Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kata
Kata (ja. 型 və ya 形) — Şərq əlbəyaxa döyüş növlərinin əksəriyyətində əvvəlcədən bir neçə nəfərə qarşı hazırlanmış formal hərəkətlərdən ibarət döyüş formasıdır. Kata sözü xüsusi ilə Karate-do döyüş növündə istifadə edilir. Məsələn, analoji olaraq Uşu, Kunq Fu döyüş növlərində "Tao", Taekvon-do döyüş növündə "Pumse" və s. kimi işlədilir.
Kate
Kate (KDE Advanced Text Editor) — KDE tərəfindən yaradılan mətn redaktorudur. UTF-8, UTF-16, ISO-8859–1 və ASCII kodinqlərini dəstəkləyir. Sintaksi tanıma (highlighting) xüsusiyyətinə malikdir. C++ dili ilə Kate üçün pluginlər yazmaq mümkündür.
Kato
Kato — soyad. Gənc Kato — romalı siyasətçi. Rosa Kato – Yaponiya kommersiya modeli və aktrisası. Emiri Kato — Yaponiya səs aktrisası. Tomoe Kato — keçmiş Yaponiya qadın futbolçusu. Cuniçi Kato — Yaponiya YouTuberer. Mitsuo Kato — keçmiş Yaponiya futbolçusu. Yoşio Kato — keçmiş Yaponiya futbolçusu.
Cuniçi Kato
Cuniçi Kato (加藤純一, Katō Junichi, d.17 avqust 1985) — Yaponiya YouTuberer.
Emiri Kato
Emiri Kato (加藤英美里, Katō Emiri, 26 noyabr 1983[…]) — Yaponiya səs aktrisası. Tokio anadan olmuşdur. 81 Produce ilə əməkdaşlıq edir. == Filmoqrafiya == === Anime === 2004 Kyō Kara Maō!
Gənc Kato
Markus Porcius Cato Uticensis (e.ə. 95 - e.ə. 46), romalı siyasətçi. == Həyatı == Kato (Cato) eradan əvvəl 95-ci ildə Markus Porkius Kato və həyat yoldaşı Livia Drusanın oğlu olaraq Romada dünyaya gəlmişdir. Valideynlərini erkən yaşlarında itirən Kato dayısı Markus Livius Drususun evinə köçmüşdür. Drusus, Kato hələ 4 yaşında ikən öldürülmüşdür. Sezarla uzun sürən rəqabətdən sonra məğlub olaraq, özünü öldürmüşdür. == Şəxsiyyəti == Ulu babası siyasətçi və dövlət nümayəndəsi Qoca Kato ilə ad eyniliyinə görə Gənc Kato (Cato Minor) olaraq bilinir. Roma Respublikasının son dövrlərində yaşamış olan Romalı siyasətçi və dövlət xadimi Kato, eyni zamanda əfsanəvi inadçılığı və bildiyindən dönməyən şəxsiyyəti ilə xatırlanır. Dövründə olduqca yayılmış olan rüşvətlə mübarizəsi, əxlaqi dürüstlüyü və xüsusilə də Qay Yuli Sezar ilə olan uzun mübarizəsi ilə tanınır.
Hisaşi Kato
Hisaşi Kato (d. 24 aprel 1956) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 61 oyun keçirib, 6 qol vurub.
Kaat Dumarey
Kaat Dumarey (d. 8 sentyabr 1999) — Belçikanı təmsil edən akrobatika gimnastı. Dumarey 2015-ci ildə Belçikanı I Avropa Oyunlarında təmsil etdi və yarışların üç qızıl medalını qazandı. O, həm də 2014-cü ildə Dünya Çempionatının bürünc medalını qazanıb. == Karyerası == Kaat Dumarey 2015-ci ildə Belçika bayrağı altında Azərbaycanın Bakı şəhərində I Avropa Oyunlarına qatıldı. O, çoxnövçülük, balans və temp hərəkətlərində komanda yoldaşları Julie van Qelder və İneke van Şoor ilə birgə üç qızıl medal qazandı.
