Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lenovo
Lenovo LTD (çin. 联想集团有限公司, ing. Lenovo Group Limited) — Pekində təsis edilmiş müasir kompüter texnologiyaları istehsal edən şirkət. Şirkət kompüter, notbuk, smartfon, planşet və s. müasir texnoloji avadanlıqlar istehsalı ilə məşğuldur. Lenovo 2018-ci ildə dünyanın ən böyük kompüter istehsalçısı oldu. Şirkət, 60-dan çox ölkəd fəaliyyət göstərir və məhsullarını 160-dan çox ölkədə satır. Lenovo 1984-cü ildə Legend adı altında Pekində qurulmuş, 1988-ci ildə isə Honq-Konqa köçmüşdür. == Tianxi modeli == Tianxi kompüteri, təcrübəsiz Çin istehlakçılarının kompüterdən istifadə etməsini və internetə çıxmasını asanlaşdırmaq üçün nəzərdə tutulmuşdur. Ən vacib xüsusiyyətlərindən biri, istifadəçiləri İnternetə anında bağlaya bilməsi və veb brauzer ilə işləyə bilirdi.
Qlanost
Qlasnost (rus. гла́сность) və ya Aşkarlıq — SSRİ-nin son dövründə Mixail Qorbaçovun liderliyində ölkədə xüsusilə iqtisadi problemlərə son vermək məqsədiylə tətbiq siyasətlərin hamısına verilən addır. 1985-ci ildə tətbiq olunmağa başlamış, SSRİ-nin dağılmasıyla sona çatmışdır.
Venosk
Venosk (fr. Venosc) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38534. Kommunanın 2007-ci il üçün əhalisi 849 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 816 ilə 3465 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 135 km cənub-şərqdə, Qrenobldan 38 km şimal-qərbdə yerləşir.
Lensk
Lensk (rus. Ленск, IPA: [lʲɛnsk]; yakut. Лиэнскэй, Lienskey) — Rusiya Federasiyasının Saxa Respublikasının Lenski rayonunun şəhər və inzibati mərkəzi. 2010-cu il siyahıyaalınmasına əsasən, əhalisi 24,966 nəfər idi. == Coğrafiya və iqlim == Lensk Lena çayının sol sahilində, Lena yaylasının cənub kənarında, respublikanın paytaxtı Yakutskdan təxminən 800 kilometr (500 mil) qərbdə yerləşir. Şəhər alçaq dağlarla əhatə olunmuş vadidə yerləşir. Lena çayı bölgənin əsas su yoludur və nəqliyyat və balıq ovu üçün istifadə olunur. Lensk subarktik iqlimə malikdir (Köppen iqlim təsnifatı Dfc). Qışlar çox soyuq və uzun, orta temperatur yanvarda -34,1 ilə -25,3 °C (-29,4 ilə -13,5 °F) arasında dəyişir. Yay mülayim, lakin qısadır, orta temperatur 10 ilə 23,9 °C (50,0 ilə 75,0 °F) arasında dəyişir.
Lənət
Bəddualar — inanc və dualar kimi İraq-türkman folklorunda möhkəm yer alan janrlardandır. Xalqın keçmiş həyat tərzini, adət-ənənəsini, etik və estetik görüşlərini tədqiq etmək baxımından bəddualar xüsusi əhəmiyyət kəsb edir. Professor Azad Nəbiyev Azərbaycan folklorunda qarğışlardan danışarkən onları üç qrupa bölmüşdür: mərasimlərlə, məişətlə, mifoloji və dini təsəvvürlərlə bağlı yaranan qarğışlar. Demək olar ki, Kərkük dolaylarında təsadüf edilən bədduaları da təxminən üç qrupa bölmək olar: Dini təsəvvürlərin təsiri ilə yaranan bəddualar. Mərasimlərlə bağlı yaranan bəddualar. Məişətlə bağlı yaranan bəddualar. Iraq türkman folklorunda məişətlə bağlı yaranan bəddualar daha çoxdur.
Yenot
Yenot (lat. Procyon) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin yenotlar fəsiləsinə aid heyvan cinsi. == Etimologiya == XX əsrin birinci yarısına aid lüğətlərdə bu canlının adı xəz heyvanı kimi göstərilmişdir.
Lekos
Lekos — "leqlər"in əfsanəvi əcdadı və eponimi. "Qafqaz dağlıları haqqında məlumatlar toplusu"na görə, "Dağıstan dağlılarının əcdadı gürcü qəhrəmanı Lekosun adı, böyük ehtimalla, etnik lakla bağlıdır". Gürcüstan filoloqu A. V. Kiknadzeyə görə, Lekos indiki ləzgilərin əcdadıdır. == Etimologiya == Strabon leqləri gellərlə birlikdə "skiflər" adlandırır. Bunlar terminin elmi mənasında skiflər deyil. Mixail İxilov belə bir fikrə istinad edir ki, kadusilər bir neçə qohum tayfanın, o cümlədən gellərin və leqlərin ümumi adı olmuşdur. Klavdi Ptolemey "Coğrafiya" əsərində (VI kitab) kadusi və leqləri müəyyən etmiş, gellərin şimalda yaşadıqlarını bildirmişdir. Kay Brodersen bütün mövcud fraqmentləri müqayisə edərək, Plininin mətnindəki "leqlər" sözünün köçürmə zamanı itmiş ola biləcəyini təklif edir.
