Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kirovka
Yaşayış məntəqələri Azərbaycanda Kirovka (Ağstafa) — Ağstafa rayonunun Həsənsu kəndinin 29 dekabr 1992-ci ilə qədərki adı. Kirovka (Biləsuvar) — Biləsuvar rayonunun Günəşli kəndinin 1 sentyabr 2005-ci ilə qədərki adı. Kirovka (Saatlı) — Saatlı rayonunun Mircəlal kəndinin 7 fevral 1991-ci ilə qədərki adı. Kirovka (Şamaxı) — Şamaxı rayonunun Nağaraxana kəndinin 5 oktyabr 1999-cu ilə qədərki adı.
Koroça
Koroça — Rusiya Federasiyasında yerləşən şəhər, Belqorod vilayətinə daxildir.
Kirovka (Ağstafa)
Həsənsu (əvvəlki adı: Kirovka) — Azərbaycan Respublikasının Ağstafa rayonunun Həsənsu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Kirovka kəndi Həsənsu kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 8 iyun 1999-cu il tarixli, 680-IQ saylı Qərarı ilə Ağstafa rayonunun Həsənsu kəndi Vurğun qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Həsənsu kənd inzibati-ərazi vahidi yaradılmışdır.
Kirovka (Biləsuvar)
Günəşli (əvvəlki adı: Kirovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2005-ci il tarixli, 976-IIQ saylı Qərarı ilə Biləsuvar rayonunun Kirovka kənd inzibati ərazi vahidi tərkibindəki Kirovka kəndi Günəşli kəndi, Kirovka kənd inzibati ərazi vahidi Günəşli kənd inzibati ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi Rusiyanın köçürmə siyasəti nəticəsində rus kəndlilərinin Azərbaycanda yerləşdirilməsi ilə əlaqədar olaraq 1905-ci ildə yaranmış və Alekseyevka adlandırılmışdı. Sovet hakimiyyəti illərində S. M. Kirovun (1886–1934) adı ilə Kirovka adlandırılmışdır. 1998-ci ildən kəndin adı Azərbaycan yazıçısı M. C. Paşayevin şərəfinə Mircəlal kimi rəsmiləşdirilmişdir. Memorial toponim olmuşdur. Kənd 2005-ci ildən Günəşli adlanır. == Tarixi == Kənd Nadir şah dövründə onun qışlaq etdiyi ərazilərdən biri olub. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə, rayonun qərbində, rayon mərkəzindən təxminən 7–10 km məsafədə yərləşir.
Kirovka (Saatlı)
Mircəlal (əvvəlki adı: Kirovkənd; Kirovka) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Saatlı rayonunun Kirovka kəndi Mircəlal kəndi və müvafiq olaraq Kirovka kənd Soveti Mircəlal kənd Soveti adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Kirovkənd olmuşdur. Ağamalıyevka və Aqrabaz məntə­qələrinin birləşməsi nəticəsində yaradıl­mışdır. Görkəmli yazıçı Mircəlal Paşayevin adı ilə adlandırılmışdır. Antropooykonimdir. == Tarixi == == Coğrafiyası və iqlimi == == Əhalisi == Əhalisinin sayı 2360 nəfərdir. == Din == Kənddə Mircəlalkənd kənd məscidi dini icması fəaliyyət göstərir.
