Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Antonio Kataldi
Antonio Kataldi (it. Pietro Antonio Cataldi; 15 aprel 1552[…], Boloniya, Papa dövləti – 11 fevral 1626[…], Boloniya, Papa dövləti) — İtaliya riyaziyyatçısı. Bolonya və Florensiya şəhərlərində fəaliyyət göstərmişdir. "Ədəddən kvadrat kök almağın ən qısa üsulu haqqında trakat"da ilk dəfə olaraq kəsilməz kəsrləin köməyi ilə kvadrat köklərin alınması üsulunu vermişdir; paralellər nəzəriyyəsi ilə məşğul olmuşdur. Həmçinin, P 17 {\displaystyle P_{17}} və P 19 {\displaystyle P_{19}} -un tam rəqəm olduğunu proqnozlaşdırmışdır və bunu Maren Mersennin analoji ixtirasından 100 il əvvəl etmişdir.
Piter Kapaldi
Piter Duqan Kapaldi (ing. Peter Dougan Capaldi; 14 aprel 1958, Qlazqo) — Şotland aktyor, rejissor və ssenari müəllifi. Oskar və BAFTA mükafatlarının laureatı. 2013-cü ildən bəri «Doktor Kim» serialında on ikinci Doktorun rolunda oynayır.
"Layell" medalı
Layell medalı (Lyell Medal) — London Geologiya Cəmiyyətinin geologiya sahəsində yüksək nailiyyətlərə görə elmi təltifi. Medal müasir geologiya elminin banisi, "XIX əsrin ən görkəmli alimlərindən biri olan" İngiltərə geoloqu Çarlz Layellin (1797–1875) şərəfinə adlandırılmışdır..
"Müharibə" medalı
Hərb medalı — Osmanlı imperiyası tərəfindən yaradılmış hərbi medal. İngilislər tərəfindən Gelibolu ulduzu (The Gallipolli Star), almanlar tərəfindən isə Dəmir hilal (Eiserner Halbmond) deyə adlandırılmışdır. Sultan V Mehmed tərəfindən döyüşlərdə fərqlənənləri mükafatlandırmaq üçün yaradılmışdır. Bu medal daha çox I Dünya müharibəsi zamanı döyüşən Osmanlı hərbçilərinə və Osmanlı ərazisində döyüşən Osmanlı müttəfiqi olan dövlətlərin hərbçilərinə verilmişdir. == Dizaynı == Medalın üz tərəfindən beş guşəli qırmızı ulduz, onun ortasında göstərişli hilal vardır. Hilalın içində Osmanlı sultanı Mehmed Rəşadın tuğrası vardır. Bundan əlavə tuğranın altına, hicri təqvimə görə medalın verildiyi tarix olan 1333 (miladi 1915-ci il) ili işlənmişdir. == Taxılması == Rəsmi geyim zamanı medal formanın mərkəz tərəfinə, sağ sinə cibinni altına taxılırdı. Hər gün lent dəyişilməli idi. Lent formanın ikinci düymə yerindən birləşdirilirdi.
"Sənətkar" medalı
"Sənətkar" medalı — Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən təsis edilən mükafat. Azərbaycan Milli Peşəkar Teatrı günüdə dramaturqlara, yazıçılara səhnəmizdə xidmətləri olan sənət adamlarına təqdim olunur.
