Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qızılbaş
Qızılbaş (fars. قزلباش‎ Qezelbāš) — XV əsrin sonlarından başlayaraq Cənubi Azərbaycan, Anadolu, Ermənistan yaylası, Qafqazda çiçəklənən və Səfəvilər sülaləsinin qurulmasına töhfə verən, əsasən türkman (Azərbaycan türkü) şiə təmayüllü müxtəlif hərbi massivli qruplar. Qızılbaşlığın mənası haqqında müxtəlif fikirlər mövcuddur. Bir rəvayətə görə Məhəmməd peyğəmbər Uhud döyüşündə yaralanır, başından axan qanlar onun başını qızıl bir baş halına gətirir və bundan sonra Əli başında qırmızı tac ilə müharibələrdə iştirak etmişdir və qızılbaşlar bu adı burdan almışlar. Digər bir rəvayətə görə Şah İsmayıl İkinci Bəyazid dövründə öz əsgərlərini Anadoludan Suriyaya keçirəndə bu əsgərlərin də başında qırmızı təkkələr varmış və bundan sonra şiələrə qızılbaş deməyə başlamışlar. Alman alimi Brokelmana görə isə atasının ölümündən sonra Şeyx Heydər öz təriqətinə yeni bir şəkil verdi ki, bu da öz ifadəsini yeni bir baş örtüyündə tapmışdır. Bu qırmızı başlıq 12 imama işarət edən və 12 dilimli bir Heydəri baş örtüyü idi Qızılbaşlar Səfəvilər dövlətində hakim mövqe tuturdular. Səfəvilər dövlətinin həm də "Qızılbaşlar dövləti" adlandırılması bununla əlaqədar idi. Qızılbaşlar əvvəlcə Şamlı, Rumlu, Ustaclı, Təkəli, Əfşar, Qacar, Zülqədər, Varsaq, Qaradağlı (Qaradağ sufiləri), sonralar isə Bayat, Qaramanlı, Baharlı, Alpaut, Ərəşli, Qazaxlı və başqa türkdilli tayfaları birləşdirirdi. Talışlar qızılbaşların tərkibində yeganə irandilli xalq idi.
Qızılbaş tayfası

Şahtac Qızılbaş
Şahtac Qızılbaş — Pakistanlı qadın hüquqları müdafiəçisi idi.Şahtac Qızılbaş Qadın Fəaliyyəti Forumunun(Women's Action Forum) təsisçi üzvü idi.Şahtaj Qızılbaş Pakistanın Pəncab əyalətində olan Lahor şəhərinin nəcib Qızılbaş ailəsinə mənsub idi və Müzəffər Əli xan Qızılbaş onun əmisi idi.
Cavanşir-Qızılbaş tayfası
Cavanşir-Qızılbaş tayfası — Nadir şahın Xorasana sürgün etdiyi Cavanşir elinin qalığı. Cavanşirlər Xоrasanın Sərəxs yörəsində məskunlaşdılar. Nadir şah Cavanşir elindən bir çоx bəyləri yanına çağırıb əhəmiyyətli vəzifələrə təyin etdi. Əmir xan Yağləvəndli-Cavanşir Kəşmirin hakimi, Fəzləli bəy Sarıcalı-Cavanşir eşikağası оldu. Оnlardan başqa bir neçə Cavanşir bəyi sarayda fərraş, külahdar, gülabdar, teştdar və sairə vəzifələri tuturdular. == Əfqanıstanda == Ən yüksək vəzifəyə nail оlmuş Cavanşir əmiri Əmir xan Nadir şahın ölümündən sоnra Kəşmiri müstəqil idarə etməyə başladı. Bir sürə sоnra, 1773-cü ildə Əfqanıstanın (Dürranilərin) hökmdarı Teymur şah Dürraniylə düz dоlanmadığından savaşmağa məcbur оldu. Öncə qalib gəlsə də, sоnradan bəlluçların satqınlığı nəticəsində əsir düşdü. Cavanşir eli Əfqanıstanda, Kabil şəhəri civarında yerləşmişdi. Əfqanlar çоx zaman оnları qızılbaş adlandırırdılar.
