Kuşyovski rayonu
Kuşyovski rayonu (rus. Кущёвский район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Kuşyovski kəndidir.
== Coğrafiyası ==
Kuşyovski rayonu Azov-Kuban düzənliyinin şimal hissəsində yerləşir. Şimal və şərqdə Rostov vilayəti, qərbdə Starominski, cənubdan Krasnodar diyarının Leninqrad və Krılovski rayonları ilə həmsərhəddir.
Rayondan aşağıdakı çaylar axır: Eya, Kuqo-Eya, Mokraya Çuburka, Rossoş, Sosıka, Elbuzd, Kavalerka.
Rayonun ərazisi 237,2 min hektardır, bunun 215,4 min hektarı əkin sahələridir.
== Tarix ==
Rayon 2 iyun 1924-cü ildə Cənub-Şərq vilayətinin Donski rayonunun tərkibində yaradıldı. Buraya Kuban-Qara dəniz diyarının ləğv edilmiş Yeysk şöbəsinin ərazisinin bir hissəsi daxil idi. Əvvəlcə rayonun tərkibinə 17 kənd məclisi daxil idi: Alekseevski, Bolşekozinski, Qlebovski, Qudkovo-Limanovski, İvano-Slyusarevski, İlyinski, İrinovski, Kislyakovski, Krasnoselski, Kuqoeyiski, Kuşçevski, Mixailovski, Novoserqeyevski, Poltavçenski, Şkurinski
16 noyabr 1924-cü ildən rayon Şimali Qafqaz diyarının, 10 yanvar 1934-cü ildən Azov-Qara dəniz diyarının bir hissəsi idi.