Azərbaycan Şəhid Mədani Universiteti

Azərbaycan Şəhid Mədəni Universiteti (fars. دانشگاه شهید مدنی آذربایجان‎) — Şərqi Azərbaycan ostanının Təbriz şəhərində yerləşən universitet. 1987-ci ildə yaradılmış bu universitet daha çox sadəcə Azərbaycan Universiteti adlandırılır.[1][2]

Azərbaycan Şəhid Mədani Universiteti
AŞMU
دانشگاه شهید مدنی آذربایجان
Loqonun şəkli
Xəritə
37°48′44″ şm. e. 45°56′56″ ş. u.HGYO
Əvvəlki adları Təbriz Tərbiyət Müəllim Universiteti
Azərbaycan Tərbiyət Müəllim Universiteti
Əsası qoyulub 1987
Tip Dövlət universiteti
Rektor Həsən Vəlizadə
Tələbə sayı 7500
Müəllim sayı 237
Şəhər Təbriz
Ölkə
Ünvan Təbriz-Azərşəhr yolunun 35-ci km-i
Sayt azaruniv.edu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bakalavrmagistr dərəcələrində ümumilikdə 7500 nəfər tələbə təhsil alır. Universitetdə əsasən mühəndislik, təməl elm sahələri, ədəbiyyatteologiya tədris edilir.[3]

"Research Gate"nin son reytinq cədvəlində görə 1716,47 bal toplamışdır.[4]

Bu universitet 1987-ci ildə Tehran Tərbiyət Müəllim Universitetinin Təbrizdəki filialı kimi yaradılmışdı. Bu Tehrandakı pedoqoji universitetin Təbrizdə filialını yaratmaqda məqsəd İran İslam Respublikasının təhsil siyasətinin lisey və texniki məktəblərə tədbiqinə yardım etmək olmuşdur.

1988-ci ildə universitet Təbriz Tərbiyət Müəllim Universiteti adı altında müstəqil universitet oldu. Bir müddət sonra universitetin adı Azərbaycan Tərbiyət Müəllim Universiteti olaraq dəyişdirildi. 2012-ci ildə İranın təhsil siyasətinin dəyişməsi nəticəsində universitetin təhsil təyinatı da dəyişdirildi və o, ümumi təhsil verən universitetə çevrildi. Bundan sonra universitetin adı Azərbaycan Şəhid Mədani Universiteti olaraq dəyişdirildi. Şəhid Mədani Azərşəhrdən (Tufarqan) olan din xadimidir və İran İslam İnqilabı zamanı öldürülmüşdür.

Hal-hazırda universitet inkişaf etməkdədir və universitet rəhbərliyinin planlarına əsasən bu universitet yaxın müddət ərzində İranın ən yaxşı təhsil və araşdırma mərkəzlərindən birinə çevrilməlidir.

Azərbaycan Şəhid Mədani Universiteti Şimal-qərbi İranda ən yaxşı universitetlərdən biri hesab edilir.

  • Mühəndislik
  • Ədəbiyyat və insan elmləri
  • Təməl elmlər
  • Teologiya və İslam elmləri
  • İnformatika
  • Psixologiya və metodika
  • Kənd təsərrüfatı

Əsas kampus Təbriz kənarında, Təbriz-Marağa yolunda, AzərşəhrMamağan yaxınlığında, Təbrizdən 35 km məsafədə yerləşir. Adminstrativ hissə, fakültələr, tələbə yataqxanalarının əksəriyyəti, labaratoriyalar, emalatxanalar və amfiteatrlar əsas kampusda yerləşir. Əsas kampus həmçinin, qatar stansiyasına, 3 restorana, çörəkçiyə, sağlamlıq mərkəzinə və ticarət mərkəzinə malikdir.