"Tərəqqi" medalı
"Tərəqqi" medalı — Azərbaycanın dövlət təltifi. "Tərəqqi" medalı, Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 1992-ci il 10 noyabr tarixli 370 nömrəli Qanunu ilə təsis edilib. Heydər Əliyevin 1993-cü il 6 dekabr tarixli 758 saylı Qanunu ilə isə, medalın əsasnaməsi və təsviri təsdiq edilib. == Əsasnaməsi == "Tərəqqi" medalının əsasnaməsi, Heydər Əliyevin 1993-cü il 6 dekabr tarixli 758 saylı Qanunu ilə təsdiq edildi. 1. "Tərəqqi" medalı Azərbaycan vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: 1.1. Kənd təsərrüfatı və sənaye sahəsində qazandıqları uğurlara görə; 1.2. Böyük əhəmiyyətli ixtiralara və səmərələşdirici təkliflərin verilməsinə görə; 1.3. Elm, mədəniyyət, ədəbiyyat, incəsənət, hüquq, təhsil və səhiyyə sahələrində xidmətlərinə görə; 1.4. Xalq təsərrüfatı obyektlərinin inşasında, yenidən qurulmasında görkəmli xidmətlərinə görə; 1.5.
Analıq medalı
Analıq medalı - SSRİ Ali Sovetinin 8 iyul 1944-cü il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı. == Qalereya == == Xarici keçidlər == Медаль Материнства.
Azərbaycan medalı
Azərbaycan medalı (fars. نشان آذرآبادگان‎) — İran şahı Məhəmməd Rza Pəhləvi tərəfindən 12 dekabr 1946-cı il tarixində təsis edilmiş medal. 1945-ci ilin dekabrında Azərbaycan Demokrat Firqəsi Seyid Cəfər Pişəvəri öndərliyindəki Azərbaycan Milli Hökumətini təsis etmişdir. Buna baxmayaraq, İran ordusu ABŞ və Böyük Britaniyanın dəstəyi ilə Təbriz şəhərinə yenidən daxil olur və Azərbaycan Milli Hökumətini işğal edir. Şah Azərbaycan böhranı zamanı vuruşmuş hərbi qulluqçuları bu medalla mükafatlandırmışdı.
Copli Medalı
Kopli medalı (ingiliscə Copley medal) — elm adamları üçün İngiltərədə yaranmış Royal Society tərəfindən verilən elmi mükafatdır. Bu mükafat həm Royal Society tərəfindən, həm də dünyada ən qədim medal kimi tanınır. Kopli medalı ilk dəfə 1731-ci ildə verilməyə başlanıb və bu günə qədər hər il bu davam etdirilir. Medal öz adını varlı bir torpaq sahibi və özü də Royal Society təşkilatının üzvü olan Godfrey Koplidən alıb. Medalın səthi gümüşdən olub 5000 sterlinlik pul mükafatı ilə verilir. Bu medalı qazanan elm adamları arasında Çarlz Darvin, Albert Eynşteyn və Léon Foucault və 52 Nobel mükafatı (17-si fizika,14-ü kimya,21-i fiziologiya və tibb üzrə) qazanmış Con Dezaguilers də var. Bu medalı qazanan yeganə qadın elm adamı 1976-cı ildə Doroti Hodkin olmuşdur.
Filds medalı
Filds medalı Beynəlxalq Riyaziyyat Birliyi tərəfindən dörd ildə bir keçirilən Beynəlxalq Riyaziyyat Konqresində yaşı 40-dan çox olmayan iki, üç və ya dörd riyaziyyatçıya verilən mükafatdır. Bu mükafat onu təsis edən Kanada riyaziyyatçısı Con Çarlz Fildsin şərəfinə adlandırılmışdır. Filds medalı riyaziyyat sahəsində ən yüksək mükafatlardan biri hesab olunur və həm bu mükafata, həm də riyaziyyatçılara verilən digər bir mükafat olan