Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bedantit
Bedantit — mineral, PbFe33+[(OH)6 | AsO4SO4] == Haqqında == Bedantit az miqdarda Fe3+-Al-la, As-P-la əvəz olunur. Triqonal. Habitus rombo­edrik, tez-tez psevdokub. Ayrılma {0001} üzrə orta.Rəngi qara, tünd qonur, yaşıl, tünd yaşıl. Parıltı şüşəli, qatranı. Sərtliyi 3,5-4,5. Xüsusi çəkisi 4,3. Pb-lü yarozit, anqlezit, farmakosiderit, limonitlə oksidləşmə zonalarında. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Edenit
Edenit — mineral, amfibol, NaCa2Mg5 [(OH,F)2½AlSi7O22], == Haqqında == Edenit — ferroedenit izomorf seriyasının son üzvü. Ferroedenitdə Mg təmamilə Fe2+- lə əvəz olunmuşdur. Bu seriyanın bütün üzvlərində komponent kimi adi hornblend iştirak edir. Edenit ideal tərkibinə yaxın amfibollar Mg-la zəngin olan dəyişilmiş püskürmə süxurlarda; dolomitlər içərisində, kontakt metasomatik dəyişilmiş əmələgəlmələrdə biotit, şpinel və qranatla birlikdə rast gəlinir. == Həmçinin bax == Cibbsit == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Levant
Levant (həmçinin Transiordaniya və Məşriq olaraq tanınır) - Aralıq dənizinin şərqindən Mesopotamiyaya qədər uzanan tarixi ərazinin bəzi qaynaqlardakı adı. Osmanlı İmperiyası zamanında Genuya və Venesiyalı tacirlərinin burada çoxlu ticari faktoriyaları olduğu üçün Levanten adlandırılırdılar.
Pedant
Pedant (it. Pedante tərbiyəçi, müəllim) xırdaçıl, izafi dərəcədə dəqiqçil, məlumatfüruş, özünü hərtərəfli bilikli göstərməyə, öz biliyini nümayiş etdirərək, başqalarna ağıl öyrətməyə çalışan adam. Bu cür yersiz formal hallar isə pedantizm sayılır. Xalq arasında çox vaxt bu cür insanlar "xırdaçıl", "zəhlətökən", "hərfbaz", "bürokrat" adlandırılırlar. Məsələn; bir dinləyicinin mühazirəçiyə əhəmiyyət kəsb etməyən ədədi (99 qəpik əvəzinə 1 manat; saat 12:29 əvəzinə 12:30; oksigenin atmosferdə miqdarı: 20,942 % əvəzinə 21 %) yuvarlaq ifadə etməsinə görə nümayişkarcasına tutduğu irad. Ziqmund Freyd psixoseksual inkişafın fazaları mülahizəsində pedantizmi "anal fazanın" bir xarakter tipi hesab edir.
Paraamblyseius lecanis
Amblyseius lemani
Amblyseius lemani (lat. Amblyseius lemani) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius lemani Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Proprioseiopsis levani
Proprioseiopsis levani (lat. Proprioseiopsis levani) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. Proprioseiopsis levani Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Cənubi Levant
Cənubi Levant — Levantın cənub yarısını əhatə edən coğrafi region. Bu, təxminən müasir İsrail, Fələstin və İordaniyaya uyğundur. Bəzi təriflərə Livanın cənubu, Suriyanın cənubu və Sinay yarımadası da daxildir. Ciddi bir coğrafi təsvir olaraq, bəzən arxeoloqlar və tarixçilər tərəfindən ərazinin digər adlarının dini və siyasi mənalarından qaçmaq üçün istifadə olunur. == Terminologiya == Cənubi Levant Levantın aşağı yarısına aid edilir, lakin coğrafi tərifdə bəzi fərqlər var. Ən geniş tərifə İsrail, Fələstin, İordaniya, Livan, Suriyanın cənubu və Sinay səhrası daxildir. Arxeologiya sahəsində Cənubi Levant "əvvəllər Suriya-Fələstin kimi müəyyən edilmiş və Kənanın da daxil edildiyi regiondur". "Cənubi Levant" termini də qeyri-dəqiq və yöndəmsiz ad kimi tənqid olunur. Cənubi Levant termini akademik diskursda "Kənan", "Müqəddəs torpaqlar", "İsrail torpağı" və ya "Fələstin" kimi adların "dini və siyasi məzmunu"ndan qaçaraq, regionun "ən azı ciddi coğrafi" təsviri kimi müəyyən edilmişdir.
Levant Ərəbcəsi
Şami dialekti və ya Levant Ərəbcəsi (endonimi : شامي šāmi və ya اللهجة الشامية el-lahje š-šāmiyye) Livan, İordaniya, Suriya, Fələstin, İsrail və Türkiyənin bəzi hissələrini əhatə edən Levant regionunda danışılan dildir. Dünyada 50 milyondan çox danışan var. Ərəb dilinin beş əsas ləhcəsindən biri hesab olunur.
