Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Banat
Banat — Çənub-Şərqi Avropada tarixi vilayət: şərqdə Transilvaniya Alp dağları, qərbdə Tisa çayı, şimalda Mureş çayı, cənubda Dunay çayı ilə sərhədlənir. Banat XII əsrdən Macar krallığının tərkibində olmuş, XVI əsrdə Osmanlı imperiyasının torpaqlarına qatılmışdır. Pojarevats sülh müqaviləsinə (1718) görə Habsburqların hakimiyyətinə keçmişdir. Kolonizasiya prosesləri nəticəsində formalaşan Banat əhalisinin çoxmillətli tərkibi rumınlar, serblər, xorvatlar, macarlar, slovaklar, almanlar və başqalarından ibarət idi. Trianon sülh müqaviləsinin (1920) şərtlərinə görə Rumıniya (şərq hissəsi) ilə Serblərin, Xorvatların və Slovenlərin krallığı (1929-cu ildən Yuqoslaviya: qərb hissəsi) arasında bölüşdürüldü. Hazırda Banat ərazisi Serbiya və Rumıniyanın tərkibindədir. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, III cild, Bakı, 2011, səh.157.
Basat
Basat — Dastanda işlənən antroponimlərdən biri. Daş Oğuz bəyi. Aruzun kiçik oğlu, Qiyan Selciyin qardaşı. Təpəgözü öldürən qəhrəman. Eposun "Basat Təpəgözü öldürdüyü boy"u Basatın adı ilə bağlıdır. "V. V. Bartoldun tərcüməsində bu ad "Bisat" kimi verilmişdir. Lakin D-də sözün yazılışı da, Aruz qocanın itmiş oğlu haqqında ilxıçının verdiyi məlumat da ("At basubən qan sümürər") göstərir ki, həmin adı "Basat" kimi oxuyub-yazmaq doğrudur". Müasir Azərbaycan antroponimləri sistemində işlənməyən "Basat" antroponimi Türkiyə antroponimləri sistemində işlənməkdədir. Orxon Şaiq Gökyay Ali Rza Yalmanın "Türkmən oymakları" kitabına əsaslanaraq göstərir ki, "Basat" Güney Anadoluda "Busat" kimi işlənir.. "Dədə Qorqud" dastanında adama oxşayan şirə "Basat" adının verilmə səbəbi aydın şəkildə təsvir edilmişdir.
Bayat
Bayat (Şuşa) — Bayat (Urmiya) — Bayat nahiyəsi — Bayat qalası — Qarabağ xanlığına inzibati mərkəz kimi tikilmiş qala. Bayat tayfası — türkdilli tayfalardan birinin adı.
Karat
Karat Bakı — Bakı şəhərində yaradılmış futbol klubu. Karat (ölçü vahidi) — əsasən zərgərlikdə istifadə edilən ölçü vahidi.
Laman
Laman (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Laman (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Laqaş
Laqaş-Mesopotamiyada Qədim dövr şəhərlərindən biri.E.ə. XXV-XXIV əsrlərdə yaranmışdır.Erkən sülalələr dövrünün son mərhələsində (e.ə. XXV-XXIV əsrlər) Laqaş şəhəri yüksəlməyə başlayır. Laqaş dövlətinin banisi Urnanşe idi. Urnanşenin nəvəsi Eannatum (2400-cü il) Laqaşın qüdrətini daha da artırır. Eannatum Şumerin bir sıra şəhərlərini Laqaşa tabe edir. Entemena və Luqalandanın vaxtında ərazi böyüsə də, əhalinin vəziyyəti pisləşir. Ona görə də Luqalandanın hakimiyyəti uzun sürmür . Ali hakimiyyət Uruinimkinanın əlinə keçir. O, əvvəlcə özünü ensi (kahin-hökmdar), sonra luqal (hökmdar) adlandırır.
