Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Betmen
Betmen (ing. Batman), başlanğıcda Bet-men (ing. Bat-man "Yarasa - adam") — DC Comics nəşriyyat evində buraxılmış ən məşhur komiks personajlarından biri. Bu superqəhrəman personaj rəssam Bob Keyn və yazıçı Bill Fingerin birgə müəllifliyi ilə yaradılmışdır. İlk dəfə 1939-cu ilin may ayında "Detektiv komiksləri" (ing. Detective Comics) buraxılışının 27 nömrəli sayında dərc edilmişdir. Yaxın vaxtlara qədər Bob Keyn personajın əsas yaradıcısı hesab edilirdi, lakin aparılmış bir çox tədqiqatlardan sonra, 2015-ci ildə müəlliflik hüququ Bill Fingerə təqdim edilmişdir, çünki qəhrəmanın yaradılmasında Keynin töhfəsi olduqca əhəmiyyətsiz idi. Betmenin orijinal tərcümeyi-hal versiyasında — baş qəhrəman, müvəffəqiyyətli sənaye sahibi, filantrop və qadınların sevimlisi olmuş milyarder Bryus Ueynın gizli alter-eqosudur. Uşaqlıqda, öz valideynlərinin qətlinin şahidi olmuş, Bryus öz həyatını ədalət uğrunda cinayətin aradan qaldırılmasına və mübarizəyə həsr etməyə and içir. Özünü fiziki və mənəvi şəkildə hazırlayaraq, o, yarasanın stilizə edilmiş kostyumunu geyinərək və cinayətkarlarla qarşı durma üçün şəhərin küçələrinə çıxır.
Kensen
Kensen (fr. Quinssaines) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qərbi Molyuson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03212. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1245 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 759 nəfər (15-64 yaş arasında) arasında 560 nəfər iqtisadi fəal, 199 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.8%, 1999-cu ildə 70.6%). Fəal 560 nəfərdən 528 nəfər (280 kişi və 248 qadın) işləyir, 32 nəfər işsizdir (17 kişi və 15 qadın). 199 hərəkətsiz 38 nəfər arasında şagird və ya tələbə, 113 nəfər pensiyaçı, 48 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Ketlər
Ketlər (rus. Кеты) - Rusiya Federasiyası Sibir Federal Dairəsinin Krasnoyarsk diyarının Yenisey vadisində yaşayan az saylı xalq. Ket xalqı tərəfindən danışılan Ket dili Yenisey dillərinə daxildir. Yenisey dillərinə daxil olan bütün dillər ölü dil siyahısına daxil olduğu halda, yalnız Ket dili ölü dil sayılmır. Ket dili bu gün iki yüzə yaxın insan tərəfindən danışılır. Ketlərin böyük bir qismi Pravoslavlıq məzhəbinə mənsubdurlar. Əhalinin kiçik bir qismi ənənəvi olaraq Şamanizm və Animizm təriqətlərinə etiqad edir. Son siyahıya alınmaya əsasən Ketlərin ümumi sayı 1.600 nəfərə yaxındır. Bu şəxslərdən cəmi 200 nəfəri ana dili kimi Ket dilindən istifadə edir.
Keygen
Key generator (key-gen) ya da Açar yaradan , bir proqram tətbiqindən istifadə etmək üçün aktivləşdirmək üçün lazım olan seriya nömrəsi kimi bir məhsul lisenziyalaşdırma açarı yaradan bir kompüter proqramıdır.
Kədkən
Kədkən — İranın Rəzəvi Xorasan ostanının Türbət Heydəriyə şəhristanının Kədkən bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,166 nəfər və 840 ailədən ibarət idi.
Kətişen
Çaykənd (əvvəlki adı: Kətişen) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Çovdar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Daşkəsən rayonunun Kətişen kəndi Çaykənd kəndi adlandırılmışdır. == Toponimikası == Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini vaxtilə Qarabağdan və Gürcüstandan köçmə erməni ailələri salmışlar. Oykonim qet (erm. çay) və şen (erm. kənd) sözlərinin birləşməsindən əmələ gəlib, "çay sahilindəki kənd" mənasındadır. 1992-ci ildən kəndin adı Çaykənd kimi rəsmiləşdirilmişdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kətran
Kətran - İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, kənd. Erm. SSR AS RH-nin 21.06.1948-cı il fərmanı ilə adı dəyişdirilib Getameç qoyulmuşdur.
