Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kültür
Mədəniyyət — insanın və cəmiyyətin inkişafının müasir səviyyəsi, insanın yaratdığı və nəsildən-nəsilə ötürdüyü maddi və mənəvi dəyərlər. "Mədəniyyət" anlayışının latın dilindən tərcüməsi "julture" — "becərmək", "bəsləmək", "yaxşılaşdırmaq" deməkdir. Bu sözün ilkin mənası — torpağın becərilməsi, əkinçilik, torpağın işlənilməsi idi. Tədricən insanların fəaliyyət dairəsi genişləndi və "mədəniyyət" sözü daha geniş bir məna daşımağa başladı: maarifçilik, savad, tərbiyə. Mədəniyyət sözü, həmçinin, ərəbcə "Mədinə" sözündədir və mənası "şəhərsalma" anlamına gəlir. Məşhur rus dilşünası Vladimir Dal özünün "İzahatlı lüğət"ində yazır: "Mədəniyyət — işlədilmə, becərmə, üzərində çalışmadır, bu əqli və əxlaqi savaddır". Mədəniyyət fenomenini təhlil edən F.Hegel ona "insan tərəfindən yaradılmış ikinci təbiə" adını vermişdir. Mədəniyyət — təbiət tərəfindən bizə bəxş edilmiş sərvətdir, insanlar tərəfindən yaradılmış və toplanılmış maddi və mədəni dəyərləri, bizi əhatə edən təbiəti qiymətləndirmək üçün bizə verilmiş şansdır. Mədəniyyət — hər bir insanın az və ya çox dərəcədə əldə etdiyi bilik və vərdişlər, ictimai və istehsalat həyatı, savad və tərbiyə, yaradıcılıq və mənəvi-əxlaqi fəallıqdır. Eyni zamanda, buraya insan tərəfindən yaradılmış sərvətlər (o cümlədən maddi sərvətlər) də daxildir.
Kultura (Auırqazı)
Kultura (başq. Культура, rus. Культура) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Talbazı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 6 km, kənd sovetliyindən (Semenkin): 9 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 36 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (98%) üstünlük təşkil edir.
Kultura (Avurğazı)
Kultura (başq. Культура, rus. Культура) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Talbazı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 6 km, kənd sovetliyindən (Semenkin): 9 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 36 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (98%) üstünlük təşkil edir.
Kultera şamı
Pinus coulteri (lat. Pinus coulteri) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Cənubi Kaliforniya dan Monte Diabloya qədər sahilyanı dağlarda, quru yamaclarda və çınqıllarla örtülmüş təpələrdə tək-tək və ya kiçik qruplarla bitir, sahilyanı rayonlarda, dəniz səviyyəsindən 800-1500 m hündürlükdə zolaqlar əmələ gətirir. Hündürlüyü 40 m-ə, gövdəsinin diametric 120 sm-dək olan ağacdır. Qabığı qalın, tünd qonur, dərin şırımlı, enli, hamar hissəlidir. Budaqları yuxarı qalxandır. Çətiri ensiz, pyramidal olub, simmetrik deyildir. Zoğları qalın, qonur rəngli olub, bir neçə Buğumarasından ibarətdir, xırda yarpaqları qırışlı qalıqlıdır. Tumurcuqları iri, yumurtavarı olub, ucu bizdir, uzunluğu 4 sm-ə qədərdir, möhkəm yapışmış qabıqlıdır. İynəyarpaqların uzunluğu 15-30 sm-dir, tünd-mavi-yaşıldır.