Latit
Latit — möhtəviləri və əsas kütləsi kaliumlu və kaliumlu-natriumlu çöl şpatlarından (ortoklaz, sanidin) və əsasən andezindən və ya bəzən labradordan ibarət olan traxiandezit bazalt süxur tərkibində müəyyən miqdarda rəngli minerallar (avgit, olivin, biotit), bəzən kvars möhtəviləri iştirak edir. Monsonitin effuziv anoloqu. Köhnəlmiş termin. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Laval
Laval (Mayen)
Lavaş
Lavaş — su, un və duzla emal edilən çörək növü. Kövrək çörəkdən qalın, pidedən nazikdir. Dürmək üçün də istifadə edilir. Türkiyə, Azərbaycan, Gürcüstan və İranda geniş şəkildə yeyilir. == Sözün mənşəyi == Dilçinin sözlərinə görə, "lavaş" sözünün mənşəyi iki hissədən ibarətdir: "lav" və ya "lay" "qat" deməkdir, "aş" isə bütün türk dillərində "qida" anlamı verir. Beləliklə, "lavaş" "qat-qat qida" anlamına gəlir. Lavaş çörəyinin bəzi növlərini quru halda həftələrlə, aylarla saxlamaq mümkündür. Hərbi yürüşlər, səyahət zamanı o cümlədən qışlaq-yaylaq təsərrüfat həyatı sürən çobanlar üçün yola belə çörəyi götürmək əlverişli idi. Quru lavaşı azca nəm etməklə yeməyə hazır vəziyyətə gətirmək olur. Ona bükülmüş pendiri, şoru, qaymağı, yağı atdan enmədən rahatlıqla yemək mümkündür.
Laxar
Laxar (rus. лахар, ing. lahar) — vulkan materiallarının yağış suyu, kreyter gölünün suyu, yaxud vulkan yamacında qarın, və ya buzun ərinti suyu ilə qarışması nəticəsində əmələ gələn palçıq axını. İsti və soyuq L. ayrılır: isti L.-qaynar piroklastik məhsullardan əmələ gəlir, soyuq L.-püskürmə ilə bilavasitə əlaqəsi olma-yan kövrək vulkanik məhsullardan təşkil olunur.
Qalat
Qalat (Qəzvin)
Dalat
Dalat (vyet. Đà Lạt) — Vyetnamın mərkəzi dağlıq ərazilərində yerləşən şəhər, Lamdonq vilayətinin paytaxtı. Dəniz səviyyəsindən təqribən 1,475 metr yüksəklikdə Lanqbian platosunda yerləşir. Hanoydan 1,491 km, Hoşimin şəhərindən 300 km məsafədə yerləşir. Şəhərin adının lati dilindən yaranmışdır və mümkün tərcümələrdən biri də "lat tayfasının çayıdır". == İqtisadiyyatı == Şəhərin iqtisadiyyatını kənd təsərrüfatı (meyvə, gül, çiyələk, üzüm, qəhvə becərilməsi), şərabçılıq, turizm, elmi tərəqqi (Dalat Vyetnam elminin mərkəzlərindən biridir) təşkil edir.
Lakan
Jak Lakan (fr. Jacques Marie Émile Lacan; 13 aprel 1901[…], III arondisman[…] – 9 sentyabr 1981[…], VI arondisman) — Fransız psixoanalist. XX əsr Psixoanalizminin görkəmli nümayəndələrindən biri. Jak Lakan Ziqmund Freyddən sonra öz fikirləri ilə ən çox müzakirə olunan psixoloqlardan biridir.
