Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kürdəli
Kürd Əli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Kürdəli (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd.
Kürkəndi
Kürkəndi — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. == Din == Kənddə "Zəhra" məscidi dini icması fəaliyyət göstərir. == Tanınmış şəxslər == Zəbbulla Əliyev — 20 yanvar şəhidi.
Kürəkli
Kürəkli (Karbi) — 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində məzrə adı
Kürəkçi
Kürəkçi — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Yaşayış məntəqəsi Pirimbel tayfasının Kürəkçi tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd Viləşçayın sahilində, Talış dağlarının Peştəsər silsiləsinin ətəyindədir. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 410 nəfər əhali yaşayırdı.
Cürəli
Aşağı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Aşağı Cürəli kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Yuxarı Cürəli kənd inzibati ərazi dairəsində kənd.
Kürehi
Kürehi — İranın Fars ostanının Bəvanat şəhristanının Sərçihan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,158 nəfər və 807 ailədən ibarət idi.
Aşağı Kürkəndi
Aşağı Kürkəndi — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Aşağı Kürkəndi Salyan rayonunun Arbatan inzibati ərazi vahidində kənd. Kur çayının sahilindədir. == Tarixi == Yaşayış məntəqəsi XX əsrin əvvəllərində Salyan balıq vətəgələrində işləmək üçün Cənubi Azərbaycandan gələnlər tərəfindən salınmış və Kürkəndi adlandırılmışdı. Sonralar tikinti idarəsinin fəhlə və qulluqçuları üçün salınmış qəsəbə də kəndlə birləşmışdir.[mənbə göstərin] == Etimologiyası == Yeni salınmış yaşayış məntəqəsi həmin kənddən bir qədər Aşağıda yerləşdiyi üçün Aşağı Kürkəndi adlandırılmışdır. Kürkəndi "Kür sahilində kənd" mənasındadır.
Franko Korelli
Franko Korelli (it. Franco Corelli, əsl adı Dario Korelli; 8 aprel 1921[…], Ankona, Marke – 29 oktyabr 2003[…], Milan) — İtaliya opera müğənnisi (tenor).
Kürdəli (Ərdəbil)
Kürdəli (fars. كردعلي‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 247 nəfər yaşayır (59 ailə).
Kürkəndi bələdiyyəsi
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aşağı Cürəli
Aşağı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Aşağı Cürəli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli əhalinin məlumatına görə, sovet hakimiyyəti illərində Yuxarı Cürəli adlanan məntəqədən bir qrup ailə ayrılaraq Aşağı Cürəli kəndini əmələ gətirmişdir. Oykonim yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə əlaqədar yaranmışdır. == Tarixi == Aşağı Cürəli Biləsuvarın ilk salınan kəndlərindəndir. Əsasən 1940–50-ci illərdə SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhəd ərazidən köçürülən insanlardan təşkil olunmuşdur. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə yerləşir. Əsgərabad, Dərvişli, Amankənd, Ağalıkənd və Yuxarı Ağalı kəndləri ilə sərhəddir. == Əhalisi == === Şəhidləri === Gözəlov Xalid Həsən oğlu (1996–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Mahmudov Cavid Hilal oğlu (1989–2020) — İkinci Qarabağ müharibəsi şəhidi, Vətən müharibəsi qəhrəmanı.
Aşağı Küçəli
Aşağı Küçəli (fars. كوچلوي سفلي‎) – İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Kareli bələdiyyəsi
Kareli bələdiyyəsi (gürc. ქარელის მუნიციპალიტეტი karelis municipʼalitʼetʼi) — Gürcüstanın Daxili Kartli diyarında bələdiyyə.
Kürəvi ildırım
Nurəli Xəlifə
Nurəli Xəlifə və ya Nurəli Xəlifə Rumlu — XVI əsrdə fəaliyyət göstərmiş Səfəvi dövlətinin türk sərkərdəsi, dövlət xadimi. Türkman tayfasına mənsub olmuşdur. 1511-ci ildən 1515-ci ilə qədər, yəni Şah İsmayılın (1501-1524) hakimiyyəti dövründə Ərzincan canişini olmuşdur. Elmi-tarixi ədəbiyyatda Osmanlı ərazilərində Səfəvi təriqət təbliğatının fəallarından biri kimi xəlifə Nurun (Nurəli) adı çəkilməkdədir. Onun bu istiqamətdəki fəaliyyəti Sivas, Tokat, Amasya və Çorumda xüsusilə geniş idi. Bəzi məlumatlara görə, onun sayəsində Osmanlı ərazisində Səfəvi təriqət tərəfdarlarının sayı o qədər artmışdı ki, Osmanlı şahzadələri hətta hakimiyyət uğrunda mübarizədə onların dəstəyini qazanmağa da meyl edirdilər. == Həyatı == Nurəli Xəlifə Rumlunun adı dövrün mənbələrində bəzən Nur Əli bəzən münəccimbaşı Nurəddin kimi qarşımıza çıxır. Bir digər tarixçilər isə onun adının Mir Əli olduğu fikrini irəli sürmüşdür. Azərbaycanlı tarixçi Namiq Musalı bildirir ki, əgər Mir Əli adı onun əsl adıdırsa ehtimal ki, o ələvilər arasında olan seyid mənşəli ailələrdən birində anadan olmuşdur. Çünki Səfəvi mühitində seyidlər ərəbcə əmir kəliməsinin qısaldılmış forması olan Mir ünvanı daşıyırdı.