Kultural mühit
Kultural mühit (culture medium) (lat.cultus – yenidən hazırlanma, emal) bitki, heyvan və mikroorqanizm-hüceylərinin yetişdirilməsi üçün in vitro (sınaq şüşəsində, orqanizmdən kənar və ya süni şəraitlərdə) istifadə olunan maye və ya bərk halda qidalı material. Kultural mühit tərkibində qidalı maddələrdən başqa kultura stimullaşdırıcı, məhvedici, toksik, mutagen və ya kanserogen təsir göstərən agentlər saxlaya bilər. Hər bir kultivasiya olunan (yetişdirilən) obyekt üçün xüsusi kultural muhit seçilir. == Mühitin pH-ı == Kultivasiya olunan hüceyrələr mühitin pH-ına çox həssasdırlar. Əksəriyyət hüceyrələr üçün pH-ın optimal qiyməti 7,2–7,4 civarında olur. Natrium hidrokarbonat kultural mühitin "təbii" bufer sistemini tənzimləyir (CO32-/HCO3-); atmosferdə CO2-in 5–10% tərkibdə olmasını tələb edir ki, bu da hüceyrələrin CO2- inkubatorda kultivasiya zamanı asan yerinə yetirilir. HEPES bufer tutumu 7,2–7,4 pH olan fosfat duzudur. Nəzarət edilməli qaz mühiti tələb etmir, lakin böyük qatılıqlarda bəzi növ hüceyrələr üçün toksik ola bilər. Fenol- qırmızı pH indikatoru kimi istifadə olunur: 7,4 pH-da qırmızı və pH-ın azalması ilə narıncı və ya sarı rəngə qədər dəyişir. Estrogenə həssas hüceyrələrin kultivasiyası üçün fenol-qırmızı olmayan mühitdən istifadə etmək tövsiyə olunur.
Kültür Park
Kültür Park — Türkiyənin İzmir şəhərində yerləşən park. Konak ilçəsindəki Memar Sinan məhəlləsində yer alır və şimalda Dr. Mustafa Ənvər Bəy prospekti, şərqdə 1395 və 1396 nömrəli küçələr, cənubda Mürsəl Paşa bulvarı, qərbdə Dr. Rafiq Saydam və Şair Əşrəf bulvarları ilə əhatə olunmuşdur. 1936-cı ildə 1922-ci il İzmir yanğınında xarabalığa çevrilmiş 360.000 m² ərazi yenidən qurulmuşdur. Üç il sonra, 1939-cu ildə genişləndirilərək 420.000 m²-ə çatmışdır. Yarandığı gündən bəri İzmir Beynəlxalq Sərgisinə ev sahibliyi edir. == Tarixçə == İlki 1933-cü ildə təşkil edilən 9 Sentyabr Sərgisi Cümhuriyyət Meydanının arxasındakı ərazidə Swissoteldə qurulmuşdur. Bələdiyyə sədrinin müavini Suat Yurtkoru, bələdiyyə başçısı Behçet Uza sərginin ərazisinin gələcəkdə kifayət etməyəcəyi və Qorki parkı kimi bir ərazinin şəhərə gətirilməsi fikrini irəli sürdü. Behçet Uzun tələbi ilə Yurtkoru tərəfindən hazırlanan hesabat 14 may 1934-cü ildə şəhər məclisi tərəfindən qəbul edildi və Kültürparkın inşası təsdiq edildi.