Latata
Latata – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış debüt sinqlı. 2 may 2018-ci ildə qrupun "I Am" debüt minialbomunun əsas sinqlı kimi buraxılmışdır. Mahnının klipi həmin gün buraxılmışdır. Mahnının sözləri qrup üzvü Soyon tərəfindən yazılmışdır. 22 may 2018-ci ildə "(G)I-dle" bu mahnı ilə ilk musiqi verilişi qalibiyyətini əldə etmişdir. Mahnının yaponca versiyası 12 iyul 2019-cu ildə eyniadlı minialbomun əsas sinqlı kimi, ingiliscə versiyası isə 15 may 2020-ci ildə buraxılmışdır. == Musiqi və sözlər == "Latata" mumbaton və trep mahnısı olub reqqi ritminə malikdir. Mahnının sözləri aşiq bir qadının sevdiyi şəxslə rəqs etmək arzusu haqqındadır. Soyon verdiyi bir müsahibədə mahnının adının komediyaçı Son Çon Kun tərəfindən məşhurlaşdırılmış "Ratata Arata" ifadəsindən yarandığını bildirmişdir: "Mən latın musiqisinə qulaq asanda bu ifadəni xatırladım, beləcə bu mahnı yarandı". == Tanıtım == Qrup "Latata" mahnısını 3 mayda tanıtmağa başlamışdır.
Euphorbia laeta
Euphorbia dendroides (lat. Euphorbia dendroides) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Esula dendroides (L.) Haw. Euphorbia dendroides var. hesperia Jahand. & Maire Euphorbia divaricata Jacq. Euphorbia laeta Aiton Euphorbion dendroideum (L.) St.-Lag. Tithymalus arboreus Tourn. ex Lam. Tithymalus dendroides (L.) Hill Tithymalus laetus (Aiton) Haw.
Füzuli Bayat
Füzuli Bayat (Gözəlov Füzuli Xeyrulla oğlu; 28 aprel 1958 və ya 1958, Xırmandalı, Masallı rayonu) – folklorşünaslıq, dil tarixi, təsəvvüf ədəbiyyatı sahəsində tanınmış Azərbaycanlı alim, filologiya elmləri doktoru, professor. == Həyatı == Füzuli Gözəlov (Bayat) 1958-ci ildə Masallı rayonunun Xırmandalı kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsinə daxil olmuş, 1984-cü ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1987-1990-cı illərdə Özbəkistan EA Ədəbiyyat və Dil İnstitutunun aspiranturasına daxil olmuş, 1990-cı ildə vaxtından 6 ay öncə müdafiə edərək filologiya elmləri namizədi adını almışdır. Füzuli Bayat 1997-ci ildə "Oğuz dastanı: tarixi-mifoloji kökləri və spesifikası" mövzusunda doktorluq işi müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini almışdır. 1993-1995-ci illərdə "Ortaq türk ədəbiyyatı" şöbəsinin müdiri olmuş, 1995-1999-cu illərdə isə "Dədə Qorqud Ensiklopediyası"nda baş redaktorun müavini vəzifəsində çalışmış, ensiklopediyanın hazırlanmasında və məqalələrin yazılmasında iştirak etmişdir. 1999-2008-ci illərdə Türkiyənin Qaziantep Universitetində çalışmışdır. 2003-cü ildən AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi olmuş, 2012-ci ildə isə "Müasir Folklor" şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 1997-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Ailəlidir, 3 övladı var.
Kalsium laktat
=== Kalsium laktat === === Alınması === Sənayedə preparatı almaq üçün süd turşusunun qıcqırma prosesindən istifadə edirlər. Şəkərli maddələr (nişasta, qlükoza) qıcqırma bakteriyaları təsirindən 50ºC-ə qədər temperaturda süd turşusuna çevrilir, alınan turşu isə kalsium-karbonatla neytrallaşdırılır. ( C 6 H 10 O 5 ) n → + nH 2 O nC 6 H 12 O 6 ⟶ 2 nCH 3 − CHOH − COOH {\displaystyle {\ce {(C6H10O5)_{n}->[{} \atop {\ce {+nH2O}}]nC6H12O6->2nCH3-CHOH-COOH}}} 2 CH 3 − CHOH − COOH + CaCO 3 ⟶ ( CH 3 − CHOH − COO ) 2 Ca + CO 2 + H 2 O {\displaystyle {\ce {2 CH3-CHOH-COOH + CaCO3 -> (CH3-CHOH-COO)2Ca{}+ CO2{}+ H2O}}} === Fiziki - kimyəvi xassələri === Preparat ağ narın tozvaridir. Havada kristallaşma suyunu tədricən itirir. Soyuq suda az, isti suda isə yaxşı həll olur. Spirtdə, efirdə, xloroformda çox az həll olur. === Tətbiqi === Preparat kalsium ionlarının mənbəyi və allergiyaya qarşı maddə kimi həblər və məhlullar şəklində tətbiq olunur. Kalsium xloriddən fərqli olaraq, selikli qişalara qıcıqlandırıcı təsir göstərmir.
