Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Komitas
Komitas Vartapet və ya tam adı Soğomon Kevork Soğomonyan (erm. Սողոմոն Գևորգի Սողոմոնյան və ya erm. Կոմիտաս Վարդապետ; 26 sentyabr və ya 8 oktyabr 1869, Kütahya — 22 oktyabr 1935, Paris) — Osmanlı ermənisi, bəstəkar, musiqişünas və xor rəhbəri. == Həyatı == Soqomon Soqomonyan musiqiyə bağlı və təkcə türkcə danışan Kütahyalı bir ailədə doğulmuş, bir yaşındaykən anası, 10 yaşındaykən atası ölmüşdür. 1881-ci ilə qədər atasının anası tərəfindən böyüdülmüş, həmin vaxtda Qərbi Azərbacyanın Üçkilsə şəhərindəki erməni kilsəsinin ruhani məktəbinə gedərək 1895-ci ildə buranı bitirərək keşiş olmuşdur. VII əsrdə yaşamış bir erməni xalq ozanı olan Katolikos Komitasın şərəfinə Komitas adını almışdır. "Keşiş" anlamına gələn "Vartapet" ləqəbi ilə birlikdə anılmağa başlandı. Üçmüədzin (Eçmədzin və ya Üçkilsə) Manastırı xorunda iştirak etdikdən sonra 1896-cı ildə Berlinə gedərək Kaiser Friedrich Wilhelm Universitetinə yazılmış və musiqişünaslıq təhsili almışdır. 1899-da musiqişünaslıq doktoru dərəcəsini almış və Üçmüədzinə dönmüşdür. Kənd yerlərini qarış-qarış gəzərək 3000-ə qədər Erməni, Azərbaycan, Anadolu, Türk, Kürd və Fars xalq mahnısını toplayaraq nota köçürmüş, kolleksiya yaratmışdır.
Kumite
Kumite (yap. 組手, kəlmə mənası "əllər ilə mübarizə") — kata və kihonla birlikdə karate təliminin üç əsas hissəsindən biridir. Kumite şəxsin kihon və katadan öyrəndiyi üsullardan istifadə edərək rəqibə qarşı məşqdə istifadə etdiyi fəndlərdən ibarət olan karatenin bir hissəsidir. Kumite müəyyən bir texnikanı və ya bir bacarığı inkişaf etdirmək üçün istifadə edilə (məsələn, rəqiblə olan məsafəni təsirli şəkildə təyin etmək və tənzimləmək) və ya rəqabətdə edilə bilər.
Kumis
Qımız və ya kumıs (rus. кумыс) — madyan südünün fermentasiya edilməsi ilə əldə edilən ənənəvi içki. Qırğızlar, başqırdlar, qazaxlar, monqollar, yakutlar və özbəklər arasında bu gün də əhəmiyyətli bir içkidir. Qımız həmçinin Baltik macarları tərəfindən istifadə edilərdi.. Türklərdən və türklərin hakimiyyəti altında olan millətlərdən başqa dünyanın heç bir yerində qımızdan içki kimi istifadə olunmamışdır. Məhz buna görə də V. Eberxardt yazırdı ki, "qımız içilən sahələrdə türklər yaşamışlar". == Tarixi == Qımız dünyanın ən qədim içki növlərindən biridir. Onun ilk dəfə harada və kim tərəfindən düzəldilməsi barədə məlumat yoxdur, lakin alimlər belə hesab edir ki, qımız atın əhilləşdirilməsi ilə birlikdə meydana çıxmışdır. Qımız barədə yazılı məlumatlara qədim Çin və qədim yunan mənbələrində rast gəlinir. Çin mənbələrində türklərin heyvandarlıqla məşğul olduğu, bəslədikləri heyvanların ətini yediklərini, südündən qımız düzəltdikləri qeyd olunur.
Kumıs

Gumista (Suxumi)
Gumista (gürc. გუმისთა) - Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 10 m hündürlüktə, Suxumidən 6 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 2, თბ., 2012. — გვ. 203.