Azərbaycan Kültür Dərnəyi
Azərbaycan Kültür Dərnəyi —1949-cu ildə Türkiyədə yaradılmış, dünyada ilk Azərbaycan diaspor təşkilatı. Bu təşkilat Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadə tərəfindən təsis edilib. Dərnəyin ilk sədri Həmid Ataman olub. == Haqqında == === Tarixi === Təsis olunması və məqsədi Məhəmməd Əmin Rəsulzadə 1931-ci ildə tərk etdiyi Türkiyəyə 1947-ci ildə qayıtması ilə Azərbaycan siyasi mühacirətinin Türkiyədəki fəaliyyətinin yeni mərhələsi başlamışdır. Rəsulzadə Türkiyə olmadığı 1931-1947-ci illər arasında Avropanın müxtəlif ölkələrində Azərbaycan Milli Mərkəzinin rəhbəri vəzifəsində çalışmış və II Dünya Müharibəsi başa çatdıqdan sonra Türkiyəyə qayıtmışdır. Bu yeni dövrdə ən fəal köç mərkəzi Rəsulzadənin rəhbərlik etdiyi Azərbaycan Milli Mərkəzinin təşəbbüsü ilə 1924-cü ildə yaradılmış Azərbaycan Kültür Dərnəyi olmuşdur.Azərbaycan Kültür Dərnəyi Rəsulzadə başda olmaqla Azərbaycan Milli Müsavat Xalq Partiyasının ətrafı- ölkədə və mühacirətdə olan digər siyasətçi və ziyalıların Türkiyədə Azərbaycanın istiqlaliyyəti və hürriyyəti uğrunda mübarizəsinə rəhbərlik etmiş, Azərbaycanda əsas qərargah və daşıyıcı olmaq missiyasını öz üzərinə götürmüşdür. Ankarada Azərbaycan Kültür Dərnəyinin yaradılması ilə Türkiyədəki Azərbaycan siyasi mühacirətinin fəaliyyətinin ağırlıq mərkəzi İstanbuldan Ankaraya keçmişdi. Bundan sonra mühacirətin bütün fəaliyyəti, xüsusən də “Azərbaycan” jurnalının nəşri Ankaradan həyata keçirildi. 1 fevral 1949-cu ildə Mehmet Altunbay, Həmid Ataman və Əziz Alpaut tərəfindən qurulan dərnəyin nizamnaməsində təsis məqsədləri aşağıdakı kimi qeyd olunmuşdur: Birliyin nizamnaməsi tarixi prosesdə ortaya çıxan ehtiyaclara cavab vermək üçün daim yenilənir. Dərnəyin mühüm məqsədlərindən biri də Azərbaycanı Türkiyəyə tanıtmaq və Anadolu türklüyünün Azərbaycanın haqq davasına dəstəyini təmin etmək idi.
Kartura
Kartura (it. Cartura) — İtaliyada kommuna, Venesiya əyalətinin Paduya vilayətində yerləşir. Karturanın əhalisi 4075 nəfərdir, əhalinin sıxliğı hər km²-ə 255 nəfər təşkil edir. Ərazisi 16 km²-dir. Poçt indeksi - 35025, Telefon kodu - 049. Kartura kommunasının himayədarı Santa Maria Assunta hesab olunur. Hər il 15 sentyabrda Santa Maria Assuntanın şərəfinə bayram təşkil olunur. == Mənbə == AA.VV., Il Veneto paese per paese, Firenze, Bonechi, 2000, ISBN 88-476-0006-5.
Külür
Külür— İranın Ərdəbil ostanının Xalxal şəhristanının Şahrud bəxşində şəhər və bəxşin paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,380 nəfər və 675 ailədən ibarət idi.
Jeltura çayı
Jeltura çayı (monq. Зэлтэрийн гол; rus. Желтура́) — Monqolustanın şimalında və Rusiyanın Buryatiya Respublikasında axan çay. Jeltura çayı Monqolustanın Bulqan aymakının Selenqe sumundan bir neçə çayın birləşməsi ilə başlayır, şimal-şərq istiqamətində, Rusiya sərhədinə paralel davam edir. Selenqe aymakının Tüşiq sumunda şimala istiqamət alır və sərhədi keçərək Rusiyanın Buryatiya Respublikasının Cidinski rayonuna daxil olur. Rusiya ərazisində qısa məsafədə axdıqdan sonra Jeltura kəndinin yaxınlığında Cida çayına qarışır.