Abel mükafatına bəzən "riyaziyyatçıların Nobel mükafatı" deyirlər. İlk dəfə 1936-cı ildə Finlandiya riyaziyyatçısı Lars Ahlfors və ABŞ riyaziyyatçısı Cessi Duqlasa təqdim edilmişdir. Bundan sonra, İkinci dünya müharibəsinə görə növbəti mükafat yalnız 1950-ci ildə verilmiş və bu zamandan başlayaraq mütəmadi olaraq hər dörd ildən bir təqdim olunur. == Laureatlar == 1936 Lars Ahlfors Cessi Duqlas 1950 Loran Şvarts Atle Selberq 1954 Kunihiko Kodayra Jan-Pyer Serr 1958 Klaus Rot Rene Tom 1962 Lars Hörmander Con Milnor 1966 Maykl Atiya Pol Kohen Aleksandr Qrotendik Stiven Smeyl 1970 Alan Beyker Heysuke Hironaka Sergey Novikov Con Tompson 1974 Enriko Bombieri Devid Mamford 1978 Pyer Delin Çarlz Fefferman Qriqori Marqulis Daniel Kvillen 1982 Alen Konn Uilyam Törston Şin-Tan Yau 1986 Saymon Donaldson Qerd Faltinqs Maykl Fridman 1990 Vladimir Drinfeld Von Cons Siqefumi Mori Edvard Vitten 1994 Yefim Zelmanov Pyer-Lui Lions Jan Burqen Jan-Kristof Yokkoz 1998 Riçard Borçerds Timoti Qauers Maksim Kontseviç Körtis MakMullen 2002 Loran Lafforq Vladimir Voyevodski 2006 Andrey Okunkov Qriqori Perelman - Terens Tao Vendelin Verner 2010 Elon Lindenştrauss - Nqo Bao Tyau Stanislav Smirnov Sedrik Villani 2014 - Artus Avila - Mancul Bharqava Martin Hayrer - Məryəm Mirzəxani == Bəzi faktlar == 1954-cü ildə 27 yaşında ikən Filds medalını qazanan ən gənc alim olan Jan-Pyer Serr hələ də bu titulu qoruyub saxlayır. 1966-cı ildə Aleksandr Qrotendik, 2006-cı ildə isə Qriqori Perelman bu medala layiq görülsələr də, onu almaqdan imtina etmişlər. 1970-ci ildə Sergey Novikov, 1978-ci ildə isə Qriqori Marqulis Sovet hökumətinin qoyduğu qadağalara görə mükafatlandırma mərasimlərində iştirak edə bilməmişlər. 1990-cı ildə Edvard Vitten bu mükafatı alan ilk və hələ ki yeganə fizik olmuşdur. 2014-cü ildə Artus Avila bu mükafatı alan ilk Braziliyalı və Latın Amerikalı olmuşdur.
Hərb medalı
Hərb medalı — Osmanlı imperiyası tərəfindən yaradılmış hərbi medal. İngilislər tərəfindən Gelibolu ulduzu (The Gallipolli Star), almanlar tərəfindən isə Dəmir hilal (Eiserner Halbmond) deyə adlandırılmışdır. Sultan V Mehmed tərəfindən döyüşlərdə fərqlənənləri mükafatlandırmaq üçün yaradılmışdır. Bu medal daha çox I Dünya müharibəsi zamanı döyüşən Osmanlı hərbçilərinə və Osmanlı ərazisində döyüşən Osmanlı müttəfiqi olan dövlətlərin hərbçilərinə verilmişdir. == Dizaynı == Medalın üz tərəfindən beş guşəli qırmızı ulduz, onun ortasında göstərişli hilal vardır. Hilalın içində Osmanlı sultanı Mehmed Rəşadın tuğrası vardır. Bundan əlavə tuğranın altına, hicri təqvimə görə medalın verildiyi tarix olan 1333 (miladi 1915-ci il) ili işlənmişdir. == Taxılması == Rəsmi geyim zamanı medal formanın mərkəz tərəfinə, sağ sinə cibinni altına taxılırdı. Hər gün lent dəyişilməli idi. Lent formanın ikinci düymə yerindən birləşdirilirdi.
