Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kubok
Kubok— ilk dövrlərdə şərab içilməsi üçüm istifadə edilən qab. Metaldan hazırlanırdı, bəzən sümükdən, şüşədən də hazırlanırdı. Orta əsrlərdə cəngavər döyüşlərindən sonra qalib şəxsə kubok işərisində şərab verilirdi. XIX əsrin ortalarından isə idman yarışlarında hədiyyə kimi verilməyə başlandı.
Kubik Rubik
Rubik kubu (danışıq variantı Kubik Rubik, ilk vaxtlar Sehrli kub kimi tanınırdı) — daha kiçik ölçülü 27 kubdan ibarət, xaricdən görünməyən oxlar ətrafında fırlana bilən plastmas kub. Hər bir tərəfdəki 9 kvadrat 6 rəngdən biri ilə boyanır. Adətən qarşı-qarşıya dayanan rənglər: ağ-sarı, göy-yaşıl, qırmızı-narıncı olur. Ümumilikdə 54 rəngli kvadratdan ibarətdir. Kubun tərəflərinin döngəsi rəngli kvadratları müxtəlif üsullarla düzməyə imkan yaradır. Oyunçunun vəzifəsi kubun tərəflərini fırladarkən onu elə bir vəziyyətə qaytarmaqdır ki, hər bir tərəf eyni rəngli kvadratlardan ibarət olsun. == Tarixi == Rubik kubu 1974-cü ildə macar heykəltəraşı və arxitektura müəllimi Ernö Rubik tərəfindən ixtira edilmiş mexaniki tapmacadır. 1975-ci ildə HU170062 nömrəli Macar patentini alan Rubik beynəlxalq patent üçün müraciət etməyib. 1977-ci ilin sonunda ilk yoxlama istehsalı edilmiş və Budapeştdəki oyuncaq mağazalarına paylanılmışdır. Bu gün Rubik kubu və Ernö Rubikin digər tapmacalarının hüquqları Ernö Rubikin dostu – Tom Kremerin artıq 40 ildir ki, sahib olduğu Seven Towns Ltd.
Qitələrarası Kubok (futbol)
Qitələrarası Kubok — Avropa və Cənubi Amerikanın ən güclü klublarının iştirak etdiyi yarış. 1960-cı ildə – Avropa Çempionları Kuboku turniri artıq ən populyar turnir olanda UEFA-nın baş katibi Avropanın və Cənubi Amerika (futbolda ən böyük inkişafı olan qitələr) nın ən güclü klubları arasında matç keçirmək ideyasını təklif edir. Məhz onun KONMEBOL-a (Cənubi Amerika Futbol Federasiyasına) məktubundan sonra Libertadores Kubokunun birinci turnirini də təşkil edirlər. Birinci turnirdə Montevideonun məşhur "Penyarol" klubu qalib gəlir. Həmin 1960-cı ildə daha iki matç keçirilir: Madridin məşhur "Real" klubu ilə "Penyarol" klubu arasında. İki görüşün nəticəsinə görə uruqvaylılara üstün gələn "Real" (5:1 öz meydanında və 0:0 rəqib meydanında) klublar arasında dünyanın birinci qeyri-rəsmi çempionu olur. Maraqlıdır ki, turnirin birinci qolunu elə birinci dəqiqədə Ferents Puşkaş (Macarıstan) vurmuşdur. Avropalıların birinci qələbəsində sonra amerikalılar cəsarətlə işə girişdilər və artıq bir neçə qələbədən sonra xeyli irəli çıxdılar. Ola bilsin ki, məhz buna görə 70-ci illərin sonuna yaxın Avropa klubları bu turnirə marağı itirdilər. Onda yaponlar, daha doğrusu, məşhur "Toyota" avtomobil konserninin nümayəndələri işə qarışdılar.
Amerika Kuboku
Amerika Kuboku (isp. Copa América) — CONMEBOL tərəfindən təşkil olununan futbol turniri.
