Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fəsa
Fəsa (fars. فسا‎)— İranın Fars ostanının şəhərlərindən və Fəsa şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 90,251 nəfər və 22,097 ailədən ibarət idi.
Keşa
Keşa (kimi üsullu Ke$ha; əsl adı: Kesha Rosi Seberti ing. Kesha Rose Sebert, 1 mart 1987, Los-Anceles, Kaliforniya) — ABŞ-lı müğənni və bəstəkar. 2005-ci ildə, on səkkiz yaşındaykən, Dr. Luke'un val və nəşriyyat şirkəti ilə saziş imzalamışdır. O zamandan bəri təsirli bir musiqiçi olmasına baxmayaraq, başqa sənətçilər üçün mahnı sözü yazdı (The Veronicas'ın "This Love" adlı mahnısının sözlərini yazmışdır) və arxa vokallarda yer aldı, 2008-ci ildə Britney Spearsın Circus albomunda olan "Lace and Leather "mahnısında arxa vokalda iştirak edən Kesha, yenə eyni il içində Katy Perrynin siyahı başı mahnısı" I Kissed a Girl "ün video klipində iştirak etmişdir. Kesha'nın atılımı isə 2009-cu ilin əvvəlində Flo Rida'nın təklisi "Right Round" mahnısı ilə birlikdə oldu. Amerikalı rap müğənnisi Flo Rida ilə 2009-cu ildə etdiyi "Right Round" adlı düet, Amerikada bir həftə içində 630.000 dəfə endirilərək, Amerikan musiqi tarixində bir həftə içində rəqəmsal olaraq ən çox endirilən mahnısı oldu.
Lena
Lena — qız adı. Əsasən Lena çayının adına görə qız uşaqlarına verilir. Bu adı olan tanınmış şəxslər.Lena Tolstova — Aktrisa. Lena Meyer-Landrut — alman müğənni.DigərLena çayı — Rusiyada çay.
Lesar
Lesar (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
LiSA
Lisa (Fransız musiqiçi)
Peşa
Peşa (it. Pescia) — İtaliyanın Toskana regionunda şəhər.
Lea
Lea (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Apple Lisa
Apple Lisa Apple Computer (hazırkı Apple) şirkəti tərəfindən istehsal edilən stolüstü kompüterdir. Bu kompüterin dizaynına 1978-ci ildən başlanılmasına baxmayaraq satışa 1980-ci ildə çıxarılmış. Kompüter tarixində Lisa ilk grafik istifadəçi araüzünə (GUİ) sahib olan əməliyyat sistemi kimi tanınır. Bu kompüterin istehsalında Apple Competers-in məqsədi individual istifadə üçün ucuz həllin hazırlanması idi. 1982-ci ilə qədər layihəyə Stiv Cobs rəhbərlik etmişdir. Daha sonra o bu layihədən uzaqlaşdırıldı və Macintosh layihəsinin rəhbərliyi ona tapşırıldı. Lisa-ların son versiyası üzərində bəzi dəyişikliklər aparılaraq Macintosh XL adı ilə satışa çıxarılmışdır. Macintosh bəzi göstəricilərinə görə Lisa-ya bənzəsə də onun davamçısı deyil. Lisa bir çox göstəricilərinə görə Macintoshdan üstündür. Bunlara əməli yaddaş, paralel prosesləmə, ekran qoruyucusu, kalkulyator, 2MB RAMın istifadəsi və s.
Deşa Polanko
Deşa Yoleyn Polanko (ing. Dascha Yolaine Polanco; 3 dekabr 1982, Santo-Dominqo) — Dominikan-ABŞ aktrisası.
Ella Leya
Ella Leya (tam adı: Ella Leya; XX əsr, Bakı) — Azərbaycan-ABŞ bəstəkarı, musiqiçisi və yazıçısı. == Həyatı == Ella Leya Bakı şəhərində anadan olmuşdur. Əvvəl Moskvaya köçmüş, daha sonra ABŞ-yə mühacirət etmişdir. 1990-cı ildə ABŞ-də sığınacaq almışdır. == Fəaliyyəti == "Qadınların sirli həyatı", "Gecə kraliçası" və "Rus romansları" adlı albomları yüksək dəyərləndirilib. "Qadınların sirli həyatı" adlı albom rus romanslarından ibarət olaraq qadınların iç dünyasından, onların mənəvi yaşantılarından bəhs edir.Ella Leya özünün SELAH caz orkestri ilə Avropa və ABŞ-yə dünya turuna çıxmışdır. 2015-ci ildə ilk romanı - "Yetim səma" dərc olunmuşdur. Romanın qəhrəmanı olan istedadlı gənc pianoçu, musiqi və xalq nağılları vasitəsilə keçmiş sovet ölkəsinin həqiqətlərini təsvir edir. Əsərdə Qız qalası da təsvir olunur. Elə müəllif əsəri əvvəlcə "Qız qalası" adlandırmış, sonradan naşirin fikri ilə dəyişdirmişdir.Sənətçinin əsərləri "Ouşenin 12 dostu", "PU-239", "Samantha Who", "Dirty Sexy Money" və "My Sassy Girl" filmlərində səslənib.
