Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kubinka
Kubinka — Rusiya Federasiyasında yerləşən şəhər. Moskva vilayətinə daxildir.
Kurilsk
Kurilsk (rus. Курильск) ya da Şanamura (yap. 紗那村) — Rusiya Federasiyasında yerləşən şəhər. Saxalin vilayətinə daxildir.
Karika
Karika (lat. Carica) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin karikakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Carica baccata = Vasconcellea microcarpa subsp. baccata Carica candamarcensis = Vasconcellea cundinamarcensis Carica candicans = Vasconcellea candicans (Mito) Carica caudata = Jarilla heterophylla Carica cauliflora = Vasconcellea cauliflora Carica cestriflora = Vasconcellea cundinamarcensis Carica chilensis = Vasconcellea chilensis Carica crassipetala = Vasconcellea crassipetala Carica cundinamarcensis = Vasconcellea cundinamarcensis Carica dodecaphylla = Jacaratia spinosa Carica glandulosa = Vasconcellea glandulosa Carica goudotiana = Vasconcellea goudotiana Carica heterophylla = Vasconcellea microcarpa subsp.
Kurima
Kurima yap. 来間島 — Miyako qrupuna, Sakişima adalarına və Ryukyu arxipelaqına daxil olan kiçik ada. İnzibati cəhətdən Yaponiyanın Okinava prefekturası, Miyako qəzası və eyniadlı dairə ərazisinə daxildir. == Coğrafiya == Adanın sahəsi 2,84 км²,ən hündür nöqtəsi 47 metr təşkil edir. 2011-ci il məlumatına görə adada 168 nəfər adam yaşayır. Əsas yaşayış məntəqəsi Kurima qəsəbəsidir. Adanın ərazisi düzənlikdir. Ən hündür nöqtəsi 47 m təşkil edir. Miyakocima adası ilə körpü vastəsi birləşir.
Kuriya
Kuria (lat. curia) — Qədim Romada ən qədim yaşayış məntəqəsi bölgüsü. Romul romalıları hər biri on kuriadan ibarət üç triba bölmüşdür. Hər bir kuria isə öz növbəsində ailə qruplarından və nəsillərindən təşkil olunurdu. Bu quruluşda hökmranlığa və ya ağalığa patrisian nəsli malik idilər. Hər otuz kuria bir səsə malik olurdu. Beləliklə xalq yığıncağının arxaiq forması kuria komissiyası adlanırdı.
Cozef Kudelka
Cozef Kudelka (d. 10 yanvar 1938, Çexoslovakiya) – çexiyalı fotoqraf. == Bioqrafiyası == Cozef Kudelka 1938-ci ilin 10 yanvarında Çexiyanın Moraviya əyalətinin Boskovitse şəhərində anadan olub. 1956–1961-ci illərdə Praqada Çexiya Texniki Universitetində oxuyub Mühəndislik Dərəcəsi alıb. O, fotoqrafiyaya öz ailə üzvlərini və ətrafındakı dost-tanışı çəkməklə başlayıb. İlk fotosərgisi 1961-ci ildə olub. Sonralar Praqa və Bratislavada təyyarəçilik mühəndisi kimi işləyib. O, teatr jurnallarından sifarişlər qəbul etməyə başlayır və mütəmadi olaraq öz Rolleiflex aparatı ilə səhnə fotoları çəkir. 1967-ci ildə Kudelka öz mühəndislik karyerasından imtina edib bütövlükdə fotoqrafiya ilə məşğul olmağa qərar verir. 1968-ci ilin avqustunda Sovet işğalından iki gün əvvəl o, Rumıniyada qaraçılar haqqındakı layihəsini çəkib geri qayıdır.