Kemali Bülbül
Kemali Bülbül (d. 1928 – ö. 23 sentyabr 2012) — Müasir türk aşıq şeirinin təmsilçilərindən biri. == Həyatı == Əsl adı Kemal Bülbül olan Kemali Bülbül 1928-ci ildə Samsun ilinin Kavak ilçəsin Kozansıkı məhəlləsində anadan olmuşdur. İbtidai təhsilini doğma kəndində almışdır. "Konya Aşıqlar Günü" və Türkiyənin müxtəlif bölgələrində təşkil edilən şənliklərə qatılmış və birincilik də daxil olmaqla müxtəlif mükafatlar almışdır. Samsunda bir müddət "Torun" və "Vicdan səsi" qəzetlərinin naşiri olmuşdur. Bir çox radio və televiziya proqramında iştirak etmişdir. Onun şeirləri müxtəlif jurnallarda və qəzetlərdə dərc olunmuşdur. 1975-ci ildə, Xalq Ozanlarını Tanıtma və Əsərlərini Yaşatma Dərnəyinin təsisçilərindən biri olmuş və həmin dərnəyin ilk rəhbəri seçilmişdir.
Layell medalı
Layell medalı (Lyell Medal) — London Geologiya Cəmiyyətinin geologiya sahəsində yüksək nailiyyətlərə görə elmi təltifi. Medal müasir geologiya elminin banisi, "XIX əsrin ən görkəmli alimlərindən biri olan" İngiltərə geoloqu Çarlz Layellin (1797–1875) şərəfinə adlandırılmışdır..
Loqan medalı
Loqan medalı (Logan Medal) — Kanada Geologiya Cəmiyyətinin geologiya sahəsində yüksək nailiyyətlərə görə elmi təltifi. Medal "XIX əsrin ən görkəmli alimlərindən biri olan" Kanada geoloqu Vilyam Edmond Loqanın şərəfinə adlandırılmışdır.
Ləyaqət medalı
Ləyaqət medalı — 1890-cı ildən etibarən Osmanlı imperiyası tərəfindən verilməyə başlanan mülki və hərbi medaldır. == Haqqında == Qızıl və gümüş olmaqla iki növdən ibarətdir. Medal I Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasında verilmişdir. Medak cəmiyyətə örnək hesab edilən mülki şəxslərə də verilmişdir. 1905-ci ildə xeyirxah qadınlara da medal vermək üçün icazə verildi. Medalın qızıl və gümüş növlərində 25 mm olan həcmi dəyişməzdi. Medal dar, yaşıl yan cızgili lentlə əhatə edilirdi. I Dünya müharibəsi zamanı verilənlərə iki çapraz qılınc və hicri 1333 (1915) tarixi yazılı sancaq lentlə bağlanırdı.
Motsart medalı
Motsart medalı (Meksika)
Müharibə medalı
Hərb medalı — Osmanlı imperiyası tərəfindən yaradılmış hərbi medal. İngilislər tərəfindən Gelibolu ulduzu (The Gallipolli Star), almanlar tərəfindən isə Dəmir hilal (Eiserner Halbmond) deyə adlandırılmışdır. Sultan V Mehmed tərəfindən döyüşlərdə fərqlənənləri mükafatlandırmaq üçün yaradılmışdır. Bu medal daha çox I Dünya müharibəsi zamanı döyüşən Osmanlı hərbçilərinə və Osmanlı ərazisində döyüşən Osmanlı müttəfiqi olan dövlətlərin hərbçilərinə verilmişdir. Medalın üz tərəfindən beş guşəli qırmızı ulduz, onun ortasında göstərişli hilal vardır. Hilalın içində Osmanlı sultanı Mehmed Rəşadın tuğrası vardır. Bundan əlavə tuğranın altına, hicri təqvimə görə medalın verildiyi tarix olan 1333 (miladi 1915-ci il) ili işlənmişdir. Rəsmi geyim zamanı medal formanın mərkəz tərəfinə, sağ sinə cibinni altına taxılırdı. Hər gün lent dəyişilməli idi. Lent formanın ikinci düymə yerindən birləşdirilirdi.