Elsa Pataki
Elsa Lafuente Medianu (ing. Elsa Lafuente Medianu); əsasən Elsa Pataki kimi tanınır (ing. Elsa Pataky; 18 iyul 1976, Madrid) — İspaniya aktrisası və fotomodeli. Pataki əsasən "Forsaj" filmlər seriyasındalı Elena Neves rolu ilə tanınır.
Fəsa şəhristanı
Fəsa şəhristanı - İranın Fars ostanının şəhristanlarından biri. İnzibati mərkəzi Fəsa şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 188 189 nəfər və 45 333 ailədən ibarət idi.
HESA Azarakhsh
HESA Azarakhsh (fars. آذرخش‎ Âzarakhš, "Şimşək") İran Təyyarə İstehsalı Zavodu (HESA) tərəfindən istehsal edildiyi bildirilən reaktiv təyyarə. Əsasən ABŞ istehsalı olan Northrop F-5 Freedom Fighter ("Azadlıq döyüşçüsü")/Tiger II ("Pələng II") qırıcılarının modernləşdirilmiş və yenidən adlandırılmış olan versiyası kimi qəbul edilir. İranın rəsmi nümayəndələri isə bu təyyarənin ölkədə istehsal edilmiş olan ilk yerli təyyarə olduğunu iddia edirlər.Azarakhsh İsfahanda İran Silahlı Qüvvələri, İran Müdafiə Nazirliyi və İran Təyyarə İstehsalı Zavodu (HESA) tərəfindən yaradılmışdır. == İnkişafı == 1997-ci ildə İran Silahlı Qüvvələrinin Baş Qərargahının rəisinin müavini postunu tutan iranlı briqadir Arasteh, İranın ilk təyyarəsini uğurla konstruksiya etdiyini, inşa etdiyini və test etdiyini bildirmişdir. 1997-ci ilin sonlarında isə İranın təyyarənin kütləvi şəkildə istehsalına başlaması haqqında xəbərlər yayılmışdır və 2000-ci ilin ortalarına kimi dörd təyyarənin operativ testlərdə iştirak etdiyi, istehsalın isə ildə təxmini olaraq on təyyarə olacağı bildirilmişdir. 17 may 2000-ci ildə İran HHQ komandiri Azarakhsh reaktiv qırıcılarının artıq kütləvi istehsal mərhələsinə çatdığını bildirmişdir. 5 avqust 2007-ci ildə Azarakhsh uğurlu bir test uçuşunu reallaşdırmağı bacarmışdır. 6 avqust 2007-ci ildə Müdafiə Nazirliyindən Mostafa Mohammad-Najjar, "Azarakhsh indi sənaye istehsalı mərhələsindədir və tezliklə kütləvi istehsalına başlanılacaqdır" dedi. == Dizayn == === Azarakhsh === İstehsalına 1997-ci ildən başlanılmış və 2001-ci ildə aktiv şəkildə xidmətdə olan 6 ədəd reaktiv qırıcı təyyarənin olduğu bildirilmişdir.
HESA Karrar
İranın HESA şirkəti tərəfindən 2010-cu ildən istehsal olunana “Karrar” PUA-ları 1970-ci illərdə ABŞ-də istehsal olunan “Beechcraft Streaker” hədəf tipli pilotsuz vasitənin törəməsidir. Onun üzərinə, əlavə olaraq Cənubi Afrika istehsalı elementlərin və silah asqılarının yerləşdirildiyi ehtimal edilir. Bu PUA-lar Mahmud Əhmədinejadın prezidentliyi dövründə inkişaf etdirildi. Pilotsuz uçuş aparatı hava hədəfini təqlid edərək hava hücumundan müdafiə qruplarına təlim vermək üçün istifadə olunur. Onlar müntəzəm olaraq İranın hava hücumundan müdafiə təlimlərində diqqəti cəlb edir. Onların İranın köhnə ABŞ istehsalı “Beechcraft Streaker” (DMK-107) pilotsuz hədəflərini əvəz etdiyi bildirilir. Ənənəvi olaraq parlaq narıncı rəngli “Karrar” hədəf dronlarının kiçik üçkünc qanadlarının aşağısında, silindrik və küt burun hissəli füzelyaj yerləşir. Mühərrikin hava qəbuledicisi arxa tərəfdə yerləşir. Mərkəzi asqıda Mk 82 bombası yerləşdirilə bilər. “Karrar” buraxılmaq üçün raketlə təchiz edilən sistemdən, enmək üçün isə paraşütdən istifadə edir.
