Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Banat
Banat — Çənub-Şərqi Avropada tarixi vilayət: şərqdə Transilvaniya Alp dağları, qərbdə Tisa çayı, şimalda Mureş çayı, cənubda Dunay çayı ilə sərhədlənir. Banat XII əsrdən Macar krallığının tərkibində olmuş, XVI əsrdə Osmanlı imperiyasının torpaqlarına qatılmışdır. Pojarevats sülh müqaviləsinə (1718) görə Habsburqların hakimiyyətinə keçmişdir. Kolonizasiya prosesləri nəticəsində formalaşan Banat əhalisinin çoxmillətli tərkibi rumınlar, serblər, xorvatlar, macarlar, slovaklar, almanlar və başqalarından ibarət idi. Trianon sülh müqaviləsinin (1920) şərtlərinə görə Rumıniya (şərq hissəsi) ilə Serblərin, Xorvatların və Slovenlərin krallığı (1929-cu ildən Yuqoslaviya: qərb hissəsi) arasında bölüşdürüldü. Hazırda Banat ərazisi Serbiya və Rumıniyanın tərkibindədir. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, III cild, Bakı, 2011, səh.157.
Basat
Basat — Dastanda işlənən antroponimlərdən biri. Daş Oğuz bəyi. Aruzun kiçik oğlu, Qiyan Selciyin qardaşı. Təpəgözü öldürən qəhrəman. Eposun "Basat Təpəgözü öldürdüyü boy"u Basatın adı ilə bağlıdır. "V. V. Bartoldun tərcüməsində bu ad "Bisat" kimi verilmişdir. Lakin D-də sözün yazılışı da, Aruz qocanın itmiş oğlu haqqında ilxıçının verdiyi məlumat da ("At basubən qan sümürər") göstərir ki, həmin adı "Basat" kimi oxuyub-yazmaq doğrudur". Müasir Azərbaycan antroponimləri sistemində işlənməyən "Basat" antroponimi Türkiyə antroponimləri sistemində işlənməkdədir. Orxon Şaiq Gökyay Ali Rza Yalmanın "Türkmən oymakları" kitabına əsaslanaraq göstərir ki, "Basat" Güney Anadoluda "Busat" kimi işlənir.. "Dədə Qorqud" dastanında adama oxşayan şirə "Basat" adının verilmə səbəbi aydın şəkildə təsvir edilmişdir.
Bayat
Bayat (Şuşa) — Bayat (Urmiya) — Bayat nahiyəsi — Bayat qalası — Qarabağ xanlığına inzibati mərkəz kimi tikilmiş qala. Bayat tayfası — türkdilli tayfalardan birinin adı.
Karat
Karat Bakı — Bakı şəhərində yaradılmış futbol klubu. Karat (ölçü vahidi) — əsasən zərgərlikdə istifadə edilən ölçü vahidi.
Laman
Laman (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Laman (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Laqaş
Laqaş-Mesopotamiyada Qədim dövr şəhərlərindən biri.E.ə. XXV-XXIV əsrlərdə yaranmışdır.Erkən sülalələr dövrünün son mərhələsində (e.ə. XXV-XXIV əsrlər) Laqaş şəhəri yüksəlməyə başlayır. Laqaş dövlətinin banisi Urnanşe idi. Urnanşenin nəvəsi Eannatum (2400-cü il) Laqaşın qüdrətini daha da artırır. Eannatum Şumerin bir sıra şəhərlərini Laqaşa tabe edir. Entemena və Luqalandanın vaxtında ərazi böyüsə də, əhalinin vəziyyəti pisləşir. Ona görə də Luqalandanın hakimiyyəti uzun sürmür . Ali hakimiyyət Uruinimkinanın əlinə keçir. O, əvvəlcə özünü ensi (kahin-hökmdar), sonra luqal (hökmdar) adlandırır.
