Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Leonard
Emeri Klerens Leonard (ing. Emery Clarence Leonard; [9 iyun 1892 – 1968[…]) — Amerika botanik-təsnifatçısı, американский ботаник-систематик, Akantkimilər bitki fəsiləsi üzrə mütəxəssis. == Elmi işləri == Leonard, E.C. The North American species of Scutellaria (неопр.) // Contributions from the United States National Herbarium. — 1927. — Т. 22, № 10. — С. 703—748. Leonard, E.C. The Acanthaceae of Colombia. — Washington, 1951—1958. == Leonardın şərəfinə adlandırılmış takson == Leonardia Urb., 1922 [= Thouinia Poit., 1804, nom.
Leopard 1
Leopard 1 (alm. Leopard‎) — Almaniya istehsalı olan 2-ci nəsil əsas döyüş tankıdır. İlk olaraq 1965-ci ildə Alman Federal Ordusunun (Bundeswehr) xidmətinə olmuşdur. Alman Kraus Maffei Weggman firması tərəfindən ardıcıl istehsalına 1965-ci ildə başlanılmış və 1984-cü ilə qədər istehsalı davam etdirilmişdir, Almaniyanın xaricində İtalyada da istehsal edilmişdir. Ümumi 4000 ə üzərində Leopard 1 Almaniyada çıxarılmışdır. Bu tank Bundeswehr xaricində Avstraliya, Belçika, Braziliya, Kanada, Çili, Danimarka, Yunanıstan, İtaliya, Livan, Hollandiya, Norveç və Türkiyə ordularında da istifadə edilməkdədir. Ümumilikdə 6485 Leopard 1 tankı satılmışdır. İstehsalçı ölkə: Almaniya Tip: Əsas döyüş tankı İstehsalçı firma: Kraus-Maffei Wegmann İstehsal tarixi: 1964 – 1984 Xidmətə giriş ili: 1966 – günümüzə İstehsal sayı: 6000 ədəd Ekipaj: 4 nəfər == Ölçülər == Ağırlığı: 42.4 ton Uzunluğu: 7.09 m Lülə daxil olmaqla: 9.54 m Lülənin uzunluğu: 5.89 m Eni: 3.41 m Hündürlüyü: 2.76 m Klirens: 0.44 m == Müdafiə == Zirehi: diyirlətmə homogen polad Zireh qalınlığı: 10–70 mm Sis bombaları Tank ekipajının Nüvə, Bioloji və Kimyəvi silahlarının təsirlərindən müdafiəsi (NBC qorunma) == Performans == Zəminə təzyiq: 0.85 kq/sm ² Dalış dərinliyi: 2.2 m (şnorkelsiz), 4 m (şnorkellə) Xəndək keçmə: 3 m Maneə keçmə: 1.15 m Qalxma bucağı: 60º (Dikinə); 40º (Yana) Mühərrik: MTU MB 838 Ca M500 dizel At gücü: 830 Yanacaq çəninin tutumu: 985 litr Maksimal sürət: 62 km/saat Döyüş radiusu (Hərəkət ehtiyatı və ya mənzili): 600 km Asqı tipi: fərdi burulma bar == Optik sistemlər == Komandirin optik və idarəetmə sistemi: TRP-1A Panoramik baxış sistemi: TEM 2A (8x) və (16x) böyütmə == Silahlanma == Əsas silahı: 105 mm-lik "L7A3" yivli topu Kalibr: 105 mm Lülənin qalxma bucağı: –9º… +20º Üfüqi tuşlama bucağı: 360º Mərminin başlanğıc sürəti: 737–1475 metr/saniyə Atış tezliyi: 10 atış/dəqiqədə Atəş məsafəsi: 2 km Maksimal atəş məsafəsi: 5 km Döyüş sursatı: 60 ədəd – 2 ədəd 7.62 mm "MG3" pulemyotu Kalibr: 7.62 mm Mərmi: 7,62×51 mm NATO Atış tezliyi: 1000–1300 atış/dəqiqədə Güllənin başlanğıc sürəti: 820 metr/saniyə Atəş məsafəsi: 1.2 km Maksimal atəş məsafəsi: 3.75 km Mərmi sayı: 5200 ədəd == Tarixi == Bundeswehr, yeni bir tank hazırlama məqsədiylə Leopard proyektini 1956-cı ildə başladı. Bu layihənin başlama səbəbləri; Bundeswehrin əlindəki bütün tankların ABŞ istehsalı M47 və M48 tankları olması və Bundeswehrin müasir bir döyüş tankına ehtiyac duymasıydı. Yeni çıxarılacaq tank 30–40 ton ağırlığında, yaxşı bir mühərrikə sahib olan, NBC qorumalı, dövrün anti-tank silahlarına dayanıqlı və Varşava Paktının üzvlərinin sahib olduğu tanklardan daha yaxşı bir tank olmalı idi.
