KEÇİCİ

sif.
1. Hər hansı bir yarışda və s.-də yeni qaliblərə, birincilik qazananlara verilən. Keçici kubok.
– O kimdir külüngü dağ kimi vurur? Keçici bayraq da yanında durur? S.Vurğun.
Görünür qabaqda keçici bayraq; Onun yarış adlı şüarı vardır. H.Arif.

2. Müvəqqəti, ötəri. Keçici yağış. Keçici sevinc. Keçici həvəs.
– Bu qara gün keçicidir, bir gün bitər, inləmə; Bağçamızda sarı bülbül yenə ötər, inləmə. A.İldırım.
[Bəxtiyar:] Yox, Cəlal, bu qədər hissə qapılmaq; Gəncliyin keçici hissidir, ancaq. S.Vurğun.

3. Bir neçə il davam edən, keçən ildən qalan, gələn ilə qalan. Keçici mövzu. Keçici məbləğ.
4. Yoluxucu, yoluxan, keçən. Keçici xəstəlik.

Синонимы

  • KEÇİCİ keçici bax 1. yoluxucu; 2. ötəri

Омонимы

  • KEÇİCİ KEÇİCİ I sif. Müvəqqəti, ötəri, ötüb-keçən. Yox, Cəlal, bu qədər hissə qapılmaq; Gəncliyin keçici hissidir, ancaq (S
KEÇİAYAQ
KEÇİCİLİK

Значение слова в других словарях