dekabr, 1985-ci ildə anadan olmuş Finlandiyalı müğənni. Krista Sieqfrids 2013 Avroviziya Mahnı Müsabiqəsində Finlandiyanı "Marry Me" mahnısı ilə təmsil edib.
Krista Volf
Krista Volf (alm. Christa Wolf‎) — Almaniya Demokratik Respublikasında yaşamış və sosializmi mənimsəmiş romançı, ədəbiyyat tənqidçisi, oçerkist. == Həyatı == Krista Volf 1949-cu ildə üzv olduğu Sovet tərəfdarı olan Sosialist Birlik Partiyasını və dövlətin tətbiq etdiyi təzyiqi tənqid etdi. 1989-1990-cı illərdə partiya üzvlüyündən ayrıldı. Jena və Laypziqdə ədəbiyyat təhsili gördü. 1993-ci ildə açıqlanan sənədlər 1959-1961 arasında Ştazi üçün müxbir olaraq çalışdığını göstərməkdədir. Almaniya Demokratik Respublikası dövründə dövlət rəhbərliyini açıq şəkildə tənqid etdiyi halda yazıçı Karl Marksın təlimlərinə bağlı qalmış və iki alman respublikasının birləşməsinə qarşı çıxmışdır. 1 dekabr 2011-ci ildə həyat yoldaşı, Qerhard Volf ilə yaşadığı Berlində vəfat etdi. == İstinadlar == == Xarici keçidlər == Christa Wolf: Biography at FemBio – Notable Women International The quest for Christa Wolf an interview with Hanns-Bruno Kammertöns and Stephan Lebert about private chats with Honecker, a German society in check mate, the influence of Goethe, the shortcomings of Brecht, and the lasting effects of Utopia at signandsight.com.
Kriva Palanka
Kriva Palanka — Şimali Makedoniyanın şərqində, Bolqarıstan sərhəddindən təxminən 5 km uzaqlıqda, Kriva Palanka bələdiyyəsinin mərkəzi olan şəhərdir. Əhalisi 14558 nəfərdir. Kriva Palanka şəhəri 21,000 əhalisi olan Kriva Palanka Bələdiyyəsinin ərazisində yerləşir.Şəhər respublikanın şimal-şərqində, Osogovo dağ silsiləsindən bir qədər uzaqda, Kriva çayının hər iki sahilində yerləşir. Şəhər Kumanovo şəhərindən 60 km, ölkənin paytaxtı Skopye şəhərindən isə 100 km məsafədə yerləşir. Çayın kənarında yerləşən şəhərin adı, Osmanlı İmperiyası dövründə "Eğri-Dərə" (əyri çay), sonralar isə "Eğri-Palanka" adlanıb. == Tarixi == Kriva Palanka ölkənin "ən gənc" şəhərlərindən biridir. Şəhər 1633-cü ildə Bayram Paşanın göstərişi ilə türklər tərəfindən qurulmuşdur. 20-ci əsrin əvvəllərində şəhərin çoxmillətli əhalisi var idi: 1900-cü ildə Vasil Kançevin "Makedoniya. Etnoqrafiya və statistika" kitabında şəhərdə 1,5 min xristian bolqar, 2,5 min türk, 20 Vlax və 320 qaraçı yaşadığı göstərilir. 1905-ci ildə şəhərin 1364 sakini Bolqar Ekzarxlığı kilsəsinin parishionları idi.