Kapitsa adası
Kapitsa — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan qayalıqdan ibarət olan ada. Şikotan adasının şimal-şərqində, Myaçnaya buxtası yaxınlığında yerləşir. Adanın hündür 30 metr, sahəsi 0,286 km² təşkil edir. Adada daimi axarlar vardır. Üzəri bütünlüklə kolluqlarla örtülüdür. Ada Sergey Kapitsanın şərəfinə adlandırılmışdır. Adlandırma «Saxalin və Kuril adalarının xəritəsində adlar» proqramı çərçivəsində həyata keçirilmişdir. Ad 3 sentyabr 2012-ci il tarixində Rus Coğrafiya Cəmiyyətinin Saxalin bölməsində təşkil olunan toplantıda müzakirə edilərək təstiqlənmişdir. Proqramın işturakçıları «İqor Farxutdinov» teloxodunda 6 sentyabr 2012-ci ildə adaya eniş etmişlər.
Katitsa Kulavkova
Katitsa Kulavkova (mak. Катица Ќулавкова) ― Şimali Makedoniya yazıçısı və akademiki. O, iyirmi şeir toplusu da daxil olmaqla qırxdan çox kitabın müəllifidir. Kulavkova Skopyedəki Müqəddəs Kiril və Mefodi Universitetinin filologiya fakültəsinin professorudur və beynəxalq PEN ədəbiyyat təşkilatının sədr müavinidir. == Həyatı == Katitsa (Kata) Kulavkova 1951-ci ildə Makedoniya Xalq Respublikasının Veles şəhərində anadan olmuşdur. O, ilkin və orta təhsilini 1969-cu ildə doğma şəhərində başa vurdu. Daha sonra təhsilini Skopyedəki Müqəddəs Kiril və Mefodi Universitetinin Fələsəfə və Tarix fakultəsinin "Cənubi slavyan ədəbiyyatı və makedoniya ədəbiyyatı tarixi" ixtisasına daxil olaraq davam etdirdi. 1973-cü ildə bakalavr dərəcəsini bitirərək, magist pilləsinə keçid etdi və onun buraxılış işinin mövzusu "Metafora və müasir makedoniya poeziyası" olmuşdur. Doktorantura mərhələsini isə 1986-cı ildə Zaqreb Universitetində bitirmişdir. O, Fransa hökumətinin dəstəyi ilə Nova Sarbonna universitetində praktika keçmişdir.
Komitas Vartabed
Komitas Vartapet və ya tam adı Soğomon Kevork Soğomonyan (erm. Սողոմոն Գևորգի Սողոմոնյան və ya erm. Կոմիտաս Վարդապետ; 26 sentyabr və ya 8 oktyabr 1869, Kütahya — 22 oktyabr 1935, Paris) — Osmanlı ermənisi, bəstəkar, musiqişünas və xor rəhbəri. == Həyatı == Soqomon Soqomonyan musiqiyə bağlı və təkcə türkcə danışan Kütahyalı bir ailədə doğulmuş, bir yaşındaykən anası, 10 yaşındaykən atası ölmüşdür. 1881-ci ilə qədər atasının anası tərəfindən böyüdülmüş, həmin vaxtda Qərbi Azərbacyanın Üçkilsə şəhərindəki erməni kilsəsinin ruhani məktəbinə gedərək 1895-ci ildə buranı bitirərək keşiş olmuşdur. VII əsrdə yaşamış bir erməni xalq ozanı olan Katolikos Komitasın şərəfinə Komitas adını almışdır. "Keşiş" anlamına gələn "Vartapet" ləqəbi ilə birlikdə anılmağa başlandı. Üçmüədzin (Eçmədzin və ya Üçkilsə) Manastırı xorunda iştirak etdikdən sonra 1896-cı ildə Berlinə gedərək Kaiser Friedrich Wilhelm Universitetinə yazılmış və musiqişünaslıq təhsili almışdır. 1899-da musiqişünaslıq doktoru dərəcəsini almış və Üçmüədzinə dönmüşdür. Kənd yerlərini qarış-qarış gəzərək 3000-ə qədər Erməni, Azərbaycan, Anadolu, Türk, Kürd və Fars xalq mahnısını toplayaraq nota köçürmüş, kolleksiya yaratmışdır.
