Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Burun
Burun — əsasən tənəffüs və iybilmə üçün istifadə olunan, insan və ya heyvan üzünün bir hissəsi. == Quruluşu == Burun iki hissədən ibarətdir: xarici burun və daxili burun. Daxili burun burun boşluğu da adlanır. Xarici burun üzün ortasında yerləşərək qığırdaq və sümük toxumalarından təşkil olunub. Burun boşluğu çoxqatlı yastı epitellə örtülüdür. Burada çoxlu miqdarda selikli vəzilər yerləşir. Burun boşluğunda qoxu və tənəffüs nahiyələri ayrılır. Tənəffüs nahiyəsində havanı isitmək üçün mağaralı venoz kələf, selik vəziləri və kirpikli epitel yerləşir. Burun divarının içində yerləşən burun tükcükləri yad cisimləri (toz, qum) tutub saxlayır. Burnun iç hissəsi tüklü və nəmli olduğundan kənar mühitdən alınan hava təmizlənir və nəmləndirilir.
Gürün
Gürün (türk. Gürün) — Sivas ilinin ilçəsi.
Karun
Karun — İranın ən şax-budaqlı və yalnız naviqasiya edilə bilən çayı. İran-İraq müharibəsindən sonra naviqasiya üçün istifadə ola bilmir. Əhvaz şəhərinin içməli suyu bu çaydan təmin olunur.
Kuran
Kuran (Soyuqbulaq)
Kurud
Kurud — Zəngəzur mahalının Qafan rayonunda kənd. == Tarixi == Kurud Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. Ku­rud kəndi rayon mərkəzindən 40 km şimal-qərbdə Şotalı çayının yuxarı axarında, dəniz səviyyəsindən 2.200 m hündürlükdə, Kirs dağının ətəyin­də, bir tərəfdən Sisyan, digər tərəfdən Goruş rayonları ilə həmsərhəd əra­zidə yerləşir. 1918-ci il qaçqınlığı dövründə Kurud kəndi bilavasitə keçid məntəqə­sinə çevrilmişdir. Ermənilərin azərbaycanlı kəndlərində törətdikləri qır­ğınlar Kuruddan da yan keçməmişdir. Kənd 1988ci ildə erməni daşnakları tərəfindən tamam dağıdılmış, əhalisinin əksəriyyəti həlak olmuşdur. Əhalinin bir hissəsi dağlardan aşaraq Naxçıvan ərazisinə qaçqın düşmüşdür. 1922-ci ildə kəndin əhalisinin bir qismi yenidən öz yurdlarına dönmüş­dü. Qonşu Çiriş və Kirs kəndləri ilə birlikdə yenidən özləri üçün güzəran yaratmışdı. Heyvandarlıq və əkinçilik əhalinin güzəranını yaxşılaşdırma­ğa xeyli kömək etmişdi.
Kuruş
Kuruş - (öncədən quruş) bir çox ölkələrdə fərqli zamanlarda istifadə edilen pul vahidi. Osmanlı vaxtında Kuruş, Türkiyədə ilk dəfə 1687 (hicri 1099)-ci ildə sultan II Süleyman'ın dönəmində istifadə edilmişdir.
Kuzun
Kuzun — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin yaranma tarixi bəlli deyil. == Toponimikası == Kuzun oyk., sadə. Qusar rayonunun Zindanmuruq i.ə.v.-də kənd. Qusarçayın sahilində, dağətəyi ərazidədir. Tədqiqatçıların fikrincə, oykonim türk dillərində coğrafi termin kimi işlədilən kəzen (dağın beli, yayla, aşırım) sözündəndir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 847 nəfər, milliyətcə ləzgi olan əhali yaşayır.
Kürkün
Kürkün — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Alpan bələdiyyəsinin tərkibindədir. == Tarixi == Kürkün kəndi nəinki Qubanın, həm də Azərbaycanın ən qədim kəndlərindəndir. Tarixi Qafqaz Albaniyasına gedib çıxan Kürkün Qorqan, Qorkan və Kyurkan adlarından yaranma ehtimalı var. Dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Kürkün kəndinin indiki əhalisi azərbaycanlılar və əslən Dağıstanın Miskincə rayonundan gəlmiş Cənubi azərbaycanlılardır.Ehtimal olunur ki Miskincə rayonuna Cənubi Azərbaycanın Meşgin şəhərindən gəlmişlər. Onların Azərbaycanda yerləşməsindən 150–200 il ötsə də burada qədim qəbristanlıqların və tarixi məlum olmayan başdaşılarından da onun tarixi haqqında dəqiq məlumat almaq olmur. == Toponimikası == Kürkün oyk., sadə. Quba r-nunun Alpan i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Tədqiqatçıların fikrincə, oykonim ləzgi dilindəki kürkün sözündən olub, "yüksəkliyin yamacı" mənasını bildirir.
Kürtün
Kürtün Gümüşxanə ilinin bir ilçesidir. Mərkəz ilçe əhalisi 3000-dən. Əhalisi köyleriyle birlikdə 12.500 adamdır. 1991-ci ildə ilçe olmuşdur. Xalqının əhəmiyyətli bir hissəsini Türkmen, Çepniler meydana gətirər.