Kata (dəqiqləşdirmə)
Kata
Kata (çimərlik)
Kata çimərliyi (tay หาดกะตะ) — Andaman dənizində, Pxunet adasının qərb sahilində, ən çox ziyarət olunan çimərlik. Şimaldan Karon çimərliyi ilə sərhədlənir. Kata-Noy çimərliyindən 10 km, Pxunet şəhərindən 17 km, Pxunet hava limanından 47 km aralıda yerləşir. İnzibati baxımından Pxunet vilayətinin Karon rayonuna daxildir. 1970-ci illərdən ərazidə yurizm inkişaf edir. 26 dekabr 2004-cü ildə Hind okeanında zəlzələ və sunami nəticəsində ərazi böyük zərər görmüşdür. Sahil xəttinin uzunluğu 1,5 km-dir. Sahil aypara formasındadır. Çimərliyin şimal hissədə eni 70 m, cənubda isə 50 metrdir. Çimərliyin qarşı tərəfində Pu adası yerləşir.
Kate Apton
Keyt Apton (ing. Kate Upton; 10 iyun 1992) — amerikalı model və aktrisa. == Həyatı == Keyt Apton 10 iyul 1992-ci ildə ABŞ-nin Miçiqan əyalətində anadan olmuşdur. Uşaqlığını Florida ştatının Melburn şəhərində keçirmişdir. == Karyerası == 2008-ci ildə "Miami Elite Model Managment" ilə müqavilə imzalayan Kate, sonradan Nyu-Yorka köçmüşdür və elə orada ilk dəfə modelliyə addım atmışdır. İlk dəfə Dooney&Bourke çanta markasının modeli olmuşdur. Daha sonra "Sports Illustrated Swimsuit Issue" üz qabığına çıxmışdır və müxtəlif mükafatlara layiq görülmüşdür. Həmin dövrdən, indiyədək Beach Bunny çimərlik geyimi və Victoria Secret üçün modellik edir. Həmçinin 2011-ci ilin iyul ayında, "Esquire" jurnalı tərəfindən "Yayın qadını" seçilmişdir. 2014-cü ildə Kameron Diaz və Lesli Mannla birlikdə "Digər qadın" filmində rol almışdır.
Kate Upton
Keyt Apton (ing. Kate Upton; 10 iyun 1992) — amerikalı model və aktrisa. == Həyatı == Keyt Apton 10 iyul 1992-ci ildə ABŞ-nin Miçiqan əyalətində anadan olmuşdur. Uşaqlığını Florida ştatının Melburn şəhərində keçirmişdir. == Karyerası == 2008-ci ildə "Miami Elite Model Managment" ilə müqavilə imzalayan Kate, sonradan Nyu-Yorka köçmüşdür və elə orada ilk dəfə modelliyə addım atmışdır. İlk dəfə Dooney&Bourke çanta markasının modeli olmuşdur. Daha sonra "Sports Illustrated Swimsuit Issue" üz qabığına çıxmışdır və müxtəlif mükafatlara layiq görülmüşdür. Həmin dövrdən, indiyədək Beach Bunny çimərlik geyimi və Victoria Secret üçün modellik edir. Həmçinin 2011-ci ilin iyul ayında, "Esquire" jurnalı tərəfindən "Yayın qadını" seçilmişdir. 2014-cü ildə Kameron Diaz və Lesli Mannla birlikdə "Digər qadın" filmində rol almışdır.