Fateh Əli xan Qızılbaş
Fateh Əli xan Sərdar Nisar Əli xan oğlu Qızılbaş — nəvvab. == Həyatı == Fateh Əli xan Sərdar Nisar Əli xan oğlu Qızılbaş 1862-ci ildə Pəncab əyalətində anadan olmuşdu. 1897-ci ildə Pəncab ali şurasının üzvü olmuşdu. 1902-ci ildə rəsmi qonaq kimi Dehliyə dəvət edildi. O, Britaniya imperiyasının Hindistandakı şirkətlərinə pul yatırırdı. 1904-cü ildə general-qubernatorun qanunvericilik şurasının üzvü seçildi. 1911-ci ildə yenidən rəsmi qonaq kimi Dehliyə dəvət edildi. Fateh Əli xan Qızılbaş Britaniya Hindistanının iri maliyyə maqnatlarından idi. Fateh Əli xan Sərdar Nisar Əli xan oğlu Qızılbaş 1923-cü ildə vəfat edib.
Müzəffər Əli xan Qızılbaş
Müzəffər Əli xan Fateh Əli xan oğlu Qızılbaş — Pakistanın maliyyə naziri. Müzəffər Əli xan Fateh Əli xan oğlu Qızılbaş 1908-ci ildə Pəncab əyalətində anadan olmuşdu. 1958-ci ildə Qərbi Pakistanın baş naziri olmuşdu. Müzəffər Əli xan 1969–1971-ci illərdə Pakistanın maliyyə naziri olub.
Kəşmirli Ağa Şövkət Əli Qızılbaş
Ağa Şövkət Əli (ﺁغا شوكت على قزلباش) 1919-cu ildə Hindistandan Şimalda Kəşmir vilayətinin Srinaqar şəhərində aristokrat ailəsində anadan olub. Onun ailəsi XIX əsrin əvvəllərində Əfqanıstanın Qəndəhar şəhərindən Kəşmirə köçmüş hərbçi Qızılbaşlara mənsubdur. O, Qızılbaşların Əfşar nəslindəndir. Bu nəsil vaxtilə Kəşmirdə hakimlik dərəcəsində yüksək vəzifələr tutmuş və Kəşmir Müsəlmanlarına rəhbərlik etmişdir. == Ailəsi == Ağa Şövkət Əlinin atası Ağa Zəffər Əli Qizilbashdır. Şövlkət Əli Qızılbaşın anası Bəgüm Zəfər Əli xanım Pakistanın böyük maarifçi, qanunverici və siyasətçilərindən biri olaraq, Kəşmir tədris müəssisəsinə daxil olmuş ilk qadın və Fatimə Cinnahın ən yaxın rəfiqəsi idi. Onun ana-babası Xan Bahadur Ağa Seyid Hüssein, əvvəl canışın, sonra isə ev və Ədliyyə Naziri olmuşdur. Onun böyük qardaşı dövlət məmuru (Kəşmirdə ilk dəfə konkurs yolu ilə dövlət məmuru olub, nazir (Wazir-e-Wazarat) vəzifəsi tutmuş) Ağa Nəsir Əli, kişik qardaşı isə Ağa Əşrəf Əlidir. == Gəncliyi == Şöhrət Əli ilk təhsilini Fateh Kadalda yerləşən Missiya Məktəbində (sonrakı adı Tyndale Biscoe Məktəbi) Şrinaqarda almışdır. Sonra o 1936-cı ildə attetat imtahanı vermiş və "Sri Pratap" Kollecinin sətənkarlıq fakültəsini bitirmişdir.
Qızıldaş
Qızıldaş (Qaradağ) — Bakı şəhəri Qaradağ rayonunda şəhər tipli qəsəbə. Qızıldaş — Bakı şəhəri, Qaradağ rayonu ərazisində dağ; Qızıldaş — Laçın rayonu ərazisində dağ; Qızıldaş (dağ, Şuşa) — Şuşa rayonu ərazisində dağ. Hündürlüyü 1960 m.; Qızıldaş (dağ, Zəngilan) — Zəngilan rayonu ərazisində dağ. Hündürlüyü 1700 m.