Kürü
Kürü — soyuq delikates qəlyanaltısı. Kürü həm konservləşdirilmiş, həm də təzə halda süfrəyə verilir.
Ağ Burun
Ağ Burun (ukr. Ак-Бурун, krımtat. Aq Burun, Акъ Бурун) — Krımın Kerç boğazı sahillərində yerləşir. Burun cənubdan Kerç buxtasını bağlayır. Burunda tarixi şəhərin qalıqları mövcuddur. XIX əsrdə Kerç boğazını qorumaq məqsədi ilə Kerç qalası inşa edilmişdir. Ağ Burunun qurtaracağında qədim kurqan vardı. Burada ayrıca batareyə yerləşdirilmişdi.
Burun (Gorus)
Burun — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində «irəliyə çıxan və ya suya doğru uzanan quru», «qurunun, dənizin içinə girən dağlıq, qayalıq hissəsi», «qurunun, dağın və ya qayanın sivri bucaq şəklində düzünə tərəf uzanmış hissə», başqa türk dillərində «dağ çıxıntısı, qum silsiləsi, cərgəsi, qum təpəsi», «sıra dağlardan ayrılan dağ qolu, dil» mənasında işlənən «burun» sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir.
Burun (Xudabəndə)
Burun — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Xudabəndə şəhristanının Şöhrəvərd kəndistanında, Qiydar qəsəbəsindən 30 km. cənub-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 342 nəfər yaşayır (68 ailə).
Burun (coğrafiya)
Burun — Dəniz, göl və çayın daxilinə istiqamətlənən küncvari quru parçası. Burun ya köklü sərt süxurlardan ya da qum, lil və balıq balıqqulağının bir yerə toplanmasından əmələ gəlir. == Formalaşması == Burunlar bir qayda olaraq eroziya prosesi nəticəsində meydana gəlir. Burun sahil xəttində bərk və yumşaq suxurlardan ibarətdir. Yumşaq suxurlardan ibarət olan burunlar bərk suxurlardan təşkil olunan burunlara nisbətdə daha tez yaranır.
Burun (dəqiqləşdirmə)
Burun
Burun boşluğu
Burun boşluğu və ya burun keçidi − üzün ortasında, burunun üst və arxa hissəsində içi hava dolu böyük bir boşluqdur. Hər boşluq iki burun dəliyindən birinin davamıdır. "Burun boşluğu" termini burunun iki tərəfinin hər birinə ayrılıqda və ya birlikdə aid edilə bilər. Hər bir burun boşluğunun yan divarı, əsasən əng sümüyündən ibarətdir. == Strukturu == "Burun boşluğu" termini burnun iki boşluğunun hər birinə və ya birləşdirilmiş iki tərəfə aid edilə bilər. Hər burun boşluğunun yan divarı əsasən çənə sümüyündən ibarətdir. Bununla birlikdə, palatin sümüyünün perpendikulyar lövhəsi, medial pterygoid lövhə, etmoid labirint və aşağı konka ilə kompensasiya olunan bir çatışmazlıq var. Paranazal sinuslar ostia adlanan kiçik deşiklər vasitəsilə burun boşluğuna bağlanır. Bu ostiaların əksəriyyəti burunla yan burun divarı vasitəsilə, yarımaysal boşluq kimi tanınan yarımaysal depressiya vasitəsilə əlaqə qurur. Fasilə yanal olaraq unsinat prosesi kimi tanınan bir proyeksiya ilə bağlanır.
Burun sümüyü
Burun sümüyü —
Faik Türün
Faik Türün (17 oktyabr 1913 və ya 1914, Bursa, Xudavəndigar vilayəti – 15 fevral 2003, İstanbul) — Türkiyə ordusunun general-mayoru və siyasətçisi. 1950–1953-cü illərdə Türk Briqadasının tərkibində Koreya müharibəsinin iştirakçısı olmuşdur. Müharibədə fərqləndiyinə görə Faik Türün ABŞ ordusu komandanlığı tərəfindən "Gümüş ulduz"la təltif edilmişdir. Türkiyə Quru Qoşunlarının 3-cü Ordu və 1-ci Ordu birləşmələrinə komandanlıq etmişdir. Faik Türün 1970-ci illərdə "sosialist" fikirli şəxslərə qarşı represiyalarda ən çox adı hallanan generallardan idi. O, 9 mart 1971-ci il tarixində o zamankı Türk Hava Qüvvələrinin komandanı general Muhsin Baturun rəhbərliyi altında reallaşması planlaşdırılan hərbi çevriliş planının qarşısını alan əsas şəxs sayılırdı. Güclü sosialist meyllərə sahib yeni bir hökumət qurmaq üçün çevriliş etməyi düşünən bu zabitlərə və onlarla əlaqəli jurnalistlərə, yazıçılara qarşı "Balyoz Əməliyyatı"na (Ziverbey villası ilə əlaqəli) başçılıq etmişdir. Bu əməliyyat zamanı bir neçə jurnalist və siyasətçi Ziverbəy villasında siyasi rəqiblərinə işgəncə verilməsinin arxasında Faik Türünün durduğu iddia edirdilər. Ordudan təqaüdə çıxdıqdan sonra 1977-ci ildə Manisanı təmsil edən mühafizəkar və sağ yönümlü Ədalət Partiyasından millət vəkili olaraq Türkiyə parlamentinə seçilmişdir. == Həyatı == Faik Türün 1913-cü il oktyabrın 17-də Bursada anadan olmuşdur.