Nurəli Yusifbəyli
Nurəli Adil oğlu Yusifbəyli — Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru, Azərbaycan Respublikasının əməkdar mühəndisi və əməkdar elm xadimi. == Həyatı == 28 mart 1963-cü ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycanlıdır. 1980-ci ildə Kiyev Politexnik Institutunun (hazırda Kiyev Texniki Akademiyasının) Elektroenergetika fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1986-cı ildə həmin institutu "Elektrik Sistemlərinin Kibernetikası" ixtisası üzrə bitirmişdir. 1986–1989-cu illərdə Sumqayıt 1 saylı İstilik Enerji Mərkəzində elektrik montyoru, elektrik sexinin və elektrik stansiyanın növbə rəisi vəzifələrində, 1989–1993-cü illərdə "Azərenerji" Dövlət Şirkətində Dispetçer, Böyük Dispetçer vəzifələrində çalışmışdır. 1993–2001-ci illərdə "Azərenerji" ASC Mərkəzi Dispetçer Xidmətinin rəisi, Baş dispetçer, Baş mühəndisin müavini vəzifələrində, 2001–2002-ci illərdə "Azərenerji" ASC "Enerjinin ötürülməsi" İstehsalat Birliyinin Baş Direktorunun müavini vəzifəsində çalışmışdır. 2002–2009-cu illərdə "Azərenerji" ASC Mərkəzi Dispetçer İdarəsinin rəisi, 2009–2012-ci illərdə "Azərenerji" ASC "Azərbaycan Elmi–Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu"nun direktoru vəzifələrində çalışmışdır. Bu müddət ərzində Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın "05.14.02 – Elektrik stansiyaları və elektroenergetika sistemləri" ixtisası üzrə İxtisaslaşdırılmış Dissertasiya Şurasının Sədri olmuşdur. 2012-ci ildən Azərbaycan Respublikası İqtisadiyat və Sənaye Nazirliyinin Baş Məsləhətçisi, Nazirin müşaviri, 2014-cü ildən Azərbaycan Respublikası İqtisadiyat və Sənaye Nazirliyi Strateji Planlaşdırma şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2015-ci il 13 mart tarixindən Azərbaycan Respublikası Prezidentinin 11101 nömrəli Sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
Qar kürəyi
Qar kürəyi qar təmizləmək üçün istifadə edilən kürəkdir. Qar kürəkləri müxtəlif dizaynlardadır və hər biri qarı müxtəlif istiqamətdə aparmaq üçün düzəldilib. Qarı kürəklə təmizləmək sağlamlıq üçün təhlükəlidir, ancaq düzgün istifadə ediləndə insan sağlamlığına xeyirli ola bilər. == Tarixi == İlk qar kürəyi Rusiyadakı çeyllikdə tapılıb, 6000 yaşı olduğu fikirləşilir, ağzı yonulmuş Cervus canadensis buynuzundan düzəldilib. Arxeoloqlara görə buynuz hissəsi odun və ya sümük tutacağına birləşdirilib. == Xüsusiyyətləri == Bütün qar kürəkləri tutacaqdan və çömçədən ibarətdir. Bəzən onları əlaqələndirən sap ola bilər, ancaq başqa qar kürəklərində tutacaq birbaşa çömçəyə bağlıdır. Bir çox qar kürəkləri qarı itələmək və ya qaldırmaq üçün dizayn edilib, ancaq bəziləri hər ikisin edə bilər. Bəzi qar kürəyi çömçələrinin itilənmiş ağızları var və bu, buz parçalarını parçalamağa və qaldırmağa kömək edir. Tutacaqlar düz və ya əyri ola bilər.