Emirates kuboku
Emirates kuboku - 2007-ci ildən bəri hər il Arsenal FK-nın təşkilatçılığı ilə keçirilən turnir. 4 klubun iştirakı ilə qrup sistemi ilə keçirilir. Turniri ESPN kanalı yayımlayır. Kubokun son qalibi İspaniyanın Valensiya klubudur. Turnirin digər qalibləri arasında Arsenal (3), Hamburq (1), Nyu York Red Buls (1) və Qalatasaray (1) klubları da var. == Qaydalar == Turnirin reqamentinə görə komandalar öz aralarında 1 dəfə olmaqla oyun keçirirlər. Qalibiyyət 3 xal, heç-heçə 1 xal, məğlubiyyət 0 xal ilə qiymətləndirilir. Həmçinin hücum futbolunu sərgiləmək üçün hər qola görə 1 xal verilir. Əgər 2 komandanın xalları və top fərqi bərabərdirdə bu zaman onların turnir boyunca qapıya endirdikləri zərbələrin sayı müəyyən olunur.
FA Kuboku
The Football Association Challenge Cup və yaxud FA Kuboku. İngiltərə'də hər il İngiltərə Futbol Federasiyası tərəfindən təşkil olunan turnir. 1871-ci ildə yaradılan FA Kuboku dünyadakı ilk futbol turniridir. Kuboku ən çox hərəyə 12 dəfə Arsenal və Mançester Yunayted klubları qazanıblar. == Tarixi == 1871-ci ildə yaradılan turnir dünyanın ən yaşlı futbol turniridir. İngiltərə ilə yanaşı bəzi Uels klublarıda turnirin iştirakçılarındandırlar. I-ci Dünya Müharibəsi (1915–1919) və II-ci Dünya Müharibəsi (1939–1945) illərində fasilə verilən turnir, digər bütün illərdə təşkil olunmuşdur. 42 fərqli komandanın qazandıqı turnirin ilk qalibi Uonderers klubudur. Turnir finala kimi tək oyunluq ələmə sistemi ilə irəliləyir. Oyun bərabərə bitərsə qonaq komandanın meydançasında ikinci bir oyun təşkil olunur və 90 dəqiqənin sonunda qalib müəyyənləşməsə 15 dəqiqəlik iki əlavə hissə oynanılır.
Feliks Aubök
Feliks Aubök (19 dekabr 1996) — Avstriyalı üzgüçü. Feliks Aubök Avstriyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Feliks Aubök birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:36.24 saniyəlik nəticəsi ilə 42-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Konfederasiyalar kuboku
FİFA Konfederasiyalar Kuboku (ing. FIFA Confederations Cup) — Hər 4 ildən bir FİFA tərəfindən təşkil olunan beynəlxalq futbol turniri. == Tarixi == 1992 və 1995-ci ildə keçirilmiş ilk iki kubok Kral Fəhd Kuboku adı ilə təşkil olunmuş, 1997-ci ildəki 3-cü turnirdən etibarən FİFA tərəfindən tanınmış və turnirin adı FİFA Konfederasiyalar Kuboku olaraq dəyişdirilmişdir.
Konstruktorlar Kuboku
Konstruktorlar Kuboku Formula-1 (ing. World Constructors' Championship (WCC)) — konstruktorlar üçün əsas mükafatdır. Qalib, Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən mövsüm boyunca Formula 1 Qran-pridə bal hesablama sistemi əsasında müəyyən edilir. İlk dəfə Konstruktor Çempionatı 1958-ci ildə konstruktor Vanwall layiq görülmüşdür. 2018 mövsümünün sonunda Konstruktor Çempionatı 15 fərqli konstruktor tərəfindən qazanıldı. Ferrari ən çox zəfərlər - 16 titul, 6 ardıcıllıq daxildir (1999—2004). == Mövsümlə == == İstinadlar == == Konstruktorlar ilə == == Milliyətcə == == Mühərrik == 2019 mövsümünün Formula 1 çempionatında istifadə olunan motorlar qalın şriftlə vurğulanıb. 2019 mövsümünün Formula 1 çempionatına qatılan komandalar kursivlə vurğulanıb.