Kati Kovaç
Kati Kovaç (tam adı: Kati Kovaç, mac. Kati Kovács; 25 oktyabr 1944, Verpelet[d], Xeveş[d]) — Macarıstan pop-rok müğənnisi, söz yazıçısı və aktrisa, Ferens List və Koşut mükafatları laureatı. Macarıstanın ən populyar müğənnisi olan Kovaç musiqi albomları, mükafatları və ölkə daxili və xaricində təqdimatları, beynəlxalq səviyyədə tanınması ilə bərabər bu günə qədər çox aktiv bir karyeraya malikdir. Kovaç macar musiqi tənqidçiləri tərəfindən təriflənən çox güclü mezzo-soprano səsi ilə tanınır: tənqidçilər onu "Macarıstanın ən yaxşı qadın səsi" adlandırırlar. O, opera, rok, caz, pop, rəqs, blüz və rok-n-roll janrlarında ifa edə bilir. == Fəaliyyəti == Kovaç səhnəyə ilk dəfə 1962-ci ildə çıxmışdır. O, milli səviyyədə ilk dəfə 1965-ci ildə Macarıstanın "Ki mit tud?" adlı seminal televiziya istedad şousunda qələbə qazandığı zaman məşhur olmuşdur. Bir il sonra, 1966-cı ildə Macarıstanda keçirilən televiziya rəqs musiqi festivalını qazanan "Sənin oyuncağın olmayacağam" (mac. Nem leszek a játékszered) mahnısı ilə bir az daha böyük uğurlara imza atdı. 1968-ci ildə bəzi filmlərdə, məsələn, "Gün keçdi" (mac.
Kato Kiyömasa
Katö Kiyomasa (yapon加藤 清正) (d. 25 iyul 1561 – ö. 2 avqust 1611) — yapon sərkərdəsi. XVI əsrin sonu Yaponiyanı idarə edən üç feodal hakimdən ikincisinə, qohumu Toyotomi Hideyösiyə xidmət edib. Hideyösinin Yaponiyanı birləşdirmək üçün apardığı müharibələrdə iştirak edib. İmcın müharibəsi vaxtı yaponların avanqardına başçılıq edir. İkinci yürüş vaxtı (1597–98) Ulsanda yapon qoşunlarına başçılıq edir. 1600 ildə Seqiqahara döyüşündə Katö Yaponiyanı birləşdirən üçüncü feodal hakim İeyasu Tokuqavanın tərəfində vuruşur. Sonralar Hideyösinin oğlu Hideyörinin tərəfinə keçir.
Kato Svanidze
Yekaterina (Kato) Semyonovna Svanidze-Cuqaşvili (gürc. ეკატერინა (კატო) სვიმონის ასული სვანიძე-ჯუღაშვილი, translit. Ekaterina Svimonis asuli Svanidze-Cuğaşvili; rus. Екатери́на Семёновна Свани́дзе, translit. Yekaterina Semyonovna Svanidze; 2 (14) aprel 1885, Baci (Gürcüstan), Kutaisi quberniyası, Rusiya imperiyası – 22 noyabr (5 dekabr) 1907, Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası) — İosif Cuqaşvilinin (Stalin) ilk həyat yoldaşı, onun ən böyük oğlu Yakovun anası, dərzi. Gürcüstanın qərbində yerləşən Raça regionunda anadan olan Svanidze daha sonra iki bacısı və bir qardaşı ilə Tiflisə köçmüş, orada dərzi işləmişdir. Onun qardaşı Aleksandr o vaxtlar İosif Cuqaşvili kimi tanınan Stalinin yaxın bir dostu idi və 1905-ci ildə onu Svanidze ilə tanış etmişdir. Onlar növbəti il – 1906-cı ildə evlənmiş, bir neçə ay sonra isə onların Yakov adlı bir oğulları olmuşdur. Svanidze həyat yoldaşı ilə həbs olunmaqdan qaçınmaq üçün Bakıya köçmüşdü, lakin Svanidze orada ağır xəstəliyə yoluxduğundan 1907-ci ildə onlar Tiflisə geri qayıtmalı olmuşdular. O, Tiflisə qayıtdıqdan az müddət sonra vəfat etmişdir.