Kirovka (Şamaxı)
Nağaraxana (əvvəlki adları: Maryevka; Kirovka) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Kirovka kənd inzibati-ərazi vahidi tərkibindəki Kirovka kəndi Nağaraxana kəndi, Kirovka kənd inzibati-ərazi vahidi Nağaraxana kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Kənd qurulanda ilkin adı Maryevka olmuşdur. Kəndin əsasının 1830–1840-cı illər arası, çar Rusiyası dövründə əraziyə köçürülmüş malakan ailələrinin qoymuş olduğu düşünülür. Sovet dönəmində kəndin adı S.M.Kirovun şərəfinə Kirovka olaraq dəyişdirilmişdir, burada böyük kolxoz təsərrüfatı inkişaf etmiş və maldarlıq geniş yayılmışdır. Sovet İttifaqı dağılan zaman bir çox malakan ailəsi evlərini sataraq kənddən Rusiyaya köçmüş, kənd əhalisinin çox hissəsini isə Ermənistan SSR-dən köçmüş köçkünlər təşkil etmişdir. Müstəqillik illərində şəhərlər və kəndlərin adlarının bərpası nəticəsində 5 oktyabr 1999-cu ildə Kirovka kəndi yenidən Nağaraxana olaraq qeydə alındı. Günümüzdə Nağaraxana kəndi Pirqulu istirahət bölgəsinin ən məşhur turizm məkanıdır. == Tarixi == == Əhalisi == Kənd əhalisi 727 nəfərdir ki, onun da 383 nəfəri kişi, 344 nəfəri isə qadınlar təşkil edir.
Kirovka bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kuroçkin boğazı
Kuroçkin boğazı (rus. Пролив Курочкина ) — Mоrjov adasını Taymır yarımadasından ayırır. Morjov adası Kamennıy arxipelaqına daxildir. Şimal Buzlu okeanına daxil olan Kara dənizi akvatoriyası olan Pyasins körfəzində yerləşir. Boğazın eni dar yerdə 11–20 km arasında dəyişir. İlin böyük qismi buzla örtülü olur. Sahilində Makarov buxtası yerləşir. Bölgə inzibati cəhətdən Krasnoyarsk diyarı ərazisində yerləşir.
Vasili Kuroçkin
Vasili Stepanoviç Kuroçkin (rus. Васи́лий Степа́нович Ку́рочкин; 28 iyul (9 avqust) 1831, Sankt-Peterburq[…] – 15 (27) avqust 1875, Sankt-Peterburq[…]) — Rusiya şairi. Vasili Kuroçkin "Sovremennik" jurnalında çap olunurdu. Jurnala bir çox məqalə yazmışdı. Elə bu mərhələdə (1848–1855) "Sovremennik" ədəbiyyata daha çox üstünlük verir, Tolstoy, Turgenev, Nekrasov kimi yazıçıların əsərlərini, Qranovskinin, Solovyovun elmi yazılarını dərc edir. "Sovremenniki"in ən işıqlı dövrü isə 1854–62-ci illər arasında oldu. O zaman nəşrə Çernişevski və Dobrolyubov rəhbərlik edib. 1858-ci ildən jurnal mühafizəkar və liberallar arasında polemika yaradır, inqilabi demokratiyanın ideya mərkəzi olur. Bu illərdə onu siyasi jurnal kimi qəbul edirlər. "Sovremennik" bu illərdəki təbliğatı ilə feodal sisteminin məhv olmasında müstəsna rol oynayıb.
Katsumi Kuroita
Katsumi Kuroita (黒板勝美, Kuroita Katsumi, 3 sentyabr 1874, Hasami[d] – 21 dekabr 1946, Şibuya, Tokio) – Yaponiya tarixçisi. O, Yaponiyada diplomatika elminin əsasını qoyan şəxslərdən biri olmuşdur. O, qədim Yaponiya tarixi üzrə qabaqcıl tarixçilərdən biri olmuşdur. == Həyatı və karyerası == Katsumi Kuroita 1874-cü ilin sentyabrında Yaponiyanın Naqasaki prefekturasının Hasami qəsəbəsində doğulmuşdur. O, Yohey və Mikiko Kuroitanın ən böyük oğlu olmuşdur. 1890-cı ildə Omura orta məktəbini bitirmişdir. 1896-cı ildə Tokio Universitetindən məzun olduqdan sonra Ukiçi Taquçinin redaktorluq etdiyi "Tokyo Keyzai" liberal iqtisadiyyat jurnalının heyətinə qatılmışdır. Taquçi ilə birlikdə bir çox tarixi işin nəşrinə töhfə vermişdir: əhəmiyyətli klassik yazılar kolleksiyası olan "Qunşo Ruicu" və Yaponiya tarixi haqqında sənədlər kolleksiyası olan "Kokuşu Taykey". 1905-ci ildə doktorat dərəcəsi əldə edərək Tokio Universitetinin köməkçi professoru olmuş və Təhsil Nazirliyinin redaktor-tərtibçisi seçilmişdir. Yaponiyadakı tarixi yerlərin və incəsənət xəzinələrinin mühafizəsi ilə məşğul olmuşdur.