Kurtlak çayı
Kurtlak çayı — Rusiyanın Rostov və Volqoqrad (108 km) vilayətləri ərazisindən axan çay. Çir çayının sağ qolunu təşkil edir. Çayın uzunluğu 150 kilometr, hövzəsinin sahəsi isə 2760 km² təşkil edir. Təpəli çöl ərazisindən axır. Vadisi elədə dərin deyildir. Yuxarı axarlarda paleoqen dövrünə axid çökmə suzurlardan ibarətdir. Platonov xutoru yaxınlığından təbaşir və qumluq ərazilərdən axır. Əkinçilikdə istifadə edilir. == Ümumi fiziki-coğrafi xüsusiyyətləri == Kurtlak çayı öz başlanğıcını Don cərgəsindən götürür. Başlandığı ərazi Volqoqrad vilayəti, Kletski rayonu Platov xutorunun şimal-şərqində yerləşir.
Kürilər ailəsi
Parisdəki Sorbonna universitetinin teləbəsi Mariya Sklodovskaya ilk dəfə Pyer Küriyə rast gələndə Pyer artıq tanınmış fizik idi. Elmə olan həvəs onları yaxınlaşdırdı. Sonralar onlar bir-birlərini sevdilər, evləndilər, işdə bir-birlərinin ən yaxın məsləhətçisi oldular. Pyer və Mariya varlı deyildilər. Onlar çox sadə yaşayırdılar. Laboratoroya almağa pulları yox idi. Onlar taxtadan tikilmiş köhnə bir daxmada elmi tədqiqatla məşğul olurdular. Daxmaya şüşəli damdan işıq düşürdü. Yayda bura şitillikdəki kimi çox isti olurdu, qışda isə paslı bacası olan çuqun soba otağı güclə qızdırırdı. Lakin bu daxmada Pyer ilə Mariya çox böyük kəşflər etmişdilər.
Pyotr Kurışko
Pyotr Kurışko (1894, Rusiya imperiyası – 1921, Dedoplistsğaro rayonu) — Sovet Rusiyasının hərbi xadimi, Rusiya vətəndaş müharibəsində və Gəncə üsyanının yatırılmasında iştirak edib. == Həyatı == 25 oktyabr 1894-cü ildə Don vilayətinin Ostradovka kəndində anadan olub. 3-cü sinifə qədər təhsil alıb. 1915-ci ildə orduya çağırılır və Yekatirinodarda yerləşən süvari hissələrinin birində xidmətə başlayır. 1917-ci ildə xidmətdən sonra öz kəndinə qayıdıb 1918-ci ildə Qırmızı ordunun Aleksandrovskiy eskadronunda xidmətə başlayır. 1919-cu ildə 400 atlısı olan süvari dəstəyə rəhbərlik edir. 13 iyul 1919-cu ildə onun dəstəsi I Kuban süvari alayı adlandırılır. 6 noyabr 1919-cu ildə döyüşlərdə fərqləndiyinə görə Qırmızı bayraq ordeni ilə təltif olunur. 18-ci süvari diviziyasının komandiri kimi o 1920-ci ildə Gəncə üsyanının yatırılmasında iştirak edir. Üsyan zamanı Yelenendorf istiqamətində yaralanır.
Severo-Kurilsk
Severo-Kurilsk (rus. Северо-Курильск) və ya köhnə adıyla Kaşivabara (yap.
Yozef Kudelka
Cozef Kudelka (d. 10 yanvar 1938, Çexoslovakiya) – çexiyalı fotoqraf. == Bioqrafiyası == Cozef Kudelka 1938-ci ilin 10 yanvarında Çexiyanın Moraviya əyalətinin Boskovitse şəhərində anadan olub. 1956–1961-ci illərdə Praqada Çexiya Texniki Universitetində oxuyub Mühəndislik Dərəcəsi alıb. O, fotoqrafiyaya öz ailə üzvlərini və ətrafındakı dost-tanışı çəkməklə başlayıb. İlk fotosərgisi 1961-ci ildə olub. Sonralar Praqa və Bratislavada təyyarəçilik mühəndisi kimi işləyib. O, teatr jurnallarından sifarişlər qəbul etməyə başlayır və mütəmadi olaraq öz Rolleiflex aparatı ilə səhnə fotoları çəkir. 1967-ci ildə Kudelka öz mühəndislik karyerasından imtina edib bütövlükdə fotoqrafiya ilə məşğul olmağa qərar verir. 1968-ci ilin avqustunda Sovet işğalından iki gün əvvəl o, Rumıniyada qaraçılar haqqındakı layihəsini çəkib geri qayıdır.