Katy Perry
Ketrin Elizabet Hadson (ing. Katheryn Elizabeth Hudson; 25 oktyabr 1984, Santa-Barbara, Kaliforniya) — və ya səhnə adı Keti Perri (ing. Katy Perry) kimi tanınan ABŞ müğənnisi və bəstəkarı. Kiçik yaşlarından kilsələrdə çıxış edən Ketrin yeniyetməlik dövründə qospel ifaçısı olaraq musiqi karyerasına başlamaq qərarına gəlmişdir. Gənc müğənni Red Hill Records albom şirkəti ilə müqavilə imzalamış və 2001-ci ildə Katy Hudson adlı ilk qospel albomunu çıxartmış, lakin albom reklam cəhətdən müğənni üçün heçdə uğurlu olmamışdır. Red Hill Records-la əlaqələrini dayandırdıqdan sonra o, 2002-ci ildə beynəlxalq musiqi aləminə qatılmaq məqsədilə Los-Ancelesə köçmüşdür. O Los-Ancelesdə bir neçə tanınmış prodüserlərlə işləməyə başlamışdır. Növbəti dörd il boyunca müğənni iki albom şirkəti ilə anlaşmalar imzalamış və hər iki anlaşma ona həvəsində olduğu şöhrəti qazandıra bilməmişdir. "Keti Perri" səhnə adını götürdükdən sonra müğənni 2007-ci ilin aprel ayında Capitol Records albom şirkəti ilə növbəti anlaşma imzalamışdır. Keti Perri 2008-ci ildə One of the Boys adlandırdığı ikinci studio albomunda yer alan "I Kissed a Girl" və "Hot n Cold" sinqlları ilə dünyada şöhrət qazanmağa nail olmuşdur.
Masaaki Kato
Masaaki Kato (d. 22 dekabr 1958) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.
Mitsuo Kato
Mitsuo Kato (d. 22 yanvar 1953) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Nobuyuki Kato
Nobuyuki Kato (d. 2 yanvar 1920) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Rosa Kato
Rosa Kato (加藤 ローサ, Kato Rosa, 22 iyun 1985, Kaqoşima) – Yaponiya kommersiya modeli və aktrisası. 22 iyun 1985-ci ildə Yaponiyanın Kaqoşima şəhərində doğulmuşdur. Anası yapon, atası italyandır. Atası Yokohamada yerləşən bir italyan restoranında işləyən zaman anası ilə tanış olub. Kato beş yaşında olanda ailəsi ilə birlikdə İtaliyanın Neapol şəhərinə köçüb. Həmin dövrdə italyanca danışa və başa düşə bilirdi, lakin daha sonra italyan dilini təmiz unudub. Bu səbəbdən NHK TV kanalının "İtalyanca söhbət" verilişinin daimi qonaq tələbəsi olmuşdur. Rosa adını nənəsindən götürüb. 2004-cü ilin aprelindən 2005-ci ilin martına kimi NHK TV kanalında italyan dilinə yeni başlayan üçün yayımlanan 25 dəqiqəlik "İtalyanca söhbət" verilişinin daimi qonaq tələbəsi olmuşdur. Daha sonra reklamlarda yer almağa başlamış və 2004-cü ildə Yaponiya gəlin jurnalı olan "Zexy" jurnalında populyar model olmuşdur.
Tomoe Kato
Tomoe Kato (d. 27 may 1978) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 114 oyun keçirib, 8 qol vurub.
Yoşio Kato
Yoşio Kato (d. 1 avqust 1957) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 8 oyun keçirib.