HESA Saeqeh
HESA Saeqeh (fars. : صاعق‎ azərb. : “ildırım”‎), həmçinin Sa'eqeh; Saegheh, və ya Saeqeh-80, adı ilə də tanınır. ABŞ istehsalı olan təkoturacaqlı Northrop F-5 reaktiv qırıcı hərbi təyyarəsinin İran versiyasıdır. Təyyarə İran İslam Respublikasının Hərbi Hava Qüvvələri və İran Müdafiə Nazirliyinin ortaq məhsulu olub, HESA Azarakhsh qırıcısının ikinci nəsilidir. Saeqeh 20 sentyabr 2007-ci ildə İranda uğurla sınaqdan keçirilmişdir. == İnkişaf == Reaktiv təyyarənin ilk prototipinin sınaq uçuşunun görüntüləri 2004-cü ilin iyul ayında nümayiş etdirilmişdir. İran İslam Respublikasının Xəbərlər Şəbəkəsində verilmiş bir məlumatın mərkəzi Vaşinqton şəhərində yerləşən Yaxın Şərq üzrə Media Tədqiqatları Mərkəzinin etdiyi tərcüməyə görə, Saeqeh 6 sentyabr 2006-cı ildə İranda təşkil edilmiş olan “Zülfüqarın zərbəsi” adlı hərbi xarakterli oyunlarda iştirak edərkən fəaliyyətə başlamışdır. 19 avqust 2006-cı ildə başlayan bu təlimdə, yeni qırıcı “virtual düşmən hədəflərini bombalama missiyası” və “saxta bombalama missiyası” olaraq xarakterizə edilən vəzifələri həyata keçirmişdir. Daha əvvəl nümayiş etdirilənlərdən fərqli görünən iki prototip 20 sentyabr 2007-ci ildə Tehranın Mehrabad hava limanında uçuş keçirmişdir.
HESA Əbabil
İranın HESA şirkətinin istehsal etdiyi "Ababil" PUA-ları tək mühərrikli çoxməqsədli taktiki pilotsuz uçuş aparatıdır. "Ababil" PUA-ları əsasən "Ababil-2" və "Ababil-3" versiyalarında istehsal edilir. "Ababil-2"-nin özü isə bir neçə variantda buraxılır. Bu PUA-lar uzunmənzilli və aşağı texnologiyaya malik pilotsuz vasitə sayılır. . "Ababil" proqramı İran-İraq müharibəsi zamanı başlayıb. 1990-cı illərdə inkişaf etdirilən "Ababil-2" adi müşahidə imkanlarına malikdir və yüngül döyüş sursatı kimi də tətbiq edilə bilər, lakin daha çox HHM sistemləri üçün pilotsuz hədəf olaraq istifadə olunur. 2000-ci illərdə təqdim edilən daha böyük və daha geniş qabiliyyətli "Ababil-3" kəşfiyyat və müşahidə məqsədilə hazırlanıb və bunun üçün imkanlarını da inkişaf etdirib. Ümumilikdə, "Ababil" olduqca sadə, ucuz və istifadəsi asan bir sistemdir. "Ababil-2" və "Ababil-3" Orta Şərq və digər ölkələrin hökumət qüvvələrinə və qeyri-dövlət iştirakçılarına geniş şəkildə ixrac edilib.
Kesa (geyim)
Kesa — qəhvəyi və ya zəfəranı rəngin şərəfinə adlandırılmış buddist rahib və rahibələrinin paltarıdır.
