KƏFƏN

is. [ ər. ]
1. Meyitin sarındığı ağ, bez. Kəfən oğrusundan adamlıq ummazlar. ( Ata. sözü ).
2. Keçmişdə: zəvvarların, dindar, mövhumatçı müsəlmanların dini ayinlər zamanı geydikləri kəfənə oxşar uzun ağ paltar.
3. məc. Ölüm rəmzi kimi.
Azəri torpağı son kəfənimdi; Doymaram bu qara bezimdən mənim. M.Araz.

4. məc. Ağ örtük.
Göylər matəmlilər kimi qara çarşaba bürünmüş, dağlar, çöllər ağ kəfənlə örtülmüşdür. A.Şaiq.

◊ Kəfəni saralmamış – ölümündən az müddət keçmiş.
Kəfəni yırtmaq – ağır, təhlükəli xəstəlikdən qurtarmaq (durmaq).
[Şofer:] Qardaşım … özü də yaralanıb, xəstəxanaya düşüb, amma yenə kəfəni yırtıb çıxıbdır. M.Hüseyn.

Kəfənini boynuna (boğazına) dolamaq (salmaq) – cəsarətlənmək, ürəklənmək, özündən güclü bir adamla mübarizəyə girişmək. İskəndər kişi kəfənini boğazına dolamışdı.
Qorxularından cınqırını çəkməyən adamlar, qocanın mərdliyinə heyran qalmışdılar. M.Hüseyn.

Синонимы

  • KƏFƏN KƏFƏN, AĞ (dan.)

Этимология

  • KƏFƏN Ərəbcədir, əsli “saban”dır (ruslarda savan kimi işlədilir). Bağdad yaxınlı­ğın­dakı Savan şəhərində istehsal edilən parçanın adından götürülüb
KƏFƏ
KƏFƏNLƏMƏ
OBASTAN VİKİ
Turin kəfəni
Turin kəfəni — İsa çarmıxdan endirildikdən sonra sarıldığı iddia edilən saqqallı adamın ön və arxa siluetləri olan kətan parça. 4-cü əsrə aid bir mənbə bildirir ki, Thaddaeus və ya Addai İsanın şəklini Edessada (Urfa) “seçimli boyalarla” çəkiblər. 6-cı əsrə aid başqa bir mənbə bildirir ki, İsa üzünü dəsmalla siləndə şəklini onun üzərində qoyub. İsa bu dəsmalı padşah V Abqarın elçisinə verdi. İsanın Edessada təsvir edilməsi hekayələri 944-cü ilə, Bizans ordusunun şəkli Konstantinopola (İstanbul) apardığı vaxta qədər davam etdi. Rəsm burada 1204-cü ilə qədər qaldı, həmin il Dördüncü Səlib yürüşünün cəngavərləri şəhəri talan etdilər və bu vaxt rəsm əsərini götürdülər. Kəfənin 14-cü əsrdə Fransada nümayiş etdirilməsinin izahı bu ola bilər. İlk dəfə 1350-ci illərdə Fransada sərgilənib. 1578-ci ildə İtaliyaya gətirildi və Turində San Giovanni Battista Katedralində saxlanmağa başladı. Çoxları bunun möcüzə olduğuna inansa da, skeptiklər bunun saxta olduğunu düşünürdülər.

Значение слова в других словарях

-ец-(о) досу́шивание испо́ртить преципита́т сже́чься смирне́ть хрящевы́е гнильё закли́нивание нао́тмашь патроними́ческий переуверя́ть соло́менный фильдеко́совый зан шнявкать acrawl baby buggy otosclerosis phytotoxin respirometer жадно запрещённый обок шинковать