Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vуkоvаr
Vуkоvаr (xorv. Vukovar) — Xorvatiyanın şərqində, Vuka və Dunay çaylarının qovşağında yerləşən Vukovarsko-Srеmskаya inzibati bölgəsinin mərkəzi şəhəridir. Ölkənin ən böyük çay limanı olan şəhərin əhalisi 26,468 (2011) nəfərdir. Bosniya müharibəsi zamanı şəhər serblərin hücumlarının şahidi olmuşdur.
Küknar
Küknar (lat. Picea) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Veitchia Lindl.
Kücüvar (Təbriz)
Kücüvar (fars. كوجووار‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhərində bir məhəllə. == Əhalisi == 2016-cı il məlumatına görə kənddə 6.001 nəfər yaşayır (1.881 ailə).
Adi küknar
Adi küknar (lat. Picea abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Adi küknar Şimal yarımkürəsində geniş ərazini əhatə edir. Bu növə bəzən Avropa küknarı da deyilir. Hündürlüyü 50 m-ə, diametri 1,5 m-ə çatan konusvarı, yaxud enli piramidal çətirli qırmızımtıl-boz qabıqlı ağacdır. İynəyarpaqları parıltılı, tünd-yaşıl, dördbucaqlı və itiucludur, uzunluğu 10-25 mm, eni 2-3 mm-ə çatır və yarpaq yastığı üzərində oturaq vəziyyətdə budağa birləşir. Qozaları uzunsov silindrvarıdır, uzunluğu 15 sm, qalınlığı 4 sm olur. 500 ilə qədər yaşayır. Tumurcuqları sarımtıl-boz rəngdə olur, çılpaq və ya az tükcüklü, yumurtavarıdır. Adi küknarın qozaları may-iyun aylarının əvvəllərində yetişir, açıq-boz rəngli olur.
Qara küknar
Qara küknar (lat. Picea mariana) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. Şimali Amerikanın çimalında Labrador yarımadasından Alyaskaya kimi və cənubda Virciniyadan Viskonsinə qədər yayılmışdır. Hündürlüyü 20–30 m, gövdəsinin dimateri 30–90 sm, ensiz, konusvarı çətirli ağacdır: mədəni şəraitdə, əsaəsn, orta ölçülüdür. İri ağaclarda budaqları torpağa qədər sallanır. Qabığı yarıqlı, bozumtul və ya qırmızımtıl-qonur, nazikdir. Cavan zoğları qırmızımtıl-qonur, sıx, qırmızı tükcüklüdür. Tumurcuqların uzunluğu təxminən 5 mm, yumurtavarı-konusvarıdır, qatransız və ya az qatranlıdır; onların qabıqları üçbucaq, uzunsov-ucu biz, tükcüklü, qırmızı-qonurdur. İynəyarpaqları nazik, uzunluğu 6–12 (18) mm, eni 0,7–0,8 mm, dördbucaqlı, iynəli, bəzən küt, tünd göyümtül-yaşıl, çox sıx, 8–9 (14) ol qalır, sürtüldükdə ətirli olur. Qozaları yumurtavarı, xırda (uzunluğu 2–3,5 sm və eni 1,5–1,8 sm), yetişənə qədər alqırmızı-qonur, yaşlandıqda tutqun-qonur, nazik yumurtavarı qabıqlı, uzun illər (20–30 ilə qədər) ağacda qalır.
Qırmızı küknar
Qırmızı küknar (lat. Picea rubens) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. Vətəni Şimali Amerikanın şimal-şərqidir. Burada iynəyarpaqlı-enliyarpaqlı məşələrdə, təmiz və ya qarışıq əkinlərdə, bataqlıqlarda və dağlarda bitir. Dağlarda 1000–1800 m-dək qalxır. Avropada 1875-ci ildən becərilir. Hündürlüyü 20–36 m-ə gövdəsinin diametri 60-135 sm-ə çatan, sıx, konusvarı çətirli alçaqboylu ağacdır. Qabığı yarıqlı, bozumtul və ya qırmızımtıl-qonurdur. Gövdəsi qırmızı-qonur qabıqla örtülmüşdür. Zoğları qırmızı-qonur və ya narıncı, parlaq, hamar, sıx, zərif tükcüklüdür.
Tikanlı küknar
Tikanlı küknar (lat. Picea pungens) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. Vətəni Şimali Amerikanın qayalı dağlarıdır. Hündürlüyü 40–45 m, gövdəsinin diametric 1,2 m olan ağacdır. Çətiri konusvarı, bozumtul olub, aşağı tərəfdən torpaq səthinə kimi əyilir. Gövdəsinin qabığı nazik, çat-çatdır və pulcuqlarla ayrılır, bozumtul rənglidir. İynəyarapqları sərt tikanlı, kobuddur, uzunluğu 2-3 sm-dir, gümüşü-ağ və ya mavi-yaşıl rənglidir, budaqlara xüsusi yarpaq yastıcıqları vasitəsilə birləşir, budaq üzərində 6-9 ilə kimi qalır. Tumurcuqları şiş olur və xaricdən qatranla örtülmür. Qozaları silindrvarı olub, yaşımtıl-sarı, uzunluğu 10 sm-ə, diametric isə 3 sm-ə çatır, qozaları sentyabrda yetişir. Qanadları toxumu tam əhatə edir, lakin onunla birlikdə inkişaf etmədiyindən toxumdan asanlıqla ayrılır.