Kültürəl iqtisadiyyat
Kültürəl İqtisadiyyat — İqtisadiyyatın Mədəniyyətin iqtisadi nəticələrlə əlaqəsini öyrənən bir qoludur. Programmatik məsələlər mədəniyyətin iqtisadi nəticələrə nə qədər təsir etdiyini və qurumlarla onun əlaqəsinin nə olduğunu daxil edir. Tətbbiqetmələr dini iqtisadiyyatın, sosial normaların, sosial kimliyin, məhsuldarlığın, idealogiyanın, terrorizmin öyrənilməsini daxil edir. Ümumi analitik mövzu idealar və davranışların sosial şəbəkələr vasitəsilə fərdlər arasında necə yayılmasıdır. Metodlar sosial qruplar boyunca kültürəl ötürülmənin nəzəri və emprik modelləşməsini daxil edir. 2013-cü ildə Said E. Dawlabani dəyər sistemlərini əlavə etdi.
MKUltra layihəsi
MKUltra layihəsi (ing. Project MKULTRA) və ya Monarx layihəsi (ing. Project Monarch) — ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin gizli proqramının məxfi layihəsinin kod adıdır. Layihənin məqsədi şüurun idarə edilməsi vasitələrini, məsələn agentlərin verbovkası və dindirmələr zamanı informasiya çıxarmaqda psixotron kimyəvi vasitələrin insana təsirinin nəticələrini öyrənmək idi.Proqram 1950-ci illərin əvvəlindən 60-ı illərin sonuna kimi açıq, sonra isə gizli fəaliyyət göstərib. Mərkəzi Kəşfiyyat İdarəsi bilərəkdən 1973-cü ildə MK-ULTRA layihəsinin əsas fayllarını məhv etdi. Bu da 1975-ci ildə Amerika Konqresinə təcrübənin fəaliyytini öyrənmək işində əngəl yaratdı. Təcrübə altında olanlara kimyəvi maddə yeridilir və elektrik cərəyanı vasitəsilə komatoz vəziyyətə çatdırılandan sonra maqnit lentini dinləməyə məcbur edilirdi. Səs yazısında sadə komandalar dəfələrlə təkrar edilirdi. Məqsəd yaddaşın tam pozulması üzullarını kəşf etmək və şəxsiyyətin tam dəyişdirilməsi məsələsində irəliləyiş əldə etmək idi. Təcrübəni Allan Memorial İnstitutuna çox da böyük olmayan nasazlıqlarla, məsələn nevroz, ya da doğuşdan sonrakı depressiya kimi şikayəti olanlar üzərində qoyulurdu.Məsələnin ictimailəşməsindən sonra yaranmış skandal parlament tədqiqatı aparmağa və sonunda insan üzərində aparılan hər hansı təcrübənin yazılı razılıq ilə alınmasına dair qanun qəbul edilməsinə təkan verdi.
Lara Kolturi
Kolturi Lara (15 noyabr 2006, Turin) — 2022-ci ildən Albaniya millisində çıxış edən italyan-alban dağ xizəkçisi. Sankt-Antonda nəhəng slalomda 2023-cil il Superqiqant Junior Dünya Çempionatında bürünc medal qazanır. == Bioqrafioyası == 2006-cı ildə Turində, idman ailəsində anadan olub. Ana ─ Daniela Ceccarelli, Solt-Leyk-Sitidə keçirilən 2002 Qış Olimpiya Oyunlarında super nəhəngdə Olimpiya çempionu olur. Ata ─ Alessandro Kolturi, xizək sürmə üzrə məşqçidir. Hazırda ailəsi ilə birlikdə Cesana Torinesedə yaşayır. O, valideynlərinin rəhbərliyi altında , onların idarə etdikləri xizək klubunda məşq etməyə başlayır. 13 yaşına qədər fiqurlu konkisürmə yarışlarında da iştirak edir. 2022-ci ildə anası Albaniyanın dağ xizək idmanı üzrə milli komandasının texniki direktoru vəzifəsinə təyin edilib. Məhz bu səbəbdən Lara 16 yaşına az qalmış Albaniya bayrağı altında Beynəlxalq Xizək Federasiyasının yarışlarında debüt etmək qərarına gəlir.
