Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kari Rid
Kari Rid (4 sentyabr 1970) — Kanadanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Kari Rid Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Kari Rid Olimpiadanın gümüş medalına sahib olub.
Kari gölü
Kari gölü (erm. Քարի լիճ, Kari-liç) — Yüksəklikdə yerləşən dağ gölü, Ermənistan ərazisində yerləşir. Alagöz dağının ətəklərində qərarlaşır. Əsasən qar suları ilə qidalanır. Qışda tamamən buzla örtülü olur. Yüksək dağ qurşağında yerləşməsi bunu labüd edir. Dəniz səviyyəsindən 3207 metr yüksəklikdə, dağ zirvələri arasında qərarlaşır. Gölün sahil xəttinin uzunluğu 1150 metrdir. Maksimal dərinliyi 8 metr, gölün sahəsi 30 ha-dır. Gölün su tutumu 357 min km² təşkil edir.
Akri
Akri (port. Acre) — Braziliyanın şimal-qərbində yerləşən ştat. Şimalda Amazonas, şərqdə isə Rondoniya ştatı ilə sərhədlənir. Üstəlik cənub-şərqdən Boliviya, cənub-qərbdən isə Peru ilə sərhədə malikdir. Ştatın inzibati mərkəzi Riu-Brankudur. Ştatın adı Akri çayından götürülmüşdür. Akri Purus çayının əsas qollarındandır. Hindu dilində «Kaymanlar çayı» mənasını verir. == Coğrafiya == Ərazisi bütünlüklə Amazon hövzəsinə daxildir. Qərb sərhədində Serra-fu-Divizor dağı 609 metr hündürlüklə ştatın ın hündür nöqtəsidir.
Bari
Bari — İtaliyanın cənub-şərqində Adriatik dənizi kənarında bir liman şəhəridir. Puglia bölgəsinin ve eyni adlı Bari ilinin mərkəzidir. Bari bələdiyəsi əhatəsi daxilində əhali sayı 319.978-ə , varoş bələdiyyəsi ilə birlikdə (təx. 230 km² lik) 653.028 dir. Metropoliten Bari bölgəsində əhali təxminən 1 milyondur. Cənubi İtalyanın yarımadadakı Napolidən sonra ikinci böyük şəhəri olan Bari, böyük bir regional mərkəz və xüsusilə Aralıq dənizinin şərqlə əlaqələrində əhəmiyyətli bir ticarət şəhəridir. Yaxın dövrdə ənənəvi sənayeyə, qida sənayesi, kimya, toxuma və maşın sənayeləri əlavə olunmuşdur. Köhnə şəhərin iştirak etdiyi burun, köhnə və yeni limanları ayırır; arxada iştirak edən 19. əsr şəhəri, dama taxtası formasında bir plana görə qurulmuşdur. Bari Azərbaycanın Sumqayıt şəhəri ilə qardaşlaşıb.
Dari
Dəri dili (dəri دری ) — Əfqanıstanda yaşayan taciklərin, həzaraların, aymaqların və digər etnik qrupların dili. İran dillərindən biridir. Əfqanıstan Konstitusiyasında müəyyən edilibdir ki Əfqanıstanın iki rəsmi dillərindən biridir, digəri isə Puştu dilidir.
Kahı
Kahı (lat. Lactuca sativa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü. Kalsium mineralı ilə A və C vitaminləri baxımından zəngin bir tərəvəzdir. Ayrıca kahıda B, D, E vitaminləri və dəmir, natrium, mis, yod, fosfor və sink mineralları da var. == Faydaları == Sinirləri yatırar. Təzyiqi salar. Sakitləşdirici təsiri ilə yuxusuzluq çəkənlər üçün faydalıdır. Aybaşı halını nizamlar və ağrısını yüngülləşdirər. İştah açar və həzmi asanlaşdırar. Sidik sökdürücüdür.
Kaki
Kaki— İranın Buşehr ostanının Dəşti şəhristanının Kaki bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,893 nəfər və 1,983 ailədən ibarət idi.