Latit
Latit — möhtəviləri və əsas kütləsi kaliumlu və kaliumlu-natriumlu çöl şpatlarından (ortoklaz, sanidin) və əsasən andezindən və ya bəzən labradordan ibarət olan traxiandezit bazalt süxur tərkibində müəyyən miqdarda rəngli minerallar (avgit, olivin, biotit), bəzən kvars möhtəviləri iştirak edir. Monsonitin effuziv anoloqu. Köhnəlmiş termin. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Laval
Laval (Mayen)
Lavaş
Lavaş — su, un və duzla emal edilən çörək növü. Kövrək çörəkdən qalın, pidedən nazikdir. Dürmək üçün də istifadə edilir. Türkiyə, Azərbaycan, Gürcüstan və İranda geniş şəkildə yeyilir. Dilçinin sözlərinə görə, "lavaş" sözünün mənşəyi iki hissədən ibarətdir: "lav" və ya "lay" "qat" deməkdir, "aş" isə bütün türk dillərində "qida" anlamı verir. Beləliklə, "lavaş" "qat-qat qida" anlamına gəlir. Lavaş çörəyinin bəzi növlərini quru halda həftələrlə, aylarla saxlamaq mümkündür. Hərbi yürüşlər, səyahət zamanı o cümlədən qışlaq-yaylaq təsərrüfat həyatı sürən çobanlar üçün yola belə çörəyi götürmək əlverişli idi. Quru lavaşı azca nəm etməklə yeməyə hazır vəziyyətə gətirmək olur. Ona bükülmüş pendiri, şoru, qaymağı, yağı atdan enmədən rahatlıqla yemək mümkündür.
Laxar
Laxar (rus. лахар, ing. lahar) — vulkan materiallarının yağış suyu, kreyter gölünün suyu, yaxud vulkan yamacında qarın, və ya buzun ərinti suyu ilə qarışması nəticəsində əmələ gələn palçıq axını. İsti və soyuq L. ayrılır: isti L.-qaynar piroklastik məhsullardan əmələ gəlir, soyuq L.-püskürmə ilə bilavasitə əlaqəsi olma-yan kövrək vulkanik məhsullardan təşkil olunur.
Qalat
Qalat (Qəzvin)
Dalat
Dalat (vyet. Đà Lạt) — Vyetnamın mərkəzi dağlıq ərazilərində yerləşən şəhər, Lamdonq vilayətinin paytaxtı. Dəniz səviyyəsindən təqribən 1,475 metr yüksəklikdə Lanqbian platosunda yerləşir. Hanoydan 1,491 km, Hoşimin şəhərindən 300 km məsafədə yerləşir. Şəhərin adının lati dilindən yaranmışdır və mümkün tərcümələrdən biri də "lat tayfasının çayıdır". Şəhərin iqtisadiyyatını kənd təsərrüfatı (meyvə, gül, çiyələk, üzüm, qəhvə becərilməsi), şərabçılıq, turizm, elmi tərəqqi (Dalat Vyetnam elminin mərkəzlərindən biridir) təşkil edir.
Lakan
Jak Lakan (fr. Jacques Marie Émile Lacan; 13 aprel 1901[…], III arondisman (Paris)[…] – 9 sentyabr 1981[…], VI arondisman (Paris)) — Fransız psixoanalist. XX əsr Psixoanalizminin görkəmli nümayəndələrindən biri. Jak Lakan Ziqmund Freyddən sonra öz fikirləri ilə ən çox müzakirə olunan psixoloqlardan biridir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Cupressus laeta
İkicərgə taksodium (lat. Taxodium distichum) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin taksodium cinsinə aid bitki növü. Şimali Amerikada təbii halda bitir. Hündürlüyü 30–35 m-ə çatan, dekorativ ağacdır. Hər il qışda iynəyarpaqlarını tökən bu ağac sonradan özünəməxsus çətir əmələ gətirir. Yarpaqları xətvarı-neştərvarı və ya ensiz-xətvarıdan qabıqşəkilliyə qədər, tək, çox vaxt cod və iynəli, əsasən spiral yerləşmiş, bəzən qarşılıqlı, bir damarcıqlıdır. Qabıqların aşağı kənarları qalın və ya dişciklidir. Strobilləri bir evli, erkək strobilləri-xırda, ucda və ya qoltuqda, mikrosporofilləri spiral şəklində yerləşir. Rüşeymi 2-9 ləpəlidir. Erkək sünbülcükləri 15 sm uzunluğunda olub, salxım formasındadır.