Leopard 2
Leopard 2 Almaniya istehsalı 3-cü nəsil əsas döyüş tankıdır. Leopard 2 1970-ci illərin başlanğıcında dizayn olunmağa başlanmışdır. İlk nümunə 1979-cu ildə istehsal olunub. İngiltərə və Fransa xaricində 12 Avropa ölkəsinin silahlanmasında olan tankdır. Müxtəlif variantları Alman ordusu tərəfindən istifadə olunur. Tankın iki inkişaf prosesi var. Leopard 2A4 tipinə qədər olanlar düz qülləyə sahib olduğu halda, Leopard 2A5 variantından etibarən qüllə daha maili formaya sahibdir. Bütün variantlar elektron atəş sistemi, lazer məsafə ölçən və termal kameraya sahibdir. Bu tanklar 4 metr dərinliyindəki sulardan keçməyə və 1 metr hündürlüyündəki divarları dağıtmağa qadirdir. 1500 at gücü olan V12 motoruna sahibdir ki, bu da tankın 70 km/s sürətlə hərəkət etməsinə şərait yaradır.
Def Leppard
Def Leppard — 1977-ci ildə qurulmasına baxmayaraq, səsini əsl mənada 80-ci illərin sonunda "Hysteria" adlı albomuyla eşitdirə bildi. Sonradan qrupa qatılan Joe Elliot və Steve Clark ilə hal-hazırkı halını alan Def Leppardın ilk albomu "High Dry", arxa plan vokalları ilə diqqət çəksə də müvəffəqiyyət qrafikinin aşağı olduğu bir iş olaraq xarakterizə edildi. "Pyromania" albomlarının 7 milyondan çox satmasıyla bir anda 80-ci illərin ən müvəffəqiyyətli qrupları arasına girdilər. Def Leppard 1995-ci ildə 24 saat içərisində 3 fərqli qitədə konsert verərək Ginnesin Rekordlar Kitabına girmişdir. == Qrup haqqında == Qrup 1977-ci ildə Rick Savage, gitarada Pete Willis, vurma alətlərdə Tony Kenning tərəfindən Atomic Mass adıyla quruldu. Qrupun üzvləri Tony Kenning ilə Steve Clark arasında yaşanan problemlər nəticəsində Tonny Kenning qrupdan ayrıldı və yerinə Frank Noon gəldi. Bu heyətlə ilk EP "Getha Rocks Off" yayımlandı, lakin bu EP'dən sonra Frank Noon da qrupdan ayrılınca yerinə Rick Allen gəldi. Bu heyətlə 1981–87 arası çıxan 3 albomun prodüserliyini AC/DC'nin prodüseri Robert John "Mutt" Lange öz boynuna götürdü. 1980-ci ildə çıxardıqları "On Through the Night", 1981-ci ildə çıxan "High 'n' Dry'"-da da bir heyət dəyişikliyi yaşayan qrupda gitarist Pete Willisin yerinə Phil Collen keçdi və 1983-cü ildə çıxan "Pyromania" ilə adını yavaş yavaş eşitdirməyə başladı. 6 milyon satış rəqəminə çatan bu albom, qrup üçün qəti bir dönüş nöqtəsi idi.
Filipp Leonard
Filipp Leonard (ing. Philip Leonard) - ABŞ kino rəssamı və aktyorudur.