Kətan
Kətan (lat. Linum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin zəyrəkkimilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Yağlı kətanın toxumlarında 38-45% yarımquruyan yağ (yod ədədi 165-192) vardır. Bu yağ lak-boyaq sənayesində yüksək qiymətləndirilir. Kətan yağı dəri, sabunbişirmə, kağız, ətriyyat, rezin, elektrotexnika sənayesində və başqa sənaye sahələrində o, cümlədən tibdə də işlədilir. Kətan yağı həm də qida kimi istifadə olunur. Jmıxı və cecəsi heyvandarlıqda qiymətli zülalı yemdir. Jmıxın hər 100 kq-da 115 yem vahidi, 28,5 kq həzm olunan protein vardır. Cecəsinin 100 kq-da isə 103 yem vahidi, 28,9 kq həzm olunan protein vardır. Yetişməmiş toxumdan hazırlanan jmıxı yemləmədən qabaq buxara verilir ki, heyvanlarda zəhərləmə əmələ gətirməsin.
Vətən
Vətən — İnsanın anadan olduğu, dədə-babaların, qohum-əqrəbalarının yaşadığı, soykökü ilə bağlı olduğu ölkə və fərdi inkişaf zamanı bu ölkə ilə əlaqəli olan emosional məfhum. Vətənə bağlılıq insanlarda vətənpərvərlik ilə səciyyələndirilir.
Çətən
Çətən – eyni diametrli qamış və ya ağac çubuğundan hazırlanmış məhsul. Çətən "çətmək" sözündən yaranıb, mənası "bağlamaq" deməkdir. Bəzən onu alaçıqlarda çox istifadə edildiyi üçün "çığ" da adlandırırlar. == Ümumi məlumat == Çətən adətən eyni ölçülü qamış və ya ağac çubuğundan hazırlanır. Bu çubuqlar yan-yana qoyularaq həm qıraqdan, həm də uzunluğundan asılı olaraq ortadan bir və ya bir neçə dəfə sadə ip vasitəsilə bir-birinə bərkidilirdi. Bu texnikada hazırlanmış məhsul dik vəziyyətdə alaçığın alt hissəsini bərkitmək məqsədilə istifadə edilirdi. Azərbaycanda adətən iki cür çətən mövcud olmuşdur: Saya. Saya çətənlər üzərində heç bir bəzək elementi olmurdu və o sırf məişət məqsədləri üçün hazırlanırdı. Naxışlı. Naxışlı çətənlər döşəmə, alaçıqdakı divar, arakəsmə, bəzən də pərdə kimi məqsədlərə xidmət edirdi.
Araqonlu Ketrin
Araqonlu Ketrin (isp. Catalina de Aragón y Castilla) (16 dekabr 1485[…], Alkala-de-Enares[d] – 7 yanvar 1536[…] və ya 1536, Kimbolton[d], Kembricşir qraflığı[d]) — İngiltərə kralı VIII Henrinin ilk qadını olması səbəbilə iyun 1509 tarixindən may 1533 tarixinə qədər İngiltərə kraliçası; eyni zamanda kralın böyük qardaşı Artur Tüdorun qadını olaraq Uels şahzadəsi. Araqon kralı II Ferdinand və Kastilyalı İzabellanın qızı olan Ketrin hələ 3 yaşında ikən İngiltərə taxtının vəliəhdi Artur Tüdorla nişanlandı. 1501-ci ildə bu cütlük evləndi ancaq 5 ay sonra Artur Tüdor vəfat etdi. 1507-ci ildə o İspaniya krallığının İngiltərədəki səfiri seçildi və Avropa tarixindəki ilk qadın səfir oldu. Qısa müddət sonra isə Araqonlu Ketrin mərhum ərinin kiçik qardaşı və gələcək İngiltərə kralı olan VIII Henriylə evləndi (1509). 1513-cü ildə VIII Henri Fransada ikən 6 aylığına İngiltərədə taxt naibi olaraq ölkəni idarə etdi. Bu müddət ərzində ingilislər şotlandlarla girdikləri Flodden müharibəsini qazanmışdı və bu qələbədə Araqonlu Ketrinin rolu böyük olmuşdur. Təxminən 1525-ci ildə VIII Henri Anna Boleynlə gizli münasibət qurmağa başladı. Araqonlu Ketrinin taxta vəliəhd verə bilməməsi səbəbilə kral artıq evliliyindən narazı idi.
