Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lepton
Lepton (yun. λεπτός — yüngül) — güclü təsiretmə qabiliyyəti olmayan elementar hissəcikdir. Bu hissəciyin adı 1948-ci ildə K. Möllerin göstərişi ilə L. Rozenfeld tərəfindən daxil edilmişdir. Çünki həmin dövrdə məlum olan bütün lepton hissəcikləri digər elementar hissəciklərdən yüngül idi.
Neptun
Neptun (planet) — Günəş sistemində 8-ci planet. Neptun (element) — D.İ.Mendeleyevin elementlərin dövri sistemində 93-cü element. Neptun (mifologiya) — Roma mifologiyasında dəniz allahı.
Neptun (element)
Neptunium (Np) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 93-cü element.
Neptun (mifologiya)
Neptun (lat. Neptunus) — Qədim Roma mifologiyasında dəniz və sel tanrısı. Ən qədim Roma tanrılarından biri sayılır. Sonralar yunan tanrısı Poseydon ilə eyniləşdirilmişdir. Saturnun və Opanın oğlu, Yupiterin, Plutonun, Sereranın, Yunonanın və Vestanın qardaşıdır. Tanrıça Salasiya (Fetida, Amfitrita) Neptunun arvadı idi. 23 iyulda qeyd olunan Neptunalilər bayramı Neptunun adı ilə bağlı idi. Bayram quraqlığın qarşısının alınması məqsədi ilə təşkil olunurdu. Bu bayram zamanı yarpaqlardan komalar tikilirdi. == Həmçinin bax == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır.
Neptun (planet)
Neptun — Günəş sistemində səkkizinci və məlum olan ən uzaq planet. Nəhəng planetlər qrupuna daxil olan Neptun Günəş sistemində diametrinə görə dördüncü, kütləsinə görə isə üçüncü yeri tutur. Neptunun kütləsi Yerin kütləsindən 17 dəfə daha çoxdur. Bu göstərici Neptunun əkizi hesab olunan Uranda 15 dəfəyə uyğun gəlir. Neptun Günəşdən 30,1 AV uzaqlıqda (4,50×109 km) yerləşir və Günəş ətrafında hərəkətini 164,8 ilə tamamlayır. Neptun adı Roma mifologiyasından qaynaqlanır. Neptun Roma mifologiyasında dəniz tanrısı hesab olunurdu. Planetin astronomik simvolu olan ♆ işarəsi də Neptunun əlində təsvir olunan üçdişli mizraqla bağlıdır. Neptunu adi gözlə görmək mümkün deyildir və Günəş sistemində varlığı riyazi hesablamalarla qabaqcadan xəbər verilərək empirik müşahidələrlə tapılan ilk planetdir. Aleksi Buvanın rəhbərliyində aparılan tədqiqatlar nəticəsində, Uranın orbitində baş verən gözlənilməz dəyişikliklərə bilinməyən planetin səbəb ola biləcəyi düşüncəsi ortaya atıldı.
Neptun fəvvarəsi
Neptun fəvvarəsi (rus. Фонтан Нептун) «Peterhof» saray-park kompleksində yerləşən fəvvarələrdən biridir. == Tarixi == 1736-cı ildə Yuxarı parkın mərkəzi basseynində "Neptun arabası" adlı heykəl-fəvvarə kompozisiyası quraşdırılmışdır. Heykəllər qurğuşundan hazırlanmış və qızıl suyuna çəkilmişdir. Kompozisiyanın mərkəzində Neptun öz arabası ilə, həmçinin delfin və atlılar göstərilmişdir. Fəvvarənin mərkəzi hissəsindən püskürən su təzyiqlə qızılı-mis topu yuxarı qaldırdı. Çoxsaylı bərpa işlərindən sonra, "Neptun arabası" 1797-ci ildə öz yerindən çıxarılmışdır. Onun əvəzində yeni, bu günə kimi qorunub saxlanılan "Neptun" fəvvarə-qrupu yaradılmışdır. Orijinal fəvvarə fiqurları Nürnberqdə (Almaniya) yaradılmışdır. 1660-cı ildə Georq Xristof Şvayger və zərgər Ritter əsas fəvvarə modelinin tərkib hissələrini cəmiyyətə təqdim etmişdilər.
Neptun planeti
Neptun — Günəş sistemində səkkizinci və məlum olan ən uzaq planet. Nəhəng planetlər qrupuna daxil olan Neptun Günəş sistemində diametrinə görə dördüncü, kütləsinə görə isə üçüncü yeri tutur. Neptunun kütləsi Yerin kütləsindən 17 dəfə daha çoxdur. Bu göstərici Neptunun əkizi hesab olunan Uranda 15 dəfəyə uyğun gəlir. Neptun Günəşdən 30,1 AV uzaqlıqda (4,50×109 km) yerləşir və Günəş ətrafında hərəkətini 164,8 ilə tamamlayır. Neptun adı Roma mifologiyasından qaynaqlanır. Neptun Roma mifologiyasında dəniz tanrısı hesab olunurdu. Planetin astronomik simvolu olan ♆ işarəsi də Neptunun əlində təsvir olunan üçdişli mizraqla bağlıdır. Neptunu adi gözlə görmək mümkün deyildir və Günəş sistemində varlığı riyazi hesablamalarla qabaqcadan xəbər verilərək empirik müşahidələrlə tapılan ilk planetdir. Aleksi Buvanın rəhbərliyində aparılan tədqiqatlar nəticəsində, Uranın orbitində baş verən gözlənilməz dəyişikliklərə bilinməyən planetin səbəb ola biləcəyi düşüncəsi ortaya atıldı.