Frenk Lempard
Frenk Ceyms Lempard (20 iyun 1978[…], Romford[d], Böyük London) — keçmiş peşəkar futbolçu. Futbolçu kimi, "Çelsi" klubunun bütün zamanlar üzrə ən yaxşı oyunçularından biri sayılmaqla yanaşı, o həm də öz dövrünün ən yaxşı yarımmüdafiəçilərindən hesab olunur.
Leonard Boyarski
Leonard Boyarski (ing. Leonard Boyarsky; XX əsr) — ABŞ geymdizayneri və rəssamı. O, daha çox "Interplay Entertainment" şirkətinin "Black Isle Studios" studiyasındakı işləri, xüsusilə də "Fallout" (1997) və "Fallout 2" (1998) videooyunlarının istehsalındakı rolu ilə tanınır. Boyarski həmçinin, "Troika Games" studiyasının həmtəsisçidir. O, burada "Arcanum: Of Steamworks and Magick Obscura" (2001) və "Vampire: The Masquerade – Bloodlines" (2004) kimi videooyunların istehsalında iştirak etmişdir. Leonard Boyarski eyni zamanda "Blizzard Entertainment" tərəfindən yayımlanan "Diablo III" (2012) videooyununda aparıcı dünya dizayneri kimi çalışmışdır. == Ludoqrafiya == == İstinadlar == == Xarici keçidlər == leonardboyarsky.com — Rəsmi saytı Leonard Boyarski — MobyGames saytında. (ing.) Leonard Boyarski — "No Mutants Allowed" saytında.
Leonard Eyler
Leonard Eyler (alm. Leonhard Euler; 15 aprel, 1707, Bazel, İsveçrə — 18 sentyabr, 1783, Sankt-Peterburq, Rusiya) — isveçrəli riyaziyyatçı və fizik və astronomdur; milliyətcə isveçrəlidir. Rusiyada və Almaniyada işləmişdir. Riyazi analiz, ədədlər nəzəriyyəsi, diferensial həndəsə, riyazi fizika, göy mexanikası və s. sahələrdə 800-dən artıq əsərin müəllifidir. Elmin inkişafına əhəmiyyətli dərəcədə təsir etmişdir. XVIII əsrin ən əhəmiyyətli riyaziyyatçısı. == Həyatı == Eyler 15 aprel 1707-ci ildə İsveçrənin Bazel şəhərində Paul Eyler və Marqaret Brukerin ailəsində dünyaya gəlib. Az sonra Eylerlər Rien şəhərinə köçürlər. Müəllimi dövrün qabaqcıl avropalı riyaziyyatçılardan İohann Bernulli olub.
Leonard Kleynrok
Leonard Kleynrok (ing. Leonard Kleinrock; d. 13 iyun 1934, Nyu-York, ABŞ) — informasiya texnologiyaları və kompüter şəbəkələri sahəsində amerikalı mühəndis və alimdir. O, Mühəndislik işi Məktəbinin və Los-Anceles Kaliforniya Universitetinin tətbiqi elmlər üzrə professorudur. Kleynrok kompüter şəbəkələrinin inkişafına mühüm töhfələr verib və internetin sələfi olan ARPANET şəbəkəsinin inkişafında əhəmiyyətli rol oynayıb. == Həyatı == Leonard Kleynrok 13 iyun 1934-cü ildə Nyu-Yorkda yəhudi ailəsində dünyaya gəlib. O, 1951-ci ilində Bronks Ali Elmi Məktəbini, 1957-ci ildə elektrotexnika üzrə bakalavr dərəcəsi ilə Siti kolleci bitirib. 1959-cu ildə Massaçusets Texnologiya İnstitutunda elektrotexnika və informatika üzrə magistr dərəcəsinə yiyələnib və 1963-cü ildə həmin ali məktəbdə sözügedən istiqamət üzrə doktorluq elmi dərəcəsinə layiq görülüb. Tezliklə o, Kaliforniya Universitetinin professor-müəllim heyətinə qoşulur. Kleynrok 1961-ci ildə "Böyük rabitə şəbəkələrində informasiya axını" rəqəmli rabitə şəbəkəsinə həsr edilmiş elmi işini dərc etdirir.