Tofiq Nurəli
Tofiq Nurəli (Hacıyev Tofiq Niyətulla oğlu; 4 iyul 1953, Yerfi, Quba rayonu) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988) == Həyatı == Tofiq Nurəli 1953-cü ildə Qonaqkənd rayonunun Yerfi kəndində anadan olmuşdur. Yerfi kənd məktəbində oxuyub. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunu fərqlənmə diplomu ilə bitirmişdir (1972–1978). Müxtəlif səhiyyə ocaqlarında rəhbər vəzifələrdə çalışmışdır. İlk kütləvi səhiyyə qəzetini "Şəfqət"- indiki "Tibb qəzeti"ni yaratmış və 1991–1995-ci illərdə qəzetin baş redaktoru işləmişdir. == Fəaliyyəti == Səksəninci illərdə ədəbiyyata gələn Tofiq Nurəlinin şeirləri o dövrün gəncləri arasında ən çox oxunan, sevilən poeziya nümunələrindən idi. Təsadüfi deyil ki, ədəbi orqanlardakı çıxışları kimi onun 1983-cü ildə çap olunan ilk "Şehli kəpənəklər" adlı kitabı da böyük rəğbətlə qarşılanmışdı. 1984-cü ildə gənc yazıçıların VIII Ümumittifaq müşavirəsindəki uğurlu iştirakı, şeirlərinin "Literaturnaya qazeta" da dərc olunması həmin müvəffəqiyyətin davamı idi. "Şehli kəpənəklər" (1983), "Yağışdan sonra" (1989), "Tənha bir qüssə" (1998), "Tənha payız yarpağı" (2003), "Yarpaqlarım "ağrıyır" (2014) adlı kitabları çap olunub. Şeirləri Moskvada, Təbrizdə, Türkiyədə çap olunub.
Yer kürəsi
Yer — Günəşə yaxınlığına görə Günəş sistemindəki üçüncü planet və həyat aşkar olunan yeganə göy cismi. Radiometrik tanışlıq və digər dəlillərə görə Yer 4,5 milyard il əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. Yer 365 gün ərzində Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365 (366) dəfə fırlanır. Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi qabarma və çəkilmələrə səbəb olur. Yer Günəş sistemindəki ən sıx planetdir və dörd daxili planetin (Günəşdən olan uzaqlığa görə daxili planetlər —Merkuri, Venera, Yer, Mars) ən böyüyü və ən ağırıdır. Yerin xarici təbəqəsi (litosfer) milyonlarla ildir ki, səth boyunca hərəkət edən bir neçə sərt tektonik plitələyə bölünmüşdür. Yer səthinin təxminən 29 %-i qitələr və adalardan ibarət qurudur.
Yuxarı Cürəli
Yuxarı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Yuxarı Cürəli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Yuxarı Cürəli kəndi Ağalıkənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yuxarı Cürəli kənd Soveti yaradılmışdır. == Toponimikası == XIX əsrə aid mənbələrdə rayonun ərazisində Cürəli adlı yalnız bir kənd qeyd olunmuşdur. Sonralar həmin kənd böyüyərək Yuxarı Cürəli və Aşağı Cürəli adlı iki kəndə ayrılmışdır. Oykonimin birinci komponenti coğrafi mövqeyi, ikinci komponenti isə cürəli tayfasının adını əks etdirir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə yerləşir. Ağalıkənd və Təzəkənd kəndləri ilə sərhəddir. == Əhalisi == === Tanınmış şəxsləri === Əlikram Bayramov — müğənni. === Şəhidləri === Nəcəfli Sadiq Nüsrət oğlu (2000–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Yuxarı Küçəli
Yuxarı Küçəli (fars. كوچلوي عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Alan Kürdi
Aylan Kürdinin ölümü — 3 yaşlı, kürd əsilli suriyalı bir uşağın Suriya böhranı ilə əlaqədar olaraq Türkiyədən Yunanıstana gedərkən Aralıq dənizində anası və qardaşı ilə birlikdə ölümü. Aylan Kürdi 2 sentyabr 2012-ci il tarixində ailəsi ilə birlikdə botla Türkiyənin Bodrum şəhərindən Yunan adalarından olan Kos adasına sadəcə 2.5 dəniz mili məsafəli bir yolda olarkən bot çevrilmişdir. Qayıqda olanlardan heç birinin əynində təhlükəsizlik jileti olmamışdır. Kürdi Suriyanın şimalında yerləşən Kobani şəhərində dünyaya gəlmişdir. Ailəsi əvvəlcə Kanadanın Vankover şəhərinə getməyi planlaşdırmışdır. Lakin Kanada dövləti tərəfindən onların müraciəti rədd edilmişdir. Aylanın sahilə çıxmış cəsədinin şəklini DHA müxbiri, türk jurnalist Nilufər Dəmir çəkmişdir. Ailənin hər üç üzvü; ana Rihan, uşaqları; Aylan və Qalib kürdi 4 sentyabr 2015-ci il tarixində Türkiyədən Kobaniyə aparılaraq orada dəfn edilib. == Aylan Kürdinin ölüsünün şəkilləri == Şəkil bir çox dünya saytlarının və qəzetlərinin gündəminə gəlmişdir. == Şəklə reksiyalar == Şəkil yayımlandıqdan sonra 24 saat ərzində Qaçqın və Köçkünlərə Yardım Fonduna yardımda dalğalanma olmuş və yardımların sayı 15 dəfə artmışdır.