Kuştrim Muşitsa
Kuştrim Muşitsa (alb. Kushtrim Mushica; 1 may 1985 və ya 1 may 1983, Priştina) — qapıçı mövqeyində oynayan Kosovo futbolçusu. Hazırda Kosovonun Vuştrria klubunun şərəfini qoruyur. == Karyerası == Kuştrim Muşitsa Yuqoslaviyanın Priştina şəhərində anadan olub. Futbol oynamağı 1991-ci ildə 6 yaşında yerli "Ramiz Sadiku" komandasında başladı. Kosovo müharibəsi başlayanda o, buranı tərk etməli olur və və üç ay Türkiyədəki qohumlarının evində yaşayır, atası və böyük qardaşı isə Priştinada qaldılar. Muşitsa, atası Priştinanı kifayət qədər etibarlı hesab etdikdən sonra məmləkətinə qayıtdı. Müharibə bitdikdən sonra Muşitsa, Kosovanın aparıcı klubu olan Priştina klubuna qatıldı. 2002-ci ildə, 17 yaşında, klubun əsas heyətinin oyunçusu oldu. 2005-ci ilin əvvəlində Ukrayna Borisfen klubuna transfer olundu, lakin ehtiyat heyətin tərkibində 1 oyun keçirtdi.
Pyotr Kapitsa
Pyotr Leonidoviç Kapitsa (26 iyun (8 iyul) 1894, Kronştadt[d], Sankt-Peterburq quberniyası[d] – 8 aprel 1984[…], Moskva) — Sovet fiziki, mühəndis və novator. Nobel mükafatı laureatı (1978). İki dəfə l dərəcəli Stalin mükafatı laureatı (1941, 1943). SSRİ Elmlər Akademiyasının M. V. Lomonosov adına Böyük Qızıl medalı ilə təltif edilmişdir (1959). İkiqat Sosialist Əməyi Qəhrəmanı (1945, 1974). SSRİ Elmlər Akademiyasının üzvü (1939; 1929-cu ildən müxbir üzvü). London Kral Cəmiyyətinin üzvü, ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü, Leopoldina cəmiyyətinin üzvü(1958). Altı dəfə Lenin ordeninə layiq görülmüşdür (1943; 1944; 1945; 1964; 1971; 1974). Görkəmli elm təşkilatçısıdır. Fiziki Problemlər İnstitutunun yaradıcısı, ömrünün sonundək buranın direktoru vəzifəsində çalışmışdır.
Qumista çayı
Qumista bəzən Qumısta (abx. Gəymsta — Qumsta) Abxaziyadan Qara dənizə axan çay. Çayın keçmiş adları: Qumps — "Gum çayı",, Gumpsta, Gumsta olub. == Coğrafiyası == Qərbi və Şərqi Qumistanın birləşdiyi yerdən başlanır. Çay vadinin cənub-qərb istiqamətində axır və Yeni Afon yaşayış məntəqələri ilə Abxaziyanın paytaxtı Suxumi ərazisindən keçərək Qara dənizə axır. Çay dağ çayıdır, buzlaqlar və yağış suları ilə qidalanır. Kanalın böyük hissəsi dərədən keçir, lakin son 6 kilometr çay kənara axır. == Tarixi == Müharibə zamanı cəbhə xətti çay boyunca (Qumista cəbhəsi adlanırdı) keçirdi. Çayın hər iki tərəfində şiddətli döyüşlər gedirdi. Hazırda kəndlərdəki çay dərəsində, eləcə də Suxumiyə gedən yolun kənarında, çayın üstündən keçən körpünün yaxınlığındakı qayalıqlarda, həlak olanların xatirəsinə ucaldılmış abidələr var.
Sergey Kapitsa
Sergey Kapitsa (14 fevral 1928, Kembric – 14 avqust 2012, Moskva) — alim və teleaparıcı. == Həyatı == S.Kapitsa 1928-ci il fevralın 14-də İngiltərənin Kembric şəhərində anadan olub. Onun atası Petr Kapitsa Ernest Rezerfordun laboratoriyasında aşağı temperaturların fizikası ilə məşğul idi. 1935-ci ildə onun ailəsi SSRİ-yə köçüb. S.Kapitsa da öz həyatını elmə həsr edib. 1961-ci ildə o, fizika-riyaziyyat elmləri doktoru adını alaraq, fizikanın aerodinamika, elementar hissəciklərin fizikası bölmələrində tədqiqatlar aparıb. O, kliodinamikanın əsas banilərindən biridir. Alim 1965-ci ildə professor adını alıb. Elə həmin ildən Moskva Fizika-Riyaziyyat İnstitutunun tələbələrinə ümumi fizikadan dərs deməyə başlayıb. S.Kapitsa 1973-cü ildən SSRİ-nin mərkəzi televiziyasında "Oçevidnoye neveroyatnoye" verilişinə aparıcılıq etməyə başlayıb.