Avstriyalı Ketrin
Avstriyalı Ketrin (14 yanvar 1507 – 12 fevral 1578, Lissabon) — Portuqaliya kralı III Conun xanımı. Nəvəsi I Sebastiyan kiçik olduğu üçün 5 il naibə olaraq Portuqaliyanı idarə etdi. Kastiliya kraliçası Yuannanın kiçik qızı idi və 1525-ci ildə Portuqaliya kralı III Conla evləndirildi. == Həyatı == === İlk illəri === Ketrin 14 yanvar 1507-ci ildə Kastiliya kraliçası Yuanna və Habsburqlu Filipin qızı olaraq Torquemada qalasında dünyaya gəldi. Atasının ölümündən 4 ay sonra dünyaya gələn Ketrinin digər bacı-qardaşları (Ferdinand istisna olmaqla) Burqundiyada dünyaya gəlmişdi və atalarının vəfatının ardından əqli səhhəti pozulan analarından alınaraq bibiləri Avstriyalı Marqaritanın himayəsinə verilmişdi. Ancaq yenicə dünyaya gələn Ketrin anasıyla birlikdə qaldı və babası Araqonlu Ferdinandın naibliyi dönəmində Tordesillas qalasında həbs tutulan anasıyla birlikdə qaldı. Evlənmə yaşına qədər burada anasıyla birlikdə qalan Ketrin 18 yaşı tamam olduqdan sonra buradan ayrıldı. === Evliliyi — Portuqaliya kraliçası === Ketrin 10 fevral 1525-ci ildə xalası oğlu olan Portuqaliya kralı III Conla evləndi. Bu evlilikdən 9 övladı dünyaya gəlsə də, onlardan yalnız ikisi yetkinlik yaşına çata bildi. Övladlarının təhsil həyatıyla yaxından maraqlanan Ketrin bu səbəblə dövrün məşhur elm adamlarını, eləcə də qadın alimlərini ətrafında topladı.
Betmen (dəqiqləşdirmə)
Betmen — DC Comics nəşriyyat evində buraxılmış ən məşhur komiks personajlarından biri.
Betmen (komiks)
Betmen (ing. Batman), başlanğıcda Bet-men (ing. Bat-man "Yarasa - adam") — DC Comics nəşriyyat evində buraxılmış ən məşhur komiks personajlarından biri. Bu superqəhrəman personaj rəssam Bob Keyn və yazıçı Bill Fingerin birgə müəllifliyi ilə yaradılmışdır. İlk dəfə 1939-cu ilin may ayında "Detektiv komiksləri" (ing. Detective Comics) buraxılışının 27 nömrəli sayında dərc edilmişdir. Yaxın vaxtlara qədər Bob Keyn personajın əsas yaradıcısı hesab edilirdi, lakin aparılmış bir çox tədqiqatlardan sonra, 2015-ci ildə müəlliflik hüququ Bill Fingerə təqdim edilmişdir, çünki qəhrəmanın yaradılmasında Keynin töhfəsi olduqca əhəmiyyətsiz idi. Betmenin orijinal tərcümeyi-hal versiyasında — baş qəhrəman, müvəffəqiyyətli sənaye sahibi, filantrop və qadınların sevimlisi olmuş milyarder Bryus Ueynın gizli alter-eqosudur. Uşaqlıqda, öz valideynlərinin qətlinin şahidi olmuş, Bryus öz həyatını ədalət uğrunda cinayətin aradan qaldırılmasına və mübarizəyə həsr etməyə and içir. Özünü fiziki və mənəvi şəkildə hazırlayaraq, o, yarasanın stilizə edilmiş kostyumunu geyinərək və cinayətkarlarla qarşı durma üçün şəhərin küçələrinə çıxır.
