Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kuş gölü
Kuş gölü — iri şirinsulu göl Türkiyənin qərbində qərarlaşır. İnzibati cəhətdən Balıkəsir ilinin Bandırma ilçəsi ərazisində yerləşir. Kiçik Asiya yarımadasının şimal-qərbində qərarlaşır. Göllə Bandırma şəhəri arasında məsafə 18 km-dir. Gölün su səthinin sahəsi 160–176 km², orta dərinliyi 1–2 metr arasında dəyişir. Maksimal dərinliyi 4 metrdir. Gölün su səviyyəsi mövsümlərə görə dəyişir. Yazın əvvəllərində gölün səviyyəsi kifayət qədər qalxır və ətraf sahillərini basır. Yay ayları isə istilərlə əlaqədar səviyyəsi kifayət qədər azalır. Gölün nörmal səviyyəsi 16.800 hektardır.
İlter Kuş
İlter Kuş (1970, Adana) — Balıkesir Universitetinin rektoru, professor. İlter Kuş 1970-ci ildə Adanada anadan olub. İbtidai və orta təhsilini Adanada tamamlayıb. 1994-cü ildə Ankara Universiteti Baytarlıq Fakültəsini bitirib. 1995-ci ildə Fırat Universiteti Tibb Fakültəsi Anatomiya Bölməsində doktorluq təhsilinə başladı. 1995-ci ilin sonunda eyni şöbənin bir elmi köməkçisi vəzifəsinə təyin edilib. Doktoranturasını 1999-cu ildə bitirmişdir. 2000-ci ildə dosent vəzifəsinə təyin edildi. Dosent adını 2005-ci ildə aldı. 2009-cu ildə Balıkesir Universiteti Tibb Fakültəsi Anatomiya Bölməsində işə başladı.
Ku-klus-klan
Ku Kluks Klan — 1865-ci ildə quldarlığın ləğvinin elan edilməsindən sonra Cənub ştatların plantasiya sahibləri tərəfindən zəncilərin vətəndaşlıq hüququ uğrunda mübarizələrinə qarşı ABŞ-də yaradılmış irqçi terrorçu təşkilatdır. 1865-ci ilin milad gecəsində altı cavan, şuluq zabit – Makkord, Lester, Kennedi, Krou, Couns, Rid ABŞ-nin Tennesi ştatındakı balaca Pülasko şəhərinin məhkəmə binasında yığışıb, bir az məzələnmək üçün özlərinə gizli bir təşkilat yaratmaq qərarına gəldilər. (Yeri gəlmişkən, Amerikada hələ Böyük İslahat dövrünə qədər də belə gizli təşkilatlar vardı. Həmin təşkilatlardan heç biri inkişaf edə bilmədiyi üçün gizli təşkilatlara maraq yeni bir şey deyildi). O vaxt bu altı zabitin heç bir konkret məqsədi yox idi. Onlar, sadəcə, Amerikada Vətəndaş Müharibəsində iştirak etdiklərinə görə, müharibədən sonra vətəndaş hüquqlarından məhrum olmuşdular. Eləcə, bikarlıq idi. Təşkilata nəsə sirli bir don geyindirmək və "köhnə gizli təşkilat ənənələri"nə sadiq qalmaq məqsədilə, zabitlər onu "Qızıl Çevrə Qardaşlığı" adlandırdılar. Amma o vaxtlar fəaliyyət göstərən "Qızıl Çevrə Cəngavərləri" təşkilatının adına oxşadığından, tezcə də vaz keçdilər. Adda nəsə bir "çevrə" sözünün olması istəyi güclü idi.
Buş
Buş — soyad. Hironimus Buş — Hollandiyalı rəssam Rebeka Buş — aktrisa Corc Herbert Uoker Buş — Corc Buş (ata) — ABŞ-nin 41-ci prezidenti. Corc Uoker Buş — Corc Buş (oğul) — ABŞ-nin 43-cü prezidenti.
Keş
Keş yaddaş (ing. cache) — prosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. ən güçlü prossessor İ7 dir. Əsasən onu təmizləyərək yaddaşı artırırlar. Bu zaman heç bir şey silinmir əksinə yenilənir Əməli yaddaşa müraciəti sürətləndirmək, kompüterin məhsuldarlığını artırmaq üçün onlarda xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Bütün əsas yaddaşın sürətlə işləyən keş-yaddaş kimi hazırlanması texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması əlverişlidir. Kompüterin yaddaşına müraciət edən zaman verilənlər keş-yaddaşdan axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciət vaxtı əməli yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Keş-yaddaşın tutumu artdıqca kompüterin işləmə sürəti də artmış olur.