Mehmed Konitsa
Mehmed Konitsa (1881, Konitsa[d] – 1948, Roma) — Albaniyanın bütün tarixində mühüm rol oynamış diplomat və siyasətçi idi. Üç dəfə Xarici İşlər Naziri vəzifəsində çalışmış Konitsa Albaniyanın müstəqilliyinin qorunub saxlanması və beynəlxalq aləmdə tanınması üçün böyük səylər göstərmişdir. Həm də yazıçı və pedaqoq olan Konitsa Albaniyanın müasirləşməsinə və mədəni inkişafına da töhfə verib. == Həyatı == Albaniyanın müstəqillik mübarizəsində mühüm rol oynamış aparıcı diplomat, yazıçı və maarif xadimi idi. Osmanlı İmperiyasının Yanya vilayətində (indiki Konitsa, Yunanıstan) doğulan Konitsa ilk təhsilini Yanya və İstanbulda almışdır. Daha sonra Parisə Sorbonna Universitetində hüquq və siyasi elmlər üzrə təhsil alıb. Konitsa tələbəlik illərində alban millətçiliyi hərəkatı ilə tanış olmuş və Albaniyanın müstəqillik uğrunda mübarizəsində fəal iştirak etmişdir. 1909-cu ildə Albaniyanın müstəqilliyini elan edən Vlorë Konqresində nümayəndə kimi iştirak etmişdir. O, müstəqillik əldə etdikdən sonra yaradılmış Albaniya Knyazlığında müxtəlif diplomatik vəzifələrdə çalışıb. 1912-ci ildə London səfirlərinin konfransında Albaniyanı təmsil etmiş və 1914-cü ildə Albaniyanın xarici işlər naziri təyin edilmişdir.
Entoni Kumiya
Anthony Cumia (ing. Anthony Cumia; 26 aprel 1961) — aktyor, "Oskar" mükafatı laureatı.
Kumata təpəsi
Kumata təpəsi (bolq. хълм Кумата, ‘Halm Kumata’ \'h&lm 'ku-mata\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şərqdə yerləşən, 614 m hündürlüklü təpədir. Təpə Bolqarıstanda yerləşən Vitoşa dağındakı Kumata ərazisinin adını daşıyır. == Yerləşməsi == Kumata təpəsi 63°33′35″ c. e. 57°49′30″ q. u. koordinatlarında yerləşmişdir. MakKolman zirvəsindən 6.9 km şimal-qərbdə, Marten qayasından 3.08 km şərqdə, Kanitz nunatakından 7.88 km cənub-qərbdə, Kain nunatakından 3.37 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Kumisi gölü
Kumisi gölü (gürc. კუმისის ტბა — Şərqi Gürcüstanda, Qardabani rayonunda, Kvemo-Kartli bölgəsində, Kumisi kəndinin cənub-şərqində yerləşən süni göl. Göl keçmişdə su anbarı idi. Dəniz səviyyəsindən hündürlüyü 475 m, sahəsi 5,4 km2-dir. Şərqdən qərbə 3,2 km, şimaldan cənuba 2 km-dir.
Kumis (region)
Kumis (fars. قومس‎, q.yun. Κωμισηνή) — İslamdanqabaqkı İranda, Əlburz dağlarının cənub su hövzəsi ilə Dəşti-Kəvir çölünün şimal hüdudları arasında vilayət. Sasanilər dövründə Rey və Gürgan vilayətləri arasında yerləşən əraziyə aid edilirdi. Kumis orta əsrlərdə İranın kiçik bir vilayəti olaraq qalmışdır. Vilayətin qərb sərhədləri Reyin şərqindəki şəhərətrafı ərazilərində, şərq sərhədləri isə Xorasanda idi. Xorasan yolu ilə yarıya bölünən vilayətdə Xoara (indiki Aradan), Simnan, Şəhr-i Kumis (indiki Damğan), Bəstam və Biyar (indiki Biyarcümənd) şəhərləri yerləşirdi. 856-cı ildə Kumisdə baş verən zəlzələ nəticə 200 minə yaxın insan həlak olmuşdur. Bu, bəşər tarixində qeydə alınmış ən ölümcül zəlzələlərdən biri olmuşdur. Vilayətdə ismaililər tərəfindən tikilmiş bir neçə qala var ki, onların əksəriyyəti işğalçı monqollar tərəfindən ələ keçirilmişdir.