Betmen (personaj)
Betmen (ing. Batman), başlanğıcda Bet-men (ing. Bat-man "Yarasa - adam") — DC Comics nəşriyyat evində buraxılmış ən məşhur komiks personajlarından biri. Bu superqəhrəman personaj rəssam Bob Keyn və yazıçı Bill Fingerin birgə müəllifliyi ilə yaradılmışdır. İlk dəfə 1939-cu ilin may ayında "Detektiv komiksləri" (ing. Detective Comics) buraxılışının 27 nömrəli sayında dərc edilmişdir. Yaxın vaxtlara qədər Bob Keyn personajın əsas yaradıcısı hesab edilirdi, lakin aparılmış bir çox tədqiqatlardan sonra, 2015-ci ildə müəlliflik hüququ Bill Fingerə təqdim edilmişdir, çünki qəhrəmanın yaradılmasında Keynin töhfəsi olduqca əhəmiyyətsiz idi. Betmenin orijinal tərcümeyi-hal versiyasında — baş qəhrəman, müvəffəqiyyətli sənaye sahibi, filantrop və qadınların sevimlisi olmuş milyarder Bryus Ueynın gizli alter-eqosudur. Uşaqlıqda, öz valideynlərinin qətlinin şahidi olmuş, Bryus öz həyatını ədalət uğrunda cinayətin aradan qaldırılmasına və mübarizəyə həsr etməyə and içir. Özünü fiziki və mənəvi şəkildə hazırlayaraq, o, yarasanın stilizə edilmiş kostyumunu geyinərək və cinayətkarlarla qarşı durma üçün şəhərin küçələrinə çıxır.
Betmen Günü
Betmen Günü (ing. Batman Day) — Betmen irsinin qeyd edilməsi üçün DC Entertainment tərəfindən hər il təşkil olunan beynəlxalq bayram. İlk Betmen Günü 23 iyul 2014-cü ildə qeyd edilmişdir. Həmin tarix, "Detective Comics" səhifələrində ilk dəfə 1939-cu ildə peyda olan Betmenin 75 illik yubileyinin qeyd edilməsi məqsədi ilə seçilmişdi. Həm də həmin tarix San-Diyeqo Komik-Konu ilə üst-üstə düşürdü.
Braqanzalı Ketrin
Braqanzalı Katerina (port. Catarina Henriqueta de Bragança, 25 noyabr 1638[…], Vila-Visoza sarayı[d], Portuqaliya – 31 dekabr 1705[…]) — Portuqaliya prensesi və İngiltərə müstəmləkə imperiyası kralı II Charlesin həyat yoldaşı. 23 aprel 1662-ci ildə bir mərasimlə ingilis kralı ilə evlənmişdir.
Cozef Kotten
Cozef Çeşir Kotten (ing. Joseph Cheshire Cotten; 15 may 1905, Virciniya, ABŞ — 6 fevral 1994, Kaliforniya, ABŞ) — ABŞ aktyoru, Hollivud səviyyəsində ilk uğurlarını 1940-cı illərin əvvəllərində "Vətəndaş Keyn", "Şübhə kölgəsi" və "Sevgi məktubları" filmlərilə əldə etmişdir. == Erkən həyatı == Cozef Çeşir Kotten 15 may 1905-ci ildə Pitersberqdə anadan olmuşdur. Kotten Vaşinqtondakı Hikman aktyorluq məktəbini bitirdikdən sonra bir müddət reklam agenti işləmişdir. Sonrakı işi teatr tənqidçisi olduğuna görə, Kotten tez-tez teatr quruluşlarında iştirak edirdi. Əvvəlcə Virciniyada, sonralar isə Nyu-Yorkda ilk dəfə aktyor kimi özünü sınamışdır. == Orson Uellslə əməkdaşlıq == Cozef Kotten 1930-cu ildə Brodveydə debüt edərkən yaradıcılığa yeni başlamış aktyor və rejissor Orson Uellslə tanış olmuşdur. Sonradan bu tanışlıq onları ən yaxın dosta çevirmişdi. 1937-ci ildə Kotten Uellsin teatr şirkətinə gedir və orada "Başmaqçının bayramı" və "Yuli Sezar" tamaşalarında baş rolları ifa edir. Onların əməkdaşlığı teatrla məhdudlaşmırdı.
Hanz Kelsen
Hanz Kelsen — Yəhudi mənşəli Avstriya-ABŞ hüquq filosofu
Hulusi Kentmen
Hulusi Kentmen (d. 1911, Tırnova,Bolqarıstan - ö. 20 dekabr 1993), Türk kino oyunçusudur. Dəniz Ehtiyat zabit olaraq orduda vəzifə götürdü. Təqaüdə çıxdıqdan sonra kino aktyorluğuna başladı. İlk oynadığı film 1940-cı ildə "Avara" oldu. Ata tərzi ilə çoxu filmlərində ata, komissar, bağban, hakim vs. rollar boynuna götürdü, bir çoxunda öz adıyla oynadı. Kentmen, 1942-1988 illəri arasında 300ə yaxın filmdə rol aldı.