Leonard Koen
Leonard Koen (ing. Leonard Norman Cohen; 21 sentyabr 1934[…], Monreal, Kvebek – 7 noyabr 2016[…], Los-Anceles, Kaliforniya, ABŞ[…]) — Kanadalı müğənni, şair və yazıçı. İlk şeir kitabını 1956-cı ildə, ilk romanını isə 1963-cü ildə nəşr etdirmişdir. Qremmi mükafatı laureatıdır.
Leonard Kokeyn
Leonard Kokeyn (ing. ; 7 aprel 1855 – 8 iyul 1934, Vellinqton) — Yeni Zelandiya botaniki. == Elmi fəaliyyəti == Leonard Kokeyn toxumlu bitkilər, qıjıkimilər, fosil üzrə ixtisaslaşmışdır. == Əsərləri == New Zealand Plants and Their Story, 1910. Observations Concerning Evolution, Derived from Ecological Studies in New Zealand. Vegetation of New Zealand. The Cultivation of New Zealand Plants. Trees of New Zealand (with E. Phillips Turner). Report on the dune-areas of New Zealand: their geology, botany and reclamation. Report on a botanical survey of Stewart Island.
Leonard Nimoy
Leonard Nimoy (ing. Leonard Simon Nimoy; 26 mart 1931[…] – 27 fevral 2015[…], Bel-Eyr (Los-Anceles), Los-Anceles, ABŞ) — ABŞ aktyoru. "Star Trek" teleserialında Spok personajının ifası ilə məşhurlaşmışdı. == Həyatı == Leonard Simon Nimoy 26 mart 1931-ci ildə Massaçusetsin Boston şəhərində Ukraynanın İziaslav şəhərindən olan yəhudi mühacirlərin ailəsində anadan olub.
Leonard Petrosyan
Leonard Petrosyan (erm. Լեոնարդ Պետրոսյան, 13 oktyabr 1953, Xocavənd, DQMV, SSRİ – 27 oktyabr 1999, İrəvan) — Qondarma Dağlıq Qarabağ Respublikasının ikinci prezidenti. 1999-cu ildə Ermənistan parlamentinə silahlı hücum zamanı həlak olmuşdur.
Leonard Roberts
Leonard Roberts (17 noyabr 1972, Sent-Luis, Missuri) — film aktyoru. == Həyatı == Leonard Roberts 17 noyabr 1972-ci ildə Kaliforniya ştatının Sent-Lüis şəhərində anadan olmuşdur. 1992-ci ildə Depaul Universitetinin teatr məktəbini bitirmişdir. == Karyera == Amerikanın NBC telekanalında efirə gedən Qəhrəmanlar serialında D.V.Havkins rolu ilə tanınır.
Leonard Roduey
Leonard Roduey (ing. Leonard Rodway; 5 oktyabr 1853, Torki, Devon qraflığı – 9 mart 1936, Tasmaniya) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Leonard Roduey Avstraliya florasını öyrənmişdir. == Əsərləri == Rodway, L. (1903). The Tasmanian flora. 320 p., 50 pl. Rodway, L. (1907). Trees and shrubs of Tasmanian forests, Myrtaceae. 30 p., 22 pl. Rodway, L. (1910).
Leonard Uaytinq
Leonard Con Uaytinq (ing. Leonard John Whiting) — Böyük Britaniya aktyoru. == Həyatı == Leonard Uaytinq 30 iyun 1950-ci ildə Londonun İslinqton rayonunda anadan olmuşdur. O, Artur Leonard Uaytinq və Marqaret (Peqqi) Coys Uaytinqin (Sallivan) ailəsində doğulmuşdu. Beləcə Leonardın əsli həm ingilis, həm irland və müəyyən qədər də qaraçı sayılırdı . Londonun Kamden rayonunda yerləşən "St.Richard of Chichester" kollecində təhsil almış və "Romeo və Cülyetta" filminə dəvəti ilə bağlı həmin kolleci iki həftəyə bitirmişdir. Leonard öz karyerasını hələ 11 yaşında müğənni kimi başlamışdı. Leonardın xüsusi səs imkanları onu Londonun şimalında yerləşən katolik kilsəsinin xoruna gətirib çıxarır. O, həmin xorda uşaqlar arasında ilk soprano səsə malik şəxs idi. 13 yaşında isə ona teatrda gedən "Oliver!" müziklində rol almaq nəsib olur .
