ÇAMRA

(Ağdaş)
lilli, bulanıq. –Kürün suyu çamradı
ÇAMIR
ÇA:N
OBASTAN VİKİ
Mustafa Çamran
Mustafa Çamran Savehî (fa: مصطفی چمران, 8 mart 1932, Tehran – 20 iyun 1981), İranlı akademik, fizik, siyasətçi, Mehdi Bazərgan dövlətində İranın müdafiə naziri, Əməl hərəkatının qurulmasında Musa əl-Sədrin köməkçisi, İslami Şura Məclisinin nümayəndəsi və İran-İraq müharibəsində komandir 8 mart 1932-ci ildə Tehranda səkkiz nəfərlik bir ailədə anadan olmuşdur. Atası Hassan Çamran, İranın Savə şəhərindəki Çamran adlı bir kənddən Tehrana köçmüşdü Çamran ilk təhsilinə Tehran Memarlıq Məktəbində başlamışdır. Orta təhsilini Darul Funun və Elborz məktəblərində bitirib. 1953-cü ildə yüksək nəticəsi ilə Tehran Universitetinin Elm Fakültəsində Elektromexanika şöbəsində təhsilini ilə davam etdirdi. Bakalavrı bitirdikdən sonra Magistr dərəcəsi üçün Texas Universitetinin təqaüdünü aldı və təhsilini davam etdirdi. ABŞ-nin Kaliforniya Universitetində elektro-fizika üzrə doktorluq dərəcəsini almışdır. Fars dilindən əlavə, Çamran ərəb, ingilis, türk, fransız və alman dillərini də yaxşı bilirdi. Mustafa Çamran döyüşçü olsa da, eyni zamanda fikir və düşüncə adamı idi. Sənəti və incəsənəti çox sevirdi. Onun hikmətli sözləri və düşüncələri “Ruhun hikmətlə yüksəlməsi” adlı bir kitabda toplanmışdır.