Dieqo Karioka
Dieqo Karioka — (6 fevral 1998) Azərbaycan Premyer Liqasında çıxış edən Sumqayıtda icarə əsasında çıxış edir.
Burika yarımadası
Burika (isp. Península de Burica) — Mərkəzi Amerika ərazisində, Kosta-Rikanın cənubunda, Panamanın qərbində yerləşən yarımada. == Coğrafiyası == Ensiz və uzunsov formaya malik yarımada Sakit okean suları ilə əhatələnmişdir. Yarımada boğazla Burika adasından ayrılır. Yarımada həm də Kosta-Rikanın ən ucqar cənub nöqtəsidir. Ən hündür nöqtəsi 257 metrdir. Yeganə ən böyük şəhəri Puerto-Amuelesdir. Şəhərin 8 200 nəfər əhalisi vardır (2005). Yerli əhali əsasən balıqçılıqla məşğul olur. == Sahiblənmə statusu == Eçandi-Fernandes anlaşması 1941-ci ilin mayında imzalanması ilə yarımada iki ölkə arasında bölünmüşdür.
Jozef Karika
Jozef Karika Slovakiyalı yazıçı və publisistdir. O, ən çox satılan kitablardan olan Mafiyanın kölgəsində(V tieni mafie) əsərinin müəllifidir. Karika Ədəbiyyat Fondu Mükafatı ilə təltif olunmuşdur.
Kubinka Tank Muzeyi
Kubinka Tank Muzeyi (rus. Центральный музей бронетанкового вооружения и техники, Ro: Tsentralni muzey bronetankovogo voorujeniya i tehniki) — Rusiyanın Kubinka şəhərində yerləşən bir müharibə muzeyidir. Muzey 1978-ci ildə yaradılıb və orada 14 ölkədən 350-dən çox tank, zirehli döyüş avtomobilləri və onlar haqqında məlumatlar nümayiş etdirilir və sərgilənir. Muzey XX və XXI əsrlərdə (1917-ci ildən bu günə qədər) istehsal edilmiş bir çox məşhur tank və zirehli texnikanın açıq havada və qapalı yerdə daimi sərgilərindən ibarətdir. Burada həm də çox az nümunəsi olan bir çox unikal, qeyri-adi və bənzərsiz hərbi texnikalar yerləşdirilmiş və nümayiş etdirilir. Belə hərbi texnikalar sırasına Hitler Almaniyasının Panzer VIII Maus super ağır tankı, Karl-Gerät ağır özüyeriyən artilleriyası, SSRİ-nin Troyanovun Object 279 Kotin ağır tankı, Object 120 Su-152 "Taran" tank qatili kimi nadir və ya məhdud sayda istehsal edilmiş prototiplər daxildir. == Haqqında == Kubinka Tank Muzeyi tarixən "təsnif edilmiş" Qırmızı Ordunun zireh sınaq obyektində yerləşir. Muzeydəki ekspozisiyalarının əksəriyyəti hələ də fəaliyyət göstərən Kubinka zireh sınaqları və testləri poliqonunun tədqiqat kolleksiyasından əldə edilmişdir. Soyuq müharibə dövrünün Qərb tanklarının əksəriyyəti (ABŞ və ya Qərbi Avropadan) Yaxın Şərq, Afrika, Vyetnam və Latın Amerikasındakı döyüşlərdə ələ keçirilmiş olan döyüş kubokları idi və bunların hamısı onların hər birinin güclü və zəif tərəflərini diqqətlə öyrənmək və onların hər birini diqqətlə tədqiq etmək üçün Kubinkadakı zireh sınaq müəssisəsinə göndərilirdi. Gizli tarixi və hərbçilərlə sıx əlaqəsi sayəsində muzey bu gün də tamamilə Rusiya Ordusunun şəxsi heyəti tərəfindən idarə edilir.
Kuril adaları
Kuril adaları – Kamçatka y-a ilə Hokkaydo a. arasında adalar qrupu. Oxot dənizini Sakit okeandan ayırır. 30-dan çox böyük (İturup, Urup, Kunaşir, Paramuşir və s.), çoxlu kiçik ada və qayalardan ibarətdir. Uz. təqr. 1200 km, sah. təqr. 10.5 min. km2.