Kaltur Semyonov
Kaltur Semyonov (1750 – 1850) — xalq mahnılarının müəllifi. == Həyatı == Kaltur Semyonov barəsində dövrümüzədək məlumatlar gəlib çatmamışdır, amma onun 1808–1811-ci illər vəba epidemiyası zamanı ailəsini itirdiyini, bu hadisəyə poema həsr etməsi barədə məlumatlar vardır. Hətta onun xalq arasında yayılmış bir neçə xalq mahnısı da toplanmış və nəşr edilmişdir.
Koltur adası
Koltur (far. Koltur) — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada cəmi 1 nəfər yaşayır. Sahəsi 2.3 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 477 m-dir. Adada eyni adlı kənd vardır. Kənd 1980-ci ildə qoyunçuluqla məşqul olan əhali tərəfindən salınmışdır.
Salix futura
Salix futura (lat. Salix futura) — söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Tibo Kurtua
Tibo Nikolya Mark Kurtua (11 may 1992) — İspaniya və dünya futbol tarixinin ən titullu klublarından biri, La Liqa klublarından olan Real Madriddə və Belçika millisində qapıçı mövqeyində çıxış edən Belçikalı peşəkar futbolçudur. Kurtua Genk klubunun futbol akademiyasını bitirib və artıq 18 yaşında komandasının Belçika çempionluğunu qazanmasında əsas rol oynadı. 2011-ci ilin iyul ayında 8 milyon funt sterlinq qarşılığında Çelsiyə transfer olundu və elə həmin il oyun praktikası toplaması üçün dərhal Atletiko Madridə icarəyə verildi. Buradakı üç mövsümdə 2012-ci ildə UEFA Avropa Liqasını, 2013-cü ildə Copa del Reyi və 2014-cü ildə İspaniya çempionluğunu qazandı. Son iki mövsümdəki göstəricilərinə görə La Liqada ən yaxşı qapıçıya verilən Rikardo Zamora mükafatını qazandı. Kurtua 2014-cü ilin iyulunda Çelsiyə qayıtdı və komandasına ilk mövsümündə Liqa Kubokunu və Premyer Liqa çempionluğunu qazanmalarında kömək etdi. İki il sonra Çelsinin yenidən liqanı qazanmasındakı uğurlarına görə Premyer Liqanın Qızıl Əlcəyi mükafatını qazandı. 2018-ci ildə İspaniya nəhəngi Real Madrid Kurtuanı 35 milyon funt-sterlinqə transfer etdi və Atletiko Madridin transfer etdiyi Yan Oblakın transfer məbləğini üstələyərək La Liqanın ən bahalı qapıçısı oldu. 2019-2020 sezonunda ikinci dəfə La Liqa çempionluğunu və üçüncü Zamora mükafatını qazandı. Tibo Kurtua beynəlxalq səviyyəli debütünü 2011-ci ilin oktyabrında etdi və Belçika millisini təmsil edən ən gənc qapıçı oldu.
Valeri Kurtua
Valeri Kurtua (fr. Valérie Courtois) — Belçika millisində və Fransanın "Paris Sent-Klod" klubunda libero ampluasında çıxış edən belçikalı qadın voleybolçu. 1.71 sm boya malik voleybolçunun zərbə yüksəkliyi 2.80 sm, blok yüksəkliyi isə 2.70 sm-dir. 2013-cü ildə qadınlar arasında voleybol üzrə Avropa çempionatının ən yaxşı liberosu seçilib.Qardaşı Tibo peşəkar futbolçudur. Hazırda İspaniyanın "Real Madrid" komandasında çıxış edir.