Naximov medalı
Naximov medalı — SSRİ Ali Sovetinin 3 mart 1944-cü il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı. Medal rus admiralı Pavel Naximovun adınadır.
Prestviç medalı
Prestviç medalı (ingilis dilində: Prestwich Medal) — London Geologiya Cəmiyyətinin (ingilis dilində:Geological Society of London) geologiya sahəsində yüksək elmi nailiyyətlərə görə təsis etdiyi elmi mükafat. Prestviç medalı 1903-cü ildə geoloq Cozef Prestviçin (ingilis dilində:Sir Joseph Prestwich) (1812–1896) vəsiyyətinə və vəsaitinə əsasən təsis olunmuşdur.
Tərəqqi medalı
"Tərəqqi" medalı — Azərbaycanın dövlət təltifi. "Tərəqqi" medalı, Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 1992-ci il 10 noyabr tarixli 370 nömrəli Qanunu ilə təsis edilib. Heydər Əliyevin 1993-cü il 6 dekabr tarixli 758 saylı Qanunu ilə isə, medalın əsasnaməsi və təsviri təsdiq edilib. "Tərəqqi" medalının əsasnaməsi, Heydər Əliyevin 1993-cü il 6 dekabr tarixli 758 saylı Qanunu ilə təsdiq edildi. 1. "Tərəqqi" medalı Azərbaycan vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: 1.1. Kənd təsərrüfatı və sənaye sahəsində qazandıqları uğurlara görə; 1.2. Böyük əhəmiyyətli ixtiralara və səmərələşdirici təkliflərin verilməsinə görə; 1.3. Elm, mədəniyyət, ədəbiyyat, incəsənət, hüquq, təhsil və səhiyyə sahələrində xidmətlərinə görə; 1.4. Xalq təsərrüfatı obyektlərinin inşasında, yenidən qurulmasında görkəmli xidmətlərinə görə; 1.5.
Uşakov medalı
Uşakov medalı - SSRİ Ali Sovetinin 3 mart 1944-cü il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı. Medal rus admiralı Fyodor Uşakovun adınadır.
Vollaston medalı
Vollaston medalı - London Geologiya Cəmiyyətinin medalı, 1831-ci ildən geologiyanın inkişafında xüsusi xidmətləri olan alimlər təltif olunur. Medal Böyük Britaniya alimi Vilyam Xayda Vollastonun (1766—1828) şərəfinə adlandırılmışdır. Medal Vollastonun kəşf etdiyi palladiumdan hazırlanmışdır. 1831 - Vilyam Smit 1835 - Gideon Mantell 1836 - Jan Lui Aqassis 1837 - Xyu Falkoner 1838 - Riçard Ouen 1839 - Xristian Erenburq 1841 - Adolf Bronyar 1842 - Xristian Leopold fon Bux 1848 - Vilyam Baklend 1850 - Vilyam Xopkins 1855 - Henri Tomas de la Beş 1857 - İoaxim Barrand 1858 - German fon Mayer 1850 - Çarlz Darvin 1861 - Henrix Georq Bronn 1864 - Roderik Murçison 1866 - Çarlz Layel 1874 - Osvald Heyer 1876 - Tomas Xaksli 1886 - Alfred-Lui-Olivye Leqran 1892 - Ferdinant fon Rixtqofen 1894 - Karl Tsittel 1895 - Arçibald Qeyki 1896 - Eduard Eyüss 1897 - Uilfred Xadlston 1898 - Ferdinand Tsirkel 1899 - Çarlz Lepvort 1902 - Fyodor Boqdanoviç Şmidt (Rusiya) 1903 - Karl Rozenbuş 1916 - Aleksandr Petroviç Karpinski (Rusiya) 1917 - Antuan Lakrua 1920 - Herhard Yakob de Qeyer 1926 - Henri Fayfild Osborn 1929 - Fridrix Bekke 1942 - Recinald Oldvort (Deyli) Deli) 1943 - Aleksandr Yevgenyeviç Fersman (SSSR) 1944 - Viktor Morits Qoldşmidt 1947 - Cozef Berr Tirrell 1953 - Horman Levi Bouen 1953 - Erik Stenşyö 1956 - Artur Holms 1958 - Pennti Eskola 1963 - Feliks Beninq-Meynes 1864 - Harold Ceffris 1977 - Reynaut Villem van Bemmelen 1983 - Den MakKenzi 2006 - Ceyms Lavlok "The Geological Society of London. Wollaston Medal Award Winners Since 1831". http://www.geolsoc.org.uk/ (ingilis). 2012. İstifadə tarixi: 2015-03-02.