Neptun əməliyyatı
Neptun əməliyyatı (ingl. Operation Neptune) - 6 iyun 1944-cü ildə İkinci Dünya müharibəsi ərəfələrində Böyük Britaniya, ABŞ, Kanada və onların müttəfiqləri tərəfindən Almaniyaya qarşı keçirilən dəniz desant əməliyyatıdır. Şimal-qərb Fransasını ələ keçirmək üçün keçirilən <<Overlord>> əməliyyatının bir hissəsi idi. Müttəfiqçilərin Avropaya soxulması 6 iyun 1944 ildə (D günü) 156 000 əsgərin Normandiya sahillərinə buraxılması ilə başladı və 2 əsas hissəyə bölündü. Birinci hissə hava-desant quvvələrinin: 24 000 britan, amerikan, kanada və fransız paraşutistlərinin gecəyarısından sonra keçirəcəkləri əməliyyatdan ibarət idi. İkinci hissə isə dəniz-desant əməliyyatindan ibarət idi, səhər 6:30-da başlayan əməliyyat <<Qimler>> və <<Taksbal>> kod altında həmdə desinfarmasiya əməliyyatı idi, bu əməliyyatın məqsədi almanları hazırkı soxulma istiqamətindən yayındırmaq idi.Dəniz pexotasının buraxılması sahilin 80 km sahəsində aparılırdı, həmin sahə 5 əsas soxulma hissəsinə bölünmüşdü: <<Yuta>>,<<Omaxa>>,<<Qold>>,<<Djuno>> və <<Qılınc>>.Hərbi hissələrin fransız sahillərinə soxulmaları fərqli dərəcəli nailiyyətlərlə baş verirdi. Əksər səngərlərdə müttəfiqlərin nailiyyətləri kifayət qədər olsada, desantın isə düşman sahillərinə soxulması anından ilk dəqiqələrdən üstünlüyü ələ alıb və səngərlər qurub yerləşsədə, <<Omaxa> > hissəsində vəziyyət kontroldan çıxdı. Almanların nizamlı müqavimətinnən qarşılaşan amerikalılar ilk dəqiqələrdən ciddi itki verməyə başladılar və demək olar ki vəziyyəti öz xeyirlərinə çevirmək bacarığını tam itirdilər. Birinci amerikan ordusunun komandanı general Omar Bredli elə bir dərəcəyə çatmışdı ki, ordunun daha irəli gedişini ləğv etsin və geri çağırsın. Elə başlanğıcdan <Neptun> əməliyyatının nailiyyəti təhlükə altında qalmışdı.
Seylor Neptun
Seylor Neptun (セーラーネプチューン, Sērā Nepuchūn) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Miçiru Kayo (海王 みちる, Kaiō Michiru, ingilis versiyasında Mişel Kayo) olan Seylor Neptun adi yapon yeniyetmə tələbədir. Seylor Neptun Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Hekayənin 3-cü hissəsində peyda olan Seylor Neptun daim partneri və sevgilisi Seylor Uran ilə gəzir. Seylor Uran qadın olsa da, aralarında lezbiyan münasibətlər var. Hekayənin hər iki versiyasında ilk öncə antiqəhrəman kimi göstərilir. Miçiru gözəl, istedadlı, arada qaşqabaqlı olur, bütün vaxtını Seylor döyüşçüsü kimi keçirir. Onun gücləri okean, prekoqnisiya və güzgüsünün verdiyi güclərdən ibarətdir. == Profil == Seylor Neptun ilk dəfə hekayənin 3-cü hissəsində peyda olmuşdur. Bundan əvvəl isə Seylor Uranla birlikdə "Seylor Mun S"-in "qısa reklam filmi" hesab olunan 89-cu seriyasında silueti görünmüşdür.
Klepetan və Malena
Klepetan və Malena— biri-birilərinə olan sevgi və sədaqətləri ilə Xorvatiyada məşhurlaşan bir cüt ağ leylək (Ciconia ciconia). 2001-2021-ci illər arasında Klepetan hər ilin yaz aylarında aldığı güllə yarası səbəbindən səyahət edə bilməyən Malena ilə cütləşmək üçün Cənubi Afrikadan Xorvatiyanın şərqindəki Slavonski Brod qəsəbəsinə gəlirmiş. 14 il aşiq olan bu iki quş, hər çoxalma mövsümündə bir yuvada yaşayırlar və 60-dan çox cücə yetişdirirlər. 7 iyul 2021-ci ildə qocalıq və təbii səbəblərdən Malena ölsə də Klepetan sağ qalır. == Hekayəsi == Xorvatiya ağ leyləklər üçün məşhur yuva yeridir. Ölkədə təxminən 1500 yuva quran cütlük yaşayır, bəzi kəndlərdə insanlardan daha çox leylək var. Xorvat qapıçı Stjepan Vokić 1993-cü ildə Malenanı balıq tutarkən tapdı. Leylək ovçular tərəfindən vurulmuşdu və bu səbəbdən uça bilmirdi. Vokiç Malenanı xilas etdi və onun baxıcısı oldu. 2001-ci ildə Vokiçin Klepetan adını verdiyi erkək leylək Malenanı ziyarət etməyə başladı.