Azərbaycan Şəhid Mədani Universiteti
Azərbaycan Şəhid Mədəni Universiteti (fars. دانشگاه شهید مدنی آذربایجان‎) — Şərqi Azərbaycan ostanının Təbriz şəhərində yerləşən universitet. 1987-ci ildə yaradılmış bu universitet daha çox sadəcə Azərbaycan Universiteti adlandırılır. Bakalavr və magistr dərəcələrində ümumilikdə 7500 nəfər tələbə təhsil alır. Universitetdə əsasən mühəndislik, təməl elm sahələri, ədəbiyyat və teologiya tədris edilir. "Research Gate"nin son reytinq cədvəlində görə 1716,47 bal toplamışdır. == Tarixi == Bu universitet 1987-ci ildə Tehran Tərbiyət Müəllim Universitetinin Təbrizdəki filialı kimi yaradılmışdı. Bu Tehrandakı pedoqoji universitetin Təbrizdə filialını yaratmaqda məqsəd İran İslam Respublikasının təhsil siyasətinin lisey və texniki məktəblərə tədbiqinə yardım etmək olmuşdur. 1988-ci ildə universitet Təbriz Tərbiyət Müəllim Universiteti adı altında müstəqil universitet oldu. Bir müddət sonra universitetin adı Azərbaycan Tərbiyət Müəllim Universiteti olaraq dəyişdirildi.
Lesani Hərbi Texnika Muzeyi
Lesani Hərbi Texnika Muzeyi - Çex Respublikasının Mərkəzi Bohemiya regionundakı Lesani şəhərində yerləşən hərbi texnika muzeyidir. Onun ekspozisiyasında 1890-cı ildən indiyədək istehsal olunmuş 700-dən çox tarixi tank, artilleriya, motosiklet, zirehli texnika, yük maşınları, hərbi sərnişin avtomobilləri, raket sistemləri və digər hərbi texnikalar nümayiş etdirilir. == Tarixi və təqdimatlar == Muzey 1996-cı ildə Týnec nad Sâzavou yaxınlığındakı Lešany bələdiyyəsində keçmiş artilleriya kazarmasında yaradılmışdır. Kolleksiyalar on zalda, altı örtülü sahədə və həmçinin açıq havada təqdim olunur. 2003-cü ildən başlayaraq hər il mövsümün sonunda (adətən avqustun sonu/sentyabrın əvvəli) muzeyin ərazisində muzeydəki bir çox tank və digər hərbi maşınların nümayiş olunduğu “Tank Günü” keçirilir. Kolleksiyalar dinamik displeylərdə təqdim olunur. Çexiya ordusu bu tədbirlərdə iştirak edir, buna görə də Çexiya ordusunun mövcud hərbi texnikası da bu tədbirdə nümayiş etdirilir. Həmçinin hər mövsümün əvvəlində (may ayında) adətən digər quru qoşunları növlərinin texnikalarına həsr olunmuş tədbirlər də təşkil olunur. “Artilleriya günü”, “AAA günü”, “Tatra günü” və s. günlər belə tədbirlərin həyata keçirilmiş olduğu günlərdəndir.
Şeyx Əhməd Mədani üsyanı
Şeyx Əhməd Mədani üsyanı — İranın Qamsirat bölgəsində 1730-cu ilin yanvarında başlayıb 1734-cü ilin may ayına qədər davam edən üsyan. Üsyan Səfəvi imperiyasına qarşı olmaqla birlikdə, əfqanların imperiya ərazilərindən qovulması ilə eyni dövrdə başlamış, Şeyx Əhməd Mədaninin ələ keçirilməsi ilə də sonlanmışdır. Şeyx Əhməd Mədani ələ keçirildikdən sonra da üsyan zəifləsə də bir müddət davam etmiş və iyun ayının ortalarında tamamilə yatırılmışdır. İsfahanın ələ keçirilməsindən sonra Səfəvi sülaləsi hakimiyyətdən devrilmiş və Hotakilərin komandanı Mir Mahmud özünü şah elan etmişdi. Lakin onlar bütün imperiya ərazisinə nəzarət etmirdilər. Əvvəlcə İsfahan ətrafındakı məntəqələr tabe etdirildi, daha sonra İraqi Əcəmdə bir sıra ərazilər ələ keçirildi. Yalnız bundan sonra onlar cənuba doğru yönəlməyə başladılar. Onlar əvvəldə ərəb dərəbəylərindən olan Hacı Baqeri tabe etdirdilər. Hacı Baqer Şəhrza bölgəsini idarə etməkdə idi. Bundan sonra 28 iyulda Şiraz mühasirəyə alındı və 1724-cü ilin aprelində ələ keçirildi.