Birk Risa
Birk Risa (13 fevral 1998, Stavanqer[d]) — Bundesliqa təmsilçilərindən olan Köln klubunda müdafiəçi kimi çıxış edən peşəkar Norveçli futbolçudur. == Həyatı == Birk Risa 13 fevral 1998-ci ildə Norveçdə anadan olub. == Klub karyerası == === Köln === Risa Köln akademiyası vasitəsilə inkişaf etmişdir. Risa öz peşəkar karyerasında debütünü 10 dekabr 2017-ci ildə Frayburq klubuna qarşı oyunda etmişdir. O, 72-ci dəqiqədə Konstantin Rauşu əvəz etmişdir. Həmin görüşdə Köln liqa görüşündə rəqibinə 3-4 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 10 dekabr 2017 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Kisa hədisi
Ali-Əba və ya Kisa hədisi (ərəb. حديث الكساء‎) — Məhəmməd peyğəmbərin üstündə əbası olduğu halda əbanın altına Fatiməni, Əlini, Həsəni və Hüseyni alması və Əhzab surəsinin 33-cü ayəsini oxuması barəsindədir. == Sünni mənbələrində == Müsəlman, Sünnilərin ən mötəbər hesab etdikləri Səhihi-Müslim kitabında Peyğəmbərin zövcəsi Ayişədən nəql olunur: "Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi. Sonra Hüseyn gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Fatimə gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Əli gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Sonra peyğəmbər "Ey əhli-beyt!
Kris Braun
Kristofer Mauris Braun (d. 5 may 1989, Tappahannok, Virciniya) amerikan müğənni, reper, bəstəkar, rəqqas və aktyor. Kris ilk vaxtlar kilsə xorlarına və bir neçə yerli istedad proqramlarına qatılmışdır. 2004-cü ildə ilk albomu olan Chris Brown çıxmışdır. Ammika Harris ilə evliliyindən Aeko Catori Brown adlı oğlu var. Digər bir qızı isə Royalty Browndur.
Kris Cenner
Kris Cenner (5 noyabr 1955, San-Dieqo, Kaliforniya) — Amerikan iş qadınıdır. == Həyatı == Kris Cenner 1955-ci il noyabrın 5-də Kaliforniyada anadan olmuşdur.
Kris Evans
Kris Evans (aktyor) (d. 1981) — ABŞ aktyoru. Kris Evans (alim) (d. 1951) — Britaniya alimi.
Kris Frit
Kris Frit (ing. Chris Frith, tam adı — Kistofer Donald Frit ing. Christopher Donald Frith; 16 mart 1942[…], İngiltərə[…]) — İngilis nevroloq və neyropsixoloq. PhD, London Universitet Kolleci Neyrodiaqnostika Mərkəzində fəxri professor və Danimarka, Orhus Universitetinin qonağı professor. London Kral Cəmiyyətinin üzvü (2000), British Academy (2008), Amerika Elminin İnkişafı Dərnəyinin üzvü. Kembric Universitetində təbiət elmləri oxumuş, 1969-cu ildə eksperimental psixologiyada doktorluq dissertasiyasını müdafiə etmişdir. 2003-cü ildə Tibb üzrə İqnobel mükafatına layiq görülən məqalənin müəlliflərindən biri. Əsas elmi maraq insanın daha yüksək idrak funksiyalarının öyrənilməsində funksional neyro görüntülərin istifadəsidir. Zehni proseslərin öyrənilməsi üçün beyin taramasının istifadəsində öncüllərdən biridir. Xüsusilə autizm və şizofreniya xəstəliyi olan insanların düşüncə tərzini araşdırması ilə məşğul olduğu üçün məşhur idi.
Kris Hemsvort
Kris Hemsvort (11 avqust 1983, Melburn) — Avstraliya aktyoru. Daha çox "Thor" (2011) və "Qisasçılar" (2012) filmləri ilə tanınır. 2013-cü ildə, "Qisasçılar" və "Ağca və Ovçu" (2012) filmlərində oynadığı rollara görə "People’s Choice" mükafatını qazanmışdır.