Laşa Bekauri
Laşa Bekauri (26 iyul 2000, Archiloskalo[d], Dedoplistsğaro rayonu, Gürcüstan) — Gürcüstanlı cüdoçudur. Gürcüstan adından beynəlxalq turnirlərdə yarışır. Son qələbələri arasında 2019 Dünya Gənclər Çempionatında 90 kq çəki dərəcəsində birinci yer və eyni zamanda 2019 Avropa Gənclər Çempionatında 90 kq çəki dərəcəsində birinci yer var. Xatırladaq ki, Laşa Bekauri 2018-ci ildə Baham adalarının paytaxtı Nassauda keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatının qalibi də oldu. 2021-ci ildə Qətərin Doha şəhərində keçirilən 2021 cüdo üzrə 90 kq çəkidə Dünya Mastersində kişilər arasında bürünc medallardan birini qazandı.Bir ay sonra İsrailin Tel-Əviv şəhərində təşkil olunan 2021 cüdo Grand Slam Tel Əvivində qızıl medal qazandı. == Haqqında == 8 dekabr 2019-cu ildə Laşa Bekauri Facebook-da polis məmurlarını zorakılıq və fiziki zorakılıqda günahlandıran bir yazı yayımladı.Dövlət Müfəttişliyi, cüdoçu Laşa Bekauri'ye qarşı mümkün polis zorakılığı ilə əlaqədar istintaq başlatdı eyni zamanda Daxili İşlər Nazirliyi, Laşa Bekauri-yə qarşı İnzibati Xətalar Məcəlləsinin ikinci maddəsi ilə istintaq başlatdı.
Laşa Talaxadze
Laşa Talaxadze (gürc. ლაშა ტალახაძე; 2 oktyabr 1993) — 109 kq-dan yuxarı çəki dərəcəsində yarışan gürcüstanlı ağırlıqqaldıran. İkiqat Olimpiya, altıqat dünya və yeddiqat Avropa çempionu. == Karyerası == 2010-cu ildə beynəlxalq arenada debüt edib. Öz idman karyerası ərzində 105 kq-dan yuxarı çəki dərəcəsində çıxış edib. 2013-cü il oktyabrın 17-də yeniyetmələr arasında ağır atletika üzrə Avropa çempionatında qadağan olunmuş preparatlar qəbul etdiyinə görə cəzalandırılmışdır. Cəzası 17 oktyabr 2015-ci ildə başa çatıb. 2015-ci ildə ABŞ-nin Hyuston şəhərində keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatında qızıl medal qazanıb. O, birdən qaldırmanı 207, təkanla qaldırmanı isə 247 kq-lıq nəticə ilə başa vurub. Bununla da o, yekunda 454 kiloqramlıq göstəriciyə nail olub.2016-cı ildə Norveçin Forde şəhərində təşkil edilən ağırlıq qaldırma üzrǝ Avropa Çempionatında qızıl medal qazanıb.
Laşa Şavdatuaşvili
Laşa Şavdatuaşvili (gürc. ლაშა შავდათუაშვილი; 31 yanvar 1992, Qori) — Gürcüstan cüdo güləşçisi, Olimpiya çempionu və medal sahibi, komanda oyunlarında dünya çempionu, fərdi və komanda çempionatlarında Avropa Çempionatının təkrar çempionu və medal sahibi olmuşdur. == Bioqrafiya == Laşa Şavdatuaşvili, 1992-ci ildə anadan olmuşdur. 2010-cu ildə İliadis Kuboku turnirində 20 yaşınadək gənclər arasında Gürcüstan çempionatında üçüncü yeri tutub, Praqada gənclər arasında Avropa kubokunu qazanıb.2011-ci ildə İliadis Kuboku gənclər arasında ikinci, Dünya Gənclər Çempionatında üçüncü yeri qazanmış, Gürcüstan çempionatında gənclər arasında, Avropa çempionatında, Avropa kubokunda çıxışları heç-heçə ilə nəticələnmişdir. 2012-ci ildə yalnız böyüklər arasında oynayıb, Tbilisi, Praqa və Buenos Ayres turnirlərində Dünya Kuboku qazanaraq, IJF Grand Slam turnirində üçüncü oldu. Avropa çempionatında fərdi çıxış edərək üçüncü oldu, lakin komanda çempionatında Avropa çempionu oldu. 2012-ci il Olimpiadasında oynadığı 66 kiloqrama qədər olan 36 cüdo güləşçisi ilə mübarizə etdi. İdmançılar 4 qrupa bölündülər, onlardan dördü cüdoçuların çempionatda nəticələrinə görə yarımfinallara vəsiqə qazandı. Müsabiqəyə başlamazdan əvvəl Laşa Şavdatuaşvili açıq-aşkar seçilmiş tərəflər arasında yox idi. Lakin cüdoçu ilk 4 oyununda, müxtəlif üsulları nümayiş etdirib, müsabiqəni dəqiq bir qələbə ilə başa çatdırdı.