Kata Betlen
Kata Betlen (30 noyabr 1700 – 29 iyul 1759) — Transilvaniyalı yazıçı, Macarıstan və Rumıniyada ilk memuarçılardan biri olub. == Haqqında == Kata Betlen ölkəsinin mədəni və intellektual həyatında fəal iştirak edib. Yazıçının ailəsi cəmiyyətdə yüksək mövqe tuturdu — Bethlen klanı hökmdarlar və kanslerlər kimi Transilvaniyanın başçısı olmuşdur. Kata Betlen 17 yaşında katolik ilə evlənmək məcburiyyətində qaldı, bu evlilik ailəsinin siyasi qərarı idi. Bu evlilik ona çox pis təsir etdi. Həyat yoldaşı uşaqlarını əlindən aldı, Kata onlarla görüşə bilmirdi. Uşaqlarından ayrı yaşamaq çox çətin idi. Yazıçı öz memuarlarında uşaqları haqqında xatirələrini yazırdı. Həyat yoldaşının ölümündən sonra Kata bu dəfə sevgilisi ilə yenidən evləndi. İkinci evlilikdən çox xoşbəxt idi, lakin ikinci həyat yoldaşı və uşaqları rəhmətə getdilər.
Fan Hui Kuat
Fan Hui Kuat (vyet. Phan Huy Quat; 1911, Txattyau[d] – 27 aprel 1979, Hoşimin) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) dövlət xadimi, Vyetnam Respublikasının Baş naziri (1965). == Həyatı == Fan Hui Kuat 1949-1950 Bao Dai hökumətində təhsil naziri olmuşdur. O, 1950 və 1953-1954-cü illərdə müdafiə naziri vəzifəsində çalışmışdır. Fan Hui Kuat 1953-cü ildə Vyetnam Dövlətinin demokratikləşməsinə cavabdeh olan xüsusi tapşırıqlar üzrə nazir kimi xidmət etmişdir. O, 1954-ci ildə Vyetnam Dövlətinin Baş nazirinin səlahiyyətlərini icra etmişdir. Fan Hui Kuat 1965-ci ilin fevralında Vyetnam Respublikasının Baş naziri, marşal Nquyen Kao Kinin başçılıq etdiyi hərbi çevrilişdən sonra vəzifəsindən azad olunmuşdur. Baş nazirlikdən getdikdən sonra Kuat öz həkimlik fəaliyyətinə qayıtmışdır. O, 1975-ci ilə qədər siyasətdə qalmış, Asiya Antikommunist Liqası ilə işləmiş və onun Vyetnam ofisinə rəhbərlik etmişdir. Fan Hui Kuat 1975-ci ilin avqustunda Vyetnam Respublikasının süqutundan sonra həbs edilmiş və zindana salınmışdır.
Odani no Kata
Oiçi no Kata (お市の方, 1547, Naqoya – 14 iyun 1583, Kitanoşo qəsri[d]) və ya Odani no Kata (小谷の方) – Senqoku dövründə yaşamış yapon tarixi şəxsiyyət. Oda Nobunaqanın kiçik bacısı olmuşdur. == Həyatı == Oiçi 1547-ci ildə Ovari əyalətində doğulmuşdur. Öz gözəlliyi ilə məşhur olmuşdur. 1568-ci ildə qardaşı Oda Nobunaqanın istəyi ilə daymyo Azay Naqamasa ilə evlənmişdir. Ərinin Omi əyalətində yerləşən Odani qəsrində yaşadığı üçün Odani no Kata adını götürmüşdür. 1570-ci ildə Naqamasa Nobunaqaya qarşı çevrilmiş və 1573-cü ildə onun tərəfindən məğlub edilmişdir. Nobunaqa bacısının və üç kiçik qızının həyatı bağışlasa da, iki körpə oğlunun öldürülməsini əmr etmişdir. Oiçi bir müddət hamıdan ayrı yaşasa da, 1582-ci ildə Nobunaqanın öldürülməsindən sonra Oda Nobutaka ona müttəfiqi daymyo Şibata Katsuie ilə evlənməyi əmr etmişdir. 1583-cü ildə Toyotomi Hideyoşi Kitanaşo mühasirəsini başlatmış və yaşadığı qəsri məhv etmişdir.