Koraç kuboku
Koraç kuboku - FİBA-nın rəhbərliyi ilə 1972-2002-ci illərdə keçirilmiş Avropanın kişi basketbol klublarının turniri. Nüfuzuna görə Avropada "Avropa çempionlar kuboku" (sonralar basketbol üzrə "Avroliqa" kuboku) və "Kubok çempionlarının kuboku" (sonralar Saporta kuboku) turnirlərindən sonra üçüncü yeri tuturdu. Turnir Sarayevo yaxınlığında avtomobil qəzasında həlak olmuş əfsanəvi Yuqoslav oyunçusu Radivoy Koraçın şərəfinə adlandırılmışdır. 2002-ci ildə bu turnir Saporta Kuboku adlandırılmış Avropa turniri ilə birləşdirildikdən sonra Avropa kuboku turniri kimi tanınmışdır. 2003-cü ildən bu yarış Serbiyada və Çernoqoriyada Padivoy Koraç turniri, ölkə parçalandıqdan sonra isə Serbiya kuboku adlandırılmışdır. == Qaliblər == == Xarici keçid == "Winners of FIBA Korac Cup (from 1971/72 to 2001/02)" (ingilis). bravepages.com. 2009-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-28.
Koraça kuboku
Koraç kuboku - FİBA-nın rəhbərliyi ilə 1972-2002-ci illərdə keçirilmiş Avropanın kişi basketbol klublarının turniri. Nüfuzuna görə Avropada "Avropa çempionlar kuboku" (sonralar basketbol üzrə "Avroliqa" kuboku) və "Kubok çempionlarının kuboku" (sonralar Saporta kuboku) turnirlərindən sonra üçüncü yeri tuturdu. Turnir Sarayevo yaxınlığında avtomobil qəzasında həlak olmuş əfsanəvi Yuqoslav oyunçusu Radivoy Koraçın şərəfinə adlandırılmışdır. 2002-ci ildə bu turnir Saporta Kuboku adlandırılmış Avropa turniri ilə birləşdirildikdən sonra Avropa kuboku turniri kimi tanınmışdır. 2003-cü ildən bu yarış Serbiyada və Çernoqoriyada Padivoy Koraç turniri, ölkə parçalandıqdan sonra isə Serbiya kuboku adlandırılmışdır. == Qaliblər == == Xarici keçid == "Winners of FIBA Korac Cup (from 1971/72 to 2001/02)" (ingilis). bravepages.com. 2009-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-28.
Kubik funksiya
Cəbrdə kubik funksiya f ( x ) = a x 3 + b x 2 + c x + d , {\displaystyle f(x)=ax^{3}+bx^{2}+cx+d,\,} f ( x ) = 0 {\displaystyle f(x)=0} olarsa, kubik funksiya a x 3 + b x 2 + c x + d = 0. {\displaystyle ax^{3}+bx^{2}+cx+d=0.\,} Bu tənliyin həlləri f ( x ) {\displaystyle f(x)} çoxhədlisinin kökləri adlanır Əgər a , b , c {\displaystyle a,b,c} və d {\displaystyle d} sabitləri həqiqi ədədlərdirsə, o zaman bu tənliyin ən azı bir həqiqi kökü vardır (Bu, bütün tək dərəcəli çoxhədlilər üçün doğrudur). Kubik funksiyanın bütün kökləri cəbri yolla tapıla bilər. Köklər həmçinin triqonometrik yolla da tapıla bilər. Alternativ olaraq köklər Nyuton metodunun köməyi ilə də tapıla bilər. Sabitlər kompleks ədəd olmaya da bilər. Həllərin sabitin aid olduğu sahəyə aid olması vacib deyil. Məsələn sabitləri rasional ədədlər olan kubik funksiyaların kökləri irrasional hətta həqiqi olmayan kompleks ədələr də ola bilər. == Kub funksiyanın böhran nöqtələri və bükülmə nöqtəsi == Funksiyanın böhran (kritik) nöqtələri x`in elə qiymətləridir ki orada funksiyanın toxunanı 0`dır. f(x) = ax3 + bx2 + cx + d funksiyasının böhran nöqtələri x`in elə qiymətində təyin olunur ki, o qiymətdə funksiyanın birinci törəməsi 0 olsun: 3 a x 2 + 2 b x + c = 0.