Achyrocline venosa
Achyrocline venosa (lat. Achyrocline venosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin achyrocline cinsinə aid bitki növü.
Arnica venosa
Arnica venosa (lat. Arnica venosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin öküzotu cinsinə aid bitki növü.
Baccharis venosa
Baccharis venosa (lat. Baccharis venosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Benoist Apparu
Benoist Apparu(24 noyabr 1969[…], Tuluza) - Fransız mərkəz sağ siyəsətçi, keçmiş nazir.
Brickellia venosa
Brickellia venosa (lat. Brickellia venosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin brickellia cinsinə aid bitki növü.
Cypseloides lemosi
Cypseloides lemosi (lat. Cypseloides lemosi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin amerika uzunqanadı cinsinə aid heyvan növü.
Datura lanosa
Datura wrightii (lat. Datura wrightii) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü. == Sinonimləri == Datura innoxia subsp. quinquecuspidata (Torr.) A.S.Barclay Datura lanosa Barclay ex Bye Datura metel var. quinquecuspidata Torr.
Eldost Bayram
Eldost Bayramov, Eldost Bayram (Bayramov Eldost Əlövsət oğlu; 25 yanvar 1947, Çöl Ərəb, Kürdəmir rayonu) — Azərbaycan diktoru, Azərbaycan Respublikasının xalq artisti (2016), "Tərəqqi" medalı laureatı (2008) == Həyatı == Eldost Bayramov 25 yanvar 1947-ci ildə Kürdəmir rayonunun Çöl-Ərəb kəndində anadan olub. 1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub, 1969-cu ildə təhsilini başa vurmuş, Ağsu rayonunun İlxıçı kəndində tarix müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Eldost müəllim 1972-ci il aprelin 1-də Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə (indiki Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti) diktor vəzifəsinə qəbul olunub. Hazırda ali dərəcəli diktor kimi öz fəaliyyətini uğurla davam etdirir. 2006-cı ildə "Respublikanın əməkdar artisti fəxri adına, 2008-ci ilin noyabrında isə "Tərəqqi" medalına layiq görülüb. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. 2016-cı ildə Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə "Xalq artisti" fəxri adına layiq görülüb. == Filmoqrafiya == Bal arısı (film, 2000) Pənah Xəlilov (film, 2001) Alovlardan keçən ömür (film, 2005) Zəngəzur qartalı (film, 2012) Zamanla yaşayan sənətkar.
Eldost Bayramov
Eldost Bayramov, Eldost Bayram (Bayramov Eldost Əlövsət oğlu; 25 yanvar 1947, Çöl Ərəb, Kürdəmir rayonu) — Azərbaycan diktoru, Azərbaycan Respublikasının xalq artisti (2016), "Tərəqqi" medalı laureatı (2008) == Həyatı == Eldost Bayramov 25 yanvar 1947-ci ildə Kürdəmir rayonunun Çöl-Ərəb kəndində anadan olub. 1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub, 1969-cu ildə təhsilini başa vurmuş, Ağsu rayonunun İlxıçı kəndində tarix müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Eldost müəllim 1972-ci il aprelin 1-də Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə (indiki Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti) diktor vəzifəsinə qəbul olunub. Hazırda ali dərəcəli diktor kimi öz fəaliyyətini uğurla davam etdirir. 2006-cı ildə "Respublikanın əməkdar artisti fəxri adına, 2008-ci ilin noyabrında isə "Tərəqqi" medalına layiq görülüb. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. 2016-cı ildə Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə "Xalq artisti" fəxri adına layiq görülüb. == Filmoqrafiya == Bal arısı (film, 2000) Pənah Xəlilov (film, 2001) Alovlardan keçən ömür (film, 2005) Zəngəzur qartalı (film, 2012) Zamanla yaşayan sənətkar.
Eldost Hüseynov
Eldost Asəf oğlu Hüseynov (16 dekabr 1996, Talışnuru, Şamaxı rayonu – 7 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eldost Hüseynov 1996-cı il dekabrın 16-da Şamaxı rayonunun Talışnuru kəndində anadan olub. 2002-2013-cü illərdə Talışnuru kənd tam orta məktəbində, 2013-2017-ci illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) təhsil alıb. Subay idi. == Hərbi xidməti == Eldost Hüseynov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Eldost Hüseynov oktyabrın 7-də Talış döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eldost Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Eremanthe venosa
Hypericum calycinum (lat. Hypericum calycinum) — dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. == Sinonim == Androsaemum calycinum (L.) T.Lestib. Ascyrum calycinum (L.) Poir. Ascyrum coriaceum Moench [Illegitimate] Eremanthe calycina (L.) Spach Eremanthe venosa (Lam.) K.Koch Hypericum calycinum var. acutifolium Choisy Hypericum grandiflorum Salisb. [Illegitimate] Hypericum venosum Lam.