Kali
Santiaqo de Kali (isp. Santiago de Cali) və ya sadəcə Kali (isp. Cali) — Kolumbiyanın qərbində şəhər və Valle del Kauka departmanının mərkəzi.2,5 milyon əhalisi ilə Kali, Boqota və Medellindən sonra ölkədə üçüncü ən böyük şəhər.
Kami
Kami — şintoizmdə həyat üçün önəmli olan külək, yağış, ağac, dağ və bərəkət şəklinə girən ruh, başqa sözlə tanrı. Şintoizmdə kamilər təbiətdən ayrı sayılmır. Sintoistlər pis və yaxşı, neqativ və pozitiv xarakterlər təbiətdə şəkil alan kamilərdir. Onlar musubinin təzahürüdür. Sinto inancına görə kamilər kainat və enerjiylə bağlıdır. İnsanlıq üçün doğru çalışmaq nümünəvi hesab edilir. Sintoistlər kamilərin bu dünyada gizli olduğuna inanırlar.
Kani
Məhəmməd Kabuli və ya təxəllüsü ilə Kani (1898, Mərivan, Kürdüstan ostanı – 1965) — kürd şairi. Qacar dövlətində, Mərivan ətrafındakı Rişen kəndində anadan olmuşdur. O, doğulduqdan az sonra valideynlərini itirmişdir. Poeziyasının böyük hissəsini məzlum insanlara həsr etmişdir. Onun poeziyasının əsas mövzuları azadlıq, kürd mübarizəsi, qadın hüquqları, təbiət və sevgidir.
Kara
Kara — qızlardan ibarət Koreya musiqi qrupudur. Girls Generation musiqi qrupu 5 üzvdən ibarətdir. Qrup 2007-ci ildə qurulub.
Karbi
Karpi — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km məsafədə yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. Tarixən burada Kiçik Karpi və Böyük Karpi kəndləri olmuş, sonradan bu iki kənd birləşdirilmiş və Karpi kəndi kimi rəsmiləşdirilmişdir. == Toponimi == Toponim türk dilində "şəhər", "qala", "möhkəmləndirilmiş yer" mənasında işlənən kar sözünə -pi şəkilçisinin qoşulması yolu ilə formalaşmışdır. "…pi Bisitun qayalarındakı mixi yazıların ikinci qolunun dilindən — Elam dilindən göründüyü kimi cəm bildirən şəkilçidir. Bu yazılarda həmin şəkilçi "p", "ap", "pe", "pi" şəkillərində tayfa və ölkə bildirən adların sonuna bitişdirilərək işlənıniş və belə sözlər həmin şəkilçi ilə birlikdə "el", "tayfa", "qəbilə", "yurd", "ölkə" mənalarını ifadə etmişdir. Relyef əsasında yaranan düzəltmə sözdür. XIX əsrin sonlarından sonra mənbələrdə bu kəndin adı çəkilmir. Ehtimal ki, Karbi mahalından çıxmış ailələrin özləri ilə apardıqları addır.
Kariz
Kariz — İranın Rəzəvi Xorasan ostanının Taybad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,565 nəfər və 1,988 ailədən ibarət idi.
Karl
Karl — kişi adı. Karl Qulbrandsen — Norveçli kişi velosipedçi. Karl Marks — alman filosofu, siyasətçisi, marksizm-leninizm nəzəriyyəsinin banisi. Karl Llevellin — Amerika mülki hüquq mütəxəssisi. Karl Lundquist — İsveçli kişi velosipedçi. Karl Manneim — Macarıstan filosofu və siyasətçisi. Karl Olsen — Norveçli kişi velosipedçi. Karl Rayner — ABŞ aktyoru. Karl Rulye — Bioloq, tibb elmləri doktoru, Moskva Universitetinin professoru. Karl Veyerştrass — Məşhur alman riyaziyyatçısı Karl Vilhelm Şeyele — isveç kimyaçısı.