Kastiliyalı Ketrin
Kastiliyalı Ketrin (isp. Catarina de Castilla) (d. 1403 - ö. 19 oktyabr 1439) – Kastiliya kralı III Henri və xanımı Lankasterli Ketrinin kiçik qızı, Kastiliya infantası. 1415-ci ildə o, Araqon kralı olan əmisi Ferdinandın oğlu Henriylə nişanlandı. Eyni razılığa görə, Ketrinin kral qardaşı II Con Henrinin bacısı ilə, bacısı Mariya isə Henrinin digər qardaşı Alfonso ilə evlənməli idi. Beləcə, mərhum Kastiliya kralı III Henrinin hər 3 övladı da Araqon kralının ailəsiylə evlənmişdi. Cütlüyün nikah mərasimi 1418-ci ildə baş tutdu. Ancaq çox keçmədən əri Henri kral qardaşı V Alfonso ilə siyasi mübarizəyə başladı və bu səbəblə cütlük 1420-ci ildə sürgün edildi. Kastiliyalı Ketrinə qardaşı tərəfindən verilən Villena hersoqluğu isə mövcud siyasi gərginlik səbəbilə 1427-ci ilədək verilmədi.
Kefken adası
Kefken adası (türk. Kefken, əvvəllər — Dafnusiya (q.yun. Δαφνουσία) — Qara dənizdə, Türkiyə sahillərində yerləşən ada. Kocaeli ili, Kandıra ilçəsi ərazisinə daxildir. İlk əvvəllər Afina dəniz ittifaqının (431 b.e.ə) ərazisi olmuşdur. Antik dövrdə Apolloniya və Tinias adlarını aşımışdır. Sonralar Roma imperiyasına və Şərqi Roma imperiyasına (Bizanas) daxil olur (395–1204-cü illər). Adada yepiskopluq fəaliyyət göstərmişdir. 1204-cü ildə ada Latın imperiyasının tərkibinə daxil olur. 1310-cu ildə ada osmanlı sərkərdəsi Ağçaqoca tərəfindən ələ keçirilir.
Ketlin Osmond
Ketlin Osmond (5 dekabr 1995, Meristoun[d], Nyufaundlend və Labrador) — Kanadanı təmsil edən fiqurçu. Ketlin Osmond 2014-cü ildə Rusiyanın Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında gümüş medal (Komanda), 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarında isə qızıl (Komanda) və bürünc (Fərdi) medallara sahib olub. Osmond həmdə 2018-ci ildə İtaliyanın Milan şəhərində baş tutan Dünya Çempionatının qalibi olub. Bununla da o, 1965-cı ildə Petra Burhanın Dünya Çempionatının qalibi olmasından 45 il sonra bu uğura sahib olan növbəti Kanada idmançısı olub. Ketlin Osmond 2017–2018-ci illər mövsümündə ISU Qran-Pri Finalının bürünc medalına sahib olub. 2016-cı ildə Çin Qran-Prisinin gümüş, 2017-ci ildə Fransa Qran-Prisinin bürünc, 2012 və 2017-ci illərdə Kanada Qran-Prisinin qızıl, 2016-cı ildə isə Kanada Qran-Prisinin gümüş medallarına sahib olan Ketlin Osmond "Autumn Classic", "Finlandia Trophy" və "Nebelhorn Trophy" yarışlarının da qalibi olub. Ketlin Osmond həm də 2013, 2014 və 2017-ci illərdə Kanada Çempionatının qızıl medallarına sahib olub. Karyerası ərzində 37 yarışa qatılan Ketlin Osmond onların 11-də qızıl medal, 6-da gümüş medal, 6-da isə bürünc medal qazanıb. O, 2014-cü ildə Kanadanın "Nyufaundlenda və Labradora" ordeni ilə təltif edilib. == Həyatı == Ketlin Osmond 1995-ci il noyabrın 5-də Nyufaundlend və Labrador əyalətinin Meristoun şəhərində anadan olub.
Ketrin Adams
Ketrin Adams (ing. Kathryn Adams; 25 may 1893, Sent-Luis, Missuri — 17 fevral 1959, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası.
Ketrin Cekson
Ketrin Cekson (Katherine Esther Jackson) (4 May 1930) - pop musiqisinin kralı, unudulmaz dahi Maykl Ceksonun anası.