Karun xəzinəsi
Karun Xəzinəsi — çoxu e.ə. 560-546-ci illər arasında Lidiya ölkəsini idarə edən Krezin dövrünə aid olan və Uşakın 25 km qərbində və İzmir Avtomobil Yolu üzərində yerləşən Gur qəsəbəsi yaxınlığındakı arxeoloji qazıqlardan 1960-cı illərdə çıxararaq ABŞ-yə qaçırılan və 1993-ci ildə uzun bir hüquqi proses nəticəsində geri alınan əsərlərin toplu adı. Bəzi mənbələrdə Lidiya Xəzinəsi kimi də qeyd olunur. Xəzinənin ələ keçirilən hissəsində təxminən 450 parça var idi. == Əsərlərin xaricə qaçırılması == Lidiya dövrünün ən görkəmli əsərləri sırasında yer alan bu xəzinə 1965-1966-1968-ci illərdə Türkiyədən qaçırılmışdır. İlk qarət 1965-ci ildə Toptəpə arxeoloji qazığında baş verdi. 5 nəfərlik qrup qazılmış tunelin məzar otağına gələrək, burada tapdıqları əsərləri 65,000 Türk lirəsinə satdılar. Daha sonra, 1966-cı ildə, İkiztəpə arxeoloji qazığı 11 nəfər tərəfindən soyuldu və otaq içərisindəki 150 hissə abidə bir müddət saxlanıb, daha sonra 160,000 Türk lirəsinə satılıb. Karun xəzinələrinin üçüncü qarəti 1968-ci ildə Ağtəpə arxeoloji qazığında keçirilib və olan şəkil və abidələr 40,000 Türk lirəsinə satılıb. Xəzinənin bütün oğurlanmış parçaları Nyu-Yorkdakı Metropoliten Muzeyində 1985-ci ildə bir sərgidə jurnalist Özgən Açır tərəfindən görülüb.
Konakpınar, Gürün
Konakpınar (nahiyə mərkəzi) — Sivas vilayətinin Gürün rayonunda kənd. == Coğrafiya == Sivas vilayətindən 108 km, Gürün rayonundan isə 30 km məsafədədir.
Kulun bəy
Baymey xan Kulun bəy — İkinci Göytürk xaqanlığının VIII xaqanı. == Hakimiyyəti == Qardaşı Ozmış Teqin xanın öldürülməsindən sonra taxta çıxmışdı. Tan sülaləsinə tabe olmaqdan boyun qaçırmış və 2 ildən sonra Qutluq Bilgə Kül xaqan tərəfindən həbs olunaraq öldürülmüşdür. İkinci Göytürk xaqanlığının sonu gəlmişdir.
Kuqun-Arıta
Kuqun-Arıta — Olenyok körfəzində yerləşən ada. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ada körfəzin mərkəzində, Olenok çayının deltasında yerləşir. Qərbində Kyorsyase-Tyebyoleqe şərqində isə Kuqun-Tyebyoleqe qolları onun sahillərini yuyur. Şimslında Kasyan-Arıta, cənubunda isə Kyorsyase-Kumaqa adası yerləşir. Ada uzunsov formaya malikdir. Şimal-şərqdən cənub-qərbə uzanmışdır. Ada bataqlıqlaşmış ərazilərdən ibarətdir. Elədə böyük olmayan göllərə sahibdir.
Kuran (Hurand)
Kuran (fars. كورن‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 524 nəfər yaşayır (114 ailə).
Kuran (Soyuqbulaq)
Kuran (fars. كوران‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 364 nəfər yaşayır (57 ailə).
Kuran (Urmiya)
Kuran (fars. كوران‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.195 nəfər yaşayır (207 ailə).
Duran Duran
Duran Duran — 1978-ci ildə İngiltərənin Birminhem şəhərində qurulmuş İngilis New Wave musiqi qrupudur. Albomları dünya miqyasında 85 milyondan artıq satılmışdır. Qrupun qurucuları sintizatorda Nik Rodes, bas gitarada Con Teylor, barabanda Rocer Teylor, gitarada Endi Teylor və vokalda Saymon Le Bon'dur. Qrup heçvaxt dağılmamıştır. 1989–2001-ci illər arasında Uoren Kukkurulo grupa qoşulmuş, 1989–1991-ci illər arasında Sterlinq Kempbell barabançı olaraq qrupa daxil olmuştur.