Kris Hoy
Kris Hoy (ing. Chris Hoy; 23 mart 1976, Edinburq) — Britaniya avtoidmançısı və keçmiş cığır velosipedçisi. O, Böyük Britaniyanı Olimpiya oyunlarında və Dünya çempionatlarında və Şotlandiyanı İngilis Millətlər Birliyi Oyunlarında təmsil etmişdir. Hoy on bir qat dünya çempionu və altı qat olimpiya çempionudur. Cəmi yeddi olimpiya medalına sahibdir, bunlardan altısı qızıl, biri isə gümüşdür. Hoy indiyə qədərki ən çox Olimpiya titulu olan velosipedçidir. 2008 Yay Olimpiya Oyunlarındakı üç qızıl medalla Hoy Şotlandiyanı Olimpiya oyunlarında təmsil edən ən uğurlu idmançı adına yiyələnib. 1908-ci ildə Henri Taylorun qazandığı nəticədən bəri bir Olimpiya oyunlarında üç qızıl medal qazanan ilk Britaniya atleti olub. Həmçinin bütün dövrlərin ən uğurlu Olimpiya velosipedçisidir. 2012 Yay Olimpiya Oyunlarında sonuncu iki qızıl medal qazandıqdan sonra Hoy yeddi medalla Britaniya atletləri arasında ən çox medal qazanan idmançı oldu.
Kris Kasamasa
Kris Kasamasa (ing. Chris Casamassa; d. 17 yanvar 1963, ABŞ) — Amerikalı aktyor və döyüş sənətləri ustasıdır. == Həyatı == Kris Kasamasa 17 yanvar 1963–cü ildə Pensilvaniya ştatında anadan olmuşdur. Atası Luis Kasamasa karate müəlimidir. Atasının "Qırmızı Əjdaha" adlı məktəbi vardır. Kris 4 yaşında idmanla məşğul olur və sonda Qara kəmər qazanır. 1992–ci ildən etibarən idmandan ayrılmışdır. 1995–ci ildə Ölümcül döyüş filmində "Skorpion" personajı ilə məşhur olmuşdur.
Kris Kayl
== İstinadlar ==
Kris Kornell
Kris Kornell (ing. Chris Cornell; 20 iyul, 1964 – 18 may, 2017) — amerikalı musiqiçi, bəstəkar. "Audioslave", "Soundgarden" qruplarının vokalisti. == İlk illəri == Kris Kornell 20 iyul, 1964-cü ildə ABŞ-nin Vaşinqton ştatının Sietl şəhərində doğulub. Altı uşaqlı ailənin övladı olan Kris qonşusunun evindən tapdığı "Beatles" qrupunun mahnılarını dinlədikdən sonra musiqiyə həvəsi yaranmışdı. Məktəb illərində bir çox problemlərlə üzləşən Kris 12 yaşından etibarən alkoqol, marixuana, LSD kimi bir sıra zərərli maddələrdən istifadə etmiş və bu vərdişini musiqiyə başladığı 16 yaşına qədər davam etdirmişdi. 1980-ci illərdə "The Shemps" adlı qrupda iştirak etmiş, qrup dağıldıqdan sonra isə həmin qrupun bas gitaraçısı Hiro Yamamoto ilə oxumağa davam etdi. Bir müddət sonra onlara qrupun gitaraçısı Kim Tayil da qoşuldu. == Musiqi kariyerası == 1984–1997; 2010–2017: Soundgarden Soundgarden qrupu 1984-cü ildə Kornell, Yamamoto və Tayil tərəfindən qurulmuşdu. İlk olaraq qrupda Kornell həm barabançı, həm də mahnıları ifa edirdi.
Kris Martin
Christopher Anthony John", Chris" Martin (d. 2 Mart 1977, Exeter) — İngilis musiqiçi, Coldplay qrupunun solisti, eyni zamanda gitaristi və pianoçu. == Kariyerasının başlanğıcı == Chris Martin 2 mart 1977-ci ildə Exeter, Devon İngiltərə'də doğulmuşdur. Evin ən böyük övladıdır. Atası Anthony Martin təqaüdçü,anası Alisson Martin isə musiqi müəlliməsidir. Martin məktəb illərinə Hylton məktəbində başladı və sonra Exeter Katedral məktəbində davam etdi və bu məktəbdə oxuyarkən Nick Repton & Iwan Gronow ilə bir yerdə ilk qrupu olan The Rocking Honkies qrupunu yaratdı. İlk səhnəyə çıxdıqları zaman tamaşaçı tərəfindən bəyənilmədi. Exeter Katedral məktəbindən sonra Martin Sherborne məktəbinə getdi və orda gələcəkdə Coldplay'in meneceri olacaq Phil Harveynən tanış oldu. Martin təhsilinə University College London'da davam edib Ancient World Studies'i oxuduğu Ramsey Hall'da qalaraq yunan və latın dilindən ən yüksək dərəcədə məzun oldu. Burda Coldplay'də bir yerdə ifa edəcəyi dostları Jonny Buckland, Will Champion və Guy Berryman ilə tanış oldu.