Kiş
Kiş - bu mənalarda gələ bilər: Kiş (Şumer) — Mesopotamiyada Babildən 18 km şimal-şərqdə qədim şəhər. Kiş (İran) — İranın Hörmüzgan ostanında şəhər, ostanın inzibati mərkəzi Kiş (Şəki) — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd Kiş (Xocavənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd.
Koş
Koş (isp. Cox) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 45,90 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 6957 nəfərə çatmışdır.
Kub
Kub — Tərifi:Ölçüləri bərabər olan düzbucaqlı paralelepipedə Kub deyilir. Üzlərin sayı 6, forması kvadrat, tillərin sayı 12, təpə nöqtələrin sayı 8, bir nöqtədən çıxan tillərin sayı 3, dioqnallarının sayı 4 dür .
Kuşk
Kuşk — İranın İsfahan ostanının Xomeynişəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,264 nəfər və 3,083 ailədən ibarət idi.
Küf
Yelləncək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər. Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur. İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar: Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.
Kül
Kül, kül elementləri üzvi maddələri (bitki, meşə döşənəyi, heyvan və s.) yandırdıqda qalan yanmayan qalıq. Külü analiz etməklə kül elementlərinin kimyəvi tərkibi müəyyən olunur və bununla da qida maddələrinin çatışmamasını təyin etmək olar. Ca, K, Na, Cl və S elementlərinin cəmi ilə isə bitkinin halofilliyi müəyyənləşdirilir. Kənd təsərrüfatında küldən kalium gübrəsi kimi geniş istifadə olunur. Küldə bitkilərə lazım olan başqa mineral maddələr-fosfor, kalsium, maqnezium, kükürd, bor, manqan, müxtəlif makro və mikroelementlər də var.
Küp
Küp — mayeləri tutmaq üçün çox istifadə olunan bir qab növüdür. Dökülmək və ya içmək üçün açılan, bəzən dar olan bir qolu var və tez-tez tökülən bir dodaq var. Tarix boyu küplər metaldan hazırlanmışdır və keramika və ya şüşədən və plastikdən indi yayılmışdır.
Kür
Kür (türk. Kura; gürc. მტკვარი, translit. Mtkvari; erm. Կուր, translit. Kur; q.yun. Κῦρος, translit. Kiros; fars. کوروش‎‎, translit. Kuruş) — Qafqazda çay.
Mus
Ev sıçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin sıçanlar fəsiləsinə aid məməli heyvan cinsi.
Nus
Nus (yun. Νους; mənası – fikir, ağıl, idrak) — antik fəlsəfənin əsas kateqoriyalarından biri. Anaksaqorun fəlsəfəsində dünya ruhu kimi qələmə verilmişdir. Platona və Aristotelə görə nus insanı heyvan aləmindən ayıran "əqli ruh"dur. Aristoteldə nus həmçinin tanrını, yaxud ilahi yaradıcını təmsil edir. Alexander of Aphrodisias . Supplement to On the Soul. Trans. by R.W. Sharples. London: Duckworth, 2004 Burnyeat, M. “Is an Aristotelian Philosophy of Mind Still Credible?
Quş
Quşlar (lat. Aves) — istiqanlı xordalılar qrupunun Aves sinfinə aid heyvanlar olub, lələk, dişsiz çənə, sərt qabıqlı yumurta qoymaq, yüksək metabolizm sürəti, dörd-kameralı ürək və ağır olmayan, dayanıqlı skelet kimi özünəməxsus xassələrə malikdir. Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir. Yer kürəsində 9600-dən artıq növü yaşayır.[mənbə göstərin] Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur. Quşların sağ yumurtası reduksiyaya uğramışdır. Onlar yumurtalarını quraqlıq ərazilərə qoyurlar. Və bədənlərinin tempraturları da, yüksək olur 41–42 dərəcə. Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar.