Kuroda Kiyoteru
Kuroda Seyki (黒田 清輝, 9 avqust 1866, Hiqaşisenqoku[d], Kaqoşima – 15 iyul 1924[…], Tokio şəhəri[d]) və ya Kuroda Kiyoteru – Yaponiya rəssamı. Yaponiyanı impressionizmlə tanış etmişdir. "Yaponiyada Qərb rəssamlığının atası" hesab olunur. == Həyatı == Kuroda Seyki 1866-cı ildə müasir Kaqoşima prefekturasının ərazisində doğulmuş və dayısı Kuroda Kiyotsuna tərəfindən övladlığa götürülmüşdür. 1884-cü ildə hüquq təhsili almaq üçün Parisə səyahət etmişdir. Parisdə sənət əsərləri satmaqla məşğul olan Hayaşi Tadamasa, eləcə də, sənətşünaslıq tələbələri Yamamoto Hasui və Fuci Masazo ilə tanış olmuşdur. İki il boyunca həm hüquq, həm də rəssamlıqla məşğul olmuşdur. Lakin ailəsinin icazəsi ilə özünü tamamilə rəssamlığa həsr etməyə qərar vermiş və Rafael Kollenin tələbəsi olmuşdur. Kurodanın yaradıcılığı tanınmış və Fransanın bir sıra təsviri incəsənət cəmiyyətlərinə qəbul edilmişdir. 1893-cü ildə Yaponiyaya qayıdaraq Meyci dövrünün Qərb rəssamlığında yeni istiqamət başlatmışdır.
Kuroda Seyki
Kuroda Seyki (黒田 清輝, 9 avqust 1866, Hiqaşisenqoku[d], Kaqoşima – 15 iyul 1924[…], Tokio şəhəri[d]) və ya Kuroda Kiyoteru – Yaponiya rəssamı. Yaponiyanı impressionizmlə tanış etmişdir. "Yaponiyada Qərb rəssamlığının atası" hesab olunur. == Həyatı == Kuroda Seyki 1866-cı ildə müasir Kaqoşima prefekturasının ərazisində doğulmuş və dayısı Kuroda Kiyotsuna tərəfindən övladlığa götürülmüşdür. 1884-cü ildə hüquq təhsili almaq üçün Parisə səyahət etmişdir. Parisdə sənət əsərləri satmaqla məşğul olan Hayaşi Tadamasa, eləcə də, sənətşünaslıq tələbələri Yamamoto Hasui və Fuci Masazo ilə tanış olmuşdur. İki il boyunca həm hüquq, həm də rəssamlıqla məşğul olmuşdur. Lakin ailəsinin icazəsi ilə özünü tamamilə rəssamlığa həsr etməyə qərar vermiş və Rafael Kollenin tələbəsi olmuşdur. Kurodanın yaradıcılığı tanınmış və Fransanın bir sıra təsviri incəsənət cəmiyyətlərinə qəbul edilmişdir. 1893-cü ildə Yaponiyaya qayıdaraq Meyci dövrünün Qərb rəssamlığında yeni istiqamət başlatmışdır.
Kyoko Kuroda
Kyoko Kuroda (d. 8 may 1969) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 21 oyun keçirib, 7 qol vurub.