Digitalis lanata
Tükcüklü üskükotu (lat. Digitalis lanata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. Çoxillik və ya ikiillik ot bitkisi olub, hündürlüyü 50–80 sm-ə bərabərdir. Birinci il çətiri, kökətrafı neştərşəkilli yarpaqları, ikinci il isə düzqalxan gövdəsi – aşağı hissəsindəki çılpaq, yuxarı hissəsində isə sıx, qalın tükcüklü budaqları inkişaf edir. Kökətrafı və gövdənin neştərşəkilli aşağı yarpaqları, tükcüklü bütövkənarlı, uzunluğu 6–12 sm, eni isə 1,5–3,5 sm olub, yuxarı yarpaqları oturaq, neştərşəkilli, zirvəsi itiuclu, tədricən azalaraq çiçək altlığına keçir. Zirvədəki çiçək fırçası uzun, çoxtərəfli, çox qalın və sıxdır. Çiçək tacının uzunluğu 20–30 mm, şarşəkilli, orta ölçülü qanadlı, aşağı dodağı kürəyəbənzərdir. Çiçəyi qonur-sarı rəngdən, göyümtül rəngə qədər olmaqla, damarlıdır. Kasacığı zəngşəkilli və 5 bölümlüdür. Yarpaqları kip, dolğun, azacıq dəricikli, uzunsov-neştərşəkilli, küt və ya itiuclu, adətən kənarlı, az tükcüklü və ya xırda dişcikli, aydın görünən iri damarının uzunluğu 6–12(20) sm, eni isə 1,5–3,5 sm-dir.
Drosera lanata
Drosera lanata (lat. Drosera lanata) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Euphorbia laeta
Euphorbia dendroides (lat. Euphorbia dendroides) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. Esula dendroides (L.) Haw. Euphorbia dendroides var. hesperia Jahand. & Maire Euphorbia divaricata Jacq. Euphorbia laeta Aiton Euphorbion dendroideum (L.) St.-Lag. Tithymalus arboreus Tourn. ex Lam. Tithymalus dendroides (L.) Hill Tithymalus laetus (Aiton) Haw.
Füzuli Bayat
Füzuli Bayat (Gözəlov Füzuli Xeyrulla oğlu; 28 aprel 1958 və ya 1958, Xırmandalı, Masallı rayonu) – folklorşünaslıq, dil tarixi, təsəvvüf ədəbiyyatı sahəsində tanınmış Azərbaycanlı alim, filologiya elmləri doktoru, professor. Füzuli Gözəlov (Bayat) 1958-ci ildə Masallı rayonunun Xırmandalı kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsinə daxil olmuş, 1984-cü ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1987-1990-cı illərdə Özbəkistan EA Ədəbiyyat və Dil İnstitutunun aspiranturasına daxil olmuş, 1990-cı ildə vaxtından 6 ay öncə müdafiə edərək filologiya elmləri namizədi adını almışdır. Füzuli Bayat 1997-ci ildə "Oğuz dastanı: tarixi-mifoloji kökləri və spesifikası" mövzusunda doktorluq işi müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini almışdır. 1993-1995-ci illərdə "Ortaq türk ədəbiyyatı" şöbəsinin müdiri olmuş, 1995-1999-cu illərdə isə "Dədə Qorqud Ensiklopediyası"nda baş redaktorun müavini vəzifəsində çalışmış, ensiklopediyanın hazırlanmasında və məqalələrin yazılmasında iştirak etmişdir. 1999-2008-ci illərdə Türkiyənin Qaziantep Universitetində çalışmışdır. 2003-cü ildən AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi olmuş, 2012-ci ildə isə "Müasir Folklor" şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 1997-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Ailəlidir, 3 övladı var.
Halat toppuztikan
Halal toppuztikan (lat. Echinops ossicus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü. Hündürlüyü 60–80 sm, gövdəsi ağımtıl keçəli, kifayət qədər nazik, şırımlı, düz və ya əsasından yüksələn, sadə və ya çox vaxt budaqlanan çoxillik ot bitkisidir. Yarpaqları kifayət qədər yumşaq, oturaq, yarımgövdə həcmini artıran olub, dəyirmi qulaqcıqlıdır, uzunsov, oyuqlu lələkvari kəsilmiş və ya üçkünclü və ya yumurtaşəkilli hissələri və bölümləri olan, nazik tikanlarla qurtaran lələkvari bölümlüdür, kənarları tikanlı kirpiklidir, üst tərəfdən yaşıl səpələnmiş qısa tüklü və vəziciklidir, alt tərəfdən sıx ağımtıl keçə tüklüdür; yuxarı yarpaqları tikanaoxşar dişlidir. Başcıq şarşəkillidir, diametri 3–4 sm-dir. Qının genişlənmiş yarpaqcıqları düz sonluğu ilə sivriləşmişdir, kənarları daraqlı kirpiklidir, onlardan lap aşağıdakılar bir qədər qısa saplaqlı vəziciklidir. İyul-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir. BQ (Quba), Kür düz., KQ şimal, KQ mərkəzi, Nax. dağ., Lənk. dağ.