Lena (kommuna)
Lena (fr. Lenax) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Donjon kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03142. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 243 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 140 nəfər arasında (15-64 yaş) 95 nəfər iqtisadi cəhətdən fəal, 45 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 67.9%, 1999-cu ildə 65.6%). Fəal olan 95 nəfərdən 90 nəfər (56 kişi və 34 qadın), 5 nəfər işsiz (2 kişi və 3 qadın) idi. Fəal olmayan 45 nəfər arasında 6 nəfər şagird və ya tələbə, 26 nəfər təqaüdçü, 13 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Lena Belkina
Lena Belkina (ukr. Олена Юріївна Бєлкіна; 27 noyabr 1987, Daşkənd) — Müğənni (mezzo-soprano).
Lena Qlaz
Lena Qlaz (ivr. ‏אילנה דוד‏‎; 23 may 1961, Bakı) — əvvəllər SSRİ-ni, 1979-cu ildən bu yana isə İsraili təmsil edən şahmatçı, qadınlar arasında beynəlxalq usta (1982). == Həyatı == 1977-ci ildə qadınlar arasında Azərbaycan SSR çempionatının qalibi olub. 1979-cu ildən İsraili təmsil etməyə başlayıb. 1980-ci ildə qadınlar arasında İsrail çempionatının qalibi olub. 1987-ci ildə Jeleznovodskda keçirilmiş qadınlar arasında şahmat üzrə dünya çempionatında iştirak etmiş və yekunda çilili Covanna Arbuniç Kastro ilə 10–11-ci yerləri bölüşdürmüşdür.Lena Qlaz qadınlardan ibarət şahmat üzrə İsrail yığmasının heyətində 1980, 1982, 1988 və 2014-cü illərdə Şahmat Olimpiadasının iştirakçısı olub.Lena Qlaz Yerusəlim Yəhudi Universitetini və Yerusəlim Musiqi və Rəqs Akademiyasını bitirib. O, hazırda Beer-Şeva Şahmat Məktəbinin direktoru və uşaq məşqçisi işləyir. == İstinadlar == == Xarici keçidlər == FIDE Chess profili Lena Glaz. Chessgames.com (ing.) Lena Glaz. 365Chess.com (ing.) Vikianbarda Lena Qlaz ilə əlaqəli mediafayllar var.
Lena deltası
Lena deltası — dünyanın ən böyük deltalarından biridir. Dültanın sahəsi 45 min km²-dir. Təqribi olaraq Laptevlər dənizi daxilinə 150 km daxil olmuşdur. Detla kiçik göllər, adalar və qollarla zəngindir. Dənizə yalnız üç qol dayanmadan suyunu çatdıra bilir: qərbi - Olenyokskaya, mərkəzi — Trofimovskaya və şərqi — Vısovskaya. Bu qolların hamısı gəmiçilik üçün yararlıdır. Ancaq 106 km uzunluğa malik Bıkovskaya qolu Tiksi buxtasına açılır. Burada isə Yakutiyanın dəniz qapısı olan Tiksi limanı yerləşir. Deltada Ust-Lenski qoruğu və Lena-Delta biosfer rezervi yerləşir. Onlar ümumilikdə 60 min.
Lena dirəkləri
Lena dirəkləri (rus. Ле́нские столбы́, Lenskiye Stolby; saxa Өлүөнэ туруук хайалара, Ölüöne Turuuk Xayalara) — Rusiyadakı Saxa Respublikası (Yakutiya)nın Xanqalas ulusu ərazisində, Lena (yakutca Ölüöne) çayı sahilində yerləşən əsrarəngiz təbiət abidəsi. Pokrovsk şəhərindən 104 km aralıda qərarlaşır. Hündür qayalıqdan ibarət olan Lena çayı boyunca kilometrlərlə uzanır. Dərə boyunca Prilenski platosu yerləşir. Ən hündür qayalı dirəklər əsasən Petrovski və Tit-Arı kəndləri arasında yerləşir. Qayalı dirəklər çayın səthindən hündürlüyü 220 metr təşkil edir. Qayalar Kebri dövrünün əhəng daşı suxurlarından ibarətdir. Tektonik xüsusiyyətlər baxımından Lena dirəklər Sibir platforması daxilində yerləşir. Dirəklər əhəng tərkibli dağ suxurları kimi erkən Kembri dövründa 560–540 milyon il öncə meydana gəlməyə başlayır.