Karp
Çəki və ya karp (lat. Cyprinus carpio) Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Aralıq dənizində, Xəzər, Qara və Aral dənizlərində, həmçinin İssıkkulda yayılmışdır. Uzunluğu 17 sm-dən 79 sm-ə qədər ola bilər, kütləsi 1,6-2,8 kq təşkil edir. Uzunluğu 1 m, çəkisi 20 kq-dan çox olan balıqlara nadir də olsa rastlanılır. == Yayılması == Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Aralıq dənizində, Xəzər, Qara və Aral dənizlərində, həmçinin İssıkkulda yayılmışdır. Uzunluğu 17 sm-dən 79 sm-ə qədər ola bilər, kütləsi 1,6-2,8 kq təşkil edir.
Karpi
Karpi(it. Carpi, emil.-rom. Chèrp) — İtaliyanın Modena vilayətinin Emilia-Romagna regionunda şəhər. == Coğrafiyası == Neapol körfəzinin əsl incisi olan Kapri, keçmişdə olduğu kimi, indi də İtaliyanın ən məşhur və mötəbər kurort şəhərlərindən hesab edilir. Buna görə də təəccüblü deyil ki, insanlar buraya nəinki istirahət etməyə, həm də dənizin qoynunda olan bu təbiət möcüzəsinə tamaşa etməyə can atırlar. Bundan əlavə, Kapri sözün əsl mənasında, təbiətin bəxş etdiyi unikal müalicəvi resurslara malik əsl kurort şəhəridir. Kapriyə səyahət son zamanlar Rusiya turistlərinin böyük marağına səbəb olmuşdur. Bəzən Kapridə istirahət materikdəki istirahətə nisbətən daha dəbdəbəli və prestijli görünür. Tez-tez Kapri ilə bağlı maraqlı turlara rast gəlinir, məsələn, Kapri ilə yanaşı, İtaliyanın bir neçə şəhərinə ekskursiyalı səyahətlər. Digər kurort şəhərində istirahət etsəniz də, yay günlərinin birində Kapri şəhərinə siz də təşrif buyura bilərsiniz.
Karri
Karri - Pakistan mətbəxdə Karri adətən ətirli ədviyyat qarışığı ilə qarışdırılır və bir qayda olaraq süfrəyə düyü ilə verilir. Karriyə əlavə olunan qarışıqlar da karri adlanır. Bu söz "sous" mənasını verən Tamil mənşəli sözdən (tam. கறி) yaranmışdır. Demək olar ki, Cənubi Asiya üslubunda sous əsasında və ədviyyatlarla hazırlanmış hər hansı bir yeməyi Qərb dünyasında karri kimi adlandırmaq olar. Hindistanın cənubunda yayılmış müxtəlif növ pörtlədilmiş tərəvəzdən, paxlalılar və ya ətdən hazırlanmış ətirli duru, qatı maye yeməklər. Avropa mətbəxində "karri" termini, bir qayda olaraq, karri ədviyyatlarını sousa əlavə etməklə hazırlanmış quru halda, tavada və yaxud qrildə qızardılmış yeməklərə aiddir.
Kars
Qars (türk. Kars) — Türkiyənin şərqində yer alan şəhər. Qars ilinin inzibati mərkəzidir. Türkiyənin ən yüksəkdə yerləşən il mərkəzlərindən olan Qars kəndləri ilə birlikdə ümumi əhali sayı 100 mini keçən şəhərlərdəndir (şəhər mərkəzi: 102.001, ümumi 129.458). Mərkəz ilçəyə bağlı üç məhəllə və 70 kənd vardır. Müxtəlif etnosların birlikdə yaşadığı şəhərdır. Qars Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin 2023-cü il üçün Türkiyə Turizm Strategiyası 2023 və Turizm Strategiyası Hərəkət Planı əsasında nəzərdə tutulan 15 il mərkəzindən biridir. Bu layihə ilə hədəflənən il mərkəzlərini " mədəniyyət turizmi inkişaf etdiriləcək brend şəhərlər" elan edib inkişaflarını təmin etməkdir. == Tarixi hadisələr == 18 noyabr 1877-ci ildə Erməni könüllü silahlı dəstələri və yerli ermənilərin fəal iştirakı ilə general Hovhannes Lazaryanın qoşunları gecə yarısı gizli yollarla xəlvətcə Qarsa daxil oldular.