Təbriz kampusu Təbriz yaxınlığındakı Dampezeşki adlanan yerdə yerləşir. 2013-cü ildə yaradılan bu kampusda əsasən bakalavr pilləsindən yuxarı pillələrdə təhsil alan elm adamları fəaliyyət göstərirlər.[5] Bu kampusda magistr səviyyəsində tədris edilən sahələr:

  • Analitik kimya
  • Nəzəri fizika
  • Struktur mühəndisliyi
  • Elektrik enerjisi mühəndisliyi
  • Riyaziyyat

Doktorantura səviyyəsində tədris edilən sahələr:

  • Analitik kimya
  • Atom və molekulyar fizika

Təbriz kampusunda həmçinin Virtual və distant təhsil mərkəzi də fəaliyyət göstərir. Universitetin yay və qısa kursları da bu kampusda tədris edilir.

Tələbə cəmiyyətləri

[redaktə | mənbəni redaktə et]

Universitetin akademik, idman və digər sahələrdə fəaliyyət göstərən tələbə assosiasiyası və cəmiyyətləri vardır:

  • Tələbə Materialları Assosiasiyası
  • Poeziya və Ədəbiyyat Assosiasiyası
  • Musiqi Assosiasiyası
  • Fotoqrafiya və Fim Assosiasiyası
  • Qırmızı Aypara Assosiasiyası
  • Xeyriyyə Assosiasiyası
  • Mühəndislik Akademik Cəmiyyəti
  • Ədəbiyyat Akademik Cəmiyyəti
  • Fizika Akademik Cəmiyyəti
  • Təməl Elmlər Akademik Cəmiyyəti
  • Botanika Akademik Cəmiyyəti

Beynəlxalq əlaqələr

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Şəhid Mədani Universitetinin Orta Şərqdə, Avropada və Asiyada bir çox universitet və inistitutlarla əməkdaşlıq və mübadilə proqramları vardır. Onlardan bəziləri bunlardır:

Tehran-Təbriz dəmiryolu xəttinin universitet ərazisindən keçməsinə görə Azərbaycan Şəhid Mədani Universiteti İranda özünün dəmiryolu stansiyası olan yeganə universitetdir. Həmçinin universitetə məxsus olan tramvay hər iş günündə 4 dəfə Təbriz və universitet arasında gediş-gəliş edir. 2016-cı ilin aprel ayında bu tramvaya yeni vaqonlar da qoşulmuşdur.

  1. The world universityrankings. "ABOUT AZARBAIJAN SHAHID MADANI UNIVERSITY" (İngilis dili). www.timeshighereducation.com. 2012. 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18.
  2. Researchgate. "Azarbaijan Shahid Madani University" (İngilis dili). www.researchgate.net. 2012. 2017-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18.
  3. UniRank. "Azarbaijan Shahid Madani University – University Overview" (İngilis dili). www.4icu.org. 2013. 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18.
  4. "Log in". ResearchGate. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-20.
  5. Azarbaijan Shahid Madani University. "A Brief Introduction Of Azarbaijan Shahid Madani University" (İngilis dili). 2017-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18.
  6. Kanazava Universiteti. "Outline of Kanazawa University 2016" (PDF) (İngilis dili). www.kanazawa-u.ac.jp. 2016. 2021-05-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-12-18.
  7. Xəzər Universiteti. "Azərbaycan Şəhid Mədəni Universitetinin nümayəndə heyəti Xəzər Universitetində oldu" (Azərbaycan dili). www.khazar.org. 2016 aprel. 2016-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18.
  8. Qəbzə Universiteti. "Memorandum of understanding Azarbaijan Shahid Madani University and Gebze Technical University" (PDF) (İngilis dili). www.gtu.edu.tr. 2016 aprel. 2022-03-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-12-18.
  9. Siirt Universiteti. "İran-Təbriz" (Türk dili). iro.siirt.edu.tr. 2018. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18.
  10. Azərbaycan Şəhid Mədani Universiteti. "به گزارش روابط عمومی دانشگاه" (Fars dili). www.azaruniv.ac.ir. 2017. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18.
  11. BBCA İnistitutu. "BBCA" (İngilis dili). www.bbcaonlus.org. 2017. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18.