Kuril qoruğu
Kuril qoruğu — dövlət təbii qoruğu. RSFSR Nazirlər Sovetinin 10 fevral 1984-cü il tarixli 47 nömrəli qərarı ilə Kunaşir adasında və RSFSR-in Saxalin vilayətinin Cənubi Kuril rayonunda Kiçik Kuril cərgəsi adalarında qurulmuşdur. Sahəsi 65 355 hektardır. Qorunan zona 73 475 hektardır. Qoruğun mərkəzi şəhər tipli Yujno-Kurilsk qəsəbəsindədir. Qoruğun yaradılmasında məqsəd təbii proseslərin və hadisələrin təbii gedişatını, flora və faunanın genetik fondunu, bitki və heyvanların ayrı-ayrı növlərini və icmalarını, Cənubi Kuril adalarının tipik və unikal ekoloji sistemlərini qorumaq və öyrənməkdir. Qoruğun təbii kompleksləri misilsizdir və dünyada analoqu yoxdur. Kunaşir ərazisi və Kiçik Kuril silsiləsi Rusiya ilə Yaponiya arasında ərazi mübahisəsinin predmetidir. == Flora və fauna == Bitki örtüyünün əsasını mühafizə olunan ərazinin 70% -dən çoxunu tutan meşələr təşkil edir. Qoruğun ərazisində 227 növ quş (bunlardan 107-si yuva qurur), 29 növ məməli vardır.
Kuril çayı
Dazifora (lat. Dasiphora) - gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Dasiphora tenuifolia (Willd.
Krılya Sovetov FK
Krılya Sovetov FK (rus. Профессиональный футбольный клуб «Крылья Советов» Самара) – Rusiyanın Samara şəhərini təmsil edən futbol klubu . Klub hal-hazırda Rusiya Premyer liqasında çıxış edir. 2017/2018 mövsümündə Krılya Sovetov Rusiyanın I divziyonunda 2-ci yeri tutaraq ''Premyer liqada'' iştirak hüququ qazandı. Krılya Sovetov ev oyunlarını 44918 nəfər tutumlu ''Samaya'' Arenada keçirir. Krılya Sovetovun yüksək liqaya yüksəlməsində əsas pay sahibi 10 qol ilə rusiyalı futbolçu Sergey Kornilenko olmuşdur . == Tarixi == Krilya Sovetov Samaya klubu 1942-ci ildə yaranıb. Klub ilk rəsmi matçını 30 iyul 1944-cü ildə SSRİ kubokunda Lokomotiv Moskva FK qarşı keçirdi və 1-5 hesabı ilə məğlub oldu .SSRİ Çempionatında (ikinci qrup) ilk oyunu 4 iyun 1945-ci ildə Kuybyshev stadionunda, Lokomotivdə ''Qorkinin Torpedo'' komandasına qarşı keçirildi. Oyun 1-1 bərabərliklə başa çatdı. Onu da qeyd edək ki klubun ilk baş məşqçisi Viktor Novikov olmuşdur.
Kuriya-Muriya adası
Kuriya-Muriya adası (ərəb. جزر خوريا موريا‎ tərcümə. "Cuzur Xuruiya Muruiya") — Omana aid olan Ərəbistan dənizində yerləşən adalar qrupu. Ölkənin cənub-şərq sahilindən 40 kilometr məsafədə yerləşmişdir. == Coğrafiyası == Qrupa beş ada daxildir. Adalar ümumilikdə 73-lə km² ərazini əhatə edir. Qərbdən şərqə doğru: Əl-Xasikiya, Əs-Səud, Əl-Xallaniya, Qarzant və Əl-Kibliya adaları bir-birlərini əvəz edir. Adalar qranitdən ibarətdir və batırılmış dağ silsiləsinin zirvələrini təşkil edir. Adaların maksimum dəniz səviyyəsindən hündürlüyü 501 metrə bərabərdir. == Tarixi == Belə hesab edilir ki, əsasən bu adalar Insulae Zenobii adı altında bizim eramızın I əsrinin yazı mənbələrində xatırlanır.