Katolikos Lazar
Katolikos Lazar (Qafqaz albanlarının dili:𐔾𐔰𐔰𐔵𐔰𐕙) və ya Ğazar (erm. Ղազար) - Alban katolikoslarından biri. Mxitar Qoşun katolikoslar siyahısında adı 7-ci yerdə çəkilir. Alban salnaməsində göstərilir ki, o Beqamej adlanan bir yerdə (Kirakos Qandzaketsinin məlumatına görə, Bərdə və Beyləqanın arasında, müasir Ağcabədidə) Ğazarabadı və Müqəddəs Pantaleon kilsəsini tikdirmişdir. Kirakosa görə 8 il hakimiyyətdə olmuşdur.
Kaxat-Xəl
Kaxat-Xəl — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Laval-Roksezyer
Laval-Roksezyer (fr. Laval-Roquecezière, oks. La Val Ròca Cesièira) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Sernen-syur-Rans kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12125. Kommuna təxminən Parisdən 570 km cənubda, Tuluza şəhərindən 100 km şərqdə, Rodezdən isə 65 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 309 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 172 nəfər arasında (15-64 yaş arasında) 120 nəfər iqtisadi cəhətdən fəal, 52 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 69,8%, 1999-cu ildə 60,9%).
Laval (Mayen)
Laval — Fransanın qərbində şəhər və kommuna, Mayen departamentinin prefekturası. == Coğrafiya == Şəhər Mayen çayının sahillərində, Bretan, Normandiya və Anju tarixi ərazilərinin qovşağında yerləşir. Ərazi sahəsi 54 km². Laval, Fransız sənətçi Anri Russo və yazıçı Alfred Jarrinin məmləkətidir.
Laval (Məyen)
Laval — Fransanın qərbində şəhər və kommuna, Mayen departamentinin prefekturası. == Coğrafiya == Şəhər Mayen çayının sahillərində, Bretan, Normandiya və Anju tarixi ərazilərinin qovşağında yerləşir. Ərazi sahəsi 54 km². Laval, Fransız sənətçi Anri Russo və yazıçı Alfred Jarrinin məmləkətidir.
Laval (rayon)
Laval (fr. Ajaccio) — Fransanın Luara torpağı regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Mayen. Suprefektura — Laval. Rayon əhalisi 2006-cı ildə 148 964 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 82 nəf / km². Rayon sahəsi — 1812 km².
Laval (İzer)
Laval (fr. Laval) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38206. Kommunanın 2012-ci il üçün əhalisi 979 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 320 ilə 2600 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Lavan adası
Lavan adası (fars. جزیرهٔ لاوان‎) — Fars körfəzində İrana məxsus adalardan biridir. Adanın sahəsi 75,6 km²-dir. Ada materikdən 18 km aralıda yerləşir. Uzunluğu 25 km, eni isə 5 km-dir. Adada İranda xam neft hasil edən dördüncü ən iri neft terminalı yerləşir. Neftayırma zavodu gün ərzində 20 min barel neft emal edir. Dənizdə ən iri neft terminalı isə Xarg adasında yerləşir.