Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karnival Rou (teleserial, 2019)
Karnival Rou (ing. Carnival Row) – Orlando Blumun prodüserliyi ilə istehsal olunmuş ABŞ neo-nuar və fentezi teleserialı. Treyvis Biçemin "Karnival Rouda qətl" adlı film ssenarisinə əsaslanır. Serial 30 avqust 2019-cu ildə Prime Video vasitəsilə buraxılmış və 8 seriya davam etmişdir. 2019-cu ilin iyulunda ikinci mövsümü anons edilmişdir. Hekayə mifik varlıqlarla insanların birlikdə yaşadıqları şəhərdə cərəyan edir və irqlər arasındakı münasibətlər gərginləşməkdədir. Teleserialın baş rollarında Orlando Blum (Raykroft Filostreyt) və Kara Delevin (Viqnatte Stounmoss) çıxış edirlər. Digər rollarda Devid Qyasi, Karla Krom, İndira Varma, Tamzin Merçant və Skott Reyd çıxış edirlər. "Karnival Rou" əsasən tənqidçilərin mənfi rəylərini almışdır. == Məzmun == Hadisələr xaos mühitinin hökm sürdüyü Viktoriya dövründə baş verir.