Aylan Kürdi
Aylan Kürdinin ölümü — 3 yaşlı, kürd əsilli suriyalı bir uşağın Suriya böhranı ilə əlaqədar olaraq Türkiyədən Yunanıstana gedərkən Aralıq dənizində anası və qardaşı ilə birlikdə ölümü. Aylan Kürdi 2 sentyabr 2012-ci il tarixində ailəsi ilə birlikdə botla Türkiyənin Bodrum şəhərindən Yunan adalarından olan Kos adasına sadəcə 2.5 dəniz mili məsafəli bir yolda olarkən bot çevrilmişdir. Qayıqda olanlardan heç birinin əynində təhlükəsizlik jileti olmamışdır. Kürdi Suriyanın şimalında yerləşən Kobani şəhərində dünyaya gəlmişdir. Ailəsi əvvəlcə Kanadanın Vankover şəhərinə getməyi planlaşdırmışdır. Lakin Kanada dövləti tərəfindən onların müraciəti rədd edilmişdir. Aylanın sahilə çıxmış cəsədinin şəklini DHA müxbiri, türk jurnalist Nilufər Dəmir çəkmişdir. Ailənin hər üç üzvü; ana Rihan, uşaqları; Aylan və Qalib kürdi 4 sentyabr 2015-ci il tarixində Türkiyədən Kobaniyə aparılaraq orada dəfn edilib. == Aylan Kürdinin ölüsünün şəkilləri == Şəkil bir çox dünya saytlarının və qəzetlərinin gündəminə gəlmişdir. == Şəklə reksiyalar == Şəkil yayımlandıqdan sonra 24 saat ərzində Qaçqın və Köçkünlərə Yardım Fonduna yardımda dalğalanma olmuş və yardımların sayı 15 dəfə artmışdır.
Diplomata kurdı
Diplomat (kürd. Dîplomat) və ya "Diplomata kurdı" (kürd. Dîplomata Kurdî) — Azərbaycanda fəaliyyəti dayandırılmış kürddilli qəzet. == Tarixi == "Diplomat" həftəlik qəzeti 2003-cü ildə təsis olunmuşdur. Qəzetin təsisçisi və baş redaktoru Tahir Süleyman olmuşdur. "Diplomat" qəzeti kürd, Azərbaycan, rus və türk dillərində çap olunurdu. Qəzet Rusiyanın müxtəlif vilayətlərində, həmçinin Qazaxıstanda, Qırğızıstanda və Ukraynada yayımlanırdı. "Diplomat" qəzetində Kürdüstan Fəhlə Partiyasının (PKK) liderləri Murad Karayılan və Abdullah Öcalana dəstək verən yazılar dərc olunmuşdur. Qəzetin baş redaktoru Tahir Süleyman özü Abdullah Öcalanı "milli azadlıq hərəkatının rəhbəri" adlandırmışdır. O, zaman-zaman İraqa gedərək, oradakı İraq Kürdüstanı iqtidarı ilə görüşlər keçirmişdir.
Kürdi (şair)
Mustafa bəy Sahibqıran (kürd. مستەفا بەگ ساحێبقران), təxəllüsü Kürdi (kürd. کوردی، Kurdî) — XIX əsr kürd şairi. O, Nali və Səlim ilə birlikdə sorani dilində olan Babani şeir məktəbinin yaradıcılarındandır. Odur ki, Kürdi Nali və Səlim ilə eyni vaxtda yaşamış və əslən Süleymaniyyədən olmuşdur. O, 1806 və ya 1812-ci ildə anadan olmuş, 1850-ci ildə vəfat etmişdir. Onun poeziyasının forma və məzmunu Nali və Səliminkinə bənzəyir, daha çox sevgi, fəlsəfə, mistisizm, tarix kimi mövzulardan ibarət idi. Şeirlərinin çoxu qəzəl və qəsidə formasındadır. Şeirləri kürd, fars və ərəb dillərindədir.