Çika Kuroda
Çika Kuroda (黒田チカ, Kuroda Çika, 24 mart 1884 – 8 noyabr 1968, Fukuoka) – təbii piqmentlər haqqında araşdırmaları ilə tanınan Yaponiya kimyaçısı. Yaponiyanın ilk qadın kimyaçısı hesab olunur. O, 1916-cı ildə Yaponiyada elmi bakalavr dərəcəsi əldə etmiş ilk qadındır. Çika Kuroda 24 mart 1884-cü ildə Yaponiyanın Saqa şəhərində doğulmuşdur. 1901-ci ildə Saqa Normal Məktəbindən, 1906-cı ildə Tokio Qadınlar Ali Normal Məktəbindən məzun olmuş, Fukui Normal Məktəbində müəllimlik etməyə başlamışdır. 1909-cu ildə Tokio Qadınlar Ali Normal Məktəbində köməkçi professor olmuşdur. Tohoku Universitetinin kimya fakültəsinə qəbul olunmuş və universitetin ilk qadın tələbəsi olmuşdur. Professor Macima Toşiyukinin başçılığı altında təbii piqmentlər haqqında araşdırmalar aparmağa başlamışdır. 1916-cı ildə məzun olanda universitetin köməkçi professoru təyin olunmuşdur. 1918-ci ildə Tokio Qadınlar Ali Normal Məktəbinin professoru olmuşdur.
Yeni Qurovka (Avurğazı)
Yeni Qurovka (başq. Яңы Гуровка, rus. Новогуровка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Terəpə kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, kənd sovetliyindən (Terəpə): 1 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 16 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (75%) üstünlük təşkil edir.
Zaxoda kurorta hücum
Zaxoda kurorta hücum — 20 iyul 2022-ci ildə İraqda, Kürdüstan regionun Zaxo rayonundakı Barax turizm kurortuna hücum. Hücum zamanı kurort ərazisinə dörd və ya beş artilleriya zərbəsi endirilmişdir. Hücumun kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil. İraq hökuməti iddia etmişdir ki, hücumun arxasında Türkiyə dayanıb. Türkiyə hökuməti bunu inkar edərək hücuma görə PKK-nı günahlandırmışdır. Hücum nəticəsində ikisi uşaq daxil olmaqla ən azı doqquz mülki şəxs həlak olub və ən azı 23 nəfər yaralanıb. Zərərçəkənlərin hamısı iraqlı ərəb turistlərdir. İraq hökuməti və Birləşmiş Millətlər Təşkilatı həm hücumu qınamış, həm də baş verənlərlə bağlı tədqiqat aparılmasına göstəriş vermişdir. Həm Kürdüstan regionu, həm də İraq federal rəsmiləri, o cümlədən İraqın Baş naziri Mustafa Əl-Kazımı hücuma görə Türkiyə Silahlı Qüvvələrini günahlandırmışdır. Nazirlər Kabineti xarici işlər nazirinə Türkiyənin İraqdakı səfirini çağırmağı və Türkiyədəki iraqlı həmkarından məsləhətləşmələr üçün Bağdada gəlməsini tələb etməyi tapşırmışdır.
Yuray Kuçka
Yuray Kuçka (26 fevral 1987, Boynitse[d]) — Türkiyə Super Liqası təmsilçilərindən olan Trabzonspor klubunda çıxış edən slovakiyalı peşəkar futbolçu. Kuçka əsasən yarımmüdafiəçi mövqeyində çıxış edir. 33 yaşlı futbolçu peşəkar karyerasına Slovakiyanın "Podbrezova" klubunda başlayıb, daha sonra "Rujomberok", Çexiyanın "Sparta Praqa", İtaliyanın "Cenoa" və "Milan" kimi klublarında çıxış edib. 2017-ci ilin yayında isə futbolçu Türkiyənin "Trabzonspor" klubuna transfer olunub. Slovakiya milli komandasıyla 54 oyuna çıxan Kuçka, 6 qolla yadda qalıb.