Macaranga venosa
Macaranga venosa (lat. Macaranga venosa) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin macaranga cinsinə aid bitki növü.
Melissa Benoyst
Melissa Mari Benoyst (ing. Melissa Marie Benoist; 4 oktyabr 1988, Hyuston, Texas) – ABŞ aktrisası və müğənnisi. O, daha çox «Xor» serialındakı Marli Rouz və «Supergörl» serialındakı Supergörl/Kara Zor-El rolları ilə tanınır. == Həyatı və karyerası == Melissa Mari Benoyst 4 oktyabr 1988-ci il tarixində ABŞ-nin Texas ştatında yerləşən Hyuston şəhərində anadan olmuşdur. Benoyst Kolorado ştatının Litlton şəhərində böyümüşdür. O, 2007-ci ildə Litltondakı bir orta məktəbdən məzun olmuşdur. Bundan sonra Nyu-York şəhərinə köçən Benoyst 2011-ci ildə kollecdən məzun olur. O, həmin dövrdə «Qanun və nizam: Xüsusi korpus», «Qanun və nizam: Cinayətkar niyyət», «Göy qanlar» və «Yaxşı arvad» teleseriallarında qonaq rolları canlandırır. «Showtime» telekanalında yayımlanan «Vətən» serialında az əhəmiyyətli bir rolu canlandırdıqdan sonra, 2012-ci ilin payızında «Fox» telekanalında yayımlanan «Xor» teleserialının dördüncü mövsümünün aktyor heyətinə qoşulur. Teleserialın beşinci mövsümündə daha əhəmiyyətli rol alan Benoyst 2014-cü ilin əvvəllərində digər aktyorlarla birlikdə layihəni tərk edir.
Mikania venosa
Mikania venosa (lat. Mikania venosa) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Norysca venosa
Hypericum calycinum (lat. Hypericum calycinum) — dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. == Sinonim == Androsaemum calycinum (L.) T.Lestib. Ascyrum calycinum (L.) Poir. Ascyrum coriaceum Moench [Illegitimate] Eremanthe calycina (L.) Spach Eremanthe venosa (Lam.) K.Koch Hypericum calycinum var. acutifolium Choisy Hypericum grandiflorum Salisb. [Illegitimate] Hypericum venosum Lam.
Rosa venosa
Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. == Yarpaq == Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır. == Çiçək == Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.
Tomas Benoist
Tomas Benoist (ing. Thomas W. Benoist; 29 dekabr 1874, İrondale[d], Missuri – 14 iyun 1917, Sandaski[d], Ohayo) — Amerikalı aviator və təyyarə istehsalçısı idi. Yalnız on il aviasiya karyerasında dünyanın ilk aviasiya hissələri istehsal edən şirkət qurdu həmçinin ABŞ-nin qabaqcıl istehsalçılarından və müvəffəqiyyətli bir uçuş məktəbindən birini qurdu və 1914-cü ilin yanvar ayından etibarən dünyanın ilk hava yolu şirkətini qurdu. == Həyatı == Thomas Wesley Benoit Irondeyle, Missouridə 29 dekabr 1874 anadan olmuşdur. St Louis, Missuri ştatında ilk sənayeçilərdən biri, 1904-cü ilə avto sənayesində uğurlu bir iş adamı idi. == Aerosko şirkəti == 1907-ci ildə, Benoit, E. Percy Noel ilə əməkdaşlıqda Aerosco təyyarə üçün ehtiyat hissələrini istehsal etmək məqsədi ilə dünyanın ilk distribyutoru kimi tanınan “Aeronautic Supply Company” qurdu. Aerosco ilk növbədə özünü aviasiya təcrübələrində istifadə üçün xammal və hissələri ilə işləməyi məhdudlaşırdı, lakin tezliklə müştərilərə, Blériot monoplane, Curtiss biplanes və Wright Flyers kimi aparıcı istehsalçıları da daxil olmaqla, Təyyarələri tam yığmağa imkan verən dəstləri satmaq üçün genişləndi . Aviasiya mövzularında geniş məzmunda kitablar satdı. == Pilotluq təcrübəsi == Benoit tezliklə “Curtiss Howard Gill “ inşa təyyarə növü alıb və 18 sentyabr 1910-cu ildə “Kinloch Park Aero Club”da ilk uçuş edərək təcrübə toplamışdır. O Cənubi Amerika Birləşmiş Ştatlarında uçuş qəzası əsnasında yaşanan travma səbəbi ilə, oktyabr ayının ortalarında 1910 – cu ildə beynəlxalq aviasiya görüşdə iştirak edə bilməmişdir.
Yunost (Şaran)
Yunost (başq. Юность, rus. Юность) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 28 km, kənd sovetliyindən (Miçurinsk): 10 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 70 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (74%) üstünlük təşkil edir.