Qızıldaş (Qaradağ)
Qızıl Daş — Azərbaycanın Qaradağ rayonunda qəsəbə. Qəsəbə ərazisində 180 saylı orta məktəb və 8 saylı peşə məktəbi, 1 məscid, 2 aptek, 1 poliklinika, mədəniyyət evi, poçt məntəqəsi, futbol stadionu, 2 park, 2 şəhid abidəsi vardır.[mənbə göstərin] Qəsəbə dağlarla əhatə olunub. Şimalda və şərqdə Xəzər dənizi, cənubda daş karxanaları ilə əhatə olunub. Qəsəbə ərazisinin bir hissəsi Abşeron rayonu ərazisində yerləşir. Əhalisi 12.000 nəfərdir. qəsbədə 26 çoxmərtəbəli , 64 ikimərtəbəli, 907 həyət evi vardır.[mənbə göstərin] Qəsəbə ətarfında daş karxanaları yerləşir, fermer toyuq təsərrüfatları vardır. Sement zavodu inşa edilir. Zavod Qaradağ rayonu ərazisində, Səngəçal Neft Terminalından 2,6 kilometr şimalda tikilir. Norm MMC-nin sifarişi ilə tikilən zavodda istehsal gücü gündə 5,000 ton klinker, ildə 2 milyon ton sement təşkil edir. Zavodun tikintisi təxminən 400 milyon ABŞ dollarına başa gələcək.
Qızıldaş bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qızıldaş qəsəbəsi
Qızıldaş (Qaradağ) — Bakı şəhəri Qaradağ rayonunda şəhər tipli qəsəbə. Qızıldaş — Bakı şəhəri, Qaradağ rayonu ərazisində dağ; Qızıldaş — Laçın rayonu ərazisində dağ; Qızıldaş (dağ, Şuşa) — Şuşa rayonu ərazisində dağ. Hündürlüyü 1960 m.; Qızıldaş (dağ, Zəngilan) — Zəngilan rayonu ərazisində dağ. Hündürlüyü 1700 m.
Kızılay Meydanı
Qızılay meydanı və ya 15 Temmuz Kızılay Milli İrade Meydanı (türk. Kızılay Meydanı) — Ankaranın mərkəzində yerləşən meydan. == Tarixi == Əvvəllər Taşhan meydanı olaraq adlandırılan meydan 1920-ci illərdən sonra bugünkü adıyla xatırlanmağa başlanmışdır. 15 iyul 2016-cı ildə hərbi çevriliş cəhdindən sonra, Ankara Bələdiyyəsinin verdiyi qərarla meydanın adı 15 İyul Qızılay Milli İradə Meydanı (15 Temmuz Kızılay Milli İrade Meydanı) olaraq rəsmi şəkildə dəyişdirilmişdir. == Xüsusiyyətləri == Şərqdən Ziya Göyalp Prospekti (Kollec, Qurtuluş), qərbdən Qazi Mustafa Kamal Bulvarı (Qısaca GMK Bulvarı) (Demirtəpə, Maltəpə, Tandoğan), şimal-cənub oxunda isə Atatürk Bulvarı (Sıhhiyə, Ulus, Bakanlıklar, Kavaklıdərə) yollarının kesişimindedir.
Qızıldaş (dağ, Zəngilan)
Qızıldaş — Zəngilan rayonunun ərazisində dağ. Ermənistanla sərhəddədir. Hündürlüyü 1700 m. Dağın adı qızıl (“qırmızı” mənasında) və daş sözlərindən ibarətdir. Dağ buradakı qırmızıya çalan vulkan mənşali daşa (qayaya) görə belə adlandırılmışdır. Eyniadli oronim (Qızıldaş) Ermənistanın Mehri rayonunda da mövcuddur.
Qızıldaş (dağ, Şuşa)
Qızıldaş — Şuşa rayonunun ərazisində dağ. Qarabağ silsiləsinin şimal-şərq yamacında yerləşir. Hündürlüyü 1960 metrdir.
Qızıldaş-i Süfla (Xoy)
Qızıldaş-i Süfla (fars. قزلداش سفلي‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Qızıldaş-i Ülya (Xoy)
Qızıldaş-i Ülya (fars. قزلداش عليا‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
15 İyul Kızılay Milli İradə meydanı