Rus
Ruslar (rus. русские) — hind - avropa dil ailəsinin slavyan qrupunun şərqi-slavyan qoluna aid Avropanın ən çoxsaylı millətidir. Təxmini sayları 133 milyon nəfərdir. 2010-cu ilin siyahıyaalınmasına görə Rusiyada sayları 111 016 896 nəfərdir . Yayılma əraziləri əsasən Şərqi-Avropa düzənliyi, Volqaboyu ,Don və Kuban çayları hövzələri, Ural, Qərbi Sibir düzənliyi, Altay, Sayan, Orta Sibir yastı dağları, Verxoyansk sıra dağları, Baykal gölü ətrafı, Kamçatka yarımadası, Amur çayının aşağı axarı və Sixote-Alin sıra dağları. Şərqi-Avropa düzənliyini çıxmaqla əsasən şəhərlərdə və böyük qəsəbələrdə yaşayırlar. Bundan başqa çox sayda rus Ukrayna (9 mln.), Qazaxıstan (3,5 mln.), Özbəkistan (500 min.), ABŞ (3,5mln.), Kanada (500 min.), Belarus (800 min.), Azərbaycan (180 min.) və bir sıra başqa ölkələrin əsasən şəhərlərdə yaşayırlar. Dindarları əsasən pravoslav xristianlardır. Etnoqenezlərində birinci növbədə hindavropalı slavyanlar, eləcə də altaylı fin-uqor və türk-tatarlar iştirak ediblər.
Sus
Sus (Laçın) — Laçın rayonunda kənd. Sus (Tunis) — Tunisdə şəhər. Sus — Qax rayonu ərazisində çay. Susay — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Tus
Tus (fars. توس‎ və ya طوس) — İranın Rəzəvi Xorasan ostanında yerləşən şəhər. Qədim yunanlar buranı Susia (yun. Σούσια) adlandırırdılar. Tarixi qeydlərə görə e.ə. 330-cu ildə Makedoniyalı İsgəndər şəhəri ələ keçirmişdir. Şəhər 1220-1259-cu illər monqol istilaları zamanı demək olar ki, tamamilə məhv edilmişdir. 808-ci ildə Xorasan iğtişaşlarını yatırmaq üçün yola çıxan xəlifə Harun ər-Rəşid Tus şəhərində xəstələnərək vəfat etmişdir. Tusun ən məşhur sakinləri arasında Firdovsi, Nəsirəddin Tusi, Əl-Qəzəli, Nizamülmülk, Cabir ibn Həyyan, Əsədi Tusi və Əbu Cəfər əl-Tusinin adlarını çəkmək olar. Firdovsinin minillik yubileyi ərəfəsində (1934) Tus şəhərində onun məqbərəsi inşa olunmuşdur.
Duş
Vanna və ya ləyən – yuyunmaq üçün nəzərdə tutulmuş su tutan konteyner. Vannalar, adətən, 2 üslubda olur: Qərb üslubunda – içindəndə uzanılan. Belə vannalar çox vaxt qayıq kimi yastı və uzun olur. Şərq üslubunda – içində oturulan. Belə vannalar qısa və dərin olur. Məsələn, Yaponiyada furo vannaları bu üsluba aiddir. Hazırkı dövrdə, əsasən, çuqun vannalardan istifadə olunur. Lakin, qranit və taxta vannalar da geniş yayılmışdır.
HUS
HUS (ing. haemolytic uraemic syndrome) – mikroangiopatik trombositopeniyalara aid olub, ibarətdir: hemolitik anemiya, kəskin böyrək pozğunluğu, trombositopeniya. Uşaqlarda daha çox görünür, Escherichia Coli ilə bağlıdır, qanlı ishalla özünü göstərir. Septisemiya, hamiləlik eklampsiyası, dərman reaksiyası nətəcəsində yarana bilər, protrombin indeksi, aktivləşmiş hissəvi tromboplastin vaxtı və fibrinigen normaldır, D-dimer artmır, dializ letallığı azaldır.
Deyl Kuk
Deyl "Apollo" Kuk (ing. Dale "Apollo" Cook) — ABŞ aktyoru və idmançısıdır. Taekvondo üzrə 7-ci dərəcəli qara kəmərə sahibdir. Deyl Kuk 1958-ci ildə Talsa şəhərində doğulmuşdur. Əvvəllər Taekvondo, sonralar isə Karate idman növü ilə məşğul olmuşdur. Onun bu idman növlərinin hər birindən qara kəməri vardır. 1977-1996-cı illər boyu bir çox yarışmalar keçirmişdir. Yarışmaları tərk etdikdən sonra karate üzrə müəllim fəaliyyətinə başlamışdır. Həmçinin, Deyl Kukun qardaşı Con Kuk da idmanla məşğuldur.
Duş (Bünab)
Duş (fars. دوش‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 924 nəfər yaşayır (203 ailə).
Ernest Buş
Ernest Vilhelm Bernard Buş (alm. Ernst Wilhelm Bernhard Busch‎; 6 iyul 1885, Essen, Prussiya – 17 iyul 1945, Olderşot[d], Hempşir qraflığı[d]) — alman hərb xadimi, Vermaxtın general-feldmarşalı (1943).
Ernst Buş
Ernst Buş (aktyor) — aktyor. Ernst Buş (marşal) — marşal.