Severo-Kurilsk sunamisi (1952)
Severo-Kurilsk sunamisi - 5 noyabr 1952-ci ildə səhər saat beş radələrində baş vermiş və nəticədə SSRİ ərazisinin Saxalin və Kançatka vilayətlərini əhatə edən güçlü sunami. == Sunami == Sunamini yaradan səbəb 5 noyabr tarixində Sakit okeanda (4.11.52 16:58:22 qrinviçə görə), Kamçatka yarımadasının yaxınlığında maqnitudası 8,3 bal güçündə olan zəlzələ olmuşdur. Onun ocağı Şpunski burnundan 130 kilomeyr aralıda, 20 – 30 km dərinlikdə baş vermişdir. Zəlzələnin təsir güçü 700 km məsafədə yayılmışdı. Zəlzələ dalğası Kronoski yarımadasından Şimali Kuril aralarına qədər uzanırdı. Yeraltı titrəyişlər yarım saat müddətində davam edir. Ancaq zəlzələ böyük dağıntılar yaratmır. Demək olar ki ondan zərər çəkən olmur. Ancaq zəlzələ ardından güçlü sunami baş vermişdir. Zəlzələdən bur saat sonra birinci dalğa sahillərə hücum çəkmişdir.
Altıncı Kuril boğazı
Altıncı Kuril boğazı — Sakit okeanda yerləşən boğaz Onekotan və Harimkotan adalarını ayırır. Boğazın eni 15 km-dir. Kuril adalarının Böyük Kuril sıralaması arasında qərarlaşır. Boğaz rus dənizçisi Pyotr Kuzmiç Krenisın şərəfinə adlandırılmışdır.
Beşinci Kuril boğazı
Beşinci Kuril boğazı — Sakit okeanda yerləşən boğaz. Onekotan və Makanruşi adalarını ayırır. Boğazın eni 28 km-dir. Kuril adalarının Böyük Kuril sıralaması arasında qərarlaşır. Bəzən Yevreinov boğazı olaraq adlandırılır. Bu ad isə rus dəniz geodeziyaçısı və səyahətçisi İvan Mixayloviç Yevreinovun şərəfinə verilmişdir.
Birinci Kuril boğazı
Birinci Kuril boğazı (rus. Первый Курилский (Пролив)), (yap. 占守海峡) — Sakit okeandakı Şumşu adasını Kamçatka yarımadasından ayıran, Oxot dənizini Sakit okean ilə birləşdirən boğaz. Uzunluğu 32 km, ən dar eni isə 15 km təşkil edir. Sahilləri sıldırımlı və qayalıdır. Boğazda Vostoçnı və Lopatka rifləri, cənub hissəsində Pantareva, Kurbatova, Yukiç burunları vardır. Cənub hissəsində sualtı və suüstü qayalıqlar vardır. Boğaza Koşunu, Ozernaya, Polotinka çayları axır. Sahil xəttində dərinlik 1,0 təşkil edir. 1875-1945-ci illər ərzində boğaz əvvəl Rusiya-Yaponiya sonradan isə SSRİ-Yaponiya sərhəddini təşkil edirdi.
Böyük Kuril cərgəsi
Böyük Kişuril cərgəsi — Sakit okeanda, Kuril adalarının tərkibinə daxil olan adalar qrupu. Şimaldan cənuba 1200 km məsafədə uzanır. Qrupun ümumi sahəsi 10,1 min. km² təşkil edir. İnzibati cəhətdən Rusiyanın Saxalin vilayəti ərazisinə daxildir. Kunaşir və İturup kimi adalarına Yaponiya iddia edir. Ən hündür nöqtəsi Alaid vulkanıdır (2339 m). Kruzenştern boğazı və Bussol boğazı ilə 3 qrupa bölünmüşdür. Şimaldan cənuba doğru sahə 1 km² olan adalar. Böyük Kuril cərgəsinə daxil olan adalar Kiçik Kuril cərgəsinə daxil olan adalardan Cənubi Kuril boğazı ilə ayrılır.