Culture of Kazakhstan
Qazaxıstanda sakinlərin köçəri pastoral iqtisadiyyatına əsaslanan yaxşı bir mədəniyyət var. 7–12-ci əsrlərdə İslam Qazaxıstanla tanış olmuşdur. Quzu ilə yanaşı, bir çox digər ənənəvi yeməklər, Qazaxıstan mədəniyyətində simvolik dəyər saxlayır. Qazaxıstan mədəniyyəti əsasən türk köçəri həyat tərzindən təsirlənir. Heyvandarlıq, qazaxların ənənəvi həyat tərzinə mərkəzi olduğundan, köçəri davranışlarının və gömrüklərin əksəriyyəti heyvətə bir şəkildə aiddir. Ənənəvi lə'nət və xeyir-dualar heyvanlar arasında xəstəlik və ya fecundity çağırdı və yaxşı davranış bir adam ilk növbədə onun həyatında insan aspektləri haqqında soruşmaq və ona salamlayarkən bir insanın mal-qara haqqında soruşmaq tələb etdi. Ənənəvi Qazaxıstan məskəni, dovun müxtəlif kalınlıkları ilə əhatə edilmiş, söğüt ağacının çevik çərçivəsindən ibarət olan bir çadırdır. Açıq top, mərkəzi ocaqdan tüstüdən qaçmağa icazə verir; temperatur və süzgə açılışın ölçüsünü artıran və ya azaldıran bir qanadla idarə oluna bilər. Düzgün tikilmiş bir dülgər yaz aylarında soyudulur və qışda istilənir və sökülüb yaxud bir saatdan az müddətdə qurula bilər. Yurt içərisində mərasim əhəmiyyəti var; sağ tərəfi kişilər üçün və sol qadınlar üçün qorunur.
Karqo kultu
Karqo kultu (ing. Cargo cult; "cargo" – yük, "cult" – ayin, ibadət"; Mənası "daşınan yükə sitayiş etmə" kimi başa düşülür.) — qeyri-ənənəvi inanclardan biri; Sakit okeanın Melaneziya adalarında mövcud olan din. == Tarixi == Sakit okeanın Melaneziya adalarında İkinci dünya müharibəsi dövründə yaranmışdır.
Külür (dəqiqləşdirmə)
Külür — İranın Ərdəbil ostanının Xalxal şəhristanının Şahrud bəxşində şəhər. Külür (Ərdəbil) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd.
Külür (Ərdəbil)
Külür (fars. كلور‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 112 nəfər yaşayır (21 ailə).
Ultra Jump
Ultra Jump (yaponca: ウルトラ ジャンプ, Hepbörn: Urutora Janpu) — Yaponiya aylıq seynen manqası jurnalı. Jurnal "Jump" jurnal seriyası çərçivəsində Shueisha nəşriyyatı tərəfindən nəşr olunmaqdadır. Əslində jurnal 1995-ci ildə "Weekly Young Jump" jurnalının xüsusi buraxılışı kimi nəşr olunmuşdu. 19 oktyabr 1999-cu ildə bu xüsusi buraxılış yeni aylıq publikasiyaya çevrilmiş və "Ultra Jump" adını almışdır. Jurnalda nəşr olunmuş manqalar Young Jump Comics Ultra leyblı altında tankobon cildləri şəklində nəşr olunur. == Tarixi == "Ultra Jump" əvvəlcə "Weekly Young Jump" seynen antologiyasının xüsusi buraxılışı kimi "Young Jump: Ultra Special Issue: Ultra Jump" adı ilə nəşr olunurdu və ilk sayı 1995-ci ildə nəşr olunmuşdur. 1999-cu ildə bu buraxılış ayrı publikasiyaya çevrilmişdir və "Ultra Jump" adını almışdır. 19 mart 2008-ci ildə "Ultra Jump" jurnalı jurnalın onlayn spin-offunu yayımlamışdır: "Young Jump: Ultra Special Issue: Ultra Jump" (ヤングジャンプ超増刊ウルトラジャンプ, Yangu Janpu Chō Zōkan Orutora Janpu ). "Ultra Jump Egg" manqa saytında isə jurnalda nəşr olunmayan manqalar yayımlanır. == Xüsusiyyətlər == Jurnal gənclər üçün nəzərdə tutulmuşdur və fentezi və elmi fantastika hekayələrinə üstünlük verir.