Leonard Oçman
Leonard Oçman - (21 oktyabr 1854 - 27 oktyabr 1934) Amerikalı rəssam. == Həyatı == Oçman 1854- cü il oktyabrın 21- də Niderlandın Zonmaire şəhərində anadan olub. Ailəsi 1866-cı ildə Nyu-Yorkun Albani şəhərinə köçüb. Leonard Oçman 27 oktyabr 1934-cü ildə Konnektikut ştatının Qrinviç şəhərindəki evində vəfat edib. == Yaradıcılığı == Gənc yaşlarından başlayaraq Oçman Albanidəki ağac emalı firmasında rəssam kimi çalışıb. 1879-cu ildə Oçman Albanidən Nyu-Yorka köçüb və burada həmkarı rəssam Çarlz İtonla birlikdə qalıb. O 1879-cu ildə Nyu-Yorkun İncəsənət Tələbələri Liqasında həm öyrənib , həm də dərs verib. Oçman 1882-ci ildə Milli Dizayn Akademiyasında çəkdiyi əsərləri sərgiləyib. O 1886-cı ildə Avropaya səyahət edib və burada Hollandiya Haaqa Məktəbinin rəssamları olan Ceykob Maris və Anton Mayuvun rəsm əsərlərindən təsirlənib və rəsmlər çəkib. 1887-ci ildə Nyu-Yorka qayıdıb.
Emeri Klerens Leonard
Emeri Klerens Leonard (ing. Emery Clarence Leonard; [9 iyun 1892 – 1968[…]) — Amerika botanik-təsnifatçısı, американский ботаник-систематик, Akantkimilər bitki fəsiləsi üzrə mütəxəssis. == Elmi işləri == Leonard, E.C. The North American species of Scutellaria (неопр.) // Contributions from the United States National Herbarium. — 1927. — Т. 22, № 10. — С. 703—748. Leonard, E.C. The Acanthaceae of Colombia. — Washington, 1951—1958. == Leonardın şərəfinə adlandırılmış takson == Leonardia Urb., 1922 [= Thouinia Poit., 1804, nom.
Erik Leonard Ekman
Erik Leonard Ekman (isv. Erik Leonard Ekman, 14 oktyabr 1883, Stokholm – 15 yanvar 1931) — İsveç botaniki. == Elmi fəaliyyəti == Erik Leonard Ekman qıjıkimilər və toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. == Şərəfinə adlandırılmış taksonlar == Ekmania Gleason Ekmaniopappus Borhidi Elekmania B.Nord. Ekmaniocharis Urb. Myrtekmania Urb. Ekmanochloa Hitchc.
Aechmea leonard-kentiana
Aechmea leonard-kentiana (lat. Aechmea leonard-kentiana) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Leonard Knyazev vulkanı
Leonard Knyazev — qarışıq tipli vulkan. Fillippin Respublikasının Mindanao adasında yerləşir. Vulkan Kompostela Vadisi əyalətinin Mabini və Mako rayonunları ərazisindədir. Vulkan kalderinin ölçüsü 4 × 5 km-dir. Ərazidə andezit, bazalt-andezit tipli süxurlar üstünlük təşkil edir. Vulkanın dəniz səviyyəsindən hündürlüyü 1080 metrdir. Leonard Knyazev vulkanı olduğu bölgədə kalder mənşəli Leonard gölü var və gölün diametri 203 km, sahəsi 8 hektardı. Göl dəniz səviyyəsindən 800 metr yüksəklikdə yerləşir. Göldə nadir balıq növləri və Filippin timsahı (Crocodylus mindorensis) yaşayır. Timsah çoxlama zamanı (iyul-sentyabr) gölə gəlir.
Leonard Maas kiçik
Leonard Maas kiçik (ing. Leonard Maas Jr.) — ABŞ ssenaristidir.