Jak Lakan
Jak Lakan (fr. Jacques Marie Émile Lacan; 13 aprel 1901[…], III arondisman (Paris)[…] – 9 sentyabr 1981[…], VI arondisman (Paris)) — Fransız psixoanalist. XX əsr Psixoanalizminin görkəmli nümayəndələrindən biri. Jak Lakan Ziqmund Freyddən sonra öz fikirləri ilə ən çox müzakirə olunan psixoloqlardan biridir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Kalsium laktat
Sənayedə preparatı almaq üçün süd turşusunun qıcqırma prosesindən istifadə edirlər. Şəkərli maddələr (nişasta, qlükoza) qıcqırma bakteriyaları təsirindən 50ºC-ə qədər temperaturda süd turşusuna çevrilir, alınan turşu isə kalsium-karbonatla neytrallaşdırılır. ( C 6 H 10 O 5 ) n → + nH 2 O nC 6 H 12 O 6 ⟶ 2 nCH 3 − CHOH − COOH {\displaystyle {\ce {(C6H10O5)_{n}->[{} \atop {\ce {+nH2O}}]nC6H12O6->2nCH3-CHOH-COOH}}} 2 CH 3 − CHOH − COOH + CaCO 3 ⟶ ( CH 3 − CHOH − COO ) 2 Ca + CO 2 + H 2 O {\displaystyle {\ce {2 CH3-CHOH-COOH + CaCO3 -> (CH3-CHOH-COO)2Ca{}+ CO2{}+ H2O}}} Preparat ağ narın tozvaridir. Havada kristallaşma suyunu tədricən itirir. Soyuq suda az, isti suda isə yaxşı həll olur. Spirtdə, efirdə, xloroformda çox az həll olur. Preparat kalsium ionlarının mənbəyi və allergiyaya qarşı maddə kimi həblər və məhlullar şəklində tətbiq olunur. Kalsium xloriddən fərqli olaraq, selikli qişalara qıcıqlandırıcı təsir göstərmir.
Kanat yolu
Kanat yolu — bir-birindən uzaq iki yer arasında, havada gərilmiş olan bir və ya bir neçə polad kəndir üzərində bağlanaraq yol alan asılı nəqliyyat vasitəsinə verilən ümumi addır. Kanat yolu lift prinsipiylə işləyib, xüsusilə vadi keçişlərində eynilə bir helikopter kimi yer səthindən olduqca yüksək nöqtələrə qalxa bilir. Kanat yolu nəqliyyat üçün çətin olan yüksəkliklər arasında qurulur. Bir dəniz ya da boğaz üzərində mövcud olanları da vardır. Kanat yolunun qurulduğu yerlər — quru, dəmir və dəniz yolu ilə nəqliyyatı çox çətin ya da çox bahalı olan bölgələrdir. Bu cür bölgələrdə müəyyən iki nöqtə arasında qurulan kanat yolu, insanların daşınması üçün istifadə olunur. İnsanların daşındığı kanat yollar polad kəmərlərlə asılı sərnişin kabinlərindən ibarətdir. Ümumiyyətlə tək istiqamətə və tək kəndir dolaşımlı olan kanat yolu sistemləri iki və daha çox polad kəndir ilə də hazırlanmaqdadır. Burada bir kəndir çəkici digər kəndir daşıyıcı kəndir vəzifəsini yerinə yetirir. Kanat yolu sistemləri polad kəndirə bağlama aparatı olan KLEM (Grip) vasitəsilə bir-birindən ayrılır.
Karat (dəqiqləşdirmə)
Karat Bakı — Bakı şəhərində yaradılmış futbol klubu. Karat (ölçü vahidi) — əsasən zərgərlikdə istifadə edilən ölçü vahidi.
Karat Holding
Karat Holdinq