Kart
Kart — oyun vasitəsi Kartların olduqca qədim və dramatik tarixi vardır. Bir çox tədqiqatçıların fikirlərinə görə ilk kartlar Fransada əyləncə məqsədilə Dəli sayılan VI Karlın dövründə yaranmışdır. Əlbəttə bütün bunlar sadəcə əfsanə də ola bilər. Hələ qədim Misirdə rəqəmlənmiş qələmlərlə bu tipli oyunlara həvəs var idi. Hindistanda fil sümüklərindən hazırlanan əşyalarla oynayırdılar. Çində isə artıq müasir tipli kartlara rast gəlmək mümkün idi və bu da XII əsr nümunəsi sayılırdı. Sənədlərə əsaslansaq ilk dəfə kartın meydana gəlməsi 1379-cu ilə aid edilir. Çünki həmin dövrə aid olduğu güman edilən və italyan şəhərlərindən birində tapılan yazı bunu bir daha təsdiq etdi. Həmin yazıda qeyd edilmişdi; "Kartda oyunlar təşkil olunur, bura müxtəlif dünya ölkələrindən sarasinlər (orta əsrdə qərblilərin Afrika müsəlmanlarına verdiyi ad) gətirilir və onları naib adlandırırlar. Bu növdə olan oyunlar hərbi məna ifadə edirdi, çünki bildiyiniz kimi "naib" sözü ərəb sözüdür və mənaca "kapitan", "rəis" kimi tərcümə edilir.
Kaşı
Kaşı — keramika, daş, metal və hətta şüşə kimi davamlı materiallardan istehsal edilən parça.Kaşılar ümumiyyətlə dam, döşəmə, divar , duş və ya masa zirvələri kimi digər obyektləri örtmək üçün istifadə olunur.
Qari
Qari (ərəb. قارئ‎) — təcvid elmini yaxşı bilən alim, Quran oxuyucusu.
Kadi
Kadi — ad. Kadi (futbolçu) — Braziliyalı futbolçu. Yevdokiya Kadi — Kipr müğənnisi.
Karib
Karib hövzəsi və ya Vest-Hind - Karib dənizi, Karib adaları və sahil ərazilərini əhatə edən coğrafi region. Bu bölgə Meksika körfəzi və Şimali Amerikanın cənub-şərqində, Mərkəzi Amerikanın şərqində və Cənubi Amerikanın şimalında yerləşir. Əhalisi 37,5 milyon nəfərdir.
Kabri
Kabri (fr. Cabris) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qras dairəsi, Qras-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sen-Valye-de-Tye kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 5,43 km², əhalisi — 1558 nəfərdir (2006) artım tendensiyası ilə: 1384 nəfər (2012), əhalinin sıxlığı 254,9 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 1427 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 1384 nəfər.
Kaçi
Kaçi — İranda desertdir, lakin axşam yeməyində çörəklə yemək kimi yeyilə bilər. Kachi un və yağın olması səbəbindən çox enerjiyə malikdir. Məsələn, kərə yağı və undan alınan enerji, bu kaçinin hazırlanmasında verilən miqdarlarla tək başına 3115 kaloridir ki, bu da əhəmiyyətli bir enerjidir. Bu səbəbdən arıq insanlar və zəiflikdən əziyyət çəkənlər üçün uyğun bir desertdir. Kaçi un, şəkər, qızılgül suyu, yağ, yağ və zəfərandan hazırlanır. Əvvəllər çoxlu heyvan yağı ilə hazırlanırdı. Kachi də düyü unu ilə hazırlanır.