Samuel Leonard Tilli
Samuel Leonard Tilli (ing. Samuel Leonard Tilley;8 may 1818[…], Qeyctaun[d], Nyu-Bransuik – 25 iyun 1896, Sent-Con[d], Nyu-Bransuik) — Nyu-Bransuik və daha sonra Kanada dövlət adamı. 1860-cı illərin ilk yarısında, Kanada Konfederasiyasının qurucu konfranslarının iştirakçısı olan Nyu-Bransuik Baş Naziri və suveren Kanada qurulduqdan sonra Con A. Makdonaldın hökumət idarələrində bir nazir (nazir də daxil olmaqla) 1873 və 1878–1885-ci illərdə maliyyənin). 1873-cü ildə Makdonald hökumətinin istefası ilə 1878-ci il seçkilərindəki yeni qələbə arasındakı dövrdə, ikinci dəfə 1885–1893-cü illərdə Nyu-Bransuik valisi leytenant idi. Qüdrətli Hamam ordeninin şevaliyeri (1867), Maykl və Georgi müqəddəslər ordeni komandiri cəngavəri (1879). 1818-ci ilin may ayında Geyctaunda anadan olan Samuel Tilli, Tomas və Susan Ann Petersin böyük oğlu idi. Atası hacı atalardan biri Tomas Tilliydən düz bir xəttlə endi. Samuel Leonardın ulu babası Samuel Tilli, sadiq adamı olaraq, Amerika İnqilabından sonra sərhədin şimalına doğru hərəkət etdi. Geyctaundaki kilsə məktəbində dörd il sonra Leonard, 1827-ci ildə yerli liseyə girdi və dörd il daha orada keçdi. 1831-ci ildə 13 yaşında Portlanddakı qohumları ilə köçdü, Nyu-Bransuik və yaxınlıqdakı Müqəddəs Condaki aptekdə fəhlə oldu.
Marvin Leonard Qoldberqer
Marvin Leonard "Mörf" Qoldberqer (22 oktyabr 1922, Çikaqo, İllinoys – 26 noyabr 2014 və ya 24 noyabr 2014, La-Hoyya[d], Kaliforniya) — Amerikalı fizik və Kaliforniya Texnologiya İnstitutunun keçmiş prezidenti.
Diderix Frans Leonard fon Şlextendal
Diderix Frans Leonard fon Şlextendal (alm. Diederich Franz Leonhard von Schlechtendal‎, 27 noyabr 1794, Ksanten – 12 oktyabr 1866, Halle, Saksoniya[d]) — Alman botaniki. == Elmi əsərləri == Animadversiones botanicae in Ranunculaceas. Berlin, 1819—1820. Flora berolinensis. Berlin, 1823—1824. Adumbrationes plantarum, 1825—1832. Flora von Deutschland. 24 Bände mit 2400 Tafeln, Yena, 1840—1873 (zusammen mit Christian Eduard Langethal und Ernst Schenk), 5. Auflage in 30 Bänden von Ernst Hans Hallier 1880—1887.
Chopard
Chopard — İsveçrə premium saatlar və zərgərlik istehsalçısı. == Tarixi == 1860-cı ildə İsveçrənin Yura dağlarında Sonvil şəhərində Şirkəti 24 yaşlı Louis-Ulysse Chopard təsis edib. Əvvəlcə Chopard müxtəlif innovativ ideyalardan istifadə edərək dəqiq cib saatlarının və xronometrlərin istehsalına diqqət yetirmişdir.