Ultra Music
Ultra Music (ing. Ultra Music) — Sony Music-ə məxsus olan ABŞ səsyazma leyblı. 'Ultra Records' Amerikalı müstəqil rekord etiketidir. 1995-ci ildə Nyu-York şəhərində keçmiş PolyGram və Virgin etiketləri, Patrick Moxie tərəfindən təsis edilib və o da onun sahibi olub. 24 iyul 2006-cı ildə Ultra Records, etiketin 2006-cı ilin sentyabrında Tiësto və Kaskade daxil olmaqla, öz sənətçilərinin səsyazmalarını yaymağa başlayan Alternativ Distribütor Alyansına / Warner ailəsinə qoşulması ilə bağlı müqavilə imzaladı. 24-cü İllik Qış Musiqi Konfransında IDMA Ultra Records Ən Yaxşı Amerika Rəqs Etiketi kateqoriyasını qazandı. Etiket həmçinin 2005, 2006, 2007 və 2008-ci illərdə Billboard Magazine tərəfindən ilin Dance Airplay Label kateqoriyasında mükafat almışdır. 28 oktyabr 2009-cu ildə DJ Magazine illik Top 100 DJ Sorğunun siyahısını elan etdi, burada Ultra Records Armin van Buuren daxil olmaqla 8 Ən Yaxşı 10 mövqeyə sahib idi. # 1), Tiësto (# 2), Above & Beyond (# 4) və Paula van Dyck (# 5).
Şəxsiyyət kultu
Şəxsiyyətə pərəstiş və ya liderə pərəstiş həmçinin şəxsiyyət kultu — bir hökumət tərəfindən, çox vaxt qeyd-şərtsiz yaltaqlıq və təriflər vasitəsilə ideallaşdırılmış və qəhrəmancasına lider obrazı yaratmaq üçün göstərilən səyin nəticəsidir. Tarixən o, kütləvi informasiya vasitələri, təbliğat, saxta xəbərlər, tamaşa, incəsənət, vətənpərvərlik, hökumətin təşkil etdiyi nümayiş və mitinqlər üsulları ilə inkişaf etmişdir. Şəxsiyyətə pərəstiş apofeoza bənzəyir, ancaq o, müasir sosial mühəndislik üsulları ilə, adətən bir partiyalı dövlətlərdə və dominant partiya dövlətlərində dövlət və ya partiya tərəfindən qurulur. Şəxsiyyət kultu çox vaxt totalitar və ya avtoritar ölkələrin liderini müşayiət edir. Bunu bəzi monarxiyalarda, teokratiyalarda və uğursuz demokratiyalarda da görmək olar. == Tarixi fon == Tarix boyunca monarxlar və digər dövlət başçıları çox vaxt böyük ehtiramla qarşılanır və fövqəlbəşəri keyfiyyətlərə malik olduqları düşünülürdü. Kralların ilahi hüququ prinsipi ilə, xüsusən də orta əsrlər Avropasında hökmdarların Tanrının və ya tanrıların iradəsi ilə vəzifə tutduqları deyilirdi. Qədim Misir, Yaponiya imperiyası, İnk, Astek, Tibet, Siam (indiki Tayland) və Roma İmperiyası monarxları "tanrı-hökmdarlar" kimi yenidən təyin etmək üçün xüsusilə qeyd olunur. Bundan əlavə, Qədim Roma imperator kultu imperatorları və onların bəzi ailə üzvlərini Roma Dövlətinin ilahi icazəli səlahiyyətinə (auctoritas) aid edirdi. XVIII–XIX əsrlərdə Avropa və Şimali Amerikada demokratik və dünyəvi ideyaların yayılması monarxların bu auranı qoruyub saxlamasını getdikcə çətinləşdirirdi.