Kubik sinqoniya
Kubik sinqoniya — ali kateqoriyalı kristalloqrafik sinqoniya. Bir-birinə perpendikulyar və eyni ölçü vahidinə malik üç kristalloqrafik oxla səciyyələnir (α=β=γ=90°, α=b=c). Kubik sinqoniya kristallarında məchul həndəsi sabit yoxdur. Kubik sinqoniya kristallarının fəza şəbəkəsində elementar özək kubdur. 5 sinfi var. Bunların hər birində 4 üçlük simmetriya oxunun (4L³) iştirakı zəruridir. Kubik sinqoniya kristalları elektrik və istilikkeçirmələrinə, həmçinin optik xassələrinə görə izotropdur. == Həmçinin bax == Polidimit == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006. Кубик сингонија // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә].
Kuboklar Kuboku
UEFA Kuboklar Kuboku və ya UEFA Kubok qalibləri kuboku (ing. UEFA Cup Winners Cup)— UEFA üzvü olan ölkələrin milli kubok turnirlərin qaliblərinin iştirak etdiyi Avropa futbol kubok turniri. İlk dəfə 1960/61 mövsümündə, sonuncu dəfə isə 1998/99 mövsümündə keçirilmişdi. Yarış ləğv olundu, ölkə kuboklarında qalib gələn klublar isə əhəmiyyətinə görə ikinci avropa klub futbol turniri UEFA Kubokunda (2009/10 mövsümündə turnirin adı UEFA Avropa Liqasına dəyişdi) iştirak etmək hüququnu qazandılar. 1972-ci ildən turnirin qalibi UEFA Superkuboku uğrunda Avropa çempionlar kubokunun (indiki UEFA çempionlar Liqası) qalibi ilə oynamaq hüququnu qazandı. Yarışın 1999-cu ildə ləğvindən sonra Superkubokun talehi Çempionlar Liqası və UEFA Kubokunun (indiki UEFA Avropa Liqası) qalibi arasında həll olunur. 1994-cu ilə qədər yarış "Avropa kuboklarının sahibləri Kuboku" (ing. European Cup Winners Cup) adlanırdı, 1994/95 mövsümündən UEFA turnirin adını "UEFA kuboklar sahibləri Kuboku" qoydu. Kubokun ilk qalibi 1961-ci ildə İtaliyanın "Fiorentina" klubu oldu, sonuncusu isə 1999-cu ildə Romanın "Latsio" klubu oldu. == Tarixi == Bu turnir öz ölkəsinin kubokunu almış UEFA üzvü olan ölkələrin komandaları arasında ilk dəfə 1960/1961 mövsümündə, sonuncu dəfə isə 1998/1999 keçirilmişdir.
Kübək (Uçalı)
Kübək (başq. Көбәк, rus. Кубяково) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Kunakbay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 30 km, kənd sovetliyindən (Kunakbay): 22 km. ən yaxın dəmiryol stansiyasından (Uçalı stansiyası): 42 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Latın Kuboku
Latın Kuboku — 1949–1957-ci illərdə futbol üzrə Fransa, İspaniya, İtaliya və Portuqaliya çempionları arasında keçirilmiş futbol çempionatı.
Libertadores Kuboku
Avropanın ən yaxşı futbol klubu Çempionlar Liqasında müəyyən edildiyi kimi Cənubi Amerikanın ən güclü komandası Libertadores Kuboku uğrunda yarışlarda məlum olur. Bu rəsmi olaraq "Kopa Libertadores de Amerika" – Amerikanı Azad edənlər Kuboku adlanır. == Tarixi == Libertadores Kuboku uğrunda birinci yarışlar 1960-cı ildə keçirilmişdir. Maraqlıdır ki, onun təşkilatçıları birinci turniri 1956-cı ildə başa çatmış Avropa Çempionları Kubokunun ən yaxşı cəhətlərini götürməyə çalışıblar. 1988-ci ilə qədər Libertadores Kubokunda bir qayda vardı: əgər finallarda rəqiblərin hər ikisi hərəyə bir qələbə qazanırdılarsa, onda hesabdan asılı olmayaraq onlar əlavə — üçüncü oyunu keçirmirdilər. Lakin sonra təşkilatçılar çempionu normal üsulla müəyyən etməyi qərara aldılar: finalda qələbələr bərabər olanda vurulan toplar nəzərə alınırdı, onlar da bərabər olanda matçdan sonra penaltilər vurulurdu.