Kris Norman
Kris Norman (25 oktyabr 1950) — Böyük Britaniya ifaçısıdır. 1980-ci illərdə bir sıra sinqlları ilə məşhurluq qazanmışdır. 1986-cı ildə Alman prodüseri və ifaçısı Diter Bolen tərəfindən yazılan "Midnight Lady" mahnısı ölkələrdə ən yüksək zirvədə parlayırdı. == Albomlar == 2011: Time Traveller 2009: Live-DVD und CD Chris Norman The Hits! (Liveauftritt Tempotrom Berlin April 2009) 2009: The Hits!From His Smokie And Solo Years (Doppel-CD incl.
Kris Payn
Kris Payn(ing. Christopher Whitelaw Pine; d. 26 avqust 1980, Los-Anceles, ABŞ) — Amerikalı aktyor.
Kris Prett
Kris Prett(ing. Christopher Michael Pratt , 21 iyun 1979, Los-Anceles, ABŞ) — Amerika aktyoru.
Kris Sfiris
Kris Sfiris — (tam adı: ing. Chris Spheeris; d.1956 8 iyun; ABŞ, Viskonsin ştatı, Milvoki şəhəri) amerikalı bəstəkar, New-age üslubunda yunan mənşəli multi-instrumentalist. Kris Sfiris yeniyetmə yaşından gitara üçün musiqi və mahnı yazmağa başlamışdır. O, bənzərsiz musiqi üslubu yaratmış və New-age musiqi üslubunun əfsanəsi sayılır. Vangelis, Kitaro, Karunesh, Era, Enia kimi musiqiçi və kollektivlər ilə bir sırada dayanır. == Ailəsi == Kris Sfiris 1956-cı ilin iyunun 8-də ABŞ-nin Viskonsin ştatının Milvoki şəhərində anadan olmuşdur. K.Sfirisin ailəsi sirk şousu "Magic Empire Shows"nu idarə edirdi. Sfirisin doğma əmisi sirkə rəhbərlik etmiş və orada pəhləvan kimi çıxış etmişdir. Əmisinin həyat yoldaşı sirkdə bilet satan idi. Sfirisin əmisi oğlu Cimmi Sfiris (Jimmie Spheeris), 70-ci illərdə caz-rok və yeni dalğa janrında işləyən, məşhur müğənni və musiqiçi idi.
Kris Smollinq
Kristofer Lloyd "Kris" Smollinq (d. 22 noyabr 1989, Qrinviç) ingilis futbolçudur. Hal-hazırda Mançester Yunayted FK klubunun formasını geyinir. == Karyerası == === Klub karyerası === 2007-ci ildə Meydston Yunayted FK klubunda peşəkar olan Smollinq karyerasındakı ilk matçına 11 dekabr 2007 tarixində 1–1 nəticələnən matçda Harlou Taun FK qarşısında çıxdı və stadionda 90 dəqiqə qaldı. İlk qolunu isə 24 mart 2008 tarixində 4–2 qazandıqları matçda İst Tarrok Yunayted FK qarşısında atdı. Smollinq iyun 2008 tarixində Fulhem FK-ya 10 bin £ qarşılığında transfer oldu. Fulhem forması altındakı ilk matçına 24 may 2009 tarixində 2–0 məğlub olduqları matçda Everton FK qarşısında çıxdı. Avropa kuboklarındakı ilk matçına 17 sentyabr 2009 tarixində 1–1 bitən matçda CSKA Sofia qarşısında çıxdı. Ancaq Fulhem formasıyla qolu yoxdur. Smollinq 27 yanvar 2010 tarixində Mançester Yunayted FK klubuna transfer oldu.