İmtiyaz medalı
"İmtiyaz" medalı və ya "İmtiyaz" nişanı (Osmanlı türkcəsi: ‏امتياز نشانی) — Sultan II Əbdülhəmid dövründən 1882-ci ildən etibarən Osmanlı imperiyası tərəfindən verilməyə başlanan mülki və hərbi medal. Qızıl və gümüş olmaqla iki növdən ibarət olmuşdur. Qızıl medal müharibələrdə ən yüksək cəsarət göstərən Osmanlı hərbçilərinə verilirdi. I Dünya müharibəsi zamanı verilən medallarda çarpaz qılınc və üzərində verildiyi ilin yazıldığı sancaq olurdu. Məcidiyyə nişanında olan Sədaqət, Hamiyyət, Qayrət və Şücaət kəlimələri bu medalda da var idi. Medal xarici hərbçilərə verilməmişdir. Lakin bunun tək istisnası I Dünya müharibəsi zamanı alman hərbçilərə verilməsidir. Medal birbaşa Sultan və ya onun adından hər hansısa yüksək vəzifəli dövlət rəsmisi tərəfindən verilirdi. Sahibinin ölümündən sonra medal sahibinin varislərinə keçə bilməzdi.
Əli Kəmali
Əli Əkbər oğlu Kəmali (30 mart 1944, Savə, Mərkəzi ostanı – 1 avqust 1999, Savə, Mərkəzi ostanı) — folklorşünas. Əli Kamali 1944-cü ildə anadan olub. Kasıb bir kəndli ailəsində dünyaya göz açan Əli kiçik yaşlarında mollaxanada, sonra isə Savə və Tehran şəhərlərində oxumuşdu. Yeniyetməliyindən poezyaya böyük maraq göstərən Əli Kamali yaradıcılığa lirik şeirlərlə başlamışdı. 1966-cı ildə Tehran universitetində hüquq fakültəsini bitirib əsgəri xidmətə yollanmışdı. İki il müddətində hərbi məktəbdə hüquqdan dərs demişdi. Əsgəri xidməti başa vurduqdan sonra təhsilini davam etdirərək magistir dərəcəsi almışdı. 1996-cı ilin avqustun 1-də ölmüşdür.
"Kopli" medalı
Kopli medalı (ingiliscə Copley medal) — elm adamları üçün İngiltərədə yaranmış Royal Society tərəfindən verilən elmi mükafatdır. Bu mükafat həm Royal Society tərəfindən, həm də dünyada ən qədim medal kimi tanınır. Kopli medalı ilk dəfə 1731-ci ildə verilməyə başlanıb və bu günə qədər hər il bu davam etdirilir. Medal öz adını varlı bir torpaq sahibi və özü də Royal Society təşkilatının üzvü olan Godfrey Koplidən alıb. Medalın səthi gümüşdən olub 5000 sterlinlik pul mükafatı ilə verilir. Bu medalı qazanan elm adamları arasında Çarlz Darvin, Albert Eynşteyn və Léon Foucault və 52 Nobel mükafatı (17-si fizika,14-ü kimya,21-i fiziologiya və tibb üzrə) qazanmış Con Dezaguilers də var. Bu medalı qazanan yeganə qadın elm adamı 1976-cı ildə Doroti Hodkin olmuşdur.