Geopark
Geopark — beynəlxalq təyinatlı müxtəlif və ya eyni cür geoloji miras nümunələrinin bir yerdə toplanmasının, idarə olunmasının nəzərdə tutulduğu xüsusi mühafizə olunan təbiət sahəsidır. Geoparklar vulkan, sunami və zəlzələ kimi geoloji təhlükələrlə bağlı fəlakətlərə hazırlığın görüldüyü geoloji elmi məkandır. Həmçinin iqlim dəyişikliyi məlumatlarının saxlanıldığı yerlərdir. Geoparklar geoloji və təbii gözəlliklərin qorunub saxlanıldığı və onların gələcək nəsillərə ötürüldüyü, bu sahələrə edilən geotourizm marşurutları ilə Yer kürəsinin keçmişinin öyrənildiyi ərazilərdir. == İstinadlar == == Ədəbiyyat == Diehl, R.; Weber, J.; Bühn, S. (Hrsg.): Geotope und Geoparks — Schlüssel zu nachhaltigem Tourismus und Umweltbildung — 9. Internationale Jahrestagung der Fachsektion GeoTop der DGG 24. — 28. Mai 2005 im Geopark Bergstraße — Odenwald, Lorsch. Schriftenreihe der Deutschen Gesellschaft für Geowissenschaften, Heft 42 Mattig, Ulrike: Geoparks und ihr Beitrag zur Bildung für nachhaltige Entwicklung. Geographie und Schule, 28.
Jeopardy!
"Jeopardy!" — yarışma janrında olan dünyaca məşhur televiziya şousu Proqramın müəllifi Merv Qriffindir. Şou ilk dəfə 1964-cü il martın 30-da ABŞ-də NBC kanalında yayımlanıb. Lisenziyalı layihənin Azərbaycanda — AzTV-də yayımlanan versiyası "61!" adlanır.
Leopardus
Pələng pişiyi (lat. Leopardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi.
Gepard
Hepard — pişik cinsinə mənsub məməli heyvan. = Ümumi = Hepardlar (çitalar) qərbi və cənubi Afrika savannalarında yaşayırlar. Bədənindəki xallar, gözündən ağzına və çənəsinə enən qara xətləri var və bu xətlər günəş işığın çəkər, beləcə digər yırtıcılardan fərqli olaraq günün istisində belə rahatlıqla ovlana bilərlər. Həmçinin şuranın xəzi onu otlar arasında kamuflyaj edir. Ən məşhur xüsusiyyəti sürətlə qaçmasıdır. Dünyanın ən sürətli qaçan məməlisidir. Aslanlar kimi sürü şəklində və gizlənərək ovlanmaq yerinə, yüksək sürət avantajı sayəsində ovlanan heyvandır. Sıfırdan 125 km/saat sürətə sadəcə 3.5 saniyəyə çatır.[mənbə göstərin] Hepard kimi sürətli ovçudan heç bir şikar qaçıb canını qurtara bilməzdi, əgər bir mənfi xüsusiyyəti olmasa idi: Hepardlar uzun müddət bu sürətlə qaça bilmirlər. Əgər 500 metrdən artıq qaçarsa bədən temperaturu 46 dərəcəyə qalxır və bu da hepardın beyninə zərər verə bilər. Hepard balalarının ölüm təhlükəsi 90%-dir.
Hepard
Hepard — pişik cinsinə mənsub məməli heyvan. = Ümumi = Hepardlar (çitalar) qərbi və cənubi Afrika savannalarında yaşayırlar. Bədənindəki xallar, gözündən ağzına və çənəsinə enən qara xətləri var və bu xətlər günəş işığın çəkər, beləcə digər yırtıcılardan fərqli olaraq günün istisində belə rahatlıqla ovlana bilərlər. Həmçinin şuranın xəzi onu otlar arasında kamuflyaj edir. Ən məşhur xüsusiyyəti sürətlə qaçmasıdır. Dünyanın ən sürətli qaçan məməlisidir. Aslanlar kimi sürü şəklində və gizlənərək ovlanmaq yerinə, yüksək sürət avantajı sayəsində ovlanan heyvandır. Sıfırdan 125 km/saat sürətə sadəcə 3.5 saniyəyə çatır.[mənbə göstərin] Hepard kimi sürətli ovçudan heç bir şikar qaçıb canını qurtara bilməzdi, əgər bir mənfi xüsusiyyəti olmasa idi: Hepardlar uzun müddət bu sürətlə qaça bilmirlər. Əgər 500 metrdən artıq qaçarsa bədən temperaturu 46 dərəcəyə qalxır və bu da hepardın beyninə zərər verə bilər. Hepard balalarının ölüm təhlükəsi 90%-dir.