Liqa Kuboku
İspaniya Liqa Kuboku — 1982-ci ildə qurulub.
Mitropa kuboku
Mitropa Kuboku (ing. Mitropa Cup, fr. Coupe de l'Europe Centrale ) Avropanın ilk böyük futbol turnirlərindən biridir. Kubokun keçirilməsi fikri ilk dəfə 1927 -ci ildə Venesiyadakı bir görüşdə təklif edilir. Kubokun ilk matçları 14 Avqust 1927-də baş tutur. Turnirdə Mərkəzi Avropanın ən yaxşı klubları iştirak edir. Əvvəlcə kuboka Macarıstan, Avstriya, Çexoslovakiya və Yuqoslaviyadan iki komanda qatılır, ilk qalib Sparta Praqa olur. 1929 -cu ildə Yuqoslaviya komandaları əvəzinə kubokda İtaliyanın nümayəndələri iştirak etməyə başlayır. 1934 -cü ildə iştirakçıların sayı hər ölkədən dörd komandaya qədər artırılır. Daha sonra digər ölkələrdən klublar dəvət edilməyə başlayır.
Mussolini Kuboku
Mussolini Kuboku (it. Coppa Mussolini) - İtaliya krallığında (1861-1946) 1934-1942-ci illərdə "Ən yaxşı İtalyan filmi və "Ən yaxşı Xarici film" kateqoriyası üzrə təqdim edilən mükafatdır. Mükafatın təqdim edilməsi ilk dəfə Venesiyada baş tutmuşdur.
Portuqaliya Kuboku
Portuqaliya Kuboku (port. Taça de Portugal) — 1938-ci ildən təşkil olunan yarışdır.
Reyder kuboku
Reyder kuboku — Avropa və ABŞ-də iki ildə bir kişilər arasında keçirilən qolf turniridir. Kubok adını ingilis biznesmen Samuel Reyderdən götürüb.
SSRİ Kuboku
Futbol üzrə SSRİ Kuboku — 1936–1992-ci illərdə SSRİ-də keçirilmiş futbol yarışı. SSRİ çempionatı ilə yanaşı, Sovet İttifaqının əsas turnirlərindən biri. Ümumilikdə 51 dəfə keçirilib. Ən titullu komanda Moskva "Spartak"ıdır — komanda 10 dəfə kuboku qazanıb.
Türkiyə Kuboku
Ziraat Türkiyə Kuboku — Türkiyə Futbol Federasiyası 1961-ci ildən başlayan UEFA Kuboklar Kubokunda Türkiyəni təmsil etmək məqsədilə 1962–1963 mövsümündə Türkiyə Çempionatının bütün dəstələrində yer alan 66 komandanın iştirakı ilə ilk Türkiyə Kubokunu təşkil etmişdir. Turnir 1980–1981 mövsümündən Federasiya Kuboku adı ilə təşkil edilmişdir. 1992–1993 mövsümündən etibarən isə Türkiyə Kuboku adı bərpa olunmuşdur. Qalatasaray 18 dəfə bu kuboku qazanaraq ən çox Türkiyə Kubokunun sahibi ünvanını qazanmışdır. 2009-cu ildən etibarən kubokun adı "Ziraat Türkiyə Kuboku" olmuşdur. Qeyd: Altay oyuna çıxmadığı üçün Qalatasaray texniki qələbə qazandı. Püşk ilə Altay qələbə qazandı.
Yarmarkalar Kuboku
1971-ci ildən UEFA Kuboku ilə əvəzlənmiş bu turnir ilk final oyunu 1958-ci ildə keçirilsə də turnirə 1955-ci ildə start verilmişdir. Bütün finallar aşağıdakı kimidir: 1955/58 "Barselona" (İspaniya) — "London-XI" (İngiltərə). 6:0. "London-XI" (İngiltərə) — "Barselona" (İspaniya). 2:2. 1958/60 "Barselona" (İspaniya) — "Birmingem" (İngiltərə). 4:1. "Birmingem" (İngiltərə) — "Barselona" (İspaniya). 0:0. 1960/61 "Roma" (İtaliya) — "Birmingem" (İngiltərə).